Məhkəmə qərarları › İş №2(004)-3483/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3483/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3483/2022 08.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə, tərcüməçi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 2640 avronun manata olan rəsmi məzənnəsinin, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi, ödənilməsi nəzərdə tutulan 2640 avro məbləğində pulun 2022-ci ilin bank uçot dərəcəsi (7.50%) əsas götürülməklə 200 avronun manata olan rəsmi məzənnəsinin və 72 manat dövlət rüsumunun məcburi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2015/2015 saylı xx-xx.2015-çi il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1442/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının qismən- “20% miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, 3-cü Krasnoflot (indiki Elçin və Vüsal Hacıbabayevlər) küçəsi, ev 3, 4 saylı mənzilə dair ödənilmiş 58155 manat məbləğində kompensasiyanın 20% miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 11631 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-191 /2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin olunması, üçüncü tərəfin kassasiya şikayətinin təmin olunması, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1442/2015 saylı xx.xx.2015-ci il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1159/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1605/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1605/2016 saylı xx.xx.2016-cı il tarixli qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilməsi üçün tapşırıq verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 7691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə şikayət təmin edilərək Cavabdeh 5500 avro maddi və 3000 avro mənəvi, cəmi 8500 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Qeyd edilən məhkəmə qərarları və xüsusən də sonuncu Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı tərəfindən Cavabdeh göstərilmiş hüquqi xidmətlərin nəticəsidir. Belə ki, Cavabdeh ilə aralarında bağlanmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2015-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən-dərhal ödənilir. Bununla yanaşı Cavabdeh tərəfindən müvafiq qəbz imzalanmışdır ki, həmin qəbzə əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında cavabdehə ödənilməli olan kompensasiya məbləğinin tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayətin olmadığı, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqların ödənilməsi öhdəliyi götürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı icra edilərək 5500 avro maddi və 3000 avro mənəvi, cəmi 8500 avro məbləğində kompensasiya Cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən ona ödənilməmişdir. Bununla bağlı tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli rəsmi xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsən xəbərnaməyə imza edilərək alınmışdır. Bununla yanaşı, cavabdeh ona özünün etiraf etdiyi xidmət haqqı olaraq 2640 avro məbləğində əsas borcunu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyi üçün əsas borcun faizlərini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi elektron səhifəsində bank faizinin uçot dərəcəsi aşağıdakı qaydada müəyyən edilmişdir: 2021-ci il üçün: xx.xx.2021 - 7.25%; xx.xx.2021 - 7.0%; xx.xx.2021 - 6.5%; 2022-ci il üçün: xx.xx.2022 - 7.75%; xx.xx.2022 - 7.5%. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələblərinə aşağıda qeyd olunan səbəblərdən qəti şəkildə etiraz edir. Belə ki, müqavilənin bağlanmasından əvvəl iddiaçı özünü Cavabdeh və onunla qonşuluqda yaşayan sakinlərə vəkillər kollegiyasının üzvü kimi təqdim etmiş və Cavabdeh məxsus mənzilə görə ödənilmiş 58155 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq və çətinliklə bağlı 10 faizi miqdarında əlavə kompensasiyanın dövlətdən tutulması ilə bağlı ona hüquqi xidmət göstərilməsini təklif etmişdir. Cavabdeh və onunla qonşuluqda yaşayan sakinlər iddiaçının həqiqətən vəkil olduğuna inanaraq, xx.xx.2015-ci il tarixdə hüquqi xidmət haqqında müqaviləni imzalamışdırlar. Cavabdeh Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında təmsil edilməsi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin predmetinə daxil edilməmişdir. Hüquqi xidmət haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən, icraçı (yəni hazırkı iş üzrə iddiaçı) bu müqavilənin şərtlərinə uyğun olaraq bütün rayon, apellyaşiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində qaldırılmış iddia ərizəsi üzrə sifarişçilərin nümayəndəsi qismində məhkəmə proseslərində iştirak edir. Müqavilənin 2.1.1-ci maddəsinə əsasən, iddiaçı Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan xidmətləri peşəkar səviyyədə və keyfiyyətlə göstərməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1605/2016 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən, Cavabdehnm pul tələbi təmin olunmamışdır. Beləliklə, Cavabdeh pul tələbinə dair mülki iş hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq hər üç məhkəmə instansiyalarından keçmiş və nəticədə, tələblər təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1605/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı elan olunandan bir müddət sonra iddiaçı həmin qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilməsi üçün yeni razılaşmanın bağlanmasına Cavabdeh sövq etməyə çalışmış, lakin tərəflər arasında bununla bağlı razılıq əldə olunmamış və yeni müqavilə bağlanılmamışdır. Beləliklə, Cavabdeh pul tələbinə dair mülki işə Ali Məhkəmə tərəfindən baxıldığdan sonra müqavilə və cavabdehin iddiaçı qarşısında hər hansı bir pul öhdəliyi də qüvvədən düşmüş kimi hesab olunmalıdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, "Cavabdeh Azərbaycan Respublikası Alı Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1605/2016 saylı 05 oktyabr 2016-cı il tarixli qərarından narazı qaldığı üçün Cavabdeh tərəfindən mənə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə tapşırıq verilmişdir". Yuxarıda göstərilənlər həqiqətə uyğun deyil, Cavabdeh iddiaçıya heç vaxt belə bir tapşırıq verməmiş və bu hal iddiaçı tərəfindən təqdim olunmuş sənədlərlə sübuta yetirilmir. Hüquqi xidmət haqqında müqavilənin 2.1.4-cü və 2.2.3-cü maddələrinə əsasən, heç bir tərəf digər tərəfin yazılı razılığı olmadan hazırkı müqavilənin icrasını və ya ondan irəli gələn hər hansı marağı və ya öz öhdəliklərini üçüncü şəxsə həvalə edə bilməz. Bu cür razılıq olmadan hüquq və öhdəliklərin həvalə edilməsi heç bir hüquqi qüvvəyə malik olmayacaqdır. Müqavilənin yuxanda qeyd olunan maddələrinin tələblərinə zidd olaraq, iddiaçı müqavilə üzrə xidmətlərin göstərilməsi üçün Cavabdeh buna razılığı olmadan üçüncü tərəf olan vəkili işə cəlb etmişdir. Ümumiyyətlə, işə Avropa İnsan Hüquqları Məhkəməsində baxıldığı zaman, iddiaçı və onun işə cəlb etdiyi vəkil səlahiyyətli olmamışdırlar. Belə ki, iş materiallarına əlavə edilmiş iki etibarnamə mövcuddur. Birinci etibarnamə xx.xx.2015-ci il tarixdə 3 il müddətinə, yəni xx.xx.2018-ci il tarixədək qüvvədə olmuşdur. İkinci etibarnamə isə yalnız xx.xx.2021-ci il tarixdə 2 il müddətinə verilmişdir. Məsələ orasındadır ki, güya Cavabdeh tapşırığı ilə verilən şikayətə 2021-ci ilin sentyabr ayında Avropa İnsan Hüquqları Məhkəməsində baxılanda, İddiaçının və onun tərəfindən işə cəlb edilmiş vəkilin qüvvədə olan etibarnaməsi olmamışdır. Qərarın xx.xx.2021-ci il tarixdə verilməsinə baxmayaraq, ikinci etibarnamə yalnız iki 2 ay sonra noyabr avında verilmişdir. 2021-ci ilin noyabr ayında iddiaçı yenidən Cavabdeh müraciət edərək, ona bildirmişdir ki, məhkəmənin yeni qərarına əsasən onun pul tələbləri təmin edilmişdir və həmin pulların alınması üçün ona yeni etibarnamə verilməlidir. İddiaçı rus dilli Cavabdeh hüquq savadsızlığı və onun Azərbaycan dilini bilməməsi hallarından sui- istifadə edərək onu ikinci etibarnamənin verilməsinin vacibliyinə inandırmışdır. Aydın məsələdir ki, Avropa İnsan Hüquqları məhkəməsində iş artıq yekunlaşandan sonra ikinci etibarnaməyə heç bir zərurət qalmamış və həmin etibarnamənin yeganə məqsədi münasibətlərinin "rəsmiləşdirilməsi" və Cavabdeh adından ona düşən pulların onun əvəzinə almaq olmuşdur. Yəni, iddiaçı ilə Cavabdeh arasında Avropa İnsan Hüquqları Məhkəməsində təmsilçilik xidmətlərinə görə hər hansı xidmət haqqının ödənilməsi barədə heç bir şifahi və yaxud yazılı razılıq olmamışdır. İddiaçının ikinci etibarnamə olmasına baxmayaraq, o istədiyinə nail ola bilməmiş və pulu Cavabdeh adından onun əvəzinə ala bilməmişdir. Prezident Administrasiyanın əməkdaşı Səadət Novruzova 2022-ci ilin yanvar ayında Cavabdeh ilə əlaqə saxlamış və ona düşən pulların iddiaçı tərəfindən həmin etibarnaməni təqdim etməklə tələb olunması barədə məlumatlandırmışdır. Bundan əlavə X8 Muratovaya iddiaçıya verilən etibarnamənin notariusda ləğv olunmasını da tövsiyyə etmişdir, ona gorə ki, iddiaçı özünü şübhəli aparmış, vəkillər kollegiyasının üzvü deyil və Tatyanaya əvvəlcədən heç nə demədən pulu onun əvəzinə almaq istəmışdir. Beləliklə, Cavabdeh xx.xx.2021-ci il tarixli etibarnaməyə xx.xx.2022-ci il tarixdə xitam vermişdir. İş materiallarına əlavə edilmiş "Qəbz" adlı sənədi mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin sənədin harada, hansı şəraitdə və hansı tarixdə yaranması müəyyən deyil. İddiaçı Cavabdeh Azərbaycan dilini yaxşı səviyyədə bilməməsi halından yararlanaraq və onun etibarından sui-istifadə edərək onun iradə ifadəsinə zidd şəkildə həmin sənədi imzalatdırmağa nail olmuşdur. Bundan əlavə, həmin "Qəbz”də müqaviləyə konkret istinad yoxdur, hansı xidmət haqqından söhbət gedəcəyi barədə də heç bir məlumat yoxdur. Yuxarıda qeyd etdiyi kimi, xx.xx.2015-ci i! tarixli hüquqi xidmət haqqında müqavilə Cavabdeh mülki işə Ali Məhkəmədə baxılıb qurtarandan sonra qüvvədən düşmüş sayılmalı, tərəflər arasında sonradan hər hansı bir əlavə saziş bağlanmamışdır. Belə ki, müqavilənin 5.2-ci maddəsinə əsasən, bu müqaviləyə edilən əlavə və dəyişikliklər onun ayrılma hissəsi sayılan yazılı əlavə razılaşma ilə rəsmiləşdirilir. Müqavilənin predmetiııi genişləndirən və yaxud müqavilənin müddətini uzadan hər hansı bir əlavə razılaşma tərəflər arasında bağlanmamışdır.Yuxanda qeyd edilənlərə əsasən məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh və onunla qonşuluqda yaşayan sakinlər iddiaçı ilə xx.xx.2015-ci il tarixdə Hüquqi xidmət haqqında müqavilə imzalamışdırlar. Hüquqi xidmət haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən, icraçı (yəni hazırkı iş üzrə iddiaçı) bu müqavilənin şərtlərinə uyğun olaraq bütün rayon, apellyaşiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində qaldırılmış iddia ərizəsi üzrə sifarişçilərin nümayəndəsi qismində məhkəmə proseslərində iştirak edir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə xx.xx.2015-ci il tarixdən, icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçilərə göstərib qurtaranadək bağlanılır. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1605/2016 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən, Cavabdeh pul tələbi təmin olunmamışdır. Beləliklə, Cavabdeh pul tələbinə dair mülki iş hər üç məhkəmə instansiyalarından keçmiş, nəticədə, tələbləri təmin olunmamışdır və qüvvədən düşmüş kimi hesab olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1605/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı elan olunandan bir müddət sonra iddiaçı həmin qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilməsi üçün yeni razılaşmanın bağlanmasına sövq etməyə çalışmış, lakin tərəflər arasında bununla bağlı razılıq əldə olunmamış və yeni müqavilə bağlanılmamışdır. Müqavilənin müddətini uzadan hər hansı bir əlavə razılaşma bağlanmamışdır. Azərbaycan Respublikasının 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hesab edir ki, Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının müvafiq qərarı xx.xx.2016cı il tarixdə qəbul edildiyindən, hazırkı tələbləri üçün iddia müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Yuxanda qeyd edilənlərə əsasən, məhkəmədən iddianın iddia müddətinin keçməsinə görə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddiaya etiraz ərizəsinə və iddi tələbinin tətbiqinə dair ərizənin məzmununa uyğun izahat verdi və iddia tələbinin əsassız və qanunsuz olduğuna görə, həmçinin, iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, nümayəndə və vəkilinin verdiyi izahatla razıdır. Bundan əlavə bildirir ki, pulun alınması barədə qəbzə bilmədən imza etmişdir. Ümumiyyətlə qarşı tərəfin onun adından Avropa məhkəməsinə şikayət və ərizələr göndərməsindən bixəbər olmuş və buna icazə verməmişdir. Bəli, iddiaçıya göstərdiyi xidmətə görə ödəniş edəcəkdi, lakin bu, onun işi birinci, apelyasiya və kasassiya instansiyalarında udacağı təqdirdə olacaqdı. İddiaçı hər üç instansiyada işi uda bilmədiyinə görə hesab edir ki, ona ödəniş etməməlidir. İddiaçı onu aldadaraq etibarnamə almış, ona zəng vurularaq pulun onun əvəzinə Rasim müəllim tərəfindən götürüləcəyi bildirilmiş, bu zaman o, Rasim müəllimin onun vəkili olduğu və pulu götürəcəyindən xəbərdar olmasını bildirdikdə, ona bildirmişdirlər ki, Rasim müəllim heç vəkil deyil. O da bu səbbədən artıq ona etibar etməyərək ayrılmış kompensasiyanı şəxsən almışdır. Açığı kompensasiyanın alınacağına inanmazdı və ona pul veriləcəyini eşitdiyində çox sevinmişdir. Rasim müəllim demişdir ki, pulu şəxsən ona verməzlər və bu səbbədəndə ona etibarnamə vermişdir. O, başa düşür ki, pulun alınmasın Rasim müəllimində zəhməti var və buna gərədə ona iki-üç min ödəniş edə bilər. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflrəin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı İddiaçı ilə sifarişçilər- X3, X5, X11, X5, X1, X6, X12, X7, Cavabdeh və X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Hüquqi xidmət haqqında müqavilənin surətindən görünür ki, icraçı bu müqavilənin şərtlərinə uyğun olaraq sifarişçilərə bütün rayon, apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakla əlaqədar daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqqın və alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10% miqdarında kompensasiyanın ödənilməsi tələbinə dair” qaldırılmış iddia ərizəsi üzrə iddiaçıların, yəni sifarişçilərin nümayəndəsi qismində məhkəmə prosesslərində iştirak etməyi (bənd 1.1), Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan xidmətləri peşəkar səviyyədə və keyfiyyətlə göstərməyi, xidmətlərin göstərilməsi zamanı əldə edilən və sərəncamına verilən bütün sənədləri qoruyub saxlamağı və bu müqavilənin ləğvindən sonra sifarişçilərin müəyyən etdiyi qaydada onlara geri qaytarmağı, xidmətlərin göstərilməsi zamanı əldə edilən məlumatları (kommersiya və ya şəxsi) məxfi saxlamağı, sifarişçilərin sirrinin yayılmamasını təmin etməyi və təyin etdiyi sirri rejiminə riayət etməyi və s. (bənd 2.1), sifarişçilər isə icraçının göstərdiyi xidmətlərin qiymətini bu müqavilədə müəyyən edilmiş qaydada, vaxtda və məbləğdə ödəməyi, xidmətlərin normal və vaxtı-vaxtında göstərilməsi üçün icraçıya zəruri şərait yaratmağı (müvafiq nəqliyyatla təmin etmək, lazımi sənədlərin vaxtında çatdırılmasını təmin etmək), bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan xidmətlər göstərildiyi zaman (məhkəmənin gedişatında) qaldırılmış iddia ərizələri üzrə tələb cavabdeh tərəfindən məhkəmədən kənar könüllü icra edildikdə sifarişçilər icraçıya qabaqcadan razılaşdırılmış xidmət haqqını ödəmə ödəməyi öhdəsinə götürmüşdürlər (bənd 2.2). Müqavilənin 3.2-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30%-i miqdannda müəyyən edilir və sifarişçilərin (iddiaçıların) hər biri (ayrı-ayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30%-i miqdarında icraçıya ödənilir. Müqavilənin 4.1-ci bəndinə görə isə, bu müqavilə xx.xx.2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçilərə göstərib qurtaranadək bağlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1605/2016 saylı xx.xx.2016-cı il tarixli qərarından müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(81)-2015/2015 saylı xx-xx.2015-çi il tarixli qərarı ilə iddiaçı Cavabdeh Bakı şəhəri icra Hakimiyyətinə qarşı iddiaçıya məxsus olan Bakı şəhəri Səbail rayonu 3-cü Krasnoflot küçəsi, ev 3, 4 saylı mənzilə görə ödənilmiş kompensasiya məbləği - 58155 manatın 20 % miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 11.631 manatın və çətinliklə bağlı 10 % miqdarında kompensasiyanın - 5815,5 manatın, ümumilikdə 17446,50 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin inzibati-lqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli iş 2-1(102)-1442/15 saylı qərarı ilə iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının qismən - “20 % miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, Bakı şəhəri Səbail rayonu 3-cü Krasnoflot (indiki Elçin və Vüsal Hacıbabayevlər) küçəsi ev 3, 4 saylı mənzilə dair ödənilmiş 58155 manat məbləğində kompensasiyanın 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 11631 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin İnzibati-lqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(102)- 191/2016 saylı qərarı ilə cavabdehin və üçüncü şəxsin kasasiya şikayətlərinin təmin olunması, apelyasiya instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(103)-1159/2016 saylı qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Ali Məhkəmənin İnzibati-lqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)- 1605/2016 saylı qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin olunmaması, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(103)-1159/2016 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X16 Məhkəməsinin “Əliyeva və başqaları Azərbaycana qarşı (66249/16 və başqa altı ərizə)” işi üzrə xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, Məhkəmə ərizəçilərə, o cümlədən, hazırki iş üzrə Cavabdeh münasibətdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozulmasına qərar vermiş, hökumətin ərizəçilərə maddi zərərə görə ümumilikdə 43030, mənəvi zərərə görə isə hər birinə 3 000, ümumilikdə 64 min 30 avro təzminat ödəməli olmasını, həmçinin, Cavabdeh maddi zərərə görə 5500 avro, mənəvi zərərə görə 3000, cəmi 8500 avro təzminat ödəməli olmasını qərara almışdır. İş materiallarına əlavə olunmuş, Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, Cavabdeh Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayətinin olmadığını göstərmiş, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqlarını ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xidmət haqqının ödənilməsi barədə xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehə, 3 gün müddətində xidmət haqqı olaraq 2640 avro məbləğində vəsaitin ona ödənilməsini təmin etməsi, əks təqdirdə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məhkəmə cavabdeh tərəfindən iddia ərizəsinə edilmiş etirazın “xx.xx.2015-ci i! tarixli hüquqi xidmət haqqında müqavilə Cavabdeh mülki işə Ali Məhkəmədə baxılıb qurtarandan sonra qüvvədən düşməsi, tərəflər arasında sonradan hər hansı bir əlavə saziş bağlanmaması” ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, tapşırıq müqaviləsinin şifahi formada bağlanması nəzərdə tutulmuşdur. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, tərəflər müqavilənin yazılı formada bağlanmasına ehtiyac olmamasını əsas götürərək, şifahi formada tapşırıq müqaviləsi bağlamışdırlar. Bundan başqa işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya X16 Məhkəməsinə müraciət etməsi ilə bağlı tapşırıq verməməsinə istinad etsə də, ona verilməsi qətt edilmiş kompensasiyanı qəbul etmiş və bununla da nümayəndəsi tərəfindən onun adından edilmiş müraciəti bəyəndiyini nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.3-cü maddəsinə görə, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 780.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. Məhkəmə cavabdeh tərəfindən iddia ərizəsinə edilmiş etirazın “müqavilə üzrə xidmətlərin göstərilməsi üçün Cavabdeh buna razılığı olmadan üçüncü tərəf olan vəkilin işə cəlb edilməsi” ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında tapşırıq müqaviləsinin bağlandığı dövrdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 69.1-1-ci maddə əlavə olunmamışdı və vəkilin iştirakı yalnız kassasiya və əlavə kassasiya icraatları zamanı məcburi idi. Belə olan halda, iddiaçı tərəfindən səlahiyyətlərinin vəkilə verilməsi MM-nin 780.1.2-ci maddəsinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinə görə, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 360.1 və 360.2-ci maddələrinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda, məhkəmə cavabdehin iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə isə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İş materiallarından göründüyü kimi, Cavabdeh tərəfindən müvafiq kompensasiyanın 2022-ci ilin əvvəllərində alınmışdır və iddiaçı hüququnun pozulduğunu cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunu göndərdikdən sonra bilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmədən məhkəməyə müraciət olunmuşdur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iş materiallarında olan sənədlərdən İddiaçı tapşırıq müqaviləsinin icrası ilə bağlı olan bütün hərəkətləri etməsi, yəni Cavabdeh hüquqi xidmət göstərməsi, onu və digər müvəkkilləri birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində təmsil etməsi, daha sonra, tapşırıq müqaviləsinin davamı olaraq, cavabdehin adından X16 Məhkəməsinə müraciət olunması və nəticədə həmin Məhkəmə tərəfindən cavabdehin lehinə xx.xx.2021ci il tarixli qərarın qəbul edilməsinə nail olması, Cavabdeh isə tapşırıq müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tapşırıq müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi qanunsuz hesab edilməli, cavabdehdən X16 Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı qət edilən ümumi 8500 avro məbləğində pulun 30%-i miqdannda, yəni 2550 avro xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi “məbləğin 2022-ci ilin bank uçot dərəcəsi (7.50%) əsas götürülməklə 200 avronun manata olan rəsmi məzənnəsinin cavabdehdən tutulması” hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İş materiallarından da müəyyən olunduğu kimi, Azərbaycan dövləti tərəfindən ərizəçi, hazırki iş üzrə Cavabdeh pul kompensasiyasının ödənilməsi barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul olunmuş, qeyd olunan pul məbləği 2022-ci ilin əvvəlində cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilmiş, xx.xx.2022-ci il tarixdə isə məhkəməyə iddia ərizəsi verilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 89.78 faiz həcmində təmin edildiyinnə görə, ödənilmiş 72 manat məbləğində dövlət rüsumunun 10.22 faizi, yəni 7,36 manatı iddiaçıya aid edilməli, 89.78 faizi, yəni 64,64 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2550 (iki min beş yüz əlli) avro (ödəniş günü avronun manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İş üzrə ödənilmiş 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumunun 10,22 faizi, yəni 7 (yeddi) manat 36 (otuz altı) qəpiyi iddiaçıya aid edilsin, qalan 89,78 faizi, yəni 64 (altmış dörd) manat 64 (altmış dörd) qəpiyi isə Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar