Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-346/2022 03.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili X3, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, müstəqil tələb irəli sürən üçüncü şəxs və eyni zamanda digər üçüncü şəxs X5 nümayəndəsi X1, müstəqil tələb irəli sürən üçüncü şəxslər X2, X6, X7, müstəqil tələb irəli sürən üçüncü şəxslərin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair ilk, müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X4, X8, X13 və X7 cavabdehlər Cavabdeh, İddiaçı, Bakı şəhəri 19 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddialarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X4, X8, X13 və X14 cavabdehlər Cavabdeh, İddiaçı, Bakı şəhəri 19 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə məhkəməyə şifahi qaydada vəsatət təqdim edərək bildirdi ki, Yasamal Rayon Məhkəməsinin başqa bir hakiminin icraatında hüquqlarını müdafiə etdiyi şəxsin cavabdehlər İddiaçı və X10 qarşı cavabdehin və onun ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılaraq evin boşaldılması tələbinə dair mülki iş vardır. Həmin iş ilə hazırki işlər bir-biri ilə əlaqəli olduğundan işlərin bir icraatda birləşdirilməsini istəsə də, onun şifahi vəsatəti təmin edilməmiş və iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan şikayət vermiş, apelyasiya məhkəməsinin qərardadı ilə müvafiq dayandırma barədə qərardad ləğv edilmiş və işlərin bir icraatda birləşdirilməsi məsələsinə baxılması üçün mülki iş məhkəməyə geri qaytarılmışdır. Hesab edir ki, hər iki işi bir-biri ilə əlaqəli olduğundan və eləcə onların iddiası məhkəməyə daha tez daxil olduğundan mülki işlər birləşdirilərək bir icraatda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili X9 iddia tələbini müdafiə edərək bildirdi ki, onlar da mülki işlərin birləşdirilməsinin tərəfadırlar. Hesab edilər ki, hər iki iş birləşdirilərək bir icraatda baxılmalıdır. Lakin, hazırki işdə cavabdeh tərəfindən iddia qismən etiraf edildiyindən, onların digər hakimin icraatında olan işlərinin perspektivi yoxdur. Odur ki, mülki işlərin bir icraatda birləşdirilərək baxılmasını məhkəmənin mülahizəsinə buraxır. İddiaçı da mülki işlərin bir icraatda birləşdirilərək baxılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs və eyni zamanda digər üçüncü şəxs X5 nümayəndəsi X4, müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, X13, X14 və müstəqil tələb irəli sürən üçüncü şəxslərin vəkili Vəkil2 da mülki işlərin bir icraatda birləşdirilərək baxılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-120/2022 saylı mülki işdən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və X10 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və evin boşaldılması tələbinə dair iddia ərizəsi ilə 02.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4034/2021 saylı, 20.10.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-7039/2021 saylı mülki iş üzrə qəbul olunacaq yekun məhkəmə qərarı qüvvəyə minənə qədər iddiaçı Cavabdehlər İddiaçı və X10 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və evin boşaldılması tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-4034/2021 saylı mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11699/2021 saylı, 06.12.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4034/2021 saylı, 20.10.2021-ci il tarixli qərardadından verdiyi şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4034/2021 saylı, 20.10.2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş üzrə icraatların birləşdirmə və ya dayandırma mümkünlüyünə baxılması üçün mülki iş məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və X10 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və evin boşaldılması tələbinə dair 2(004)-120/2022 saylı mülki iş məhkəmənin icraatına daha öncə daxil olduğundan, eyni zamanda hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməli və mülki işə 2(004)-120/2022 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair ilk, müstəqil tələb irəli sürən üçüncü şəxslər X12, X4, X8, X13 və X7 cavabdehlər Cavabdeh, İddiaçı, Bakı şəhəri 19 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair 2(004)-346/2022 nömrəli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və X10 qarşı cavabdehin və onun ailə üzvlərinin evdən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılaraq evin boşaldılması tələbinə dair 2(004)-120/2022 saylı mülki işlər bir icraatda birləşdirilsin və mülki işə 2(004)-120/2022 nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-346/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-346/2022
03.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver