Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3429/2020 03.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3300 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının oğlunu işə düzəltmək kimi öhdəliyi öz üzərinə götürərək 8300 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Lakin iddiaçının oğlunun ixtisası uyğun gəlmədiyindən və diplomu təsdiq edilmədiyindən onun sənədləri geri qaytarılmışdır. Bununla əlaqədar iddiaçı həmin məqsəd üçün verdiyi 8300 manatı cavabdehdən geri tələb etmişdir. Cavabdeh isə yalnız 5000 manat məbləğində pul vəsaitini qaytarmış, lakin yerdə qalan 3300 manat məbləğində pul vəsaitini qaytarmaqdan imtina etmişdir. Bununla əlaqədar iddiaçı Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Qeyd olunan müraciət Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 18-ci PB-nə göndərilmişdir. PB-də cavabdeh iddiaçıya borclu olduğunu bildirmiş, lakin qeyd olunan borcun məsuliyyətdən yayınmaq məqsədi ilə iddiaçı tərəfindən ona əsas borca hesablanmış faiz olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının müraciəti iddia ərizəsində qeyd olunduğu kimi aidiyyəti üzrə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə göndərilmiş lakin polis bölməsi cinayət işinin başlanmasından rədd olunması barədə qərar qəbul etmişdir. Cavabdeh iddiaçıdan onun oğlunu işə düzəldilməsi ilə əlaqədar aldığı 83xx xxxxxxxx 5000 manatı onlar polis bölməsinə müraciət etdikdən sonra poçt vasitəsi ilə iddiaçıya göndərmişdir lakin geri qalan 3300 manat pulu verməmişdir. Polis bölməsinə verdiyi izahatında cavabdeh həmin 3300 manat məbləğində borcunun olduğunu təsdiqləmiş lakin imkanın olmadığını imkanı oldudqa ödəyəciyini bildirmişdir. Bundan əlavə olaraq cavabdeh həmin pulun ona illik aylar üzrə 5% faiz olmaqla 1 il müddətində verildiyini, həmin 5000 manat məbləğində pulu o iddiaçıdan atasının xəstə olması ilə əlaqədar aldığını demiş, lakin bu pul iddiaçının oğlunu işə düzəltmək üçün alınmış və həmin məbləğ 5000 manat deyil 8300 manat idi. 5000 manat məbləğin poct vasitəsilə geri verilməsi özündə fakt kimi saxlamış ki məsuliyyətdən yayınsın. Bundan əlavə nümayəndə qeyd etmişdir ki, iddiaçı ilə uzun müddətdir ki, qonşudurlar və onun kiməsə faizə pul verdiyinu bu günədək görməmişdir. Odur ki məhkəmədən iddia tələbinin təmin olunmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı onun nümayəndəsinin izahatını müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, o iddiaçının ondan Polis İdarəsinə şikayət etməsindən sonra 5000 manat pulu poçt vasitəsilə iddiaçıya göndərməsi yalandır. Belə ki, o, 10-11 ay qabaqcadan 5000 manat pulu poçt vasitəsilə göndərmiş ki, əlində faktiki sübutu olsun. İddiaçı o vaxt ona atasının xəstəliyi ilə bağlı kömək etmişdi. Sonra isə atası vəfat etdikdən sonra ona öz oğlu ilə bir yerdə miqrasiya xidmətinə işə düzəlməsi ilə bağlı oğlunun sənədlərinin verilməsi ilə bağlı ona kömək edəcəyini bildirmişdir. Lakin aldığı 5000 manat məbləğində pul vəsaiti atasının xəstəliyi üçün aldığı pul idi, yəni işə düzəltmə ilə bağlı deyilmiş. İşə düzəltmə məsələsində isə iddiaçının oğlunun diplomu təsdiqlənmədiyindən ərizələr geri qaytarılmışdır. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli iclasında şahid qismində iştirak etmiş X1 ifadəsində bildirmişdir ki, o, iddiaçını tanıyır və onun yoldaşı ilə birlikdə işləyir. Cavabdeh isə sonradan ortaq tanışları vasitəsi ilə işə düzəltməklə əlaqədar olaraq tanımışdır. Həmin məsələ ilə bağlı cavabdehin nömrəsini iddiaçının yoldaşına vermişdir. Müəyyən bir vaxt sonra iddiaçının yoldaşı ona işin baş tutmaması və pulun qaytarılmaması barədə məlumat vermişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov RPİ-nin 18-ci PB-nin təhqiqatçısı polis mayoru Azər Abdullayevin xx xxx 2020-cii il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından müəyyən olunmuşdur ki, xx xxxx 2020-ci il tarixdə İddiaçı ərizə ilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ünvanlayaraq göstərmişdir ki, Xatirə adlı qadın onun oğlu Abbası Miqrasiya Xidmətinə işə düzəldəcəyi adı ilə yalan vəd verib 8300 manat pulu alaraq ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək aldığı pulları qaytarmamışdır. F.Qəhramanova aldanıldığını başa düşdükdən sonra verdiyi pulları geri tələb etdikdə, Xatirə 5000 manatı qaytarsa da, qalan 3300 manat pulu indiyədək qaytarmamışdır. Qeyd olunan müraciət aidiyyatı üzrə Nərimanov RPİ-nin 18-ci PB-nə göndərilmişdir. Aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh Abşeron RPİ-də verdiyi izahatında bildirmişdir ki, təxminən 2017-ci ilin əvvəllərində yaşadığı binanın yaxınlığında yaşayan F.Qəhramanova ilə yaşadığı evin yaxınlığında görüşəndə atasının xəstəliyi ilə bağlı ona pul lazım olduğundan F.Qəhramanovadan faizə pul istəmiş, F.Qəhramanova isə bu barədə kömək edəcəyini bildirmişdir. Təxminən bir həftə sonra F.Qəhramanova ona zəng edərək 15 faizlə 5000 manat məbləğində pulu tapdığını bildirmişdir. O da razılaşıb Fəxrəndə ilə görüşüb pulu sonuncudan almışdır. Atası rəhmətə getdiyindən o, Fəxrəndəyə pul ödəyə bilməmişdir. Söhbət əsnasında Fəxrəndə onun oğlunun sənədləri Miqrasiyaya yığdığını öyrənəndə öz oğlunun sənədlərini işə düzəlməsi ilə bağlı verməyini ondan xahiş etmişdir. Fəxrəndə ona pul tapmaqda köməklik etdiyindən o, yox deyə bilməyib oğlunun sənədlərini də ona gətirməsini istəmişdir. Fəxrəndənin oğlu Abbasın və öz oğlunun sənədlərini işə qəbul üçün miqrasiyaya aparıb vermişdir. Onun oğlunun ixtisası uyğun gəlmədiyindən və Abbasın diplomu təsdiqlənmədiyindən sənədlər geri qaytarılmışdır. Fəxrəndə faizləri tələb edib pulları başqasından aldığını demişdir. Belə olan halda o, atasına məxsus torpaq sahəsini girov qoyaraq pul götürüb 17 saylı poçtla 5000 manatı Fəxrəndənin adına göndərmişdir. İndi Fəxrəndə ondan 3300 manat faizləri tələb etmişdir. Onun hal-hazırda maddi durumu yaxşı olmadığından o, həmin faizi Fəxrəndəyə qaytara bilməmişdir. Tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan, habelə Cavabdeh əməlində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin İddiaçı, irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Beləliklə, tədqiq olunmuş sübutlarla – iddiaçının və onun nümayəndəsinin, cavabdehin izahatları və şahid ifadəsi, cinayət işinin başlanmasının rədd qərarı ilə Cavabdeh İddiaçı 8300 manat borc alması, habelə həmin borcdan 5000 manatını qaytarması və hal-hazırda İddiaçı 3300 manat borcu qalması təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 3300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3300 (üç min üç yüz) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3429/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3429/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver