Məhkəmə qərarları › İş №e-2(007)-3589/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3589/2025

30.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3589/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, İddiaçı Cavabdeh qarşı “aliment, atanın razılığı olmadan uşağın ölkədən çıxarılması və uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “aliment, atanın razılığı olmadan uşağın ölkədən çıxarılması və uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan - xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020 -ci il təvəllüdlü X1 yetkinlik yaşılarına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 300 manat olmaqla,cəmi 600 manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq İddiaçı ödənilməsi; xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020 -ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək atası- Cavabdeh razılığı olmadan anası İddiaçı ilə ölkədən getmələrinə icazənin verilməsi; ayda 8 dəfə olmaqla hər həftənin 2-ci günləri (çərşənbə axşamı) axşam saat 18:30-dan - 19:30-a dək və hər həftənin 6-ci günləri (şənbə günü) günorta 16:00-dan axşam 21:00-dək ananın iştirakı ilə cavabdehin uşlaqlarla ünsiyyətdə olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, “alimentin artırılması”, “uşaqla ünsiyyət” və “atanın razılığı olmadan uşağın ölkədən çıxarılması” tələbləri bir-biri ilə əlaqədar olmayan tələblərdi, bu tələblər birləşdirildiyi üçün iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı öz ərizəsində də qeyd etdiyi kimi tərəflər arasında yuxarıda göstərilən mübahisələrlə bağlı barışıq sazişi mövcuddur. Həmçinin uşaqla ünsiyyət barəsində bağlanmış barışıq sazişi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-8608/2024 saylı qətnaməsi ilə təsdiq edilmişdir. Bundan başqa aliment, atanın razılığı olmadan uşağın ölkədən çıxarılması” barədə mediasiyada bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəçi İddiaçı ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3631/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. Məhkəmə yuxarıda göstərilənlər nəzərə alınmaqla qeyd edir ki, iddiaçı barışıq sazişi ilə nəzərdə tutulmuş alimentin artırılmasını tələb edirsə, bununla bağlı ayrıca qaydada iddia ərizəsi ilə iddia icraatı qaydasında, tutulan alimentin indeksasiya edilməsini tələb edirsə, ərizə ilə icra icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Bundan başqa iddiaçı barışıq sazişində nəzərdə tutulan müddət çərçivəsində atanın razılığı olmadan uşağın ölkədən çıxarılması ilə bağlı mübahisə yarandığı halda barışıq sazişinin təsdiq edilməsi, bu müddət bitdikdən sonra ayrıca qaydada atanın razılığı olmadan uşağın ölkədən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə bundan başqa qeyd edir ki, iddiaçının uşaqla ünsiyyət tələbinin əsasını barışıq sazişi ilə müəyyən edilmiş ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin dəyişdirilməsi təşkil edirsə, o, ayrıca qaydada ərizə ilə icra icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Beləliklə, hesab edirəm ki, qeyd olunanlara əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə əlavə olaraq hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 50 manat dövlət rüsumu da büdcədən qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “aliment, atanın razılığı olmadan uşağın ölkədən çıxarılması və uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu (Mədaxil qəbzi- **********, AA*******, Tarix: xx.xx.2025-ci il, saat 13:29:33) ona büdcədən geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar