Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-226/2024 09.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət saxlanılması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulması və xx.xx.2008-ci il tarixdə doğulmuş X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-dək sərbəst ünsiyyət hüququnun verilməsi və 50 manat ilkin mediasiya prosesi üçün, 50 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmuşlar. Birgə nikahılarından xx.xx.2008-ci il tarixdə Hacıvəli, xx.xx.2012-ci il tarixde Məhdi adlı uşaqları doğlulmuşdur.Xarakterləri uyğun gəlməməsi səbəbindən Lerik rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(048)-475/2023 saylı qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilərək Cavabdeh ilə aralarında olan nikah pozulmuş ve həmin nikahdan doğulmuş uşaqlardan xx.xx.2008-ci il təvəllüdlü Hacıvəli cavabdehin, xx.xx.2012-ci il təvəllüdlü Məhdi adlı uşaq isə onun himayəsinə verilmiş, habelə xx.xx.2008-ci il təvəllüdlü Hacıvəli adlı uşağın saxlanılması üçün ondan cavabdehin xeyrinə hər ay 180 azn sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh ilə nikahı pozulmuş və ondan cavabdehin xeyrinə 180 azn məbləğində alimentin tutulmasına qət edilsə də, cavabdehin onun himayəsinə verilmiş uşağın saxlanılmasında ona heç bir məbləğdə maddi yardım göstərmir, habelə onu himayəsindəki xx.xx.2008-ci il təvəllüdlü Hacıvəli adlı uşağı ilə ünsiyyətdə olmasına və valideyinlik hüquqlarının həyata keçirilməsinə imkan vermir. Buna görə müvəqqəti təminat tədbiri qismində ərizə ilə Lerik rayon məhkəməsinə ərizə ilə müraciət edərək cavabdeh X3 qarşı aliment və uşaqla ünsiyyət tələbi ilə bağlı iddia ərizəsi mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilənədək xx.xx.2008-ci il təvəllüdlü Hacıvəli adlı uşağı ilə hər həftənin cümə axşamı günü saat 17:00-dan saat 20:00-dək, cümə günü saat 17:00-dan saat 20:00-dək və şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-dək sərbəst şəkildə müvəqqəti ünsiyyət hüququnun müəyyən edilməsi və xx.xx.2012-ci il təvəllüdlü Məhdi adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 AZN sabit pul məbləğində müvəqqəti alimentin tutulması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişəm.Lerik rayon məhkəməsinin № 16(048)-18/2023 xx.xx.2023cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Hacıvəli adlı uşağı ilə hər həftənin cümə axşamı və cümə günü saat 17:00-dan saat 20:00-dək, şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-dək sərbəst şəkildə ona müvəqqəti ünsiyyət hüququ verilməsi, habelə xx.xx.2012-ci il təvəllüdlü Məhdi adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehden hər ay 100 manat sabit pul məbləğində müvəqqəti alimentin tutularaq ona ödənilməsi haqqında qərardada qəbul edilmişdir. İddiaçılar İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə editini işə onların iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, məhkəməyə vəsatət təqdim edərək işə onsuz baxılmasın, iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Lerik rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan xx.xx.2008-ci il tarixdə X2 və xx.xx.2012-ci il tarixdə X4 adlı uşaqı doğulmuşdur. Lerik rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının 13 mart 2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı övladı, 13 oktyabr 2008-ci il tarixdə anadan olmuş X2 ilə ünsiyyət hüququnun verilməsi məqsədəmüvafiq hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.3-cü maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən üç və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 60.1-ci maddəsinin tələbinə görə valideynlik hüquqları uşaqların mənafeinə zidd həyata keçirilə bilməz. 61.1-ci maddəsinin tələbinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.3-cü maddəsinin tələbinə görə uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. 61.4-cü maddəsinin tələbinə görə məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki prosesual qanunvericiliyinə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh ilə 2016-cı il tarixdə ailə həyatı qurmuşlar. Birgə nigahdan xx.xx.2008-ci il tarixdə X2 və xx.xx.2012-ci il tarixdə X4 adlı uşaqları dünyaya gəlmişdir. Sonradan tərəflər arasında olan nikah pozulmuş azyaşlı uşaqlardan Məhdi iddiaçının Hacıvəli adlı uşaq isə anasının himayəsində saxlanmışdır.İddiaçı cavabdehin yanında qalmış uşaq ilə görüşmək, onunla vaxt keçirmək istəsə də, cavabdeh və ailə üzvləri buna şərait yaratmadığından və uşaq ilə görüşməyinə maneçilik etməsi səbəbindən öz uşaq ilə ünsiyyət saxlaya bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələblərinə görə nənə və babanın uşaqlar ilə ünsiyyət məsələləri rayin icra hakimiyyətinin qəyyumluq şöbəsi ilə bağlı olduğu üçün məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 06 saylı Qərarının 1ci bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər. Lakin, bu kimi halların mövcudluğu uşaqla ünsiyyət hüququna dair iddianın rədd edilməsi üçün əsas hesab oluna bilməz. Həmin Qərarın 10-cu bəndinin birinci abzasında göstərilmişdir ki, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, eyni zamanda iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə İddiaçı xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 adlı uşaq ilə hər həftə bir dəfə, həftənin şənbə günü saat 14:00dan saat 18:00-dək tərəflərin razılaşdıqları yerdə, həmin razılıq olmadıqda icra məmurunun müəyyənləşdirdiyi yerdə təmin edilməklə, tərəfləri birgə nikahından olan İddiaçı yanında qalan 24 fevral 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Mülki iş üzrə qəbul edilmiş aliment tələbi ilə xx.xx.2023-cü il tarixli 2(048)-18/2024 saylı qərardada xitam verilməlidir. xx.xx.2023-cü il tarixli icra sənədi üzrə hesablanmış alimentin miqdarı növbəti icra sənədində nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 adlı uşaq ilə ünsiyyət hüququ təmin edilsin. İddiaçılar İddiaçı xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 adlı uşaq ilə hər həftə bir dəfə, həftənin şənbə günü saat 14:00-dan saat 18:00-dək tərəflərin razılaşdıqları yerdə, həmin razılıq olmadıqda icra məmurunun müəyyənləşdirdiyi yerdə ünsiyyət hüququ təmin edilsin. Tərəfləri birgə nikahından olan İddiaçı himayəsində olan 24 fevral 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutulub İddiaçı İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-226/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-226/2024
09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver