Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3428/2021 27.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbi ilə 30.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 76/K nömrəli, 10.03.2021-ci il tarixli əmrinin ləğv olunması, əvvəlki iş yerinə bərpa olunması, 10.03.2021-ci il tarixdən iş yerinə bərpa olunduğu günə kimi əmək haqqının hesablanması və Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 27.05.2021-ci il tarixdə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək 2(004)-3428/2021 saylı mülki iş üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirir ki, artıq iyirmi ildir ki, “xxxx” ASC-nin tabe müəssisələrində işləmişdir. 10.03.2021-ci il tarixdə isə əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. İşlədiyi iyirmi il ərzində vəzifəsinin öhtəsindən layiqincə gəlmişdir və barəsində heç bir inzibati tədbiri görülməmişdir. Cavabdeh isə bütün bunları nəzərə almadan və əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq qanunsuz şəkildə əmək müqaviləsinə xitam vermişdir. Bildirir ki, müddəti ötürməmişdir. Çünki 14 aprel 2021-ci il tarixdə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 izahat verərək bildirir ki, iddia tələbi ilə razı deyil. Qeyd edir ki, 03.07.2020-ci il tarixdə iddiaçı ilə iki il müddətinə əmək müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti hər dəfə bitdikcə yenidən iki ay da uzadılmışdır. Sonuncu dəfə əmək müqaviləsi 03.03.2021-ci il tarixdə bitmişdir və müqavilənin müddəti uzadılmamışdır. İddiaçı ilə müəssisə arasında bağlanmış əmək müqaviləsi iddiaçının qeyd etdiyi kimi müddətsiz deyildir və müdətsiz hesab edilə bilməz. İddiaçının məburi köçkün olması faktı isə yalnız ştatların ixtisarı zamanı nəzərə alına bilərdi. Hazırki müqavilə isə müddətli müqavilə olduğu üçün iddiaçının məcburi köçkün olması əmrin etibarsız hesab edilməsinə əsas ola bilməz. İddiaçı eyni zamanda iddia müddətini də ötürmüşdür. Çünki, iddiaçıya əmrin surəti, əmək kitabçası 10 mart tarixində təqdim edimişdir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 03.07.2020-ci il tarixli, 352 nömrəli əmək müqaviləsinin surətinə əsasən İddiaçı Cavabdeh MMC-də izolyasiyaçı vəzifəsinə təyin edilmişdir. Müqavilə 03.09.2020-ci il tarixədək 2 ay müddətinə bağlanmışdır. İşçinin əmək haqqı 460 manat təşkil edir. İş materiallarında olan 03.07.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması haqqında əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı 03.07.2020-ci il tarixli əmək müqaviləsi üzrə 03.09.2020-ci il tarixədək Cavabdeh MMC-də izolyasiyaçı vəzifəsinə görə ayda 460 manat məbləğində əmək haqqı təyin edilmişdir. İş materiallarında olan, 10.03.2021-ci il tarixli, 76/k №-li əmrdən çıxarışa əsasən Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təqdim edilmiş 17.05.2021-ci il tarixli, 125/05/88 nömrəli hesabdan çıxarışa əsasən 10.03.2021-ci il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı son haqq-hesab olaraq 135,37 manat məbləğində pul ödənilmişdir. İşin müəyyən olunan halları odur ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsində işçinin əmək haqqı 460 manat göstərilmişdir. İddiaçı Cavabdeh MMC-də izolyasiyaçı vəzifəsində çalışmışdır. 03.09.2020-ci il tarixdə müddətli əmək müqaviləsinin müddəti bitmiş, lakin tərəflər əmək münasibətlərini davam etdirdiyindən əmək müqaviləsinin müddəti əvvəl müəyyən olunmuş müddətdə 03.11.2020ci il tarixə uzadılmış, 03.11.2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsinə baxmayaraq tərəflər əmək münasibətlərini davam etdirdiyindən əmək müqaviləsinin müddəti 03.01.2021-ci il tarixədək uzadılmış, 03.01.2021-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsinə baxmayaraq tərəflər əmək münasibətlərini davam etdirdiyindən əmək müqaviləsinin müddəti 03.03.2021-ci il tarixədək uzadılmışdır. 03.03.2021-ci il tarixdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən İddiaçı 10.03.2021-ci il tarixdə vəzifədən azad edilmişdir. İşdən azad edilərkən işçiyə son haqq-hesab ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olmuş, bir neçə dəfə müqavilənin müddəti uzadılmış və 03.03.2021-ci il tarixdə müddəti bitmişdir. İşəgötürən isə qanunvericiliyin tələbinə uyğun olaraq əmək müqaviləsinin müddəti bitdikdən sonra əmək münasibətlərini davam etdirməyərək əmək müqaviləsinə xitam vermişdir. Bundan əlavə, hazırki iş üzrə iddia müddəti də keçmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə əsasə əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin məcəllənin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC tərəfindən iş yerinə buraxılmamağının qanunsuz hesab edilməsi, Cavabdeh MMC-nin 76/K nömrəli, 10.03.2021-ci il tarixli əmrinin ləğv olunması, əvvəlki iş yerinə bərpa olunması, 10.03.2021-ci il tarixdən iş yerinə bərpa olunduğu günə kimi əmək haqqının hesablanması və Cavabdeh MMC-dən onun xeyrinə tutulması tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin 76/K nömrəli, 10.03.2021-ci il tarixli əmrinin ləğv olunması, əvvəlki iş yerinə bərpa olunması, 10.03.2021-ci il tarixdən iş yerinə bərpa olunduğu günə kimi əmək haqqının hesablanması və Cavabdeh MMC-dən onun xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3428/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3428/2021
27.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver