Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-344/2021 03.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 258000 manat məbləğindöə pulun tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 14 avqust 2015-ci il tarixdə icarə müqaviləsi bağlanılmış və iddiaçının mülkiyyətində olan ünvan 1-də yerləşən sahəsi 223,9 kv.m olan qeyri-yaşayış sahəsinin 85 kv.m hissəsi Cavabdehnə 5 il müddətinə icarəyə verilmişdir. Tərəflər arasında bağlanılmış 14 avqust 2015-ci il tarixli icarə müqaviləsinin 4-cü bəndinə əsasən, “icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 6000 manat icarə haqqı ödəyir. İddiaçının sözlərinə əsasən Cavabdeh 2020-ci ilin yanvar ayından etibarən icarə haqqlarını ödəməməklə müqavilə şərtlərini pozmuşdur. Hazıra qədər ödənilməyən icarə haqqı ümumilikdə 48000 manat təşkil edir. Beləliklə Cavabdeh İddiaçı qarşısında öz öhdəliyini yerinə yetirmədiyindən, sonuncudan 48000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, Cavabdeh ona icarəyə verilmiş 85 kv.m qeyri yaşayış sahəsindən əlavə olaraq iddiaçıya məxsus 50 kv.m sahədən də icazəsiz istifadə edərək, ondan faydalanmışdır. İddiaçı bunu sonradan öyrənmiş bir neçə ay bundan əvvəl gedib icarə obyektinə baxdığı zaman arxa tərəfdə yerləşən əlavə sahədən cavabdehin mətbəx kimi istifadə etdiyini aşkar etmişdir. İddiaçının sözlərinə əsasən həmin əlavə sahənin icarə haqqı aylıq 3500 manat təşkil etdiyindən, iddiaçı hesab edir ki, qeyd edilən sahədən icazəsiz və özbaşına istifadəyə görə cavabdehdən 5 il üçün ümumilikdə 210000 manat pul tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə izahat verərək bildirmişdir ki, iddiaçı xüsusi mülkiyyətçidir. Həmin yer mülkiyyət hüququ əsasında ona məxsusdur. Uzun müddət cavabdeh tərəf həmin yeri icarə münasibətləri əsasında istifadə edib və mülkiyyətçiyə haqq ödəməyib. Həmin haqqı ödənilməyən dövr üçün də iddiaçı məhkəməyə müraciət edib və ödənilməyən dövrlərin icarə haqqını tələb edir. Konkret olaraq məbləğ iddia ərizəsində göstərilib. Ödənişlər nağd şəkildə, əlbəəl həyata keçirilib. İddiaçı bildirir ki, pul ona ödənilməyib. Olmayan bir şeyi onlar sübut etməyə borcu deyillər. Amma müqavilə münasibətləri var, mübahisəsiz haldır ki, qarşı tərəf iddiaçının mülkiyyətindən istifadə edib. Hətta məhkəmənin qərardadları var və həmin qərardadlar da təsdiq edir ki, cavadehə məxsus bir sıra əşyalar hal-hazırda həmin obyektdə var və bütün bunlar cavabdeh tərəfindən iddiaçının mülkiyyətindən istifadə olunmasını təsdiq edir. Hətta baxmayaraq ki, bu günə qədər iddiaçı mülkiyyətindən lazımi qaydada istifadə edə bilmir, onunla bağlı istifadə, sahiblik və sərəncam hüquqlarını lazımi qaydada həyata keçirə bilmir, bütün bunlara baxmayaraq onlar məhkəmə mübahisəsi yaranandan sonrakı müddətlə bağlı hər hansı bir tələb irəli sürmürlər, sadəcə olaraq müqavilə başa çatdığı dövrədək olan haqqı tələb edirlər. Həmçinin onlar icarə münasibətlərinin mübahisələndirmədikləri dövr üçün də hansısa tələbləri yoxdur. Həmin dövrlərdə mülkiyyətdən istifadə olunub və haqqı da cavabdeh tərəfindən iddiaçıya ödənilib. O, məhkəmədən araşdırmanın iddiaçının mübahisələndirdiyi dövrlə bağlı aparılmasını xahiş edir. Əgər cavabdeh tərəfindən ödənişlərin edilməsi ilə bağlı hər hansi bir sübut təqdim olunarsa, o, bunu da qəbul edər və hesab edir ki, bununla bağlı hər hansı bir problem də olmaz. Varsa elə bir sübut, qəbz və s. cavabdeh tərəf buyurub məhkəməyə təqdim edilə bilər. Lakin iddiaçı israrla bildirir ki, heç bir ödəniş həyata keçirilməyib. İddiaçı 14 avqust 2020-ci il tarixinədək son səkkiz ayın icarə haqqını tələb edir. Bundan əlavə iddiaçının nümayəndəsi və vəkili qeyd etmişdir ki, tərəflər arasında icarə münasibətlərinin olması da mübahisəsiz haldır. Bunun təsdiqi də icarə müqaviləsi və tərəfin etirafıdır. İcarə haqqının məbləğinin 6000 manat olması da mübahisəsizdir. İddiaçının münahisələndirdiyi dövrə qədər olan hissədə icarə haqqının ödənildiyini qarşı tərəf özü də qeyd edir və hətta aylıq 6000 manat yox, 9000 manat ödənildiyini bildirir. Amma bu sadəcə olaraq qarşı tərəfin fikirləridir. Amma MPM-in 106-cı maddəsində qeyd olunur ki, izahatlar sübutlarla təsdiq olunmalıdır və sübutlar təqdim edilməlidir. Hətta 77-ci maddədə qeyd olunur ki, hakim tərəfə sübutları təqdim etməyi təklif edə bilər. 106.2-ci maddədə isə bildirilir ki, hakim sübutların təqdim edilməsini tələb edə bilər. Təqdim edilmədiyi halda isə hakim mövcud halı sübut edilmiş hesab edir. Əgər qarşı tərəf müqavilədə nəzərdə tutulandan artıq ödənişlər edildiyini qeyd edirsə bu halın sübutetmə yükü məhz onların üzərinə düşür. Hesab edir ki, müqavilədə yazılandan artıq pul tələb edilsəydi, qarşı tərəf bunu ödəməyə bilərdi, məhkəməyə müraciət edə bilərdi və s. 2019cu ilin dekabr ayınadək icarə haqqının ödənildiyini qarşı tərəf bəyan edir və iddiaçı da ödənildiyini bildirir və mübahisə etmir. Bu hissəyə qədər hər hansı bir mübahisə mövcud deyildir. İddiaçının mübahisələndirdiyi son 8 aylıq dövrün isə qarşı tərəf cəmi iki ayının icarə haqqının ödənilmədiyini bildirir və digər altı ayın icarə haqqının ödənildiyini qeyd edir. Əgər bunu qarşı tərəf qeyd edirsə, o zaman ödənişlərin həqiqətən ödənildiyini, hansı məbləğdə və hansı şəkildə ödənildiyini sübut etmək yükü də qarşı tərəfin üzərinə düşür. İddiaçı bildirir ki, bu ödənişlər olunmayıb. Olmayan bir şeyi də iddiaçı sübut edə bilməz. Qeyd olunan məbləğ az bir məbləğ deyildir. Aylıq 6000 manat ödənişdir. Məhkəmə təcrübəsindən də bəllidir ki, ödəniş edən tərəf onun nağd, bank hesabı və ya kassa aparatı vasitəsi ilə edilməsindən asılı olmayaraq ödənişləri etdiyini sübut etməlidir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Cavabdeh MMC-nin direktoru Məmmədova Səbinə iddiaçıdan icarəyə obyekt götürmüşdür. Həmin obyekti 4 il cavabdeh işlədib. Tərəflər arasında münasibətlər də çox yaxşı olub. 2020-ci ilin fevral ayında iddiaçı gəlib bildirmişdir ki, icarə haqqını qaldırır və aylıq 14000 manat müəyyən edir. Halbuki Səbinə xanım iddiaçıya hər ay 6-9 min manat aralığında pul ödəyib və qarşı tərəf də buna heç bir etiraz etməyib. Cavabdeh tərəf 14.000 manat məbləği ödəyə bilməyəcəyini bildirsə də, iddiaçı qeyd edib ki, ya 14.000 manat ödəyin ya da obyektdən çıxın. 2020-ci ilin mart ayından pandemiya başlamışdır, lakin buna baxmayaraq da cavabdeh iddiaçıya mart ayının ödənişinin bir hissəsini ödəmişdir. Pandemiya dövründə o, Səbinə xanıma demişdir ki, gedib Rasim bəylə danışaraq və problemi həll etsinlər, lakin Rasim bəy onları qəbul etməmişdir. Təxminən həmin ilin may ayının axırlarında Rasim bəy iki nəfər şəxslə gəlib kafeyə girmiş və içəridəki müştəriləri kafedən çıxartmış və Rasim bəy əlində olan əsa ilə stolları sındırmağa başlamışdır. Bütün baş verənləri kamera çəkib. Bu barədə ona məlumat verildikdən sonra o, 102 xidmətinə müraciət etmiş, obyektə gəlmiş və şahid olmuşdur ki, həqiqətən də Rasim bəy müştəriləri çıxarıb, içəri heç kimi buraxmır. Halbuki bu qeyri-qanuni bir hərəkət idi, çünki tərəflər arasında müqavilənin müddəti hələ 2020-ci ilin avqust ayında bitməli idi. Onlar ərizə ilə Səbail Rayon Polis İdarəsinə müraciət etməli olmuşlar. Səbail Rayon Polis İdarəsi bu hadisə ilə bağlı cinayət işi başlamış, sonra isə cinayət işi üzrə icraata xitam vermişdir və onlar həmin qərardan prokurorluğa şikayət vermişlər. Cavabdehin iddiaçıya 48000 manat yox, maksimum 6-12 min manat aralığında borcu vardır, çünki cavabdeh tərəf aybaay icarə müqaviləsində göstərildiyindən çox ödəniş edib və pandemiya dövründə bir-iki aylıq qapanmadan sonra da cavabdeh tərəf ödənişi etməkdə davam edib. 5 il ərzində ödənişlər əlbəəl edilib. Səbail Rayon Polis İdarəsində Rasim bəy bildirmişdir ki, qarşı tərəf neçə ildir ki, ona pul ödəmir. Müstəntiq sual verəndə ki, bəs əgər qarşı tərəf sizə pul vermirdisə, niyə 5 il gözləyirdiniz. Həmin suala Rasim bəy heç bir cavab verə bilməmişdir. Pandemiya dövründə təxminən 8-9 min manat borc var idi. Bundan sonra da Səbinə xanımın yoldaşı Rasim bəyə pul verirdi. Onların bir sıra əşyaları həmin obyektdə qalıb və qarşı tərəf həmin əşyaları çıxarmamış obyekti təmir etdirir və əşyaları sındırıb məhv edir. Qarşı tərəf əşyaları onlara vermir. Borcun olduğunu etiraf edir. Pandemiya dövründə obyekt təxminən iki ay işləməyib. 2 aya olan borc isə müqaviləyə əsasən təxminən 12 min manat edir. Hətta aylıq ödənişləri edərkən də cavabdeh iddiaçıya ödənişi artıq ödəyib. Müqavilədə aylıq ödəniş 6 min manat müəyyən olunub, lakin cavabdeh 9 min manat ödəyirdi. Hətta 2020-ci ilin yanvar ayında cavabdeh iddiaçıya 11 min manat ödəyib. Əlavə olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, həmçinin iddia ərizəsinə etiraz iddia ərizəsində göstərilən icarə obyektinin sahəsi ilə bağlıdır. Tərəflər arasında müqavilə bağlanarkən icarə obyektinin sahəsi orada dəqiq göstərilmişdir və iddiaçı da icarəyə verilən sahənin nə qədər olduğunu çox yaxşı bilir. Müqaviləyə gəlincə isə bildirir, tərəflər arasında 2015-ci ildən icarə münasibətləri yaranmışdır və həmin vaxtdan 2020-ci ilə qədər bütün ödənişlər əlbəəl şəkildə həyata keçirilmişdir. Cavabdeh müqavilədə göstərildiyi kimi aylıq 6 min manat yox, 9 min manat icarə haqqı ödəyirdi. 2015-ci ildən indiyə qədər. 2019cu ilin dekabr ayında iddiaçı gəlmiş və bildirmişdir ki, icarə haqqını 11 min manata qalıdırır. İddiaçı da bunu öz izahatında etiraf etmişdir. Əgər sorğu əsasında sənədlər gələrsə, onlar bunu kifayət qədər sübuta yetirə biləcəklər və 2019-cu ilin dekabr ayında Rasim bəy gəlib icarə haqqını 11 min manata qaldırdığını bildirəndə, təbii ki, həmin vaxtda hələ pandemiya ölkə ərazisində yayılmamışdır, cavabdehin direktoru Səbinə xanımın həyat yoldaşı İlham bəy 11 min manatı ödəməyə razılaşdı. Rasim bəyin bir nəfər işçisi var idi, çox vaxt da elə həmin obyektdə olurdu. Bəzən həmin işçi, bəzən də Rasim bəy özü gəlib icarə haqqını obyektdə təhvil alırdı. Daha sonra 2020-ci ilin yanvar ayının ortalarında Rasim bəy gəlib bildirir ki, icarə haqqını 14 min manata qaldırır. Rasim bəyin başqa obyekt icarəyə verdiyi şəxslər də vardır ki, onlar da gəlsələr, şahid kimi təsdiq edə bilərlər ki, Rasim bəy müqavilə bağlayarkən bir qiymət təyin edir, daha sonra isə həmin qiyməti get-gedə qaldırır. Cavabdehin direktoru yenə razılığa gəlir və fevral ayının ortalarına qədər 14 min manat icarə haqqı ödənilir. Lakin mart ayı gəldikdə isə cavabdeh tərəf bildirir ki, pandemiya ilə əlaqədar çətinlik çəkirlər. Mart ayı üçün iddiaçıya 9 min manat ödəniş edilir. Aprel ayında isə ödəniş edilmir. Cavabdeh özü də təsdiq edir ki, pandemiya ilə əlaqədar bütün müəssisələr bağlandığından dolayı aprel ayında ödəniş edə bilməyiblər. Aprel və may aylarında vəziyyətlə əlaqədar olaraq ödəniş edilmədi. Lakin iyun ayından ödənişlər yenə əvvəlki qaydada edilməyə başlamışdır. Bundan əlavə may ayında iddiaçının bir qrup adamı obyektə gəlmiş, müştərilər ola-ola stulları yığmağa və obyekti bağlamağa cəhd etmişdilər. Bununla bağlı onlar 102 xidmətinə müraciət etməli olmuş, polis əməkdaşları gəlmiş və iddiaçıya izah etməyə çalışmışlar ki, onun bunları etməyə ixtiyarı yoxdur. Daha sonra iyun ayında yenidən ödəniş edildi. Lakin müqaviləyə uyğun olaraq 9 min yox, 6 min manat məbləğində edilmişdir. Daha sonra Rasim bəy yenə öz adamları ilə obyektə gəlmiş və bu dəfə onlar Səbail Rayon Polis Şöbəsinə müraciət etməli olmuşlar. Bununla bağlı cinayət işi açılmış, daha sonra isə icraata xitam verilmişdir. Bununla bağlı sənədləri onlara təqdim edərlərsə, onları da iş materiallarına əlavə edəcəklər. Bu işlə bağlı ilk olaraq onlar məhkəməyə müraciət etmişlər. Narazılıqları ondan ibarət idi ki, müqavilədə belə bir müddəa vardır ki, müqavilənin başa çatmasına 1 ay müddət qalanadək iddiaçı onlara müqavilənin bitməsi ilə bağlı rəsmi xəbərdarlıq etməli idi. Belə bir xəbərdarlıq olmadığı təqdirdə müqavilə daha bir il uzadılmalı idi. Lakin bu xəbərdarlıq Rasim bəy tərəfindən onlara gec edilmişdir. Rasim bəy bunu belə əsaslandırırdı ki, guya xəbərdarlıq məktubunu onların hansısa bir işçiləri imzalayaraq qəbul edib, lakin onlara məlumat verməyib. Lakin sonradan cinayət işinin istintaqı zamanı həmin işçi polis tərəfindən çağırılıb izahatı alınmış və məlum olmuşdur ki, ona belə bir xəbərdarlıq təqdim edilməyib. Borca gəlincə isə Səbinə xanım təsdiq edir ki, aprel və may aylarının icarə haqqı ödənilməyib. Bu isə cəmi müqavilə üzrə 12 min manat pul edir. Lakin 2015-ci ildən bəri cavabdeh iddiaçıya müqavilədə yazılandan artıq, yəni 9000 manat pul ödəyib, hətta 2020-ci ilin yanvarında 14000 manat ödəyib, sonra isə yenidən 6000 min manat ödəyib. Bu isə 400000 manatdan artıq pul deməkdir. Lakin qeyd etdiyi kimi, pul bank hesabı vasitəsi ilə yox, əlbəəl ödənilib. Bundan əlavə qarşı tərəfin nümayəndəsi ilə o, əvvəllər də əlaqə saxlayıb, məhkəmə iclası başlamamışdan öncə də aralarında dialoq olmuş və bildirilmişdir ki, Rasim bəy, mübahisəni razılıqla həll etmək üçün danışıqlara razıdır. Onlar da danışıqlara razıdırlar, lakin tələb olunan məbləği qəbul etmirlər, həmçinin onların iddiaçı tərəfdə müəyyən əmlakları qalıb ki, onların dəyəri 100000 manatdan artıqdır. Hansı ki, iddianın təmin tədbiri ilə əlaqədar həmin əmlakın üzərinə həbs qoyulubdur. Cavabdeh qeyd edir ki, iddiaçı həmin əmlakı onlara qaytarsın və mübahisənin razılıqla həll edilməsi üçün danışıqlar aparaq. Beləliklə, iddia ərizəsi ümumiyyətlə əsassızdır, çünki iddia tələbinin əsaslana biləcəyi hər hansı bir sənəd və digər sübut yoxdur. Çünki ödənişlər nağd qaydada həyata keçirilib. Hər hansı bir qəbz və ya bank hesabı məlumatları yoxdur ki, ödənişlərin həyata keçirilmədiyini təsdiq etsin. Necə ki, cavabdeh aylıq 6000 min manat yox 9000, 11000 və 14000 manat olduğunu qeyd edirik, eləcə də iddiaçı tərəf heç bir sübut olmadan ödənişlərin ödənilmədiyini iddia edir. Konkret məbləğ olaraq iddia tələbini qəbul etmirlər, çünki dediyi kimi 2015-ci ildən bəri müqavilədə razılaşdırılmış məbləğdən də artıq icarə haqqı ödənilmişdir. Bütün bu məbləğləri hesablansa, iddiaçı tərəf borclu qalmış olar. Lakin, etiraf edir ki, onlar iki ayın icarə haqqını ödəməmişlər, çünki həmin aylarda obyekt fəaliyyət göstərməmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi qeyd etmişdir ki, sübutların təqdim edilməsi vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Əgər məhkəməyə müraciət edirsə, sübutları da iddiaçı təqdim etməlidir və bildirməlidir ki, qarşı tərəf bu aylar üzrə bu sübutlara əsasən mənə icarə haqqını ödəməyib. Lakin belə bir sübutlar iş materiallarında yoxdur. İddiaçı tərəf bildirir k, cavabdeh 2019-cu ilin dekabr ayından bəri 8 ayın icarə haqqını ödəməyib və 48 min manat borc var. Əgər yanvar ayından ödəniş edilməsəydi, Rasim bəy öncədən məhkəməyə müraciət edərdi və müqaviləyə vaxtından əvvəl xitam verilməsini tələb edə bilərdi. Lakin bunu etməyib. İddiaçının iddia tələbini, 48.000 manat borc olmasını təsdiq edən sənəd yoxdur. Ən azından pretenziya məktubu olmalı idi və bizə bildirilməli idi ki, 8 aydır ki icarə haqqı ödənilmir. Pretenziya məktubu poçt vasitəsi ilə göndərilməli idi, xəbərnamə ilə təsdiq edilməli idi ki, cavabdehin direktoru tərəfindən qəbul edilib, ya yox. Belə bir sübutlar isə yoxdur. Bütün bunları nəzərə o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 14.08.2015-ci il tarixli İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış icarə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən “Qril-bar” kafesinin əmlakı və 223,90 kv.m qeyri-yaşayış sahəsinin 85 kv.m hissəsini Cavabdeh MMC-yə icarəyə vermişdir. İcarə müddəti 14.08.2020-ci il tarixədək müəyyən edilir, 01.12.2015-ci il tarixdən qüvvəyə minir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilmiş. Müqaviləyə əsasən Cavabdeh MMC-nin adından X2 icarəyə verən İddiaçı aylıq 6000 manat icarə haqqı ödəməlidir. Fors major hadisəsindən sığortalanma icarəçinin vəzifəsidir. İcarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İş materiallarında olan 02.09.2020-ci il tarixli Cinayət işinin başlanması haqqında qərardan görünür ki, Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsi ev 17 mənzil 30-da qeydiyyatda olan və yaşayan X1 28.08.2020-ci il tarixdə Səbail RPİ-yə yazdığı ərizəsi üzrə toplanmış materialdan müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən vətəndaş İddiaçı məxsus 85 kvm sahənin icarəyə verilməsi ilə bağlı S.Məmmədova ilə arasında 14.08.2015-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda 5 illik müddətə icarə müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən müddətin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair təklif irəli sürməzlərsə icarə müddətinin daha 1 il müddətinə uzadılmış hesab edilməsi barədə göstərilməsinə baxmayaraq İddiaçı müqavilə şərtlərinə əməl etməyib karantin rejimi müddətində sahibkarlara dəstək göstərməli olduğu halda heç bir qaydalara riayət etmədən 2020-ci ilin may ayında icarədar S.Məmmədovanın “COFFEESHOP” adlı kafesinə gəlib müştərilərin narazılıq və narahatlığına səbəb olaraq müştəriləri kafedən qovmuş, ictimai asayişi pozaraq qarışıqlıq yaratmış, bununla əlaqədar S.Məmmədovanın müqavilənin 1 il müddətinə uzadılması barədə Nəsimi rayon məhkəməsinə müraciət etməsinə dair iddia ərizəsi üzrə hazırlıq iclasının 01.09.2020-ci il tarixə təyin edilməsindən məlumatının olmasına baxmayaraq məhkəmənin yekun qərarını gözləmədən İddiaçı 18 avqust 2020-ci il tarixdə yenidən bir neçə nəfərlə birlikdə kafeyə gəlib kafenin terrasından müştəriləri qaldırıb çıxarmış, əşyaları özbaşına yığıb yığışdırmış, kafenin iş fəaliyyətini dayandırmış, kafe fəaliyyət göstərərkən elektrik enerjisini və suyu qanunsuz kəsməklə, antisanitariyanın yaranmasına, həmin gün 3000 manat məbləğində qida məhsullarının yararsız hala düşməsinə səbəb olmuş, S.Məmmədovanın işgüzar fəaliyyətinə və 22 nəfər işçisi olan kafenin fəaliyyətinə ziyan vurub qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkətlər edərək 18.08.2020-ci il tarixdən hazıradək olan müddətdə kafenin fəaliyyətini qanunsuz dayandırmaqla S.Məmmədovaya 20.000 manat məbləğində mühüm ziyan vurub özbaşınalıq etmiş və həmin fakta əsasən CM-nin 322.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. İş materiallarında olan 20.10.2020-ci il tarixli Qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə istintaqı aparılmış ********* №-li cinayət işi üzrə icraata xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı barəsində CM-nin 221.3 və 134-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi, X1 cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 14.08.2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında İcarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən “Qril-bar” kafesinin əmlakı və 223,90 kv.m qeyri-yaşayış sahəsinin 85 kv.m hissəsini Cavabdeh MMC-yə icarəyə vermişdir. İcarə haqqı aylıq 6000 manat müəyyən edilmişdir. Həmçinin müqaviləyə əsasən fors major hadisəsindən sığortalanma vəzifəsi icarəçinin üzərinə qoyulmuşdur. Bundan əlavə həmin müqavilədə icarə haqqının hansı qaydada ödənilməsi barədə heç bir müddəa nəzərdə tutulmamışdır. Tərəflərin vermiş olduğu izahatları ilə təsdiq olunur ki, icarə haqqı ödənişləri mübahisələndirilən dövrə qədər nağd şəkildə əlbəəl həyata keçirilib. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 258000 manat məbləğində pulun tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, iddia ərizəsi yalnız cavabdehdən 12000 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatlarından göründüyü kimi, o, iddia tələbini icarə haqqının iki ay ərzində ödənilməməsi hissəsində, yəni 12000 manatın iddiaçıya verilməsi hissəsində etiraf edir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi qalan 6 ay üçün (36000 manat) icarə haqqının ödənilməsi hissəsində təmin edilə bilməz. Belə ki, iş materiallarından və məhz tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlardan görünür ki, icarə haqqı üzrə ödənişlər mübahisələndirilən dövrə qədər nağd şəkildə, yəni hər hansı bank hesabına ödənilmədən, kassa əməliyyatı təşkil edilmədən, qəbz verilmədən əlbəəl həyata keçirilmişdir. Nəticədə iddiaçı icarə müqaviləsinə əsasən müvafiq dövr üçün cavabdehin ona borclu olduğunu bildirsə də bunu sübuta yetirə bilmir, cavabdeh isə həmin tələbə etiraz bildirsə belə həqiqətən həmin dövr üçün ödəniş etdiyini sübuta yetirə bilmir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbində göstərilən məbləğin (müvafiq dövr üçün icarə haqqı) iddiaçıya ödənilməməsi, yəni cavabdehin ona icarə müqaviləsinə əsasən müvafiq dövr üçün borclu qalması barədə sübut etmə yükü məhz iddiaçının üzərinə düşür. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində tələb etdiyi məbləğin ona ödənilməməsi barədə, yəni cavabdehin ona icarə müqaviləsinə əsasən borclu qalması barədə məhkəməyə heç bir sənəd və ya tutarlı sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Bununla bərabər, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və bu institutun xüsusi əhəmiyyət kəsb etməsi çox vacibdir. İddia tələbinin təsdiqlənməsi üçün iddia edən şəxsin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd etmək səlahiyyətinə malikdir. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal yaranır və belə olduğu təqdirdə məhkəmədə qaldırılan iddia üzrə borcun olmaması faktının mövcud olmadığı qənaətinə gəlməklə iddianın əsassız olması nəticəsinə gəlmək üçün zəmin yaradır. Bundan əlavə iddia tələbinin icazəsiz və özbaşına əlavə sahədən istifadəyə görə cavabdehdən 5 il üçün ümumilikdə 210000 manatın ödənilməsi hissəsi üzrə məhkəmə qeyd edir ki, tələb həmin hissədə ümumiyyətlə əsaslandırılmamış, bununla bağlı tərəflər arasında bağlanmış icarə müqaviləsində heç bir bənd nəzərdə tutulmamış və həmin əlavə sahənin həqiqətən də icarə müqaviləsi müddəti ərzində cavabdehin sahibliyində və istifadəsində olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehndən 12000 (on iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-344/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-344/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver