Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3459/2020 29.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızı, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun hüquqi qüvvəyə malik olması” faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun hüquqi qüvvəyə malik olması”faktının müəyyən edilməsi barədəərizə ilə 22.06.2020-ci il tarixdə məhkəməyə müraciət edərək,2007-ci ildən tibb bacısı ixtisasına yiyələnmək üçün test-imtahan üsulu ilə x1 müvəffəqiyyətlə 16 iyul 2010-cu il tarixdə başa vurduqdan sonra dövlət ixtisas komissiysının ona təqdim etdiyi 816 nömrəli qeydiyyatla BB-İİ 108461 saylı diplomun hüquqi qüvvəyə malik olmasıfaktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materillarını araşdırıb qeyd edir ki, ərizəçi tərəfindən irəli sürülmüş tələbə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12.04.2019-cu il tarixli 03 saylı qərarının 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Hakim qeyd edir ki, ərizəçinin müəyyən edilməsi xahiş etdiyi hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmayıb və bu səbəbdən həmin ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Ərizədə müəyyən edilməsi xahiş olunan məsələnin həlli müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Əgər icra hakimiyyəti orqanının vəzifəli şəxsi həmin halın təsdiq və müəyyən edilməsinin qeyri-mümkünlüyü barədə müraciətə müsbət cavab verməzsə, bu hal müvafiq inzibati məhkəmənin araşdırma predmeti ola bilər. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsasən və AR MPM-in 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun hüquqi qüvvəyə malik olması” faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ərizəçiyə müvafiq məsələnin həlli ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməsi, həmin məsələnin müsbət həllindən imtina edildiyi təqdirdə Bakı İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3459/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3459/2020
29.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver