Məhkəmə qərarları › İş №2(004)-3416/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3416/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3416/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat məbləğində pul vəsaitinin, o cümlədən iddiaçı tərəfindən ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı tərəfindən ona verilmiş geyim əşyalarının müqabilində 1000 manat, qədimi qızıl beşlik müqabilində 650 manat, digər ev əşyaları müqabilində 850 manat olmaqla, cəmi 2500 manat məbləğində pul vəsaitinin və 45 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə 2021-ci ilin fevral ayında əvvəlləruzun müddət tanışlığı olduğu Cavabdeh arasında iddiaçıya məxsus olan geyim əşyalarının, beşlik qızıl sikkənin, mikser və qrafin dəstinin cavabdehə verilməsi, cavabdeh tərəfindən isə bunun müqabilində 2500 manat məbləğində pul vəsaitinin iddiaçıya verilməsi barədə razılıq əldə olunmuşdur. Razılığa əsasən Cavabdeh iddiaçıdan sözügedən əşyaları əldə etdikdən dərhal sonra onları özünün tanıdığı üçüncü şəxslərə verərək və həmin şəxslərdən pul vəsaitləri əldə edərək əldə edəcəyi pul vəsaitlərindən iddiaçıya 2500 manat məbləğində pul vəsaitini ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən həmin əşyaların verilməsindən uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh ödəməli olduğu pul vəsaitlərini bugünədək iddiaçıya ödəməkdən boyun qaçırır. Həmin pul vəsaitinin iddiaçıya verilməməsinin sası olaraq cavabdeh guya həmin əşyaları özünün tanıdığı Fatimə və Ağa adlı şəxslərə verdikdən sonra həmin şəxslərdən hər hansı pul vəsaiti əldə etmədiyini və bu səbəbdən İddiaçı borclu qaldığı məbləği qaytara bilmədiyini bildirmişdir. Cavabdeh adları çəkilən şəxslər barəsində hər hansı məlumat verməkdən də imtina etmişdir. İddiaçı isə Faimə və Ağa adlı şəxsləri ümumiyyətlə heç bir zaman tanımamış, Cavabdeh ilə aralarında olan razılaşmaya müvafiq olaraq sonuncuya verdiyi əşyaların müqabilində qeyd olunan pul vəsaitini də məhz ondan alacağı barədə razılaşmışdır. İddiaçı göstərilənlərlə bağlı xx.xx.2021-ci il tarixində Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət etmiş, həmin şöbədə aparılmış araşdırma zamanı Cavabdeh polis şöbəsinə getməkdən imtina etmiş, əvəzində isə cavabdehin nümayəndələri qismində yaxın qohumları araşdırma üçün polis şöbəsinə gəlmiş və guya Cavabdeh psixoloji əstəlikdən əziyyət çəkdiyini və anlaqsız olduğunu bildirərək, sözügedən borc məbləğinin Fatimə və Ağa adlı şəxslərdən aldıqdan sonra tez bir zamanda ödəyəcəklərini bildirmişlər. Polis şöbəsində aparılmış araşdırmanın yekunu olaraq, İddiaçı müraciətinin mülki xarakterli olduğu nəzərə alınaraq, cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, cavabdeh geyim əşyalarını siyahıya almaqla ondan götürmüşdür. Məhkəməyə təqdim etdiyi dəftərdə yalnız geyim əşyaları öz əksini tapmışdır. Arzu ona bildirmişdir ki, qızıl falçıda 6 ay qalacaq. 6 aydan sonra falçı həmin qızılı qaytaracaq. Arzu ona bildirmişdir ki, qızılı verməsə anası öləcək. Arzu həmçinin ona bildirmişdir ki, Fatiməyə 850 manat borcu vardır və geyim əşyaları, qab-qacaq dəstinin pulunu Arzu özü ona ödəyəcək. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Falçı olan şəxs həm onu, həm də iddiaçını aldatmışdır. İddiaçı ona 700-800 manat, ən çoxu 1200 manat dəyərində geyim əşyaları vermişdir. Qalan geyim əşyalarını falçıya vermişdir. İddiaçı qızılı özü şəxsən həmin falçıya vermişdir. İddiaçı digər əşyaları isə maşın vasitəsi ilə həmin şəxsə göndərmişdir. Həmin əşyalar falçı Mürsəlova Fatmaya xəstəliyə görə və bəxt açmaq məqsədi ilə verilmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərin nəzərə alınaraq İddiaçı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı məhkəmədə mülki iddia qaldırmaq hüququnun izah edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı 45 manat məbləğində dövlət rüsumunu məhkəmənin hesabına ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı tanıdığı Arzu adlı qadına borcunu ödəməsi üçün ümumilikdə 2500 manat məbləğində geyim əşyası, qab-qacaq və qızıl-zinət əşyası verməsi, lakin həmin əşyaları geri qaytarmaması barədə 29-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. İddiaçı ərizəsi ilə bağlı eyni məzmunlu izhat yazmışdır. Ərizəyə baxılarkən müəyyən olunmuşdur ki, müraciətdə göstərilən məsələ mülki xarakterlidir və məhkəmə tərəfindən həll oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. Belə ki, iddiaçı iddia edir ki, Cavabdeh 1000 manat dəyərində geyim əşyaları, 650 manat dəyərində qədimi qızıl beşlik, 850 manat dəyərində ev əşyaları vermişdir. Hazırda cavabdehdən həmin əşyaların cəmi dəyəri olan 2500 manat məbləğində pulun tutulmasını tələb edir. Cavabdeh isə məhkəmə iclasında izahatında iddianı qismən qəbul etdiyini, iddiaçının ona 700- 800 manat, ən çoxu 1200 manat dəyərində geyim əşyaları verdiyini etiraf etmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh etiraf etdiyi həcmdə, yəni İddiaçı tərəfindən ona verilmiş geyim əşyalarının müqabilində 1000 manat məbləğində təmin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia tələbinin digər hissələri ilə bağlı yəni qədimi qızıl beşlik və tələbində qeyd etdiyi ev əşyalarını cavabdehə veridiyini təsdiq edə biləcək sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi qalan hissədə - qədimi qızıl beşlik müqabilində 650 manat, digər ev əşyaları müqabilində 850 manat pulujn cavabdehdən tutulması hissəsində təmin olunmamalıdır. Buradan da müəyyən olunur ki, Cavabdeh İddiaçı 1000 manat dəyərində qeyim əşyalarını qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 (bir min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələbin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 18 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 27 manat (45-18=27) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 18 (on səkkiz) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 27 (iyirmi yeddi) manat (45-18=27) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar