Məhkəmə qərarları › İş №2(004)-3419/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3419/2025

01.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3419/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı "əmrin ləğvi və işə bərpa" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 mart 2025-ci il tarixli 3-33/314ş saylı əmrin ləğv edilərək onun işə bərpa olunmasının cavabdeh «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi» nin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1971-ci il anadan olmuşdur. 06 avqust 1990-cı ildən 10 mart 2025-ci il tarixədək müxtəlif yerlərdə və müxtəlif vəzifələrdə çalışmışdır. Qeyd etmək istəyir ki, 2018-ci il tarixdən o, Azərbaycan Respublikası Gömrük Komitəsində çalışır. Belə ki, 28 sentyabr 2018-ci il tarixdə 1000/164 ş saylı əmrlə Enerji Resusları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Dübəndi Gömrük Postuna müfəttiş vəzifəsinə təyin edilmişdir. 05 iyul 2023-cü il tarixdə 1000/476 ş saylı əmrlə Gömrük orqanlarında xidmət haqqında əsasnamənin 50-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək komitənin sərəncamına götürülmüşdür. 05 iyul 2023-cü il tarixdə 1000/48İş saylı əmrlə Dəniz Nəqliyyatı və Enerji Resusları Baş Gömrük İdarəsinin «Dübəndi» Gömrük postunun baş müfəttişi vəzifəsinə təyin edilmişdir. 03 iyun 2024-cü il tarixdə 3-33/519 ş saylı əmrlə Tovuz Gömrük İdarəsinin «Qırmızı körpü» Gömrük Ppostunun baş müfəttişi vəzifəsinə keçirilmişdir. 10 sentyabr 2024-cü il tarixdə 3-33/867 ş saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən öz təşəbbüsüm ilə işdən azad edilmişdir. 11 sentyabr 2024-cü il tarixdə 3-33/878 ş saylı əmrlə X3 «Böyük Kəsik» Gömrük Postunun baş müfəttişi təyin olunmuşdur. 10 mart 2025-ci il tarixdə 3-33/314 ş saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad edilmişdir. Əslində isə mənə ərizəni başqa çür yazdırmışlar. Amma 10 sentyabr 2024- cü il tarixdə 3-33/867 ş saylı əmrdə isə guya mən işdən öz təşəbbüsüm ilə çıxdığım qeyd etmişlər. Sonradan onu 11 sentyabr 2024-cü il tarixdə 3-33/878 ş saylı əmrlə X3 «Böyük Kəsik» Gömrük Postunun baş müfəttişi təyin etmişlər. Lakin bu dəfə onlar onu işə müqavilə əsasında götürmüşlər. Müqaviləsi başa çatdığı üçün də onu 10 mart 2025-ci il tarixdə 3-33/314 ş saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad ediblər. Əsas məsələ odur ki, o, neçə ilin işçisi olduğundan onlar onu bir postdan digər posta niyə əmrlə keçirməyiblər. Hansı səbəbdən onu işdən çıxarıb sonra yenidən işə bərpa etmiş və bu dəfə də müqavilə bitimi ilə işdən azad etmişlər. O, nümunəvi işçi olmuşdur və öz ixtisası üzrə də bu işdə çalışmışdır. Heç bir qayda pozuntusuna da yol verməmişdir. Hansı səbəbdən onu işdən azad edib və yerinə ixtisası uyğun olmayanı vəzifəyə təyin etmişlər. O, bu məsələnin əmək mübahisəsi olduğundan Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etdi. Lakin 25 aprel 2025-ci il tarixə təyin edilmiş mediasiya proseslərinə də tərəfin gəlmədiyini görüb mediasiyadan aldığı arayışı və lazim olan sənədləri toplayıb Məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Qeyd etmək istəyir ki, o, işə bərpa olunmaq istəyir. Azərbaycan Respublikasının Qanunlarının tələbləri pozulduğu səbəbindən məhkəməyə müraciət edir. Məhkəmə prosesinin gedişində İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, işdən qanunsuz olaraq azad olunduğu üçün işsiz qaldığı müddətdə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Aşağıda qeyd edilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-33/200/019485 nömrəli raportuna əsasən X4 İdarəsində, Xaçmaz Gömrük İdarəsində və Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində xidmət keçən gömrük əməkdaşları arasında qarşılıqlı rotasiyasının tətbiq edilməsi təklif edilmişdir. İddiaçı ona təklif olunan vəzifəyə keçirilməsinə razı olduğunu bildirərək xx.xx.2024-cü il tarixli aktı imzalamış və Komitənin 3 iyun 2024-cü il tarixli 3-33/519Ş nömrəli əmri ilə iddiaçı Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi “Dübəndi” gömrük postunun baş müfəttiş vəzifəsindən azad edilərək Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun baş müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı ərizə ilə Komitəyə müraciət edərək Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunun baş müfəttişi vəzifəsindən azad edilərək həmin İdarənin “Böyük Kəsik” gömrük postuna baş müfəttiş vəzifəsinə keçirilməsini xahiş etmişdir. Komitənin 10 mart 2025-ci il tarixli 3-33/314Ş nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad edilmişdir. Komitənin 10 sentyabr 2024-cü il tarixli 3-33/867Ş nömrəli əmri ilə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. Komitənin 11 sentyabr 2024-cü il tarixli 3-33/878Ş nömrəli əmri ilə X2 “Böyük Kəsik” gömrük postunun baş müfəttişi təyin olunmuş və iddiaçı ilə xx.xx.2024-cü il tarixdə 6 ay müddətinə əmək müqaviləsi imzalanmışdır. X2 5 mart 2025-ci il tarixli 1 nömrəli protokoldan görünür ki, iddiaçıya Komitə ilə bağladığı müqavilənin xx.xx.2025-ci il tarixdə başa çatacağı barədə məlumat verilmişdir. Komitənin 10 mart 2025-ci il tarixli 3-33/313Ş nömrəli əmri ilə iddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Komitənin 10 mart 2025-ci il tarixli 3-33/878Ş nömrəli əmri ilə iddiaçı əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar X2 “Böyük Kəsik” gömrük postunun baş müfəttişi vəzifəsindən azad edilmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 10 mart 2025-ci il tarixli 3-33/314ş nömrəli əmrin ləğv edilərək işə bərpa olunması öhdəliyinin Komitənin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun xəbəri olmadan onu işdən azad etmiş, daha sonra da 6 alıq müddətə ımək müqaviləsi bağlamışlar. Hazırda ağır şəkər xəstəsidir. Qeyd olunanlara əsasən, işə bərpa olunmaq istəyir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, 6 aylıq müddətə bağlanmış əmək müqaviləsinin müddətinin qurtarmasına 1 həftə qalmış iddiaçıya məlumat verilib. İddiaçı müddətin artırılması ilə bağlı müraciət etməyib. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AB-İ seriyalı 020390 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1989-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1995-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini Tibbi-profilaktika işi ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan komissiyasının 12 iyun 1995-ci il tarixli qərarı ilə ona həkim ixtisası verilmişdir. ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 28 sentyabr 2018-ci il tarixli, 1000/1640ş saylı əmrinə əsasən, İddiaçı Enerji Resusları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Dübəndi Gömrük Postuna müfəttiş vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 05 iyul 2023-cü il tarixli, 1000/476ş saylı əmrinə əsasən, İddiaçı Gömrük orqanlarında xidmət haqqında əsasnamənin 50-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək komitənin sərəncamına götürülmüşdür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 05 iyul 2023-cü il tarixli, 1000/481ş saylı əmrinə əsasən, Dəniz Nəqliyyatı və Enerji Resusları Baş Gömrük İdarəsinin «Dübəndi» Gömrük postunun baş müfəttişi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İnsan resursları İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-33/200/019485 nömrəli raportundan görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.10-cu maddəsinə əsasən dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların rotasiyası həyata keçirilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2018-ci il 21 sentyabr 2018-ci il tarixli 196 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydası”nın 1.2-ci bəndinə əsasən gömrük orqanlarında mövcud kadr potensialından səmərəli istifadə edilməsi, kadrların qulluq və ya peşəkarlıq səviyyəsinin artırılması, həmçinin korrupsiya hallarına şərait yarda bilən davamlı münasibətlərin yaranma ehtimalının qarşısının alınması məqsədilə rotasiya həyata keçirilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 31 yanvar 2024-cü il tarixli 3-33/3-2-000034/2024 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kadr siyasəti və insan resurslarını idarə edilməsi sahəsində 2024-cü il üzrə İş planfnın 2.3-cü bəndinə uyğun olaraq İnsan Resursları İdarəsi tərəfindən kadrların rotasiyasının həyata keçirilməsi və bu proseslərin fəkmilləşdilməsi işi davam etdirilir. Qeyd edilənlər nəzərə alınmaqla və gömrük əməkdaşlarının potensialından səmərəli istifadə edilməsi və peşəkarlıq səviyyəsinin artırılması, həmçinin korrupsiya hallarına şərait yarda bilən davamlı münasibətlərin yaranma ehtimalının qarşısının alınması məqsədilə gömrük orqanı əməkdaşları arasında mərhələli qaydada rotasiyanın həyata keçirilməsi məqsədəuyğun hesab edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq Tovuz Gömrük İdarəsində, Xaçmaz gömrük İdarəsində və Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində xidmət keçən gömrük əməkdaşları arasında qarşılıqlı rotasiyasının tətbiq edilməsi təklif edilmişdir. xx.xx.2024-cü il tarixli İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov, İnsan Resursları İdarəsinin Kadrlaria İşin təşkili və uçotu şöbəsinin baş inspektoru Əli Bayramov, insan Resursları İdarəsinin Sosial layihələr və motivasiya şöbəsinin böyük inspektoru Tağı Nağıyev və Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Dübəndi” gömrük postunun baş müfəttişi İddiaçı tərəfindən tərtib edilmiş təklif edilən vakant vəzifə barədə aktdan görünür ki, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 4.1.10-cu maddəsinə əsasən dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların rotasiyası həyata keçirilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2018-ci il 21 sentyabr tarixli 196 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydasfnın 1.2-ci bəndinə əsasən gömrük orqanlarında mövcud kadr potensialından səmərəli istifadə edilməsi, kadrların qulluq və ya peşəkarlıq səviyyəsinin artırılması, həmçinin korrupsiya hallarına şərait yarda bilən davamlı münasibətlərin yaranma ehtimalının qarşısının alınması məqsədilə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Dübəndi" gömrük postunun baş müfəttişi İddiaçı Dövlət Gömrük Komitəsinə dəvət olunmuş və ona Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postunun baş müfəttişi (Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun baş müfəttişi ştat vahidi hesabına) vəzifəsi təklif edilmişdir. H. Ş. Hüseyn təklif olunan vəzifəyə etraz etməmiş və razı olduğunu bildirmişdir. Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3- 33/519ş nömrəli başqa işə keçiririlməsi haqqında əmrinə əsasən, İddiaçı (Dəniz nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsi / "Dübəndi" gömrük postu, Baş müfəttiş) tutduğu vəzifədən azad edilərək Tovuz Gömrük İdarəsi / "Qırmızı Körpü" gömrük postunun baş müfəttişi vəzifəsinə keçirilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Tovuz Gömrük İdarəsi "Qırmızı Körpü" gömrük postunun baş müfəttişi vəzifəsindən azad edilərək, həmin idarənin “Böyük Kəsik” gömrük postunda müvafiq vəzifəyə təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3- 33/867ş nömrəli işdən azad olunması haqqında əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən, İddiaçı (Tovuz Gömrük İdarəsi / "Qırmızı Körpü" gömrük postu, Baş müfəttiş) vəzifəsindən öz təşəbbüsü ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3- 33/878ş nömrəli işə qəbul haqqında əmrinə əsasən, İddiaçı Tovuz Gömrük İdarəsi / "Böyük Kəsik" gömrük postuna baş müfəttiş vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Cavabdehndə Baş müfəttiş vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Bu Əmək müqaviləsi “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az Res. Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəbə görə xx.xx.2025-ci il tarixinədək 6 ay müddətinə bağlanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən, işçiyə hər ay 648 manat əmək haqqı ödənilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin “Böyük-Kəsik” gömrük postunun rəisi Nofəl Tomayev tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli 01 nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində “Böyük-Kəsik” gömrük postunun baş müfəttişi İddiaçı işdə olarkən Dövlət Gömrük Komitəsi ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2025-ci il tarixdə başa çatacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli 3- 33/313ş nömrəli əmrinə əsasən, "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi" Bölməsində "Baş Müfəttiş" vəzifəsində işləyən İddiaçı Hüseyn oğlu ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə «AR ƏM-nin 68.2."b" - əmək müqaviləsinin müddətinin qurtarması» maddəsinə əsasən xx.xx.2025 tarixindən xitam verilməsi, işçinin xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə və Təchizat idarəsi həvalə edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli 3- 33/314ş nömrəli əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin b) Bəndinə əsasən, İddiaçı (Tovuz Gömrük İdarəsi/ Böyük Kəsik gömrük postu/Baş müfəttiş) əmək müqaviləsinin müdəttinin qurtarması səbəbindən xx.xx.2025-ci il tarixdən işdən azad olunması əmr edilmişdir Əmək kitabçalarının təhvil verilməsinin qeydiyyatı kitabından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə əmək müqaviləsini təhvil almışdır. xx.xx.2025-ci il tarixli, MŞB11/2025-00381 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə Bakı 11 saylı Mediasiya arayışına əsasən, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 12.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2-ci maddəsinə əsasən, Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3-cü maddəsinə əsasən, Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin f) bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 83-cü maddəsinin 1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında qeyd olunur ki: “... əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.” Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 28 sentyabr 2018-ci il tarixli, 1000/1640ş saylı əmrinə əsasən, İddiaçı Enerji Resusları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Dübəndi Gömrük Postuna müfəttiş vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 05 iyul 2023-cü il tarixli, 1000/476ş saylı əmrinə əsasən, İddiaçı Gömrük orqanlarında xidmət haqqında əsasnamənin 50-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək komitənin sərəncamına götürülmüşdür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 05 iyul 2023-cü il tarixli, 1000/481ş saylı əmrinə əsasən, Dəniz Nəqliyyatı və Enerji Resusları Baş Gömrük İdarəsinin «Dübəndi» Gömrük postunun baş müfəttişi vəzifəsinə təyin edilmişdir. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 4.1.10-cu maddəsinə əsasən dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların rotasiyası həyata keçirilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2018-ci il 21 sentyabr tarixli 196 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydasının 1.2-ci bəndinə əsasən gömrük orqanlarında mövcud kadr potensialından səmərəli istifadə edilməsi, kadrların qulluq və ya peşəkarlıq səviyyəsinin artırılması, həmçinin korrupsiya hallarına şərait yarda bilən davamlı münasibətlərin yaranma ehtimalının qarşısının alınması məqsədilə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Dübəndi" gömrük postunun baş müfəttişi İddiaçı Dövlət Gömrük Komitəsinə dəvət olunmuş və ona Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postunun baş müfəttişi (Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun baş müfəttişi ştat vahidi hesabına) vəzifəsi təklif edilmişdir. İddiaçı təklif olunan vəzifəyə etraz etməmiş və razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33/519ş nömrəli başqa işə keçiririlməsi haqqında əmrinə əsasən, İddiaçı (Dəniz nəqliyyatı və Enerji resursları Baş Gömrük İdarəsi / "Dübəndi" gömrük postu, Baş müfəttiş) tutduğu vəzifədən azad edilərək Tovuz Gömrük İdarəsi / "Qırmızı Körpü" gömrük postunun baş müfəttişi vəzifəsinə keçirilmişdir. Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33/867ş nömrəli işdən azad olunması haqqında əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən, İddiaçı (Tovuz Gömrük İdarəsi / "Qırmızı Körpü" gömrük postu, Baş müfəttiş) vəzifəsindən öz təşəbbüsü ilə işdən azad edilmiş, xx.xx.2024-cü il tarixli 3- 33/878ş nömrəli işə qəbul haqqında əmrinə əsasən isə Tovuz Gömrük İdarəsi / "Böyük Kəsik" gömrük postuna baş müfəttiş vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən, Bu Əmək müqaviləsi “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az Res. Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəbə görə xx.xx.2025-ci il tarixinədək 6 ay müddətinə bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli 3-33/313ş nömrəli əmrinə əsasən, "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi" Bölməsində "Baş Müfəttiş" vəzifəsində işləyən İddiaçı Hüseyn oğlu ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə «AR ƏM-nin 68.2."b" əmək müqaviləsinin müddətinin qurtarması» maddəsinə əsasən xx.xx.2025 tarixindən xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Müəyyən olunur ki, qarşılıqlı razılıq əldə edilərkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməyib. Belə ki, iddiaçı 2018-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işə başlamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2018-ci il 21 sentyabr tarixli 196 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydasının 1.2-ci bəndinə əsasən gömrük orqanlarında mövcud kadr potensialından səmərəli istifadə edilməsi, kadrların qulluq və ya peşəkarlıq səviyyəsinin artırılması, həmçinin korrupsiya hallarına şərait yarda bilən davamlı münasibətlərin yaranma ehtimalının qarşısının alınması məqsədilə xx.xx.2024-cü ildə tutduğu vəzifədən azad edilmiş, daha sonra xx.xx.2024-cü ildə onunla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə iddiaçı müddətlə bağlı iradə ifadə etmişdir. Əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Uzun müddət Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləyən iddiaçının hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi ağlabatan deyildir. Məlumdur ki, iddiaçı işindən məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq müddətli əmək müqaviləsi bağlamağa məcbur olub. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsini müddətsiz bağlanmış hesab edilməlidir. Müqavilə müddətsiz sayıldığına görə işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi qanuna uyğun deyil. Odur ki, qeyd olunan əmr ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İddiaçı işdən azad olunması haqqında 10 mart 2025-ci il tarixli 3-33/314Ş nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində əvvəlki vəzifəsinə bərpa edilməli, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İddiaçı işdən azad olunması haqqında 10 mart 2025-ci il tarixli 3-33/314Ş nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində əvvəlki vəzifəsinə bərpa edilsin. xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar