Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3514/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqların himayədə qalması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşaqların himayədə qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2010cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər onun yanında qalmasının müəyyən edilməsi, övladları X2 və X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin ərizə verildiyi gündən hesablanıb alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və eyni zamanda vəkili iddia tələbinin həcminin arıtırlması (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, xx.xx.2014-cü il təvəllüdlü X1 Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)- 1306/2020 saylı mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı uşağın himayəyə verilməsi və valideynlik hüququndan məhrum edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 onun himayəsinə verilməsi və cavabdeh İddiaçı valideynlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 bildirdi ki, məhkəmənin digər hakimin icraatında olan mülki iş üzrə tələblərdən biri uşağın hiumayəyə verilməsi olmaqla yanaşı, digər tələb isə valideynlik hüququndan məhrum etmə olduğundan hesab edir ki, həmin mülki iş üzrə iddia tələbi ikinci hissədə ayrılaraq ayrı icraatda baxılmalıdır. Mübahisənin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdilər. Hesab edir ki, hazırki halda mülki işlər birləşdiriləcəyi təqdirdə işə baxılması uzanacaqdır. Göstərilənlərə əsasən mülki işlər birləşdirilmədən iddia tələblərinə aidiyyatı üzrə baxılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı hazırki mülki işin, məhkəmənin icraatında olan digər işlə birləşdirilmədən baxılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 bildirdi ki, məhkəmənin digər hakiminin icraatında olan mülki işin uşaqların atanın himayəsinə verilməsi hissəsi hazırki iddia tələbi ilə bağlı olduğunan onlar bir icraatda birləşdirilə bilər. Qeyd edilənlərə əsasən mülki işlərin birləşdirilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki işlərin birləşdirilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-1306/2020 saylı mülki işdən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı uşağın himayəyə verilməsi və valideynlik hüququndan məhrum edilmə tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1306/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı uşağın himayəyə verilməsi və valideynlik hüququndan məhrum edilmə tələbinə dair mülki iş üzrə məhkəmə iclası xx.xx.2020-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı uşağın himayəyə verilməsi və valideynlik hüququndan məhrum edilmə tələbinə dair 2(004)-1306/2020 saylı mülki iş məhkəmənin icraatına daha öncə daxil olduğundan, eyni zamanda hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməli və mülki işə 2(004)-1306/2020 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı uşaqların himayədə qalması və aliment tələbinə dair 2(004)-3514/2020 nömrəli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı uşağın himayəyə verilməsi və valideynlik hüququndan məhrum edilmə tələbinə dair 2(004)-1306/2020 saylı mülki işlər bir icraatda birləşdirilsin və mülki işə 2(004)-1306/2020 nömrə verilsin. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3514/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3514/2020
07.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver