Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3421/2021 13.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 30.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 25.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 2011-ci il buraxılışlı DONG FENG DFL3310A14 yük markalı ** LT *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X11 olmuşdur. İddiaçı pulunu ödəyərək həmin avtomobili X1 almış və avtomobil faktiki olaraq iddiaçının sahibliyinə keçmişdir. X18 İddiaçı təqdim etdiyi sürücülərə avtomobili idarə etmək üçün etibarnamə vermişdir. 2018-ci ilin əvvəlində müəyyən sosial problemlərin həll olması üçün iddiaçıya pul lazım olmuş və yaxın tanışları vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh iddiaçıya 5.900 ABŞ dolları borc pul vermişdir. İddiaçı 3 ay müddətində həmin pulu cavabdehə qaytarmalı və əlavə 2000 manat ödəməli idi. Əks təqdirdə iddiaçının faktiki sahibliyində olan DONG FENG DFL3310A14 yük markalı avtomobil satışa çıxarılmalı və satılmalı idi. Cavabdeh pulu avtomobil onun mülkiyyətinə keçdikdən sonra iddiaçıya verməyi öhdəsinə götürmüşdür. İddiaçı bu ağır şərtlə razılaşmalı olmuş, 05.04.2018-ci il tarixdə avtomobilin texniki pasportunda göstərilən mülkiyyətiçisi X6 dəvət edib avtomobili Cavabdeh adına keçirtmişdir. Həmin gün Cavabdeh iddiaçıya avtomobilə dair etibarnamə vermiş və avtomobilin sənədlərini təqdim etmişdir. Bir müddət keçdikdən sonra iddiaçı cavabdehin pulunu ödəyə bilməmiş və məcburiyyət qarşısında avtomobili satışa çıxartmışdır. Avtomobil satılmadaqda cavabdeh iddiaçıya bildirmişdir ki, yaxın dostunun oğlu bankda işləyir, avtomobili girov qoymaqla bankdan kredit götürmək olar. Bundan sonra cavabdeh bildirmişdir ki, bank iki avtomobilin girov qoyulmasını tələb edir. Məcburiyyət qarşısında qalıb iddiaçı mülkiyyətində olan Man markalı avtomobili də cavabdehin mülkiyyətinə keçirtmişdir. Lakin cavabdeh bankdan pul götürməmişdir. İddiaçı dəfələrlə cavabdehin evinə gedib avtomobillərin yenidən mülkiyyətinə qaytarılmasını tələb etsə də, cavabdeh iddiaçını inzibati orqanlarla hədələyərək yaşadığı evə gəlməyi qadağan etmişdir. Bundan sonra iddiaçı Yasamal rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Lakin yaranmış mübahisənin mülki xarakterli olduğunu bildirərək iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. 23.04.2019-cu ildə cavabdeh avtomobili qeydiyyat şəhadətnaməsinin dublikatını çıxardaraq avtomobili etibarnamə əsasında X7 37.000 manata satmışdır. X12 isə avtomobili 23.08.2019-cu il tarixdə X2. Hazırda avtomobil X8 mülkiyyətindədir. Sonuncu iki şəxs avtomobil pul ödəməklə əldə etmişlər. Lakin cavabdeh avtomobilə dair pul ödəməmişdir. İddiaçının cavabdehə 12.000 manat borcu var. Həmin borc avtomobilin satılmış 37.000 manat qiymətindən çıxmaqla cavabdeh iddiaçıya 25.000 manat pul ödəməlidir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin 09.06.2020-ci il tarixli 016-50541-1220 nömrəli, 18.09.2020-ci il tarixli 016-85066-1220 nömrəli məktublarından və kompüter uçot bazasının məlumatlarından müəyyən edilir ki, DONG FENG DFL3310A14 yük markalı, 2011-ci il buraxılışlı, ** LT *** dövlət nömrə nişanlı avtomobil 27.07.2011-ci il tarixli AB 629512 nömrəli şəhadətnaməyə əsasən 27.07.2011-ci il tarixdən X17 mülkiyyətində olmuşdur. 17.07.2014-cü il tarixli AC 098450 nömrəli şəhadətnaməyə əsasən avtomobil 17.07.2014-cü il tarixdən X5 adına qeydiyyata alınmışdır. 05.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 avtomobili Cavabdeh satmışdır. 05.04.2018-ci il tarixli AD 239213 nömrəli şəhadətnaməyə əsasən avtomobil 05.04.2018-ci il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır. 23.04.2019-cu il tarixdə avtomobilin ** LT *** dövlət qeydiyyat nişanı dəyişdirilmiş, yeni ** SK *** dövlət qeydiyyat nişanı verilmişdir. 23.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh avtomobili X2. 23.08.2019-cu il tarixli AD 596769 nömrəli şəhadətnaməyə əsasən 23.08.2019-cu il tarixdən DONG FENG DFL3310A14 yük markalı, 2011-ci il buraxılışlı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobil X8 adına qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli 2(001)-6001/2019 nömrəli qiyabi qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və "xxxx" ST MMC-yə qarşı “avtomobilin qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, “MAN F2000 YÜK” markalı ** HJ *** dövlət nömrə nişanlı avtomobilin cavabdehlər İddiaçı və "xxxx" ST MMC-dən alınaraq iddiaçı Cavabdeh qaytarılması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2(001)-6001/2019 nömrəli qiyabi qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, 2018-ci ildə maliyyə çətinlikləri ilə bağlı ona nağd pul lazım idi. Yaxın tanışları ona bildirmişlər ki, Cavabdeh müəyyən şərtlərlə, yəni faizlə pul verir. İddiaçı faktiki mülkiyyətində olan “Dong-Feng” markalı **-LT-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh mülkiyyətinə keçirdikdən sonra, Cavabdeh 3 ay müddətində 12.000 manat pul qaytarmaq şərti ilə İddiaçı 10.000 manat pul vermişdir. Avtomobil satışa qoyulmuş, bir müddət satılmamışdır. Belə olduğu halda, Cavabdeh təklif etmişdir ki, avtomobili banka girov qoyub, müəyyən məbləğdə kredit götürsünlər. Cavabdeh öz pulunu götürməli, yerdə qalan krediti İddiaçı ödəməli idi. Bir müddət keçdikdən sonra Cavabdeh bildirdi ki, bank iki maşını girov götürdükdən sonra kredit verməyə hazırdır. Bununla bağlı, İddiaçı mülkiyyətində olan “Man 2000F” markalı yük maşınını alğı-satqı yolu ilə Cavabdeh mülkiyyətinə keçirmişdir. Lakin Cavabdeh bir müddətdən sonra onun telefonuna cavab verməmiş, yanına getdikdə isə, onu tutduracağı ilə hədələmişdir. Bu baxımdan İddiaçı polisə müraciət etmişdir. Lakin nəticəsi olmamış, aralarındakı münasibətlər mülki xarakter daşıdığından, cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə, Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı Vəkilli Ülvi Vəkil oğlunun topladığı materiallar arasında İddiaçı və Cavabdeh izahatları var. Mülk işin obyektiv və hərtərəfli həll olunması üçün həmin materiallar alınıb ona baxış keçirilməlidir. Sonradan cavabdehin keçmiş həyat yoldaşı Yasamal rayon Məhkəməsinə əmlakların bölünməsi ilə bağlı müraciət etdi. Cavabdeh bir müddət bu problemlə mübarizə aparmalı oldu. Sonradan ona məlum oldu ki, Həsənov X9 rayon Məhkəməsinə hal-hazırki iddia ilə müraciət edib. Aralarında bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında qiyabi qətnamənin ləğv olunması ilə bağlı iddiaçıya hansı əsasla maşının onda olması barədə suala cavab verə bilmədi. Qəbul olunsa ki, doğrudan da alğı-satqı yolu ilə maşın iddiaçının mülkiyyətinə verilmişdir. Bu halda nə üçün maşın cavabdehdədir. Əgər maşın cavabdehdədirsə, onda alğı-satqı zamanı alğı-satqıya xas olan əməliyyat keçirilməmişdir. Yəni bir tərəfə pul, digər tərəfə əmlak keçməmişdir. Bu da öz növbəsində, alğı-satqının etibarsızlığına gətirib çıxarır. İddiaçı mülkiyyətində olan avtomobilin kimdə olmasını bilmir. Mülkiyyətçi avtomobilin, xüsusilə də, yük avtomobilinin idarə olunması üçün mütləq qaydada etibarnamə və yaxud yol vərəqəsi verməli idi. Yalnız bu halda avtomobili idarə etmək olar. Onun məntiqi ilə çıxış etsək, deməli, faktiki mülkiyyətçisidə cavabdehdir. Cavabdeh qeyd edir ki, birinci instansiya məhkəməsinə qarşılıqlı iddia ərizəsi verib aralarındakı yaranmış münasibətləri aydınlaşdırmaq istəyərdi. Lakin qanunvericiliyin tələblərini bilmədiyindən bu halı araşdıra bilməyib. Apellyasiya instansiyası məhkəməsi İddiaçı apelyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə qeyd etmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə görə Cavabdeh ** HJ *** dövlət nömrə nişanlı “MAN F2000 yük” markalı avtomobilin mülkiyyətçisidir, həmin avtomobil İddiaçı olmaqla, onun həmin avtomobil üzərində sahibliyi qanunsuzdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.03.2021-ci il tarixi 2(103)- 697/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli 2(001)-6001/2019 nömrəli qiyabi qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə İddiaçı iddia tələbini əsaslandırdığı dəlilləri ilə digər mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli qiyabi qətnaməsindən verdiyi apelyasiya şikayətinin dəlilləri eynilik təşkil edir və həmin dəlillərə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.03.2021-ci il tarixi qətnaməsi ilə qiymət verilməklə əsassız hesab edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı “Dong-Feng” markalı **-LT-*** dövlət nömrə nişanlı avtomobilin onun mülkiyyətində olmasını və Cavabdeh 2018-ci ildə aldığı 5.900 ABŞ dolları borcun və əlavə 2.000 manatın qaytarılmasının təminatı olaraq alqı-satqı yolu ilə Cavabdeh adına keçirdiyini iddia etsə də, rəsmi sənədlərlə həmin avtomobilin İddiaçı mülkiyyətində olmadığı müəyyən edilir. “Dong-Feng” markalı **-LT-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh keçmiş mülkiyyətçisi X3 05.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi təsdiq edilir. İddiaçı Cavabdeh 2018-ci ildə aldığı 5.900 ABŞ dolları borc almasını, həmin borcla birlikdə əlavə 2.000 manat pulu Cavabdeh qaytarmalı olmasına və borcun qaytarılmasının təminatı olaraq avtomobili Cavabdeh adına keçirməsini iddia etsə də, ha halı təsdiq edən yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. O cümlədən “Dong-Feng” markalı **-LT-*** dövlət nömrə nişanlı avtomobilin onun mülkiyyətində olmasını təsdiq edən rəsmi sənədləri məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının cavabdehdən 2018-ci ildə 5.900 ABŞ dolları borc pul almasına, borcu və əlavə 2.000 manat qaytarmalı olmasına, bocun qaytarılmasının təminatı olaraq “Dong-Feng” markalı **-LT-*** dövlət nömrə nişanlı avtomobilin iddiaçı tərəfindən cavabdehin adına keçirilməsini təsdiq edən notarial qaydasında təsdiq edilmiş müqavilə və ya tərəflərin (adı, soyadı, atasının adı göstərilməklə) imzası olan sadə yazılı formada tərtib edilmiş hər hansı yazılı sənəd mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının izahatında göstərdiyi xüsusatlar məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə, Cavabdeh tərəfindən “Dong-Feng” markalı ** LT *** dövlət nömrə nişanlı avtomobilin 37.000 manata satılması, iddiaçının cavabdehə olan 12.000 manat borcu çıxıldıqdan sonra avtomobilin satılmasından əldə olunan vəsaitin 25.000 manatının Cavabdeh tutularaq İddiaçı ödənilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh 25.000 manat pul tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3421/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3421/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver