Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-350/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 1922 manat borcun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 39,62 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-cı il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu 04000900T12002A olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "Azərişıq” ASC-yə cəmi 1.922 (bir min doqquz yüz iyirmi iki) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 1.922 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "Azərişıq” ASC-nin əməkdaşlarının hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş və xəbərdarlıq (hesabfaktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Odur ki, göstərilənlərə əsasən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 1922 manat borcun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 39,62 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, abonent kodu 04000900T12002A olan istehlakçı Cavabdeh yaşadığı ünvan 1 ünvanında, 3 dəfə, yəni 23.01.2006, 10.11.2010 və 16.10.2015-ci il tarixlərdə sayğac quraşdırılmışdır. Müvafiq dövrlər üzrə, yəni 09.10.2001-ci il tarixdən 02.10.2021-ci il tarixədək olan müddət ərzində istehlakçı Cavabdeh ümumilikdə elektrik enerjisi sərfiyyatına görə 3.039,21 manat, eyni zamanda qanunla müəyyən edilmiş limitdən artıq elektrik enerjisi sərfiyyatına görə əlavə olaraq 1346,17 manat cərimə borcu, cəmi 4.195,38 manat borcu yaranmışdır. Qeyd olunan borcdan isə hazıradək cəmi 190 (bir yüz doxsan) manat ödəniş həyata keçirilmişdir. Lakin həmin borcdan hazırda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəməyə təqdim edilmiş iddia ərizəsində yalnız son 5 il, yəni 2017-ci ildən 2021-ci ilə qədər olan dövr üzrə yaranmış borcun cavabdehdən tutulması tələb olunmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş abunə haqqında məlumat vərəqəsindən və maliyyə arayışından görünür ki, istehlakçı Cavabdeh yaşadığı mənzilə sonuncu dəfə 16.10.2015-ci il tarixdə 18322942M685506 nömrəli sayğac quraşdırılmış, həmin sayğac göstəricilərinə əsasən onun 06.01.2017-ci il tarixdən 02.10.2021-ci il tarixədək ümumilikdə elektrik enerjisindən istifadəyə və limitdən artıq sərfiyyatına görə 2017-ci il üzrə 444,64 manat, 2018-ci il üzrə 425,93 manat, 2019-cu il üzrə 345,24 manat, 2020-ci il üzrə 367,45 manat, 2021-ci il üzrə 339,4 manat olmaqla, cəmi 1922,66 (bir min doqquz yüz iyirmi iki manat altmış altı qəpik) manat borcu yaranmışdır. Həmin borcun mövcudluğu maliyyə arayışında və abunə haqqında məlumat vərəqəsində tam olaraq öz təsdiqini tapmışdır. Bundan başqa abonent elektrik enerjisinin təchizatı ilə bağlı müqaviləni imzalamaqdan qərəzli olaraq imtina etmiş və bu faktla bağlı akt tərtib edilmişdir. C.F.Məmmədov göstərilənlərə əsasən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 1.922 manat borcun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 39,62 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı formada məlumat verməmişdir. Məhkəmə tərəfindən Cavabdeh məhkəmənin bildirişlərinin çatdırılması məqsədilə zəruri olan bütün tədbirlər görülmüşdür. Belə ki, məhkəmə bildirişləri Cavabdeh qeydiyyat ünvanı ilə yanaşı, onun faktiki yaşadığı ünvana göndərilmiş və həmin bildirişlər onun yaşadığı faktiki ünvana rəsmi qaydada təqdim edilmişdir. Bundan əlavə, mülki iddiaçının nümayəndəsinin könüllü arzusu ilə məhkəmə bildirişinin cavabdehə çatdırılması ona həvalə edilməsinə baxmayaraq, ünvan sahibi olan cavabdeh bildirişi rəsmi qaydada almaqdan imtina etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tədqiq edərək, sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 12.10.2021-ci il tarixli, 01-464/21 nömrəli maliyyə arayışından müəyyən edilir ki, abonent kodu **********90003 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi nəticəsində 2001-ci il tarixdən 12.10.2021-ci il tarixədək 4.195,38 manat məbləğində "xxxx" ASC-yə borcu yaranmışdır. Həmin borcun 2017-ci ilə qədər olan hissəsi 2272,72 manat təşkil etmişdir. 2017-ci ildən 2021-ci il daxil olmaqla olan dövr üzrə borc (2017-ci il üzrə 444,64 manat, 2018-ci il üzrə 425,93 manat, 2019-cu il üzrə 345,24 manat, 2020-ci il üzrə 367,45 manat, 2021-ci il üzrə 339,4 manat olmaqla) cəmi 1922,66 (bir min doqquz yüz iyirmi iki manat altmış altı qəpik) manat təşkil edir. İş materiallarında olan abonent kodu 04000900T12002A olan “Abunə haqqında” vərəqədən müəyyən edilir ki, ünvan 1 ünvanında, 23.01.2006, 10.11.2010 və 16.10.2015ci il tarixlərdə sayğac quraşdırılmışdır. Müvafiq dövrlər üzrə, yəni 09.10.2001-ci il tarixdən 02.10.2021-ci il tarixədək olan müddət ərzində istehlakçı Cavabdeh ümumilikdə elektrik enerjisi sərfiyyatına görə 3.039,21 manat, eyni zamanda qanunla müəyyən edilmiş limitdən artıq elektrik enerjisi sərfiyyatına görə əlavə olaraq 1346,17 manat cərimə borcu, cəmi 4.195,38 manat borcu yaranmışdır. Qeyd olunan borcdan isə hazıradək cəmi 190 (bir yüz doxsan) manat ödəniş həyata keçirilmişdir. Sonuncu ödəniş isə 29.09.2015-ci il tarixdə 50 (əlli) manat məbləğində həyata keçirilmişdir. Bu hal isə ona dəlalət edir ki, 29.09.2015ci il tarixdən sonra abonent tərəfindən hazırki tarixədək heç bir ödəniş həyata keçirilməmişdir. Bundan başqa Abunə haqqında vərəqə təhlil edildikdə müəyyən edilir ki, 06.01.2017-ci il tarixdən 02.10.2021-ci il tarixədək ümumi elektrik enerjisi sərfiyyatına görə 1.666,14 (bir min altı yüz altmış altı manat on dörd qəpik) manat, limitdən artıq elektrik enerjisi sərfiyyatına görə əlavə olaraq 257,48 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan "xxxx" ASC-nin aparıcı mühəndisi Mustafa Quliyev, nəzarətçi mühəndisləri Piran Abdullazadə və Əziz Şərbətov tərəfindən tərtib edilmiş aktdan müəyyən edilir ki, M.Fətəli T12 mənzil 2 ünvanında Cavabdeh Mübariz oğlu yaşayır, o, “Elektrik enerjisindən istifadə qaydaları”nın 4 saylı əlavəsinə müvafiq olaraq tərtib olunmuş “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli” müqaviləni imza etməkdən imtina etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh faktiki istifadəsindədir. Abonent kodu 04000900T12002A olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "Azərişıq” ASC-yə cəmi 1.922,66 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh istifadə etdiyi elektrik enerjisinin haqqı olan 1.922,66 manat borcu hazıradək ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatcısı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələbinə görə (müdafiə üçün məhkəməyə müraciət etmək hüququ) bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, sayğac üzrə yaranmış borcunu hazıradək ödəməmişdir. Odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan saldo vərəqəsindən göründüyü kimi, Cavabdeh "Azərişıq” ASC-yə ümumi elektrik enerjisi sərfiyyatına görə 1.666,14 manat, limitdən artıq elektrik enerjisi sərfiyyatına görə əlavə olaraq 257,48 manat cərimə borcu olmaqla, cəmi 1.923,62 manat borcu yaranmışdır. Lakin məhkəmə işə verilmiş iddia tələbi həcmində baxdığından hesab edir ki, iddiaçı "xxxx" ASC hazırki iddia ərizəsində Cavabdeh 1922 manat məbləğində borcu tələb etdiyi üçün iddia həmin həcmdə təmin edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 06.01.2017-ci il tarixdən 02.10.2021-ci il tarixədək olan dövr ərzində istifadə edilmiş elektrik enerjisi sərfiyyatına görə yaranmış 1.922 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 39,62 manat dövlət rüsumu olmaqla, cəmi 1961,62 (bir min doqquz yüz altmış bir manat altmış iki qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh 06.01.2017-ci il tarixdən 02.10.2021-ci il tarixədək olan dövr ərzində istifadə edilmiş elektrik enerjisi sərfiyyatına görə yaranmış 1.922 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 39,62 manat dövlət rüsumu olmaqla, cəmi 1961,62 (bir min doqquz yüz altmış bir manat altmış iki qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh qətnamənin rəsmi qaydada ona verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-350/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-350/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver