Məhkəmə qərarları › İş №2(004)-3512/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3512/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3512/2023 24.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “müqavilə şərtləri üzrə pul öhdəliklərinin icra olunması” “müqavilə şərtləri üzrə pul öhdəliklərinin icra olunması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “müqavilə şərtləri üzrə pul öhdəliklərinin icra olunması” tələbinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddiaçı tərəfindən cavabdehlərin hüquqi ünvanları barədə və dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlara əsasən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanının Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanı, digər Cavabdeh ASC-nin hüquqi ünvanı ünvan 3 olunur. Məhkəmə həmçinin, qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-150-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Tələb müəyyən və aydın deyil. İddianın hüquqi və faktiki əsasları qeyri-müəyyəndir. Qeyd olunan nöqsanlar aradan qaldırılmalıdır. Bundan əlavə, ərizədə Əmanətlərin Sığortalanması Fondu cavabdeh kimi qeyd olunsa da, ərizənin təsviri-əsaslandırıcı hissəsində sonuncuya qarşı tələbin hüquqi və faktiki əsasları qeyd edilməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, göstərilən nöqsanlar aradan qaldırılmaqla iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu yer nəzərə alınaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə deyil, cavabdeh(lər)in hüquqi ünvanına görə verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “müqavilə şərtləri üzrə pul öhdəliklərinin icra olunması” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar