Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3456/2020 30.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdehlər Bakı şəhər Cavabdeh1 MMC, Uz.daewo Baku avto Şirkəti, Cavabdeh2 Sığorta Şirkətinə qarşı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Bakı şəhər Cavabdeh1 MMC, Uz.daewo Baku avto Şirkəti, Cavabdeh2 Sığorta Şirkətinə qarşı ərizə ilə 22.06.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizədə cavabdehin adı, soyadı, onun rəsmi qeydiyyatda olduğu ünvan və ona qarşı yönələn tələb konkret olaraq göstərilməmişdir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı ərizədə cavabdehlərin hüquqi ünvanlarını göstərməmiş, o cümlədən cavabdehlər - Bakı şəhər Cavabdeh1 MMC, Uz.daewo Baku avto Şirkəti və Cavabdeh2 Sığorta Şirkətinin hüquqi şəxs olmasını təsdiq edən vergi orqanından çıxarışları ərizəsinə əlavə etməmişdir. İddiaçı ərizə tələbini əsaslandırmamış, cavabdehlərə qarşı yönələn tələbi konkret olaraq göstərməmişdir. Həmçinin ərizə ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, ərizəyə əlavə edilmiş 06.03.2019-cu il tarixli AD 434291 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, KHAZAR LX minik markalı 90PD842 dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxx” MMC-yə məxsusdur və “xxxxxxx” MMC-nin hüquqi ünvanı AZ1010, ünvan 2 ünvanıdır. İddia ərizəsi iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, aidiyyatı üzrə “xxxxxxx” MMC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edə bilər. (Ərizədə Cavabdeh1 MMC qeyd edilib) Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Həmçinin, iddiaçı iddia ərizəsinin verilməsinə görə elektron ödəniş sistemləri vasitəsilə (istiqamət-hökümət ödəniş portalı) dövlət rüsumunu ödəməmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi” haqqında 28.12.2018-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən MPM-ə əlavə edilmiş 108.3-cü maddənin tələbinə görə dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci və 81.2-ci maddəsinə əsasən iddia ərizələri verilərkən iddia qiyməti 500 manatadək olduqda 20 manat; iddia qiyməti 500 manatdan çox olduqda isə 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaqycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, Azərbaycan Respublikası MPM-in 149 və 150-ci maddələrinin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra aidiyyatı üzrə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31, 35, 152, 152.1.1, 152.1.3, 152.1.5, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Bakı şəhər Cavabdeh1 MMC, Uz.daewo Baku avto Şirkəti, Cavabdeh2 Sığorta Şirkətinə qarşı ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3456/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3456/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver