Məhkəmə qərarları › İş №2(060)-6923/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6923/2025

15.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6923/2025 15.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı uşaq, aliment və uşaqla ünsiyyət tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, rüsum) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı uşaq, aliment və uşaqla ünsiyyət tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 iyul 2014-cü il təvəllüdlü X1 onun himayəsinə verilməsi, 29 iyul 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay uşaq üçün 246 (iki yüz qırx altı) manat məbləğində alimentin alınıb ona ödənilməsi və 20 sentyabr 2015-ci il təvəllüdlü X2, 10 iyun 2019-cu il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 20:00-dək iddiaçı ilə birlikdə qalmaq şərtilə habelə, respublika ərazsində qeyd olunan bayram günlərində hər gün saat 10:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olmaq, iddiaçının öz ad günündə və övladlarının ad günlərində onlarla sərbəst ünsiyyətdə olmaq hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir; Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.

3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: 2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi. Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir.

Məhkəmənin mövqeyi

4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

5. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Lakin rüsumun mötəbərliyini yoxlayarkən məlum olmuşdur ki, həmin rüsum artıq istifadə olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4516/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.

6. İddiaçı isə artıq istifadə olunmuş rüsumu əlavə etməklə məhkəməyə müraciət etmişdir.

7. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada ödənilməmişdir.

8. Odur ki, İddiaçı Cavabdeh qarşı uşaq, aliment və uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

9. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdeh qarşı uşaq, aliment və uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar