Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3434/2021 01.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun ödədiyi 1050 manatı, ona əlavə vurulan maddi ziyanın 2328 manatını, cəmi 3378 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 Aprel 2013-cü il tarixli, 454 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh onun zaminliyi ilə verilmiş 2000 manat məbləğində kredit üzrə öhdəliklərin yerinə yetitirilməməsinə görə öhdəlik zamin olduğuna görə ona yönəldilmişdir. O, zamin kimi 1050 manat pul ödəmişdir. Cavabdeh həmin pulu ona qaytaracağına söz verməsinə baxmayaraq bu günə kimi heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında qeyd etmişdir ki, 05 aprel 2013-cü il tarixdə 454 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə onun zaminliyi ilə verilmiş 2000 manat kredit öhdəliklərinin yerinə yetirilməməsinə, öhdəlik zamin olduğuna görə ona yönəldilmişdir. O, zamin kimi 1050 manat pul ödəmişdir. Cavabdeh həmin pul məbləğini ona qaytarmasına dair söz verməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. O, həmin pulu faizlə borc götürüb ödədiyi üçün ona 2328 manat ziyan vurulmuşdur. Odur ki, iddia tələbinin təmin edilərək cavabdehdən ödədiyi 1050 manat, əlavə vurulan maddi ziyana görə 2328 manat, cəmi isə 3378 manat pulun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. Lakin etiraf edir ki, iddiaçı onun bankdan pul götürməyi üçün zamin olub və 2013-cü ildə 1050 manat pul ondan tutulub. Lakin həmin pul məbləğini o, iddiaçıya qaytarmışdır, pulu 2 nəfər onunla birgə işləyən şəxslərin yanında vermişdir və iddiaçı həmin şəxsləri tanıyır. Lakin hazırda bunu sübut edə biləcək sənəd yoxdur. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 05.04.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 05.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədilə bağlanmışdır. İş materiallarında olan 26.08.2013, 26.09.2013 və 25.10.2013-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 1050 manat pul ödənilmişdir. Beləliklə məhkəmə araşdırması müəyyən edilmişdir ki, İddiaçı zamin kimi həqiqətən də Cavabdeh məxsus 1050 manat borcu banka ödəmişdir. Bunu həm iş materiallarında olan ödəniş qəbzləri, həm də cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə öz təstiqini tapır. Lakin cavabdeh iddiaçıya sonradan həmin pulu geri qaytardığını bildirsə də, məhkəməyə bunu sübut edəcək heç bir sənəd təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin banka olan borcunu ödədiyindən, hazırda pulu cavabdehdən reqres qaydada tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1050 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. İddia ərizəsi iddiaçıya əlavə vurulan maddi ziyanın 2328 manat məbləğində pulun tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə ona 2328 manat maddi ziyan vurulmasını sübut edəcək heç sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1050 (bir min əlli) manat məbləğində pul İddiaçı oğluna ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3434/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3434/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver