Məhkəmə qərarları › İş №2(004)-3445/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3445/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3445/2021 10.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tələbin ipoteka predmentinə yönəldilməsi, ipoteka predmentinin açıq hərracda satılması, ipoteka predmentinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması və tələbin ipoteka predmentinə yönəldilməsi, ipoteka predmentinin açıq hərracda satılması, ipoteka predmentinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə 30.04.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16.03.2018-ci il tarixli QFS-5963 saylı kredit müqaviləsi üzrə yaranmış 3.489,73 manat əsas borc, kreditdən istifadəyə görə 92,78 manat faiz borcu olmaqla, cəmi 3.582,51 manat borcun, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.642,51 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməsi; tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Qusar şəhəri A.Xamədov küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən 145,2 kv.m sahəsi olan 47 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh ödəməli olduğu cəmi 3.642,51 manat pulun İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh həmin evdən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin satılmasından əldə ediləcək vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “İddiaçı ” ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, 16.03.2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qusar filialı illik 06 faizlə 36 ay müddətinə fərdi sahibkar Cavabdeh 12.000 manat kredit vermişdir. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımınca icra etməkdən imtina edir. Nəticədə Cavabdeh banka 3.489,73 manat əsas borcu, 92,78 manat faiz borcu olmaqla, cəmi 3.582,51 manat borcu yaranmışdır. Cavabdeh mülkiyyətindəki Qusar şəhəri A.Xamədov küçəsində yerləşən 0,06 ha torpaq sahəsin və onun üzərində yerləşən 145,2 kv.m sahəsi olan 47 nömrəli fərdi yaşayış evini ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Cavabdehin fərdi sahibkarlıq statusunun olmasını və borcun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verildiyini nəzərə alaraq, hazırkı işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, bildirişi onatəqdim etmək mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədlərini araşdırıb hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, 16.03.2018-ci il tarixli kredit müqaviləsinə əsasən “İddiaçı ” ASC illik 06 faizlə 36 ay müddətinə fərdi sahibkar Cavabdeh 12.000 manat kredit vermişdir. 16.03.2018-ci il tarixli QFS-5963 nömrəli ipoteka müqaviləsinə əsasən borcalan (ipoteka qoyan) Cavabdeh mülkiyyətində olan Qusar şəhəri A.Xamədov keçəsində yerləşən 0,06 ha torpaq sahəsini və onun üzərində yerləşən 145,2 kv.m sahəsi olan 47 nömrəli fərdi yaşayış evini borcun qvaytarılmasının təminatı kimi İddiaçı ASC-nin qarşısında ipoteka yüklü edilmişdir. “AZEMİS” elektron sisteminin vergi ödəyicilərinin məlumatları və vergi ödəyicisinin uçotu haqqında şəhadətnamə ilə təsdiq edilir ki, Cavabdeh (VÖEN **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi - AZ1012, ünvan 1 ünvan üzrə 23.05.2007-ci il tarixdə Vergilər Nazirliyində uçota alınmışdır. İddiaçı ASC hüquqi şəxs kimi 30.06.1993-cü ildə ünvan 2 ünvan üzrə qeydiyyata alınmışdır (VÖEN **********). Yaranmış mübahisə hüquqi şəxs olan İddiaçı ASC ilə cavabdeh olan - borclu hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs Cavabdeh arasındadır. Həmçinin mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisədir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 263264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tələbin ipoteka predmentinə yönəldilməsi, ipoteka predmentinin açıq hərracda satılması, ipoteka predmentinin boşaldılması” tələbinə dair mülki iş, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr üzrə mülki icraat qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar