Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3458/2025 01.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət” X9 və X6 Xidməti X4rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: əmək müqaviləsi, işə bərpa, əmək haqqı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət” X7 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət” X9 və X6 Xidməti X4rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət” X9 və X6 Xidməti X4rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X7 12 dekabr 2024-cü il tarixli qanunsuz əmrinin ləğv edilərək, onun işə bərpa edilməsi və 12 dekabr 2024-cü il tarixindən bu günədək ona ödənilməli olan əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illərdir çalışdığı "xxxx" ASC-nin X10 İdarəsinin Ağdam sahəsində qanunsuz olaraq 12 dekabr 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, 03 sentyabr 2024-cü il tarixdə rəsmi məktubla ona müraciət edilərək, ştat vahidinin ixtisara düşəcəyini və 9 həftə sonra əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Bu hesabla 2024-cü ilin noyabr ayında əmək müqaviləsinə xitam verilməli idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2024-cü il tarixli, 232 nömrəli Qərarı ilə "xxxx" ASC ləğv edilmiş və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 yaradılmışdır. Qeyd edilənlə bağlı daha obyektiv və düzgün araşdırma aparılacağını düşündüyü üçün Azərbaycan Respublikasının Əmək Müfəttişliyinə şikayətlər etdi. Sonuncu müraciəti üzrə ona bildirilmişdir ki, işəgötürən tərəfindən sənədlər tam təqdim edilmədiyindən araşdırılma aparıla bilməmiş, eləcə də işəgötürənin əmək müqaviləsinə xitam vermə hüquqları ona izah edilmişdir. Əmək Müfəttişliyinin məsələni daha operativ, hərtərəfli araşdıracağına ümid edərək gözlədi. Bu səbəbdən də məhkəməyə indi müraciət edə bilir. Əgər işəgötürən tərəfindən tam obyektiv olaraq bütün sənədləşmə qaydasında aparılmış olsaydı, heç onun ixtisar edilməyinə də zərurət qalmazdı. Belə ki, himayəsində 2 azyaşlı övladı var, ailədə tək işləyən şəxs odur və məcburi köçkün statusu var.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh X6 Xidməti X9 ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
5. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə gəlməyən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. xx.xx.2024-cü il tarixli “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tərəfindən İddiaçı ünvanlanmış ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlığa əsasən xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi və İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi ilə bağlı xəbərdar olunmuşdur.
9. 12.12.2018-ci il tarixli vəsiqəyə əsasən müəyyən olunur ki, İddiaçı məcburi köçkün kimi qeyydiyyata alınmışdır.
10. 12.11.2024-cü il tarixli, 121 nömrəli arayışa əsasən müəyyən olunur ki, İddiaçı 119 saylı Ağdam seçki dairəsinin 38 saylı məntəqə seçki komissiyasının üzvüdür. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinə uyğun olaraq Bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı 28 noyabr 2024-cü il – 31 yanvar 2025-ci il tarixlərdə 65 gün olmaqla əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılmaqla müvəqqəti olaraq vəzifəsinin icrasından azad edilməlidir.
11. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən xx.xx.2024-cü il tarixdən başqa işə götürənlə əmək müqaviləsi bağladığı üçün tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.
12. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 xx.xx.2024-cü il tarixli, 666K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən İddiaçı – İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsini 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.
13. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
14. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.
15. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
16. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
17. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
18. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
19. Həmin Məcəllənin 78-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə, məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir.
20. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
21. Həmin Məcəllənin 179-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir.
22. Həmin Məcəllənin 179-cu maddəsinin 2-ci hissəsinin ç bəndinə əsasən seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda işçinin iş yeri və orta əmək haqqı saxlanılır
23. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur.
25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarında qeyd olunmuşdur ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir.
26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 yaradılmışdır. X6 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxs kimi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxs kimi müəyyən olunmuşdur. Azərbaycan Dövlət Su X1 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X9n xx.xx.2024-cü il tarixli, 09-nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9n strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. xx.xx.2024-cü il tarixli “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tərəfindən İddiaçı ünvanlanmış ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlığa əsasən xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi və İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi ilə bağlı xəbərdar olunmuşdur. İddiaçı 119 saylı Ağdam seçki dairəsinin 38 saylı məntəqə seçki komissiyasının üzvü olmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılmaqla müvəqqəti olaraq bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı vəzifəsinin icrasından azad edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarizdə Azərbaycan Respublikası "xxxx" ASC X3 İdarəsinə ərizə yazaraq xx.xx.2024-cü il tarixdən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə ünvanlamış və işəgötürənin xx.xx.2024-cü il tarixli 666/k nömrəli əmrinə əsasən İddiaçı istismarın təşkili və idarə edilməsinə nəzrət qrupunun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.
27. Məhkəmə iş materiallarına əsasən belə qənaətə gəlir ki, iddiaçının öz istəyi ilə tutduğu vəzifədən azad edilməsi haqqında ərizəsi könüllü şəkildə deyil, işəgötürənin göstərişi və təsiri ilə yazılmış, iddiaçının həqiqi və azad iradəsini ifadə etməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixdə ixtisara düşməsi və 9 təqvim həftəsi sonra onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi barədə xəbərdarlıq etişdir. Lakin həmin müddətin başa çatdığı tarixdə iddiaçı bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı müvəqqəti olaraq vəzifəsinin icrasından azad edildiyindən onun tərəfindən başqa işəgötürənlə əmək müqaviləsi bağladığından onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsi barədə formal ərizə yazılmış və həmin ərizə işçinin həqiqi iradə ifadəsini əks etdirməmişdir. Buna baxmayaraq, işəgötürən tərəfindən həmin ərizə əsasında işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verilmişdir. Belə ərizə könüllü verilmiş iradə ifadəsi kimi qiymətləndirilə bilməz və bu əsasla əmək münasibətlərinə xitam verilməsi qanuni hesab edilə bilməz.
28. Bundan başqa məhkəmə iddiaçının tutuduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşməsi ilə bağlı etdiyi xəbərdarlıqla bağlı qeyd edir ki, işçilərinin sayının və ştatının ixtisarı zamanı aşağıdakı şərtlər mövcud olduqda işçilərlə əmək müqaviləsinin ləğvi üçün hüquqauyğun əsas qismində çıxış edir: müəssisədə həqiqətən işçilərin sayı və ya ştatı ixtisar olunmalıdır; işçinin işgüzar keyfiyyətləri (peşəkarlığı, ixtisası) nəzərə alınmalıdır; işdə saxlanmaq üçün üstünlük hüququna riayət olunmalıdır (ƏM-in 78-ci maddəsi); işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyyən olunan əmək stajından asılı olaraq müəyyənləşdirilən müddətlərdə rəsmi xəbərdar edilməlidir (ƏM-in 77-ci maddəsi); xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilməlidir (ƏM-in 77-ci maddəsi); işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı hökmən araşdırılmalıdır.
29. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli Plenum Qərarında işçilərin sayının azaldılması və ştatların azaldılması ilə bağlı qeyd olunmuşdur ki, ƏM-in 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
30. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı məcburi köçkün olmaqla, himayəsində xx.xx.2019-cu il təvəllüdlü və xx.xx.2016-cı il təvəllüdlü iki yetkinlik yaşına çatmayan övladı var. Baxmayaraq ki, iddiaçı öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur, lakin məhkəmə qeyd edir ki, cavabdehin əsas məqsədi onunla bağlanmış əmək müqaviləsinə ştat vahidinin ixtisara düşməsi ilə bağlı xitam verilməsi olmuşdur. Yuxarıda qeyd olunan hallar da bu zaman nəzərə alınmamışdır.
31. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 xx.xx.2024-cü il tarixli, 666-K nömrəli əmri ləğv edilməli, iddiaçı X5 əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tərəfindən iddiaçı X2 ödənilməlidir.
V. Nəticə:
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət” X7 xx.xx.2024-cü il tarixli 666/k nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ülkər Xəlil