Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3473/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitamverilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitamverilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirir ki, xx xxxxxx 2020-ci il tarixli, ******* saylı notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 1-da yerləşən fərdi yaşayış evi rəsmi olaraq Cavabdeh mülkiyyətindən onun mülkiyyətinə keçmişdir. Fərdi yaşayış evinin onun mülkiyyətinə keçməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Bildirir ki, alğı-satqı müqaviləsi bağlananadək Cavabdeh bu evdə qeydiyyatda olmuşdur. Alğı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən Cavabdeh 2 ay müddətində, yəni xx.xx.2020-ci il tarixinədək qeydiyyatdan çıxması barədə öhdəlik götürsə də, hələ də qeydiyyatdan çıxmamışdır. Cavabdehin ona məxsus evdə qeydiyyatda olması Bakı şəhəri, Yasamal rayonu, 60 saylı MKİS-dən alınmış xx.xx.2020-ci il tarixli, 12 saylı arayışla təsdiq edilir. Cavabdehin adı çəkilən ünvanda qeydiyyatda olması ona məxsus olan evdə mülkiyyət hüquqlarını həyata keçirməyi üçün maneələr yaradır və onun bu ünvanda qeydiyyatda olmaları formal xarakter daşıyır. İddianın təmin edilməsini xahiş edir. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi onların məlum olan axırıncı yaşayış yerləri üzrə yerli icra hakimiyyəti orqanına (mənzil kommunal təsərrüfatı birliyi) göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, AN-İ ******* seriyalı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Məmmədquluzadə küçəsində yerləşən 19 saylı evin özünə məxsus 1 otaq-8.8 m2 payını İddiaçı mülkiyyətinə vermişdir. Satıcı – Cavabdeh həmin müqavilənin 8-ci bəndinə əsasən, alıcıya üçüncü şəxslərin hüquqlarından azad əmlakı verməyi, müqavilənin 13-cü bəndinə əsasən isə müqavilənin notariat qaydasında təsdiq olunduğu tarixdən 2 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixədək həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 19 saylı evin 8.8 m2 sahəsi olan 1 otağına pay hissəsində mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AR Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 60 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 12 saylı arayışına əsasən, İddiaçı və Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 19 saylı evdəqeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, mənzilə mülkiyyət hüququ iddiaçıya məxsusdur və cavabdehin həmin mənzilə olan qeydiyyatı isə formal xarakter daşıyır. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, C. Məmmədquluzadə küçəsində yerləşən 19 saylı evə olan istifadə hüquqlarına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3473/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3473/2020
14.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver