Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3450/2023 10.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Sultanova- Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan bildirişdən görünür ki, iddiaçı "xxxx" BOKT ASC-nin cavabdeh X2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə” dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-564/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadına əsasən xx.xx.2022-ci il tarixində, saat 12:15-də Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi icraat qaydasında baxılacaqdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Bank VTB (Azərbaycan)” ASC cəlb edilməklə cavabdeh Melissa Park Cavabdeh MTK-ya qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1398/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “Melissa Park Cavabdeh MTK-dan 19500 manat məbləğində pul və ödənilmiş 221 manat dövlət rüsumunun 100 manatı tutularaq, İddiaçı veriməsi, iddia tələbinin qalan hissəyə münasibətdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 1(103)-486/2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1398/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh “Melissa Park Cavabdeh MTKdan iddiaçının ödədiyi mənzilə görə ödəmiş olduğu pul vəsaitinin qalıq hissəsi olaraq 19500 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz 9033.552 manat olmaqla, cəmi 28533.552 manat, ödənilmiş dövlət rüsumunun cəmi 331 manat alınaraq İddiaçı veriməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali MƏhkəməsinin xx.xx.2023-cü il tarixli 1(102)-2074/2023 saylı qərarından müəyyən olunur ki, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 1(103)-486/2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin16 yanvar 2023-cü il tarixli qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının məzmunundan görünür ki, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi apellyasiya və kassasiya şikayətlərində birinci instansiya instansiya məhkəməsinin qətnaməsinin ləğvini, barışıq sazişinin təsdiq olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Elektron Məhkəmə Sistemindən əldə edilmiş məlumatdan görünür ki, hazırda mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xəyal Sarıyevin icraatında olmaqla, məhkəmə baxış iclası 06 sentyabr 2023-cü il tarixə, saat 12:05-ə təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa iddia ərizəsi baxılmamış saxlanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, eyni zamanda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.4, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər X4, X5 və Yasamal MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3450/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3450/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver