Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-345/2023 02.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin birinci mərtəbəsində yerləşən 32 kv.m qeyri-yaşayış sahəsinin satılmasına dair xx.xx.2005-ci il tarixli müqavilə öhdəliklərinin icra edilməsi, qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüquqlarının tanınması, həmin qeyri-yaşayış sahəsinin istifadə etməyinə maneələrin aradan qaldırılması və 32 kv.m qeyriyaşayış sahəsinin naturada təhvil verilməsi barədə qətnamə çıxarılması, həmçinin iş üzrə ödənilmiş 200 manat mediasiya və iş üzrə ödənilmiş dövlət rüsumlarının cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində "xxxx" MTK-nin idarə heyətinin sədri A.S.Mədətovla Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin birinci mərtəbəsində yerləşən 32 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsi bağlayaraq, korperativin üzvü olmuşdur. Həmin müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsinin 25.000 USD dəyərini tam olaraq ödəmiş və ona MTK tərəfindən bu barədə "xxxx" MTK-nin idarə heyətinin sədri A.S.Mədətovun imzası ilə xx.xx.2005-ci il tarixli 14 saylı maliyyə arayışı verilmişdir. Aralarında olan razılığa əsasən binanın tikintisi başa çatdıqdan sonra, qeyriyaşayış sahəsinin təhvil verilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin tikintisi başa çatdığı üçün, həmin evin birinci mərtəbəsində yerləşən 32 kv.m qeyri-yaşayış sahəsində təmir işləri aparmaq üçün getmiş, lakin ona heç bir səbəb göstərilmədən həmin əraziyə daxil olmağa və hər hansı bir iş görülməsinə icazə verməmişlər. Bu barədə "xxxx" MTK-nin idarə heyətinin sədri A.S.Mədətova müraciət edərək, müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etsə də, nəticəsi olmamışdır. Göründüyü kimi Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin birinci mərtəbəsində yerləşən 32 kv.m qeyri-yaşayış sahəsinin dəyərini tam ödəməklə, həmin əmlaka sahiblik və istifadə etmə hüququnu əldə etmişdir. Daha sonra Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil İddiaçı Cavabdeh MTKya qarşı “müqavilə öhdəliklərinin icra edilməsi tələbi”nə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddiaçının iddianın əsası kimi istinad etdiyi 15 aprel 2005-ci il tarixli müqavilə etibarsızdır və həmin Müqaviləyə istinad edilərək cavabdehdən qeyri-yaşayış sahəsindən istifadə hüququnun iddiaçıya verilməsinin tələb edilməsi barədə iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmçinin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və stifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göründüyü kimi Müqavilə dövlət qeydiyyatına alınmamış daşınmaz əmlak barədə bağlandığından etibarsızdır. Belə ki, iddiaçının tələbi mülki mübahisə hesab edildiyindən və tərəflər arasında Mediasiya prosesinin təbiqi barədə müqavilə imzalanmadığından cavabdehdən 200 AZN məbləğində mediasiya xərcinin tutulması da əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, o, məhkəməyə qədər Cavabdeh MTK-nın indiki sədri Bəhruz bəyə dörd dəfə yaxınlaşaraq sənədləri təqdim etmişdir. Arif bəylə də birlikdə onun yerini ona göstərib və bildirib ki, narahat olma bina təhvil verilən kimi sənin yerini heç kimə verməyəcəyəm. Sonradan ona demişdir ki, sən məhkəməyə müraciət et məhkəmə tərəfindən müəyyən edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, verilmiş iddia həm hüquqi cəhətdən, həm də faktiki cəhətdən əsassızdır. Hüquqi cəhətdən əsassız olması ilə bağlı o, təqdim etdiyi etirazında qeyd etmişdir. Müqavilə notarial qaydada bağlanılmayıb. Mülki Məcəllədə bununla bağlı imperativ qaydada tələb var. Sistemə elektron qaydada üçtərəfli razılaşma yükləmişdir. Həmin razılaşma "xxxx" QSC, Cavabdeh MTK, "xxxx" ASC arasında bağlanılıb. Cavabdeh MTK tərəfindən həmin əmlaklar "xxxx" QSC-yə, daha sonra prezidentin 2017-ci il tarixli fərmanı ilə dövlət əmlakının səmərəli idarə edilməsi üçün "xxxx" ASC-yə verilmişdi. Cavabdeh MTK da problemli borcların əvəzində məhkəmə qərarı ilə "xxxx" QSC-yə vermişdir, daha sonra bu razılaşma ilə "xxxx" ASC-yə vermişdir. Bu razılaşmada Cavabdeh MTK tərəfindən "xxxx" ASC-yə verilən satılmamış sahələr öz əksini tapır. Razılaşmanın birinci bəndinə baxdıqda görülür ki, yaşayış binasında satılmamış 58 ədəd mənzil, 55 ədəd qaraj, 2740 m2 ticarət zalları Aqrarkredit” QSC tərəfindən "xxxx" ASC-nin balansına verilir. Cavabdeh MTK-nın eskiz layihəsində bütün sahələr öz əksini tapır. Elyana xanımın müqaviləsində birinci mərtəbədə yerləşən 32 m2 sahə qeyd olunub. X7 satılması ilə bağlı müqavilə, arayış və digər sənədlər onda şübhə yaradır. Yeni sədr həmin müqavilələr haqqında məlumatının olmadığını bildirir. Müqavilə forma qaydalarına riayət edilmədən bağlanılıb. Ona görə də sübut hesab edilə bilməz. Razılaşmanın birinci bəndinə baxdıqda görülür ki, 2740 m2 ticarət zalları Aqrarkredit” QSC tərəfindən "xxxx" ASC-nin balansına verilir. 1-ci mərtəbədəki əraziləri topladıqda cəmi 2740 m2 edir. Girərkən tikilinin görülən hissəsi -1-dir. Girişdə pilləkən var və pilləkənlə qalxdıqda artıq +1 hesab olunur. 0 mərtəbə yoxdur. Elyana xanımın sahəsi -2-dir. O, həmin ərazidə olmuş və görmüşdür ki, ticarət zalları 1-də və -1-dədir. Qaraj da balaca sahədə -1-dədir. Hansı ki, həmin qaraj da ASK-ya təhvil verilib. Beləliklə, -1 və 1-ci mərtəbələr ASK-ya verilib. Ticarət zalları və qaraj daxil olmaqla. -2 eskiz layihədə öz əksini tapıb, amma bu günə qədər heç vaxt -2 deyilməyib. - 2-ni o görməmişdir. -2 və -3 qarajdır. Təhvil verilənlərin içərisində 55 ədəd qaraj da qeyd olunmuşdur. İddiaçının müqaviləsində 1-ci mərtəbə qeyd olunduğu üçün o həmin hissələrin təhvil verildiyini bildirmişdir. Həmin sahələrdən əlavə də satılmamış 55 ədəd qaraj təhvil verilib. 55 ədəd qaraj da həm -2-də, həm də -1-də balaca hissədə yerləşir. İddiaçının müqaviləsi etibarsız müqavilədir. İddiaçıya verilən sahənin tam müəyyənləşdirilməsi üçün yerində baxış keçirilməlidir. İddiaçı onun sahəsinin -2-də olduğunu bildirir, -2 də ASK-ya təhvil verilib. İddiaçı ilə olan müqavilə həmin vaxt təqdim edilmədiyi üçün həmin ərazi ASK-ya təhvil verilib. İddiaçı vaxtında düzgün şəkildə müqavilə bağlamalı idi, ona verilməli olan sahəni bilməli idi. Onların təhvil verdikləri sahə - 1 və 1-dir. İddiaçı ilə bağlanılmış müqavilə Cavabdeh MTK tərəfindən qəbul edilmir. Çünki əvvəllər həmin inşa edilən ev Cavabdeh MTK-nın mülkiyyətində olub. Daha sonra 27 mart 2017-ci il məhkəmə qərarı ilə həmin bina Cavabdeh MTK-nın mülkiyyətindən "xxxx" QSCnin mülkiyyətinə verilib. Həmin qətnamədən apellyasiya şikyəti verilmədiyi üçün qətnamə qüvvədə qalıb. Daha sonra prezidentin fərmanı ilə Azərbaycan Sənaye Koorperasiyası yaradıldıqdan sonra məhkəməyə təqdim etdiyi üçtərəfli razılaşma imzalanmışdır. Bu razılaşma ilə Cavabdeh MTK-da tikilən yaşayış və qeyri-yaşayış sahələrinin müəyyən hissəsi ilk öncə "xxxx" QSC-yə, daha sonra isə ASK-ya verilmişdir. Bütün bu proseslər zamanı 2005-ci ildən 2019-cu ilədək bu müqavilə heç vaxt üzə çıxmayıb. Həmin sahə "xxxx" QSC-yə və ASK-ya verilərkən satılmamış sahə kimi nəzərə alınıb. Həmin vaxt təhvil-təslim olan zaman digər mülkiyyətçilərin müqavilələri təqdim edilmişdir. Lakin Elyanə xanımın müqaviləsi heç vaxt təqdim edilməmişdir. Ona verilən məlumata görə də əvvəllər başlamış və hal-hazırda da davam edən Arif Mədətova qarşı başlamış Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma zamanı da həmin baş idarəyə bu müqavilə təqdim edilməmişdir. Bu müqavilə Cavabdeh MTK tərəfindən ilk dəfə bu proses zamanı görünür. Ödənişlə bağlı qəbzlər və arayışdan da görünür ki, həmin ödənişlər Arif Mədətovun rəhbərliyi dövründə olub. Buna görə də Mədətov Arif subsidiar məsuliyyət daşıyır. Həmin sənədlərin saxta olub-olmaması şübhə altındadır. Məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X11 izahatında bildirmişdir ki, cavabdehin nümayəndəsi və vəkili aktın olması ilə bağlı məsələni bildirmişdi. Ona görə də hazırda akt təqdim edilmişdir. X13 adı qeyd olunur. O, iddiaçının atasıdır. Akt alınıb satılmış evlərin, mağazaların təzə sədrə təhvili ilə bağlıdır. "xxxx" QSC-nin də şöbə müdirlərinin imzası var. Bu evlərin, mağazaların onun imzası ilə satılması təsdiq olunub. Mübahisə predmeti ilə iddiaçının atası Məmmədov Familə satılan ev eynidir. 3 m2 mübahisəlidir. Həmin ərazilər eyni yerdir. X9 ilə bağlanılıb. Maliyyə arayışı Məmmədova Elyanaya verilib. Pulu atası ödədiyi üçün qəbzlər Məmmədov Familin adınadır. Əvvəl aktı Məmmədov Familə vermişlər. Elyana xanım evlənəndən sonra aktı ona vermişlər. Ümumiyyətlə, müqavilələr bağlanan zaman yerin nömrəsi olmayıb. Lakin pul verilib, arayış verilib. İddiaçının atası Məmmədov Familə sahənin təhvil verilməsi ilə bağlı akt Məmmədova Elyana ilə MTK arasında bağlanılan müqavilə əsasındadır. Məmmədov Familin ayrıca MTK ilə müqaviləsi yoxdur. Familin adına sadəcə arayış və qəbz var. Arayışda qeyd olunan aşağı mərtəbə dedikdə -2 nəzərdə tutulur. -3 yoxdur. Elyanə xanımın sahəsi ən aşağıdır. Qaraj ikimərtəbəlidir. Qarajın bir mərtəbəsi aşağıda qalır biri isə küçəyə çıxır. Qarajın hündürlüyü 3 metrdir. Vəkilin qeyd etdiyi sahəsi 2740 m2 olan qeyri-yaşayış sahəsinin isə hündürlüyü 5 metrdir. Həmin sahələr təhvil verilib. İddiaçının aldığı qarajın küçəyə çıxan hissəsi isə -2-dir. İddiaçı pulu ödəyəndən sonra hələ həmin bina söküldü. Hələ inşaat başlamamışdı. Onlar tikintiyə 2007-ci ildə başlamışlar. Verilən pullar söküntüyə gedib. -1 yuxarıdadır. Ora pilləkənlə çıxılır. İddiaçının aldığı -2-dir. -2 çölə Zərgərpalan küçəsinə çıxır. -2-dən də aşağıda qarajın bir mərtəbəsi var. Ora lift işləmir. -2 qarajın ikinci mərtəbəsidir, o da küçəyə çıxır. Küçəyə çıxan müəyyən hissədə də ticarət məqsədilə satış gedir. Xanımın aldığı yer qaraj hissəsidir, qeyri-yaşayışa dəxli yoxdur. Cavabdeh tərəf dələduzluq edir, qanuni şəkildə sahə almış vətəndaşı məhkəməyə müraciət etməyə məcbur edirlər. İddiaçının ərazisinin hündürlüyü 3 metrdir. Cavabdehin nümayəndəsi və vəkilinin dediyi yerin isə hündürlüyü 5 metrdir. İddiaçı ödəniş edəndə nə bina, nə də yer olmuşdur. Cavabvdeh tərəf ona qarşı düşmənçilik edir. Müqaviləni şəxsən ozü bağlamışdır və həmin müqavilə etibarlıdır. İş materiallarında olan 15 aprel 2005-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MTK (payçı) ilə X5 (sifarişçi) arasında bağlanmış müqaviləyə əsasən sifarişçi podratçı tərəfindən yerinə yetiriləcək işlərin müqavilədə nəzərdə tutulmuş müddətdə tam yerinə yetirilməsinə görə payçı qarşısında məsuliyyət daşıyır. Müqaviləyə əsasən Sifarişçi müqavilədə sadalanan tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş Tikinti norma və qaydalarına uyğun yeksək keyfiyyətlə yerinə yetirməyi və payçı 2 saylı evdə birinci mərtəbədə ona düşən tam sahəsi 32 kv.m olan qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 11200 ABŞ dollarını Respublikanın Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK-nın sədri A.S.Mədətov tərəfindən verilmiş 15 aprel 2005-ci il tarixli maliyyə arayışından görünür ki, X3 Zərgərpalan küçəsi tərəfdən aşağı mərtəbədə 32 kv.m, hündürlüyü 3 metr olan istifadə üçün yer verilir. Yerin pulu əvəz etmə yolu ilə 100 faiz ödənilmişdir. İş materiallarında olan Cavabdeh MTK-nın 119 nömrəli, 15 aprel 2005-ci il tarixli Mədaxil orderindən və qəbzdən görünür ki, 2 saylı binada qeyri-yaşayış sahəsinin dəyərini ödəmək üçün X10 tərəfindən 10000 ABŞ dolları ödənilmişdir. İş materiallarında olan "xxxx" QSC, "xxxx" ASC və Cavabdeh MTK-nın nümayəndələri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllə ünvanında yerləşən tikintisi başa çatmamış çoxmərtəbəli yaşayış binasında inventarlaşdırma işlərinin aparılması barədə 14 dekabr 2022-ci il tarixli Aktda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllə ünvanında yerləşən tikintisi başa çatmamış çoxmərtəbəli yaşayış binasında 09 dekabr 2022-ci il tarixində inventarlaşdırma işləri aparılmış və məlum olmuşdur ki, layihə dəyişikləri nəticəsində qeyd edilən yeni sahələr yaranmışdır: -1 ci mərtəbədə -4950 m səviyyədə -12 ədəd qaraj, -2-ci mərtəbədə -8250 m səviyyədə -17 ədəd qaraj, -3-cü mərtəbədə -11,450 m səviyyədə -1 ədəd qaraj. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2017-ci il tarixli, 1704 nömrəli fərmanın icrası ilə bağlı Cavabdeh MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2019-cu il tarixli razılaşmanın c) bəndinə əsasən müəyyən edilir ki, 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(81)-100/2017 saylı qətnaməsi əsasında qətnamədə göstərilən daşınmaz əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" QSC-nin adına hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış təqdim olunmuşdur. Həmin arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası (torpaq sahəsi – 0,346904 ha, torpaq sahəsinin mülkiyyət növü – dövlət torpağı, torpaq sahəsi üzərində hüququn növü – istifadə hüququ) üzərində “”Aqrarkredit” QSC-nin müvafiq olaraq mülkiyyət və istifadə hüquqlarının qeydiyyatı aparılmışdır. Həmin yaşayış binasında yerləşən cəmi 143 ədəd mənzillərdən 85 ədədi Cavabdeh MTK tərəfindən müxtəlif vaxtlarda müxtəlif şəxslərə satılmış, 58 ədədi hazırda satılmamış qalmışdır. Razılaşmanın e) bəndində qeyd olunur ki, fərmanın icrası ilə bağlı yuxarıda qeyd olunan əmlakın "xxxx" ASC-nin və "xxxx" QSC-nin nümayəndələrindən ibarət Təhvil- Təslim Komissiyasında razılaşdırılmış qaydada "xxxx" MMC audit şirkəti tərəfindən qiymətləndirilməsi aparılmış və 28 avqust 2019-cu il tarixli rəyə əsasən həmin çoxmərtəbəli yaşayış binasında yerləşən, satılmamış 6713 m2 olan 58 ədəd mənzilin, 55 ədəd qarajın, 2740 m2 ticarət zallarının ümumi bazar dəyəri 13025000,00 manat dəyərində müəyyən edilmişdir. Fərmanın Cavabdeh MTK ilə bağlı hissəsində icrasını təmin etmək məqsədilə tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: 1. Cavabdeh MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarox, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0,346904 ha torpaq sahəsində olan yaşayış binasında yerləşən satılmamış 6713 m2 olan 58 ədəd ənzil, 55 ədəd qaraj, 2740 m2 ticarət zalları (qeyriyaşayış) qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş ümumi 13025000,00 manat dəyərindən kreditor və vergi borcları (razılaşmanın 2-ci və 3-cü bəndlərinə əsasən) çıxıldıqdan sonra xalis dəyərində "xxxx" QSC tərəfindən "xxxx" ASC-nin balansına verilir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən X6 verilmiş xx.xx.2011-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, Zərgərpalan və Tolstoy küçəsinin kəsişməsində inşa olunan binanın qaraj üçün ayrılan hissəsində Zərgərpalan küçəsi, Maqazin 35 kv. daimi istifadə üçün yer ayrılır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, satılmayan ümumi sahəsi 6713 kv.m olan 58 ədəd mənzil, ümumi sahəsi 2740 kv.m olan qeyri-yaşayış sahəsi, sahəsi 990 kv.m olan 55 ədəd qarajlar, qiymətləndirici şirkət "xxxx" tərəfindən müəyyən edilmiş ümumi 13.025.000,00 manat dəyərindən kreditor və vergi borcları çıxıldıqdan sonra xalis dəyərində "xxxx" QSC tərəfindən "xxxx" ASC-nin balansına veriləcək. İş materiallarında olan 21 fevral 2023-cü il tarixli məhkəmə yerli baxış iclasının protokolundan görünür ki, Baxış Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində yerləşən 2 saylı bina üzrə aparılmış, qeyd edilən ünvan üzrə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı X1 iddia ərizəsində tələb etdiyi qeyri-yaşayış sahəsi Zərgərpalan küçəsinə çıxır və həmin küçə tərəfdən aşağı mərtəbədə yerləşir, binanın ümumi sxemi üzrə isə –2-ci mərtəbəsində yerləşir. Cavabdeh MTK-ilə üzbəüz dayandıqda Zərgərpalan küçəsinə perpendikulyar olaraq sağ tərəf Tolstoy küçəsi, sol tərəf isə Süleyman Tağızadə küçəsidir. Cavabdeh MTK-nın ümumi sxem üzrə – 2, –1 və 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi və yuxarı mərtəbələr isə yaşayış sahəsinə aiddir (fotoşəkillər 1-4). İdiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin önü daşla hörülmüşdür. Həmin qeyri yaşayış sahəsi 42 kv.m-dir və 6.60 m-in 6.37 m-ə olan nisbətdədir, hündürlüyü isə 3 metrdir (fotoşəkil 5-7). Qeyd edilməlidir ki, –1 və 1-ci mərtəbə yerləşən digər qeyri-yaşayış sahələrinin hündürlüyü 5 metrdir. Daha sonra isə müəyyən olunur ki, iddiaçının iddia etdiyi sahəyə arakəsmə ilə bitişik şəkildə 24.5 kv.m-lik yer mövcuddur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh MTK (payçı) ilə X5 (sifarişçi) arasında bağlanmış 15 aprel 2005-ci il tarixli müqaviləyə əsasən Sifarişçi müqavilədə sadalanan tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş Tikinti norma və qaydalarına uyğun yeksək keyfiyyətlə yerinə yetirməyi və payçı 2 saylı evdə birinci mərtəbədə ona düşən tam sahəsi 32 kv.m olan qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 11200 ABŞ dollarını Respublikanın Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, iş materiallarında olan Cavabdeh MTK-nın sədri A.S.Mədətov tərəfindən verilmiş 15 aprel 2005-ci il tarixli maliyyə arayışından görünür ki, X3 Zərgərpalan küçəsi tərəfdən aşağı mərtəbədə 32 kv.m, hündürlüyü 3 metr olan istifadə üçün yer verilir. Yerin pulu əvəz etmə yolu ilə 100 faiz ödənilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmçinin məhkəmə hazırki mülki iş üzrə 21 fevral 2023-cü il tarixdə tərəflərin və işdə iştirak edən şəxslərin iştirakı ilə yerində həmin sahəyə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsi mövcuddur, hazırda hər hansı 3-cü şəxslərin istifadəsinə və sahibliyinə verilməmiş, sahənin texniki göstəriciləri tərəflər arasında bağlanmış müqaviləyə və onun əsasında verilmiş maliyyə arayışına uyğundur. Bundan əlavə müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi Zərgərpalan küçəsinə çıxır və həmin küçə tərəfdən aşağı mərtəbədə (maliyyə arayışında qeyd olunduğu kimi) yerləşir, binanın ümumi sxemi üzrə isə –2-ci mərtəbəsində yerləşir. Məhkəmə belə hesab edir ki, tərəflər arasında mənzil tikintisi haqqında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Burada ağlabatan müddət öhdəliyin mahiyyətindən, həcmindən, mürəkkəbliyindən asılı olaraq müəyyən edilir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, 15 aprel 2005-ci il tarixli müqavilənin bağlandığı andan cavabdeh üzərinə düşən öhdəliyi 15 ildən artıq müddət ərzində icra etməməsi müqavilənin ağlabatan müddətdə icra edilməməsi kimi hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ilə 15 aprel 2005-ci il tarixli müqaviləni Cavabdeh MTK adından həmin dövrdə Cavabdeh MTK-nın sədri Arif Mədətov imzalamışdır. Hazırda isə müəyyən edilir ki, X11 Cavabdeh MTK-nın təsisçilərindən biridir. Qeyd edilməlidir ki, hazırki mülki iş üzrə X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, məhkəmə iclaslarında iştirak edərək yuxarıda göstərilən müqavilənin özü tərəfindən imzalandığını və etibarlı olduğunu bildirmiş, həmçinin mübahisəli sahəyə yerli baxışda iştirak etmiş və iddiaçıya təhvil verilməli olan sahəni dəqiq göstərmişdir. Həmçinin məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin iddia tələbinə vermiş olduğu etirazda müqavilənin notarial qaydada bağlanmadığı üçün etibarsız olması dəlili ilə razılaşmır və qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin mahiyyəti binanın tikintisi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi, qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində notarial qaydada müqavilənin təsdiq edilməsi yalnız mövcud və daşınmaz əmlakın dövlət reyestri üzrə qeydiyyatı aparılmış əmlak üzərində ola bilər. Habelə məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasında istinad etdiyi razılaşma ilə bağlı qeyd edir ki, Cavabdeh MTK (payçı) ilə X5 (sifarişçi) arasında bağlanmış 15 aprel 2005-ci il tarixli müqavilə Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2017-ci il tarixli, 1704 nömrəli fərmanın icrası ilə bağlı Cavabdeh MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2019-cu il tarixli razılaşmadan əvvəl bağlanmışdır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını tam verdiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanusuz olmuşdur. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən mediasiya üçün ödənilmiş 200 manat xərcin cavabdehdən tutulması hissəsində təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən hazırki mülki iş üzrə hər hansı mediasiya sessiyasının keçirilməsi nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin Zərgərpalan küçəsi tərəfdən aşağı mərtəbəsində (ümumi sxem üzrə –2 mərtəbəsində) yerləşən sahəsi 32 kv.m, hündürlüyü 3 metr olan qeyri-yaşayış sahəsinə İddiaçı istifadə və sahiblik hüququ tanınmalı, həmin qeyri-yaşayış sahəsi iddiiaçı İddiaçı naturada təhvil verilməli və dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin Zərgərpalan küçəsi tərəfdən aşağı mərtəbəsində (ümumi sxem üzrə –2 mərtəbəsində) yerləşən sahəsi 32 kv.m, hündürlüyü 3 metr olan qeyri-yaşayış sahəsinə İddiaçı istifadə və sahiblik hüququ tanınsın, həmin qeyri-yaşayış sahəsi iddiiaçı İddiaçı naturada təhvil verilsin və dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-345/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-345/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver