Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7315/2025 09.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı uşaq, aliment və uşaqla ünsiyyət tələbinə dair iş üzrə (açar sözlər: uşaqla ünsiyyət) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı uşaq, aliment və uşaqla ünsiyyət tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 29 iyul 2014-cü il təvəllüdlü X2 onun himayəsinə verilməsi, 29 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay uşaq üçün 246 (iki yüz qırx altı) manat məbləğində alimentin alınıb ona ödənilməsi, 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 20:00-dək (gecə qalmaq şərti ilə), bayram günlərində (Yeni il, Novruz, Qurban, Orucluq) saat 10:00dan 18:00-dək, həmçinin onun və uşaqların ad günlərində 10:00-dan 20:00-dək ünsiyyətdə hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qarşı nikahın pozulması, uşaqların himayədə qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 17 avqust 2012-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 iddiaçının yanında qalması, cavabdehdən hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-927/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Əhmədova (Əsgərova) Ayişə Natiq qızı arasında 17 avqust 2012-ci il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1290 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahlarından olan 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 və 29 iyul 2014-cü il təvəllüdlü X2 ondan alınaraq Cavabdeh himayəsinə verilməsi, ondan 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 və 29 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat məbləğində alimentin tutulub Cavabdeh verilməsi, 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 və 29 iyul 2014-cü il təvəllüdlü X1 üçün aliment məbləğinin tutulmasının onun himayəsindən alınıb Cavabdeh himayəsinə verildiyi tarixdən hesablanması qət edilmişdir. Biİdirmək istəyir ki, son 4 ildir ki, çıxarılmış məhkəmə qətnaməsinə baxmayaraq, uşaqlar onunla yaşamışlar. Son bir iki aydır ki, uşaqlar anaları ilə birlikdə yaşayır. Lakin 29 iyul 2014-cü il təvəllüdlü X4 bu gün də onunla yaşayır. Hesab edir ki, 29 iyul 2014-cü il təvəllüdlü X4 onun himayəsinə verilməli və cavabdehdən uşağın saxlanması üçün onun xeyrinə aliment alınıb ona ödənilməlidir. Onu da qeyd edir ki, 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 hazırda cavabdehlə yaşadığından onun uşaqlarla sərbəst ünsiyyət hüququ təmin olunmalıdır.
b) iddiaya etiraz
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
b) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, nikahları pozulduqdan sonra uşaqlar öz istəkləri ilə onun yanında qalmışlar. Təxminən bir ilə yaxındır ki, oğlu və kiçik qızı anaları ilə birlikdə yaşayır. Lakin böyük qızı Fatimə Əhmədova bu gün də onunla yaşayır. Hazırkı iddianı uşağın istəyi ilə qaldırmışdır. Uşağın dinlənilməsini xahiş edir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, məhkəmə qərarı ilə uşaqlar analarına verilmişdir. İki övladı anasının yanına qayıtsa da, icra şöbəsində psixoloqun iştirakı ilə Fatimənin anasının yanına verilməsinə çalışılmış, lakin uşaq anasının yanına getməkdən imtina etmişdir. Uşaq 4 ildir ki, onun yanındadır və uşağın tələbatlarını təkbaşına ödəyir. Digər uşaqlar analarının yanındadır. Arabir uşaqları ilə görüşür. Lakin məhkəmə qaydasında rəsmi görüş istəyir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qismən, yalnız ünsiyyət hissəsində qəbul edir. O, övladlarının birbirindən ayrılmasını istəmir. Hesab edir ki, uşaqlar birlikdə böyüməlidir. O, uşaqların atası ilə görüşməsinə heç vaxt mane olmamışdır. Məhkəmə qaydasında qızı Fatimə ilə ünsiyyət qaydası müəyyən edilən zaman uşaq əvvəllər onun yanına gəlib-gedirdi. Lakin sonradan övladını ona qarşı öyrətmişlər. Son zamanlar qızının onunla görüşməsinə şərait yaratmırlar. Digər qızı və oğlu da bacılarını görmək, onunla birlikdə qalmaq istəyir. Qızı Fatimə ana sevgisindən kənar böyüyür. Qızına guya onu istəmədiyini, digər uşaqların yanında qalmasını istədiyini demişlər. O, övladının ana sevgisi ilə böyüməsini istəyir. Murad və Aysun təxminən 1 ildir ki, onun yanında yaşayır. O, uşaqların hər həftənin şənbə günü saat 11:00-dan saat 20:00-a kimi ataları ilə ünsiyyətdə olmasına etiraz etmir. Bayram günlərində isə 1-2 gün atalarının yanında qalmalarına razıdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, məhkəmə qərarı ilə uşaqlar ona verilmişdir. X6 2024-cü ilin oktyabrın 5-i, X5 isə 2025-ci ilin martında faktiki olaraq onun himayəsinə verilmişdir. Lakin Fatiməyə münasibətdə qətnamə icra olunmamışdır. Bir neçə dəfə icra şöbəsinə getmişdir. İcra məmuru dəyişmiş, hər dəfə işinə baxacağını bildirsə də baxmır. Həmçinin, qeyd etdi ki, psixoloqun iştirakı ilə uşaqlarla söhbət edilmiş, psixoloq özü də uşaqların gözündə qorxu olduğunu bildirmişdir. Əvvəllər, Aysun da onunla gəlmək istəmədiyini bildirsə də, onun yanına gəldikdən sonra qorxduğundan gəlmədiyini bildirmişdir. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını və Fatimənin onun himayəsinə verilməsini xahiş etdi.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. AZ-İİİ seriyalı, 735403 nömrəli, AZ-İİİ seriyalı, 735404 nömrəli və AZ-İV seriyalı 305775 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarndan 29 iyul 2014-cü il təvəllüdlü X4, 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 doğulmuşdur.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-927/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Əhmədova (Əsgərova) Ayişə Natiq qızı arasında 17 avqust 2012-ci il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1290 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 və 29 iyul 2014-cü il təvəllüdlü X2 İddiaçı alınaraq Cavabdeh himayəsinə verilməsi, İddiaçı 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 və 29 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat məbləğində alimentin tutulub Cavabdeh verilməsi, 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 və 29 iyul 2014-cü il təvəllüdlü X1 üçün aliment məbləğinin tutulmasının İddiaçı himayəsindən alınıb Cavabdeh himayəsinə verildiyi tarixdən hesablanması qət edilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-540/2024 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-927/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)- 2664/2024 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-540/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi tarixdən qanuni qüvvəsini almışdır.
10. 16 saylı MKS-nın sahə ustaları Surəyya Ağayeva, Şəhla Əhmədovanın və qonşu Şəhla Məmmədovanın iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, X4 anadan olduğu gündən Sumqayıt şəhəri, 10-cu mkr, ev 4, mənziı 5-də İddiaçı himayəsində yaşayır.
11. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir.
b) mülki iş üzrə tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir; Maddə 50. Uşaq valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərin ayrı yaşaması uşağın bu hüquqlarına təsir etmir; Maddə 51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir; Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər; Maddə 61.1 Uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir; Maddə 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarı: “2.3. Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir; 2.4. Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin olunmasının mümkünlüyünü də nəzərə almalıdırlar; 12.1. Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir; Məsələn: İddia təmin edilsin. İddiaçı A-nın oğlu C ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə X ünvanında hər həftənin şənbə günü saat 10:00-da cavabdeh B tərəfindən iddiaçı A-ya, həmin gün saat 18:00-da isə eyni ünvanda iddiaçı A tərəfindən cavabdeh B-yə təhvil verilsin; Uşaqla ünsiyyət qaydasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində isə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olması göstərilmədiyi hallarda, bu məsələnin həlli Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir.”
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
c) məhkəmənin mövqeyi
15. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından doğulmuş 29 iyul 2014-cü il təvəllüdlü X4, 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 məhkəmə qətnaməsi ilə ataları (iddiaçı) İddiaçı alınaraq anaları (cavabdeh) Cavabdeh himayəsinə verilmişdir. Qətnamə qismən icra olunmuş, 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 faktiki olaraq analarının himayəsindədirlər.
16. Göründüyü kimi, iddiaçı uşaqlarından ayrı yaşayır. Bu halda ayrı yaşayan valideynin uşaqları ilə ünsiyyətdə olmaq, onların tərbiyə və təhsilində iştirak etmək hüququ qanunla tanınır və qorunur. Uşaqları ilə birlikdə yaşayıb-yaşamamasından asılı olmayaraq, hər iki valideyn öz uşaqlarına münasibətdə eyni hüquqlara malikdirlər və eyni həcmdə vəzifə daşıyırlar. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmişdir. Bu qəbildən olan işlərə baxarkən məhkəmə ilk növbədə uşağın mənafeyini üstün tutmalı, mübahisəni valideynlər arasındakı ziddiyyətli münasibətlərinə əsaslanaraq uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidir. Belə ki, hər bir uşaq öz valideynlərini tanımaq və onlarla ünsiyyətdə olmaq hüququna malikdir.
17. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia tələbi ümumən əsaslıdır, iddiaçının uşaqları ilə ünsiyyət hüququ tanınmalı, valideynlər arasında münaqişə olduğu nəzərə alınmaqla, ünsiyyətin səmərəli təşkili məqsədi ilə ünsiyyət ananın iştirakı olmadan verilməlidir.
18. Ünsiyyətin vaxtı və müddətləri ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçı 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 20:00-dək (gecə qalmaq şərti ilə) müəyyən edilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, birgə nikahdan doğulmuş övladlarının hər həftənin şənbə günü saat 11:00-dan 20:00-dək, dərs olmayan bayram günlərində isə 1-2 gün atalarının yanında qalmasına etiraz etmədiyini bildirmişdir.
19. Məhkəmə iddia tələbinin həmin hissəsinə münasibətdə qeyd edir ki, uşaqlar həftəlik həyat ritminə, sabit gündəlik rejimə və ana ilə daimi psixoloji təmasa öyrəşmişlər. Gecə rejiminin dəyişdirilməsi uşaqların psixoloji sabitliyi və gündəlik bioritmlərinə mənfi təsir göstərə bilər. Bu əsaslara görə məhkəmə iddiaçının gecə qalmaq şərtilə uzunmüddətli görüş tələbini təmin etməyi hazırda uşaqların mənafeyinə uyğun hesab etmir.
20. Həmçinin, məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətlərdə fikir ayrılıqları və qarşılıqlı razılaşmanın olmaması şəraitində uşaqların əlavə psixoloji yüklənməsinin qarşısını almaq üçün ünsiyyət tənzimlənmiş və strukturlaşmış formada həyata keçirilməlidir.
21. Odur ki, məhkəmə hesab edir ki, hər həftənin şənbə günü saat 10:00-dan 16:00dək görüş müddəti uşaqların həm gündəlik həyat tərzinə müdaxilə etmədən, həm də valideynlərarası ünsiyyət hüququnun effektiv şəkildə həyata keçirilməsinə imkan yaradır. Bu müddət ərzində ata uşaqları ilə səmərəli vaxt keçirə, emosional bağlılığını inkişaf etdirə bilər və eyni zamanda uşaqların fiziki və psixoloji rahatlığı qorunar.
22. Bundan əlavə, iddiaçı eyni zamanda özünün və uşaqların ad günlərində 10:00dan 20:00-dək, bayram günlərində (Yeni il, Novruz, Qurban, Orucluq) saat 10:00-dan 18:00-dək görüş və ünsiyyət hüququnun təmin olunması tələbləri ilə çıxış etmişdir.
23. Məhkəmə qeyd edir ki, bu hissədə bu hissədə iddia qismən təmin edilməlidir.
24. Ali Məhkəmə Plenumun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarındakı tövsiyəyə əsasən məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin olunmasının mümkünlüyünü də nəzərə almalıdırlar.
25. Hazırkı halda, valideynin qeyri-iş günü hesab edilən bayramlarda onlarla görüşməsinə maneə olan hər hansı hal aşkar edilməmişdir. Odur ki, atanın iki gün və daha artıq davam edən qeyri-iş günü olan bayram günlərində (Qurban, Ramazan, Novruz və Yeni il) bayramın ikinci günü saat 10:00-dən saat 14:00-dək uşaqlarla ünsiyyət hüququ təmin edilməlidir.
26. Məhkəmə hesab edir ki, bayram günlərində ünsiyyət vaxtının bu formada müəyyən edilməsi valideynlik hüquqlarının real və maneəsiz həyat keçirilməsinə kifayətdir.
27. İddia tələbinin özünün və uşaqların ad günlərində 10:00-dan 20:00-dək görüş və ünsiyyət hüququnun müəyyən olunması hissəsində məhkəmə qeyd edir ki, həmin günlərin tədris günlərinə təsadüf etməsi, uşaqların təhsilinə mane olması nəzərə alınmaqla məhkəmə iddiaçının həmin günlərdə uzunmüddətli görüş tələbini təmin etməyi hazırda uşaqların mənafeyinə uyğun hesab etmir.
28. Uşaqla ünsiyyət hüququnun təmin edilməsi qaydasına münasibətdə isə məhkəmə qeyd edir ki, uşaqla ünsiyyət hüququnun təmin edilməsi üçün yetkinlik yaşına çatmayan 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 yaşayış yerindən (hazırkı halda - Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 37, mənzil 4 (cavabdehin gələcəkdə yaşayış yeri dəyişəcəyi təqdirdə dəyişdirilmiş ünvanda)) hər həftənin şənbə günü saat 10:00-da, cavabdeh tərəfindən iddiaçıya, həmin gün saat 16:00-da eyni ünvanda iddiaçı tərəfindən cavabdehə, qeyri-iş günü olan bayramın ikinci günü saat 10:00-da cavabdeh tərəfindən iddiaçıya, həmin gün saat 14:00-da eyni ünvanda iddiaçı tərəfindən cavabdehə təhvil verilməlidir.
29. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı övladları 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 ilə ünsiyyət hüququ müəyyən edilməli, ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 16:00-dək, həmçinin iki gün və iki gündən artıq qeyri-iş günü olan bayram günlərində (Qurban, Ramazan, Novruz və Yeni il) bayramın ikinci günü saat 10:00-dən saat 14:00-dək, Cavabdeh iştirakı olmadan təyin edilərək ünsiyyət hüququnun təmin edilməsi üçün 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 yaşayış yerindən (hazırkı halda - Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 37, mənzil 4 (cavabdehin gələcəkdə yaşayış yeri dəyişəcəyi təqdirdə dəyişdirilmiş ünvanda)) hər həftənin şənbə günü saat 10:00-da, Cavabdeh tərəfindən İddiaçı, həmin gün saat 16:00-da eyni ünvanda İddiaçı tərəfindən Cavabdeh, bayramın ikinci günü saat 10:00-da Cavabdeh tərəfindən İddiaçı, həmin gün saat 14:00-da eyni ünvanda İddiaçı tərəfindən Cavabdeh təhvil verilməlidir.
30. Məhkəmə, onu da izah edir ki, uşaqlar müəyyən yaşa çatdıqdan sonra və yaxud aralarında olan münasibətlərdəki dəyişikliklərlə əlaqədar yeni əsaslar müəyyən edildiyi halda məhkəmə tərəfindən müəyyən edilmiş ünsiyyət vaxtı ataya övladları ilə ünsiyyətdə olması üçün kifayət etməzsə, iddiaçı, yəni uşaqların atası MPM-nin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair məhkəməyə yenidən ərizə verə bilər.
Nəticə hissəsi:
31. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. İddiaçı övladları 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 ilə ünsiyyət hüququ müəyyən edilsin. Ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 16:00-dək, həmçinin iki gün və iki gündən artıq qeyri-iş günü olan bayram günlərində (Qurban, Ramazan, Novruz və Yeni il) bayramın ikinci günü saat 10:00-dən saat 14:00-dək, Cavabdeh iştirakı olmadan təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün 20 sentyabr 2015-ci il təvəllüdlü X5 və 10 iyun 2019-cu il təvəllüdlü X6 yaşayış yerindən (hazırkı halda - Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 37, mənzil 4 (cavabdehin gələcəkdə yaşayış yeri dəyişəcəyi təqdirdə dəyişdirilmiş ünvanda)) hər həftənin şənbə günü saat 10:00-da, Cavabdeh tərəfindən İddiaçı, həmin gün saat 16:00-da eyni ünvanda İddiaçı tərəfindən Cavabdeh, bayramın ikinci günü saat 10:00-da Cavabdeh tərəfindən İddiaçı, həmin gün saat 14:00-da eyni ünvanda İddiaçı tərəfindən Cavabdeh təhvil verilsin. Görüş yeri və şəraiti icra məmurunun mülahizəsinə uyğun müəyyən edilsin. (Qeyri-iş günləri (tarixləri) hər il növbəti il üçün yanvar ayından dekabr ayının sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərə alınsın.) İddia tələbinə uşaq və aliment hissəsində xitam verilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(060)-7315/2025 saylı qərardadı nəzərə alınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva