Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3420/2024 07.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı MMMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh6, cavabdeh X19, Cavabdeh14 nümayəndəsi X20 iştirakları ilə, İddiaçı MMMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X44 və "xxxx" MMC cəlb edilməklə cavabdehlər Cavabdeh15, Cavabdeh17, Cavabdeh16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, X38, Cavabdeh9, Cavabdeh10, Cavabdeh4, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 qarşı xidmət haqqlarının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMMC cavabdehlər Cavabdeh15, Cavabdeh17, X32, X45, Cavabdeh16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X33, X34, Cavabdeh5, Cavabdeh6, X46, Cavabdeh7, X38, Cavabdeh9, Cavabdeh10, Cavabdeh4, X49, X47, Cavabdeh11, X39, X28, Cavabdeh12, X35, Cavabdeh13, Cavabdeh14 və X21 qarşı xidmət haqqlarının ödənilməsi dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh15 444,50 manat məbləğində, Cavabdeh16 564,50 manat məbləğində, Cavabdeh17 591,60 manat məbləğində, X4 487,20 manat məbləğində, X22 452,50 manat məbləğində, X11 487,20 manat məbləğində, Cavabdeh1 491,50 manat məbləğində, Cavabdeh2 400,50 manat məbləğində, Cavabdeh3 400,50 manat məbləğində, Cavabdeh4 493,70 manat məbləğində, X5 564,50 manat məbləğində, X6 606,90 manat məbləğində, Cavabdeh5 397,60 manat məbləğində, Cavabdeh6 583,40 manat məbləğində, X23 436,50 manat məbləğində, Cavabdeh7 576,40 manat məbləğində, X12 600,10 manat məbləğində, X3 549,50 manat məbləğində, X24 574,30 manat məbləğində, Cavabdeh9 477,70 manat məbləğində, Cavabdeh10 225,00 manat məbləğində, X36 274,20 manat məbləğində, Cavabdeh11 445,90 manat məbləğində, Cavabdeh12 485,80 manat məbləğində, X7 467,60 manat məbləğində, Cavabdeh13 234,10 manat məbləğində, Cavabdeh14 573,50 manat məbləğində və X8 389,60 manat məbləğində, — cəmi 14313,20 manat məbləğində pulun və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada alınaraq İddiaçı MMMC-nin hesablaşma hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən 35, 35A və 35B saylı binalar "xxxx" MMC tərəfindən inşa olunmuş və 2005-ci ildə sakinlərin istifadəsinə verilmişdir. Binalar istifadəyə verildikdən sonra binalara xidməti həmin Cəmiyyət göstərmişdir. xx.xx.2023-cü il tarixində sakinlər binaların idarə edilməsi məqsədi ilə haqqı ödənilməklə, həmin binaların ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirmək üçün İddiaçı MMMC təsis etmişlər. İddiaçı MMMC yarandığı gündən Cəmiyyətə daxil olan binalara xidmətlər göstərən icra orqanlarının və binaları inşa etmiş və Cəmiyyət yaradılanadək idarə etmiş ”ANT İnşaat Təmir Tikinti” MMC-nin rəhbərlərinə xidmətlər göstərilməsi barədə müqavilələrin Cəmiyyət ilə bağlanılması və müvafiq təhvil-təslim aktları tərtib edilməklə xidmət sahələrinin Cəmiyyətə təhvil verilməsi barədə müraciətlər olunmuşdur. Bu müddət ərzində Cəmiyyət tərəfindən sakinlərin fəal iştirakı ilə müəyyən işlər görülmüş, sakinlərlə fərdi müqavilələr bağlanmış, kommunal xidmətlər göstərən icra strukturları ilə xidməti müqavilələr bağlanmışdır. Lakin bəzi sakinlər onlarla bağlanmış müqavilələrin şərtlərini birtərəfli qaydada pozaraq qarşılıqlı surətdə razılaşdırılmış aylıq xidmət haqqlarını Cəmiyyətin hesabına ödəməkdən imtina edirlər. Bu da Cəmiyyətin normal fəaliyyətini pozur, qarşıya qoyulmuş məqsədlərə çatmağa imkan vermir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35A saylı evin 5-ci mənzili (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 87, M3, m 2) Cavabdeh15 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 32-ci mənzili Cavabdeh16 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 48-ci mənzili (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 89, M12, m 2) Cavabdeh17 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 31-ci mənzili cavabdeh X13 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35A saylı evin 8-ci mənzili cavabdeh X29 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 2-ci mənzili cavabdeh X25 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 8-ci mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35A saylı evin 27-ci mənzili Cavabdeh2 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35A saylı evin 15-ci mənzili Cavabdeh3 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 18-ci mənzili Cavabdeh4 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 42-ci mənzili cavabdeh X14 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 38-ci mənzili cavabdeh X15 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35A saylı evin 18-ci mənzili Cavabdeh5 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 13-cü mənzili Cavabdeh6 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 52-ci mənzili cavabdeh X30 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 23-cü mənzili Cavabdeh7 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 27-ci mənzili cavabdeh X26 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 33-cü mənzili cavabdeh X9 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 28-ci mənzili cavabdeh X31 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 34-cü mənzili Cavabdeh9 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 39-cu mənzili Cavabdeh10 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35A saylı evin 31-ci mənzili cavabdeh X40 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35A saylı evin 1-ci mənzili Cavabdeh11 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 14-cü mənzili Cavabdeh12 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 64-cü mənzili cavabdeh X16 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 75-ci mənzili Cavabdeh13 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35 saylı evin 23-cü mənzili Cavabdeh14 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədəki 35B saylı evin 41-ci mənzili cavabdeh X17 xüsusi mülkiyyətindədir. 2024-cü ilin iyun ayınadək cavabdehlərdən Cavabdeh15 444,50 manat məbləğində, Cavabdeh16 564,50 manat məbləğində, Cavabdeh17 591,60 manat məbləğində, X13 487,20 manat məbləğində, X29 452,50 manat məbləğində, X27 487,20 manat məbləğində, Cavabdeh1 491,50 manat məbləğində, Cavabdeh2 Azad oğlunun 400,50 manat məbləğində, Cavabdeh3 400,50 manat məbləğində, X2 519,70 manat məbləğində, Cavabdeh4 Mirnağı oğlunun 493,70 manat məbləğində, X14 564,50 manat məbləğində, X15 606,90 manat məbləğində, Cavabdeh5 397,60 manat məbləğində, Cavabdeh6 583,40 manat məbləğində, X30 436,50 manat məbləğində, Cavabdeh7 576,40 manat məbləğində, X26 600,10 manat məbləğində, X9 549,50 manat məbləğində, X31 574,30 manat məbləğində, Cavabdeh9 477,70 manat məbləğində, Cavabdeh10 225,00 manat məbləğində, X40 274,20 manat məbləğində, Cavabdeh11 445,90 manat məbləğində, Cavabdeh12 485,80 manat məbləğində, X16 467,60 manat məbləğində, Cavabdeh13 234,10 manat məbləğində, Cavabdeh14 573,50 manat məbləğində, X17 389,60 manat məbləğində borcları vardır. Dəfələrlə cavabdehlərə yazılı və şifahi müraciətlər və xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz hərəkətlərini davam etdirirlər. Ona görə də məhkəməyə müraciət etmişlər. Cavabdehlər dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq kommunal xidmətlərə görə Cəmiyyətə olan borclarını ödməkdən imtina edirlər, ona görə də yaranmış borc məhkəmə qaydasında tutulmalıdır. İddiaçı MMMC-nin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 10 iyul 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlərə məhkəmə bildirişi göndərildikdən sonra bir neçə cavabdeh könüllü surətdə borclarını ödəmişlər. Belə ki, cavabdehlərdən X32, X45, X47 və X49 borclarını tam şəkildə MMMC-nin hesabına ödəmişlər. Cavabdehlərdən X41 və X37 İddiaçı MMMC-nin sədrinə ərizə ilə müraciət edərək, bu ilin avqust ayında borclarını tam ödəyəcəklərini bildirmişlər. Göstərilənləri nəzərə alaraq, cavabdehlər X32, X45, X47, X49, X41 və X18 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3420/2024 saylı, 10 iyul 2024-cü il tarixli protokolu ilə cavabdehlər X32, X45, X47, X49, X41 və X37 cavabdehlər siyahısından çıxarılmışlar. Cavabdeh5 30 iyul 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, o, İddiaçı MMMC-nin İH-nin üzvü, bu cəmiyyəti 2023-cü cü ilin yanvarından başlayaraq, sakinlərin köməyi ilə, yaratmış, 2023-cü ilin martın 15-də ümumi iclasa yekun vurmuş və cəmiyyət təsis edilmişdir. Cəmiyyətin İH-nə 5 nəfər namizəd seçilmiş və onlar iclasda onu sədr seçmişlər, o da, öz növbəsində bütün zərururi sənədləri toplayaraq təsdiq edilmək üçün AR-nin Ədliyyə Nazirliyinə təqdim etmiş və mayın 24-də cəmiyyətinə hüquqi status verilmişdir. Ondan əvvəl kommmunal xidmətinə ANT MTK-nın əməkdaşları nəzarət ediblər, kommunal haqların və xərclərin necə aparıldığı haqqında heç bir hesabat yox idi, cəmiyyətlərini yaradanda oturmağa belə onlara yer vemirdilər, çox böyük təzyiqlərlə üzləşdilər! Maliyyə vəsaitinin olmaması ucbatından bütün sənədlərin - nizamnamənin, seçki bülletenlərinin, 178 mülkiyyətçinin şəxsiyyət vəsiqələrinin, çıxarışlarının (kupçalarının) surətlərinin çıxarılmasına, o cümlədən bütün cəmiyyətin möhürünün, mədaxil-məxaric qəbzlərinin hazırlanmasına, nəqliyyatla (taksi ilə) müvafiq yerlərə gedibgəlmək üçün öz maliyyə vəsaitindən istifadə etmişdir. Ümumilikdə, cəmi 1250 manat dəftərxana və yuxarıda sadaladığı işlər üçün xərcləmişdir. Əlavə olaraq, Azərişığa əvvəlki illərdə ödənilməmiş borc qaldığı üçün aprel ayında 1000 manat, iyul ayında isə 800 manat öz şəxsi kartından onların hesabına pul köçürtmüşdür, bunun ardınca 300 manat Lift xidmətinin əməkdaşına köçürtmüşdür. 01 iyul 2023-cü ildə əmr verib həyətdə qeyri-rəsmi çalışan kommunal xidməti həyata keçirən (ANT MTK-nın) işçiləri işə götürüb əmrləşdirmiş və vergi portalına daxil etmiş, ona qarşı edilən təzyiqlər, təhqirlərə dözə bilməyb (səhhəti ilə bağlı) avqust ayında istefa vermiş və yeni sədr (Qanuni nümayəndə) seçmişlər, onlarda cari ayın pulunu növbəti ayda güc-bəla ilə yığa bilirlər məhz buna görə işlədiyi iki ayın maaşını yeni sədr hələ də ona verməyib, baxmayaraq ki, iki üç dəfə İdarə Heyətinin iclasını keşirtmişlər, yazılı qərar qəbul edilib və İH-nın üzvləri imza atıblar və orada qərar yekdilliklə qəbul edilib ki, keçmiç sədr Musa Cəlalovun maaşı və ona olan borc mütləq şəkildə qaytarılmalıdır. Yuxarıda sadaladığı bütün işlərə ümumilikdə 1250 + 1000 + 800 + 300+1000=4350 manat vəsait xərcləmiş, onun səmimiliyinə inanıb doğru qərar çıxarılmasını xahiş etmişdir. Onu sakinlər kimi o, da keçmiş komendant Vasif Babayevə 2023-cü ilin sonuna qədər olan kommunal xidməti haqqını ödəmişdir. Cəmiyyət onun borclarını ödəmədiyi üçün 2024-cü ilin yanvarından kommunal haqqını ödəmir və sədrə bildirmişdir ki, borclarından çıxsınlar. Cavabdeh10 24 sentyabr 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, 21 ilə yaxındır ki, o göstərilən ünvanda yaşayır və bu müddətdə həmişə kommunal xidmətlərin haqqını vaxtından əvvəl ödəyib (hətta 6 ay və bəzən də 1 il əvvəl). Buna aid heç vaxt borcu olmayıb. Qeyd etmişdir ki, təzə təyin olunmuş kommendant səriştəsiz və mədəniyyətdən uzaq adamdır. Sakinlərlə kobud rəftar edir. Sakinlərin pulun dağıtmaqla məşğuldur, lazım oldu-olmadı, necə gəldi pulları xərcləyirlər (israfçılıqla məşğuldur). Təzə kommendant gələn kimi həyətlərinə xətt çəkildi, 100-ə yaxın plastik dirəklər və heç kimə lazım olmayan şlaqbaum bastırıldı. Qısa müddətdə plastik dirəklər yoxa çıxdı (dağıdıldı). Şlaqbaum isə işləmir (heç lazım deyil). Həyətə təzə yol çəkməyi, liftləri təzələməyə söz vermişdi. Lakin heç nə yerinə yetirilmədi. Sakinlərin pulları havaya sovruldu. Bütün bunları nəzərə alaraq bildirmişdir ki, komendantın özünü məhkəməyə vermək lazımdır. İddiaçı MMMC xx.xx.2024-cü il tarixdə ərizə verərək, cavabdehlər X32, X33, X34, X46, X28, X35, X45, X47, X49, X41, X21 dair hissədə iddiadan imtian etdiklərini və həmin cavabdehlərə qarşı “kommunal xidmət haqlarının ödənilməsinə dair” icraata xitam verilməsinii xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbində qeyd olunan borc tam ödənilmişdir. Daha sonra İddiaçı MMMC xx.xx.2024-cü il tarixdə ərizə verərək, Cavabdeh6 tərəfindən də kommunal xidmət haqqı ödənildiyindən həmin cavabdehə də qarşı “kommunal xidmət haqlarının ödənilməsinə dair” icraata xitam verilməsinii xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3420/2024 saylı, 07 noyabr 2024cü il tarixli qərardadı ilə İddiaçı MMMC cavabdehlər X32 və qeyrilərinə qarşı xidmət haqqlarının ödənilməsi tələbi üzrə cavabdehlər X32, X33, X34, X46, X28, X35, X45, X47, X49, X41, X21 və Cavabdeh6 dair hissədə iddiadan imtina etməsinin qəbul olunması; İddiaçı MMMC cavabdehlər X32 və qeyrilərinə qarşı xidmət haqqlarının ödənilməsi tələbi üzrə mülki işin icraatına cavabdehlər X32, X33, X34, X46, X28, X35, X45, X47, X49, X41, X21 və Cavabdeh6 dair hissədə iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar hissəvi xitam verilməsi qərara alınmışdır. İşə məhkəmədə baxılan zaman İddiaçı MMMC-nin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 29 sentyabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh15 577,85 manat məbləğində, Cavabdeh16 733,85 manat məbləğində, Cavabdeh17 769,8 manat məbləğində, Cavabdeh1 638,95 manat məbləğində, Cavabdeh2 Azad oğlundan 521,0 manat məbləğində, Cavabdeh3 520,65 manat məbləğində, Cavabdeh4 Mirnağı oğlundan 641,81 manat məbləğində, Cavabdeh5 516,81 manat məbləğində, Cavabdeh6 758,42 manat məbləğində, Cavabdeh7 749,32 manat məbləğində, X12 780,13 manat məbləğində, Cavabdeh9 621,01 manat məbləğində, Cavabdeh10 292,50 manat məbləğində, Cavabdeh11 579,67 manat məbləğində, Cavabdeh12 631,54 manat məbləğində, Cavabdeh13 304,33 manat məbləğində, Cavabdeh14 745,55 manat, cəmi: 11.791,67 manat məbləğində pulun və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada alınaraq İddiaçı MMMC-nin hesablaşma hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini; X32, X33, X34, X46, X28, X35, X45, X47, X49, X41, X17 cavabdehlərdən sırasından çıxarılması və həmin cavabdehlərə qarşı “kommunal xidmət haqlarının ödənilməsinə dair” icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı MMMC cavabdehlər Cavabdeh15 və başqalarından - cəmi 14.981,53 manat məbləğində pulun və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada alınaraq İddiaçı MMMC-nin hesablaşma hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda Cavabdeh6 da borcunu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 53cü maddəsini rəhbər tutaraq Cavabdeh6 cavabdehlərdən sırasından çıxarılması və həmin cavabdehə qarşı “kommunal xidmət haqlarının ödənilməsinə dair” icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh15 və başqalarından kommunal xərclərə görə ödənilməmiş pul tələbinə dair iddia ərizəsinə etirazları tamamilə əsassızdır. Cavabdehlərin məhkəməyə təqdim etdikləri onların özünü binaların komendatı kimi təqdim edən Vasif Babayevə kommunal xərclərini ödəmələri barədə qəbzlər saxtadır. Həmin qəbzlərdə möhür yoxdur. Qəbzlərdə VÖEN yoxdur. Qəbzlərdə ödənilməsi qeyd edilən məbləğlər saxtadır, hansı meyar əsasında ödəniş edilməsi məlum deyildir. Vasif Babayevin kommunal xərclər adı altında sakinlərdən aldığı pullar hər hansı bir xidmət edən quruma köçürülməmişdir. Cavabdeh6 İddiaçı MMMC yaradılandan əvvəldə kommunal xərclərini ödəməkdən imtina etmişdir. Cavabdeh5 guya öz şəxsi vəsaitindən MMMC-nin fəaliyyəti üçün 4250 manat məbləğində pul xərcləməsi hər hansı sənədlə təsdiq olunmur. Bu barədə MMMC-də hər hansı hesabat sənədi yoxdur. Cavabdehlərin bu məzmunlu izahatları MMMC-nin fəaliyyətini pozmaq və kommunal xərcləri ödəməkdən yayınmaq məqsədi güdür. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, MMMC-yə olan kommunal xərclərin hamısını ödəmişdir. Ona dair hissədə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X42 iddia tələbini ona aid olan hissədə qəbul etməyərək izahatında bildirdi ki, o, ayrıca iddia şəklində məhkəməyə müraciət edərək, etdiyi ödənişləri geri tələb edəcək. Onun tərəfindən İdarə heyətinin sədri olduğu dövrdə Azərişıq ASC-nə, Lift şirkətinə ödənişlər etmişdir. Sədr kimi etdiyi ödənişlərin kommunal borcuna görə əvəzləşdirilməsini istəyir. Odur ki, iddia tələbinin ona aid olan hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh14 nümayəndəsi X43 iddia tələbini ona aid olan hissədə qəbul etməyərək izahatında bildirdi ki, o, tərəflərindən ödənişlər vaxtıvaxtında edilmişdir və bunu təsdiq edəcək qəbzlər də var. Odur ki, iddia tələbinin onlara aid olan hissədə rədd edilməsini xahiş etdi Cavabdehlər Cavabdeh15, Cavabdeh17, Cavabdeh16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, X38, Cavabdeh9, Cavabdeh10, Cavabdeh4, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X44 və "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən 1123-MM10-0288 saylı çıxarışdan görünür ki, İddiaçı MMMC xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir. MMMC-nin fəaliyyət predmeti Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə, 35, 35A və 35B saylı binanı - daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvercilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək kimi müəyyən edilmiş, qeydiyyata alınmasının əsası kimi Cəmiyyətin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarı və digər sənədlər təşkil etmişdir. Dəyişikliyin qeydiyyat tarixi xx.xx.2023-cü il tarixdir. - İddiaçı MMMC-nin İdarə Heyətinin xx.xx.2023-cü il tarixli gündəliyinə əsasən Qanuni nümayəndə İddiaçı MMMC-nin İdarə Heyətinin sədri seçilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35A, mənzil 5 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 87, M3, m 2) tam mülkiyyət hüququ üzrə Cavabdeh15 adına xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35, mənzil 32 tam mülkiyyət hüququ üzrə Cavabdeh16 adına xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35B, mənzil 8 tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35B, məhəllə 3141, mənzil 48 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 89, M12, m 2) tam mülkiyyət hüququ üzrə Cavabdeh17 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35A, mənzil 27 tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2009-cu il tarixdə qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35A, mənzil 18 tam mülkiyyət hüququ üzrə X19 adına xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35, mənzil 38 tam mülkiyyət hüququ üzrə X15 adına xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35, mənzil 15 tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir. - xx.xx.2023-cü il tarixli qəbzə əsasən X42 "xxxx" ASC-nin hesabına 1000 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 800 manat, "xxxx" QSC-də Rafiq H. Adlı şəxsin 521367******0563 saylı kart nömrəsinə 300 manat pul köçürtmüşdür. - İddiaçı MMMC-nin 7 saylı, 25 avqust 2023-cü il tarixli əmrinə əsasən İddiaçı MMMC-nin İdarə Heyyəti və Təftiş Komissiyası iki gün ərzində Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və bu mövzuya aid digər bütün qanun və normativ sənədlərin tələblərinə uyğun olaraq İddiaçı MMMC-nin mənzil mülkiyyətçilərindən və qeyri-yaşayış sahələrindən alınacaq ümumi əmlakın saxlanması, təmiri və kommunal haqqlarının ödənilməsi miqdarını hesablayıb, təyin edib, təsdiq üçün İddiaçı MMMC-nin İdarə Heyyətinə təqdim etsin. Bu gündən yəni 25 avqust 2023-cü ildən etibarən İddiaçı MMMC-yə edilən bütün ödəmələr hökmən İddiaçı MMMC-nin rəsmi "xxxx" vasitəsi ilə və ya MMMC-nin Bank hesabına edilsin. 25 avqust 2023-cü il tarixindən İddiaçı MMMC tərəfindən edilən bütün ödəmələr MMMC-nin mövcud rəsmi kassa məxaric orderləri vasitəsi ilə və ya Bank vasitəsi ilə yerinə yetirilsin. İddiaçı MMMC-nin 25 avqust 2023-cü il tarixinə qədər olan fəaliyyəti və maliyyə-təsərrüfat barədə hesabatı MMMC-nin İdarə Heyyətiııə təqdim edilsin. İddiaçı MMMC-nin komendantı vəzifəsindən işləyən Babayev Vasif oğluna maliyyə sahəsində yol verdiyi çox saylı pozuntulara görə “xəbərdarlıq” edilsin və ona 25 avqust 2023-cü il tarixindən İddiaçı MMMC-nin hər hansı maliyyə və pul əməliyyatları işlərində iştirakı, əsasən də mülkiyyətçilərdən kommunal ödəmələrin alınması qəti qadağan edilsin və həmçinin ondan bu əmri tam və sözsüz yerinə yetirəcəyi barədə əminlik ərizəsi alınsın. Bu əmrin yerinə yetirilməsinı nəzarəti Qanuni nümayəndə öz üzərində saxlayır. - İddiaçı MMMC-nin İdarə Heyətinin 28 avqust 2023-cü il tarixli protokoluna əsasən Musa Cəlalov söz alaraq bildirdi ki, bu günkü iclasda sədr və katib seçilməlidir. Təklif edir ki, iclasın sədri Qanuni nümayəndə, katibi isə Nəbi Bayramov seçilsin. Təklif səsə qoyuldu, səslər hesablandı, lehinə - 5 nəfər əleyhinə - yoxdur bitərəf – yoxdur. Qərar: Təklif yekdilliklə qəbul edildi. Qanuni nümayəndə - iclasın sədri, Nəbi Bayramov isə iclasın katibi seçildilər. İclasın gündəliyində qoyulmuş birinci məsələ barədə İddiaçı MMMC-nin idarə heyətinin sədri Qanuni nümayəndə çıxış etmək üçün söz istədi. Ona soz verildi. Qanuni nümayəndə öz çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ bölməsinin “Yaşayış sahələrinə və kommunal xidmətlərə görə ödəmələr” və qanunun XİV fəslinin tələbləri əsasında ümumi əmlakın saxlanmasına və təmirinə həmçinin göstərilən kommunal xidmətlərə çəkilən ümumi xərclər hesablanaraq mülkiyyətçilərə məxsus ümumi yaşayış sahələrinə bölünərək hər bir kvadratmetr ümumi yaşayış sahəsinə düşən xərci, yəni ödəmə haqqını təyin etmişik. Ümumi əmlakın saxlanması və kommunal xidmətlər üçün çəkilən əsas ümumi xərclər əsasən bunlardır. Binaların daxilindəki və həyətdəki ümumi əmklakın girişlərin (blokların) pilləkən qəfəslərinin, zirzəmilərin, qaraj larin, liftlərin, su nasosxanasmın və s. elektrik enerjisi sərfiyyatı, işıqlandırılması və işləməsi üçün ayda orta sərfiyyat olaraq =1150 AZN edir (balans sayğacı üzrə). Liftlərin təhlükəsiz və yüksək keyfiyyətlə işləməsini təmin etmək üçün göstərilən texniki xidmət haqqı = ayda 780 AZN (10 əd liftə bağlanmış müqavilə üzrə). Məişət tullantılarının daşınması haqqı = ayda 300 AZN. Müqavilə üzrə. Ümumi əmlaka istifadə olunan suyun haqqı - ayda orta sərfiyyat 20 AZN (kartla) Cari xərclər - 1279 AZN (liftlərə ehtiyat hissələri, təmizlik materialları, elektrik malları, avtomat, lampa və s). İddiaçı MMMC-nin işçilərinin aylıq əmək haqqı = 4781 AZN. Bütün bu xərclərin cəmini 8310 AZN-i İddiaçı MMMC-nin mənzil mülkiyyətçilərinin çıxarışlar üzrə ümumi yaşayış sahəsinə 23744,06 kvadratmetrə böldükdə hər bir kvadratmetr ümumi yaşayış sahəsinə ümumi əmlakın saxlanması, təmiri və kommunal xidmət haqqı 0,35 AZN alınır. Odur ki, yuxarıda qeyd olunan qanunun tələblərinə uyğun olaraq hal-hazırki şərait üçün kommunal ödənişin 1 kv.metr ümumi yaşayış sahəsi üzrə 0,35 AZN qəbul edilməsini təklif edir və eyni zamanda təklif edir ki, bu qiymət üzrə müqavilələr hazırlansın və mənzil mülkiyyətçiləri ilə MMMC arasında aidiyyati müqavilələr bağlansın. Təklif səsə qoyuldu, səslər hesablandı, lehinə - 5 nəfər əleyhinə - yoxdur, bitərəf – yoxdur. Qərar: Təklif yekdilliklə qəbul edildi. Kommunal haqqı 1 kv.m. üzrə 0,35 AZN qəbul edilsin. Mənzil mülkiyyətçiləri ilə aidiyyati müqavilələr bağlansın. İclasın gündəliyində qoyulmuş ikinci məsələ barədə də çıxış etmək üçün söz yenə də Qanuni nümayəndə verildi. O, çıxış edərək qeyd etdi ki, Azərbaycanda Bakı şəhərində mövcud duruma uyğun olaraq Mərkəzi Statistika İdarəsindən və bir neçə rəsmi əmlak məsələləri üzrə təşkilatlardan aldığı sorğularının cavablarına əsasən çoxmənzilli yüksək mərtəbəli binalarda bir qayda olaraq qeyri-yaşayış sahələri yaşayış sahələrindən təqribən 2:2,5 dəfə baha olurlar. Həm də qeyri-yaşayış sahələrindən həmişə qazanc əldə etmək olur, yaşayışdan isə yox. Aldığı bu cavabların əsasında biz də qeyri-yaşayış sahəsindəki fəaliyyətlərdən ümumi əmlakın saxlanması və kommunal xidmət haqqını yaşayış üzrə təyin edilmiş 0,35 AZN-in iki misli qədər qəbul etməlidirlər. Yəni, İddiaçı MMMC-yə aid olan binaların qeyri-yaşayış sahəsində fəaliyyət göstərənlər üçün hər 1 kv.m. sahə üzrə kommunal haqqı 0,70 AZN qəbul edilir. Odur ki, təklif edir ki, bu əsaslandırmanı qəbul edərək qeyri-yaşayış sahələri üzrə ümumi əmlakın saxlanması, təmiri və kommunal haqqı 1 kv.m. sahə üzrə 0,70 AZN təyin edilsin və bunun da əsasında həmin qeyri-yaşayış sahələrində fəaliyyət göstərən müəssisələrlə 1 kv.m sahə üzrə 0,70 AZN-dən müqavilələr bağlansın. Təklif səsə qoyuldu. Səslər hesablandı: lehinə - 5 nəfər, əleyhinə - yoxdur, bitərəf – yoxdu. Təklif yekdilliklə qəbul edildi. İclasın gündəliyinə qoyulmuş üçüncü məsələ barədə çıxış etmək üçün Cəlalov Musa söz istədi. O öz çıxışında xidmət sahələri üzrə bağlanmış müqavilələrdən danışdı. Liftlərə texniki xidmət üzrə və məişət tullantılarının daşınması üzrə əvvəllər bağlanmış müqavilələrə yenidən baxılmasım və şəraitə uyğun dəyişikliklə yeni müqavilələrin bağlanmasını təklif etdi. Təklif səsə qoyuldu və səslər hesablandı. Lehinə - 5 nəfər əleyhinə - yoxdur bitərəf – yoxdur. Beləliklə, təklif yekdilliklə qəbul edildi. İclasın gündəliyində qoyulmuş dördüncü cari məsələlər barədə İdarə Heyyətinin üzvləri Təhməzov Malik və Bayramov Nəbi çıxış edərək bildirdilər ki, həyətdə 35 A və 35 saylı binaların qeyri-yaşayış sahəsində yerləşən Həyat Klinikası tərəfindən mülkiyyətçilərə məxsus həyətdə quraşdırılmış generatorların və başqa hava təmizləyici qurğuların səslərinin və tüstülərinin sakinləri çox narahat etiyi üçün onların həyətdən kənara köçülməsi barədə təkliflərini irəli sürdülər. Təkliflər səsə qoyuldu, səslər hesablandı, lehinə - 5 nəfər əleyhinə - yoxdur bitərəf – yoxdur. Təkliflər yekdilliklə qəbul edildi. Bununla da iclas gündəlikdə qoyulmuş bütün məsələlərə baxaraq öz işini başa çatdırdı, iclasa sədrlik edən Qanuni nümayəndə iclasın bağlı olduğunu elan etdi. - 000525 saylı, xx.xx.2023-2024-cü il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35A, 5 saylı mənzilin mülkiyyətçisi Cavabdeh15 2023-cü ilin yanvar ayından 2024-cü ilin dekabr ayına kimi 350 manat məbləğində kommunal haqqını Vasif Babayevə ödəmişdir. - İddiaçı MMMC tərəfindən mənzil mülkiyyətçilərinə müraciətə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünavnında yerləşən 35, 35A və 35B saylı binaların mənzil mülkiyyətçilərinin idarə heyətinin qərarı ilə 25 avqust 2023-cü il tarixindən başlayaraq kommunal xərclərinin MMMC-nin hesablaşma hesabına ödənilməsi qərara alınmışdır. Bunu nəzərə alaraq, xx.xx.2023-cü il tarixindən başlayaraq bütün kommunal xərclərin yalnız rəsmi sənədlərlə ödənilməsi xahiş olunmuşdur. Bu məsələlər üzrə MMMC-nin təftiş komissiyasının üzvü, müfəttişi Cavabdeh6 müraciət etmək xahiş olunmuşdur. - 000344 saylı, xx.xx.2023-2024-cü il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35B, 34 saylı mənzilin mülkiyyətçisi Cavabdeh9 2023-cü ilin avqust ayından 2024-cü ilin avqust ayına kimi 300 manat məbləğində kommunal haqqını Vasif Babayevə ödəmişdir. - 000596 saylı, xx.xx.2023-24-cü il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35B, 39 saylı mənzilin mülkiyyətçisi Cavabdeh10 2023-cü ilin yanvar ayından 2024-cü ilin dekabr ayına kimi 400 manat məbləğində kommunal haqqını Vasif Babayevə ödəmişdir. - 168784 saylı, xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35A, 15 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 80 manat məbləğində kommunal haqqını Qanuni nümayəndə ödəmişdir. - 000586 saylı, xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35A, 15 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 2023-cü ilin yanvar ayından dekabr ayına kimi 350 manat məbləğində kommunal haqqını Vasif Babayevə ödəmişdir. - 000587 saylı, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35A, 15 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 2024-cü ilin yanvar ayından dekabr ayına kimi 350 manat məbləğində kommunal haqqını Vasif Babayevə ödəmişdir. - 006908 saylı, xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35A, 15 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 2023-cü ilin yanvar ayından dekabr ayına kimi 300 manat məbləğində kommunal haqqını Vasif Babayevə ödəmişdir. - 000553 saylı, xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35, 23 saylı mənzilin mülkiyyətçisi Cavabdeh14 2023-cü ilin yanvar ayından dekabr ayına kimi 250 manat məbləğində kommunal haqqını Vasif Babayevə ödəmişdir. - 000554 saylı, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35, 23 saylı mənzilin mülkiyyətçisi Cavabdeh14 2024-cü ilin yanvar ayından dekabr ayına kimi 250 manat məbləğində kommunal haqqını Vasif Babayevə ödəmişdir. Beləliklə, işin halları ondan ibarətdir ki, cavabdehlər Cavabdeh15, Cavabdeh17, Cavabdeh16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, X38, Cavabdeh9, Cavabdeh10, Cavabdeh4, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən bina sakinləri və mənzillərin mülkiyyətçiləridir və həmin yaşayış binasının idarəetməsi İddiaçı MMMC-nin səlahiyyətidir. Cavabdehər kommunal xidmətlərə ödənişdən yayınmışdır. Məhkəmə MMMC-nin üzvlərinin ümumi iclasının qərarının və həmin qərar əsasında qəbul edilmiş tariflərin mübahisələndirilməməsini, həmin qərara görə çıxarışda ümumi sahəsi qeyd edilməyən, yalnız yaşayış sahəsi qeyd edilən mənzillərin aylıq xidmət haqqının hər mənzilin yaşayış sahəsinin 1m2 üçün 0,35 manat müəyyən edilməsini nəzərə alaraq qeyd edir ki, cavabdehlər iddiaçı cəmiyyət ilə müqavilə bağlanılmadıqlarını bildirərək xidmət haqqını ödəməkdən imtina etsə də bu hal onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin ödənilməsindən azad etmir. Çünki, mənzilin mülkiyyətçisinin yaşayış binasının saxlanılması üçün zəruri olan xərcləri ödəmək vəzifəsidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı kommunal ödənişləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün belə müqavilə bağlandığı andan və ya yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və ya kommunal xidmətlərə görə haqdan ibarətdir. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh14, Cavabdeh15 və Cavabdeh9 aid hissədə qismən əsaslı hesab edir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh15 577,85 manat məbləğində, Cavabdeh16 733,85 manat məbləğində, Cavabdeh17 769,8 manat məbləğində, Cavabdeh1 638,95 manat məbləğində, Cavabdeh2 Azad oğlundan 521,0 manat məbləğində, Cavabdeh4 Mirnağı oğlundan 641,81 manat məbləğində, Cavabdeh5 516,81 manat məbləğində, Cavabdeh6 758,42 manat məbləğində, Cavabdeh7 749,32 manat məbləğində, X12 780,13 manat məbləğində, Cavabdeh9 621,01 manat məbləğində, Cavabdeh11 579,67 manat məbləğində, Cavabdeh12 631,54 manat məbləğində, Cavabdeh13 304,33 manat məbləğində pulun müştərək qaydada alınaraq İddiaçı MMMCnin hesablaşma hesabına ödənilməsi hissəsində qismən əsaslı hesab edir. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh14 2023 və 2024-cü ilin yanvar ayından dekabr ayına kimi cəmi 500 manat, Cavabdeh15 tərəfindən 350 manat, Cavabdeh9 tərəfindən isə 300 manat məbləğində kommunal xərcə görə ödəniş Vasif Babayevə ödənilmişdir. Ödənişlər İddiaçı MMMC-yə yaradılmamışdan əvvəl, həmin dövr binada komendant kimi işləyən Vasif Babayevə əvvəlcəən ödəniş kimi edilmişdir. İddiaçı tərəf həmin ödənişləri qəbul etməsə də, məhkəmə hersab edir ki, bina sakinləri tərəfindən hər bir halda kommunal xidmətlərin göstərilməsinə görə həmin dövr üçün ödəniş edilməsi müəyyən olunduğundan sözgüedən qəbzlər sübut kimi qəbul edilməlidir. Belə ki, cavabdeh olan bina sakinləri Vasif Babayevi məhz kommunal xərclərin ödənilməsi üçün məsul şəxs kimi tanımışdır. Məhkəmə sözügedən qəbzlərin ödəniş kimi qəbul edilməsini əsaslı və ədalətli hesab edir. Eləcə də digər cavabdehlər Cavabdeh3 və Cavabdeh10 tərəfindən 2023-2024-cü illər üzrə edilmiş ödənişlər iddia ərizəsində tələb olunan məbləğdən də yüksək olduğundan həmin cavabdehlərə dair hissədə iddia təmin edilməməlidir. Digər cavabdehlərə dair hissədə kommunal xərclərin ödənilməsinə dair ödəniş qəbzləri olmadığından həmin hissədə iddia əsaslıdır və təmin edilməlidir. Cavabdehlərin mülkiyyətində olmuş mənzil binanın tərkib hissəsi olması xüsusatı əsas götürülməklə iddiaçı tərəfindən binanın saxlanılması, ümumi mülkiyyətin qorunması, təminatı, müdafiəsi və s. ilə bağlı zəruri yaxşılaşdırıcı tədbirlər görülmüşdür. Yəni, iddiaçı tərəf özgə işlərini tapşırıqsız icra etmişdir ki, həmin işlərin görülməsi mülkiyyətçilərin, həmçinin cavabdehin ümumi maraqlarına uyğundur. Cavabdeh5 etirazında qeyd etdiyi onun tərəfindən İdarə heyətinin sədri olduğu dövrdə Sədr kimi binanın Azərişıq ASC-nə, Lift şirkətinə olan ödənişlərini etməsi ilə bağlı qeyd edir ki, onun bina sakini, yəni mənzil mülkiyyətçisi kimi kommunal xərci ödənilməsi müəyyən edilmir. Həmin məbləğlərin kommunal xərc kimi əvəzləşdirilməsi isə qanunuvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh5 dair hissədə iddia əsaslıdır və tmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 manat Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh1, Cavabdeh2 Azad oğlundan, Cavabdeh4 Mirnağı oğlundan, Cavabdeh5, Cavabdeh7, X12, Cavabdeh9, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 müştərək qaydada İddiaçı MMMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh15 227,85 manat, Cavabdeh16 733,85 manat, Cavabdeh17 769,8 manat, Cavabdeh1 638,95 manat, Cavabdeh2 Azad oğlundan 521,00 manat, Cavabdeh4 Mirnağı oğlundan 641,81 manat, Cavabdeh5 516,81 manat, Cavabdeh7 749,32 manat, X12 780,13 manat, Cavabdeh9 321,01 manat, Cavabdeh11 579,67 manat, Cavabdeh12 631,54 manat, Cavabdeh13 304,33 manat, Cavabdeh14 245,55 manat olmaqla, cəmi 7661,62 (yeddi min altı yüz altmış bir manat altmış iki qəpik) manat xidmət haqqı üzrə yaranmış borc iddiaçı "xxxx" MMMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh15 227,85 manat, Cavabdeh16 733,85 manat, Cavabdeh17 769,8 manat, Cavabdeh1 638,95 manat, Cavabdeh2 Azad oğlundan 521,00 manat, Cavabdeh4 Mirnağı oğlundan 641,81 manat, Cavabdeh5 516,81 manat, Cavabdeh7 749,32 manat, X12 780,13 manat, Cavabdeh9 321,01 manat, Cavabdeh11 579,67 manat, Cavabdeh12 631,54 manat, Cavabdeh13 304,33 manat, Cavabdeh14 245,55 manat olmaqla, cəmi 7661,62 (yeddi min altı yüz altmış bir manat altmış iki qəpik) manat xidmət haqqı üzrə yaranmış borc iddiaçı "xxxx" MMMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olan ödənilmiş 150 (yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh1, Cavabdeh2 Azad oğlundan, Cavabdeh4 Mirnağı oğlundan, Cavabdeh5, Cavabdeh7, X12, Cavabdeh9, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 müştərək qaydada İddiaçı MMMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3420/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3420/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver