Məhkəmə qərarları › İş №2(004)-3481/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3481/2023

10.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3481/2023 10.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 07 aprel 2022-ci il tarixli, 432/001/Ç saylı əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinə xitam verilməsi haqqında 06 aprel 2022-ci il tarixli bildiriş və əmək müqaviləsinə xitam verilməsi barəsində 07 aprel 2022-ci il tarixli əmr cavabdeh təşkilat tərəfindən poçt vasitəsi ilə iddiaçıya təqdim edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən 25 aprel 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barəsində əmrin ləğv edilməsinə dair ərizə ilə cavabdeh təşkilata müraciət edilmişdir. İddiaçı 26 aprel 2022-ci il tarixdə cavabdeh təşkilatın əmək müqaviləsinin qanunsuz olaraq ləğv edilməsi barəsində AR Ə və ƏSMN yanında X1 Xidmətinə ərizə ilə şikayət etmişdir. AR Ə və ƏSMN yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən **********6 nömrəli, 03 iyun 2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, cavabdeh təşkilat tərəfindən hər hansı qanun pozuntusu aşkar edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilata mediasiya prosesinin tətbiqi barəsində təklif edilmişdir. Cavabdeh təşkilat tərəfindən 04 may 2022-ci il tarixdə 25 aprel 2022-ci il tarixli ərizəyə cavab verilərək bildirilmişdir ki, cavabdeh təşkilat ləğvetmə prosesindədir. İddiaçı 20 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanlanmış müraciət AR ƏƏSMN yanında X1 Xidməti Bakı şəhər idarəsinin **********4 nömrəli, 20 sentyabr 2022-ci il tarixli cavab məktubu ilə cavablandırılmışdır. Qeyd olunanlarla bağlı iddiaçı tərəfindən 28 sentyabr 2022-ci il tarixdə Mediasiya Şurasına təkrar müraciət olunmuşdur. Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci ildə mediasiya sessiyası keçirilmiş və müvafiq arayış verilmişdir. Cavabdeh təşkilat iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən istinad etmişdir ki, cavabdeh təşkilat ləğv prosesindədir. Bununla bağlı qeyd olunur ki, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Cavabdeh təşkilat nümayəndəlik olduğundan ayrıca hüquqi şəxs deyil. Buna görə də hüquqi şəxs kimi ləğv prosesində olması nəzərdə tutulmur. Hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, onun hüquq qabiliyyətini dayandırmır, yəni ləğveımə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Bu isə onu ehtiva edir ki, iddiaçının cavabdeh təşkilatla əmək münasibətləri cavabdeh təşkilatın mövcudluğuna son qoyulma anına qədər davam etdirilməli idi. İddiaçı qüsursuz olaraq 25 ilə yaxın müddət cavabdeh təşkilatın “Hyatt" otelində menecer assistenti (qrup rəhbəri) vəzifəsində çalışmışdır. Buna baxmayaraq cavabdeh təşkilat iddiaçı ilə bağlanmış əmək müqailəsinə xitam vermişdir. Halbuki cavabdeh təşkilat iddiaçı ilə bərabər çalışmış əksər işçilərlə yenidən əmək müqaviləsi bağlamış və həmin təşkilatın fəaliyyətdə olduğu “Hyatt' otelində, yəni eyni ünvanda və eyni əmlakla fəaliyyətini davam etdirir. Bununla da belə qənaətə gəlmək olur ki, cavabdeh təşkilat ləğv edilmir, sadəcə olaraq yenidən təşkil edilir. Belə olan təqdirdə isə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçı ilə əvvəlki əmək müqaviləsində nəzərdə tutulan vəzifəyə və şərtlərlə müqavilə bağlanmalı idi. Lakin iddiaçı ilə müqavilə bağlanmamış və buna səbəb bugünə qədər məlum deyildir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli bildiriş və xx.xx.2022-ci il tarixli əmr qəbul edilən zaman Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən cavabdeh təşkilatın ləğv olunması və hüquqi varisliyi barədə məlumat mövcud olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin əmək müqaviləsinə xitam verilməsi barəsində 07 aprel 2022-ci il tarixli, 432/001/Ç saylı əmrdən görünür ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin bağlanması haqqında 06 aprel 2022-ci il tarixli qərarı ilə əlaqədar olaraq, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin təmizlik şöbəsində qrup rəhbəri İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 (a)-ci maddəsinə əsasən (müəssisənin ləğv edilməsi) xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəli tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişdən görünür ki, İddiaçı ilə xx.xx.2013-cü ildə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən etibarən xitam verilir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi haqqında bildiriş və əmr İddiaçı təqdim edilmişdir. Həmçinin əmək müqaviləsinin xitamına görə aparılan son haqq-hesab əsasında müvafiq ödənişlər edilmişdir. İddiaçı əmək kitabçasını təhvil almağı haqqında həm telefon vasitəsilə, həm də yazılı qaydada müraciət edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2022ci il tarixli, **********4 saylı əmək qanunvericiliyi haqqında məktubundan görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə Bəhmən oğlunun 20 avqust 2022-ci il tarixli müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətində baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.2-ci və 44.1-ci maddələrinə əsasən ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır və hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən əmək münasibətləri əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Qeyd olunanlara əsasən, ləğvetmə prosesində olan hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanıldığından əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a" bəndi ilə ləğv etmə prosesi yekunlaşdıqdan sonra xitam verilə bilər. Ləğv etmə prosesi zamanı isə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsinə xitam verilməsinin digər əsasları və qaydalarını tənzimləyən müvafiq maddələrinə əsasən xitam verilə bilər. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Verdi Xidmətinin İnternet Vergi İdarəsinin elektron çıxarışına əsasən, xx.xx.2022-ci il tarixdə vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi üzrə axtarış aparılmış və Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (ləğv prosesindədir) (VÖEN:**********) vergi uçotu orqanında uçotda olduğu məlum olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. 70-ci maddəsinin a bəndinə görə müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə İddiaçı arasında 01 iyun 2013-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 07 aprel 2022-ci il tarixli, 432/001/Ç saylı əmri ilə İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 (a)-ci maddəsinə əsasən (müəssisənin ləğv edilməsi) xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Məhkəmə hesab edir ki, hüquqi şəxsin ləğvi başa çatmadan işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsini a bəndi ilə xitam verilməsi qanunsuzdur. Odur ki, qeyd olunan əmr ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, 432/001/Ç saylı əmr ləğv edilməli, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindəki təmizlik şöbəsinə qrup rəhbəri vəzifəsinə bərpa edilməli, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, 432/001/Ç saylı əmr ləğv edilsin. İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindəki təmizlik şöbəsinə qrup rəhbəri vəzifəsinə bərpa edilsin. Qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar