Məhkəmə qərarları › İş №2(004)-352/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-352/2022

06.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-352/2022 06.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X2 katibliyi, Ərizəçinin nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhərı Maraqlı şəxsnə qarşı doğum akt qeydinin bərpası tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhərı Maraqlı şəxsnə qarşı doğum akt qeydinin bərpası tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, doğum haqqında qeydin bərpa edilməsi, yəni atası - X12, anası - Əmirova (Qəribova) Bəsti Qərib qızı olan, Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Tumanyan rayonunun Balaca-Ayrım kəndində anadan olmasına dair doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 19 sentyabr 1962-ci ildə Ermənistan Respublikasının Tumanyan rayonunun Balaca-Ayrım kəndində anadan olmuşdur. Valideynləri atası: 1935-ci il təvəllüdlü X12 Ermənistanda anadan olub, 2009-cu ildə Gürcüstanda vəfat edib, Bakıda dəfn edilib. Anası 1945-ci il təvəllüdlü Əmirova (Qəribova) Bəsti Qərib qızı 1980-cı ildə Bakı şəhərində vəfat edib. Valideynləri, həm atası həm də anası - milliyyətcə azərbaycanlıdırlar. 1971-ci ildə ailələri ilə birlikdə Ermənistandan Azərbaycana köçmüşlər. O vaxtdan bu günədək Bakı şəhərində yaşayırlar. O, 1978-ci ildə qonşuluqda yaşayan X9 ilə ailə həyatı qurmuşdur. Nikahdan 3 övladı: 2 qızı, 1 oğlu var. 1991-ci ilin 16 iyul tarixində nikahları pozulub. Onun doğum haqqında şəhadətnaməsi və digər sənədlər itdiyinə görə, məhkəməyə müraciət etmişdir. Hazırda doğum haqqında şəhadətnamə ona müəyyən sənədləşmələr aparmaq üçün lazımdır. Lakin o, şəhadətnaməni ala bilmir. Bununla bağlı o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 30.09.2021-ci il tarixli 05/76-3890/15 №-li məktubu ilə ona bildirilmişdir ki, “doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir”. Odur ki, itirilmiş şəhadətnamənin Maraqlı şəxs tərəfindən bərpası mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X13 ərizəni müdafiə edərək məhkəmədən təmin olunması baradə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X10 izahat verərək bildirmişdir ki, Ərizəçi qardaşıdır. O, özü 1968-ci ildə Ermənistan SSR, Allahverdi rayonunda anadan olmuşdur. Süsənbərlə doğma bacı-qardaşdılar. X3, anaları isə Əmirova (Qəribova) Bəsti Qərib qızıdır. Bacısı Süsənbər xx xxxxxxxx 1962-ci il tarixdə Ermənistan Respublikasının Tumanyan rayonunda anadan olmuşdur. Məhkəmə iclasına şahid qismində dindirilən X1 izahatında bildirmişdir ki, o, X5 arvadıdır. Süsənbər onun baldızıdır. X8 doğma bacı-qardaşdılar. Hal-hazırda Türkiyə Respublikasının ərazisində yaşayır. Süsənbər 1962-ci il təvəllüdlüdür, 59 yaşın icindədir. Yoldaşı Akif də, Süsənbər də Ermənistan Respublikasında doğulublar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Tumanyan rayonunda anadan olmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X9 ilə Ərizəçi arasında olan nikah Maraqlı şəxsndə ləğv edilmişdir. Bu barədə Maraqlı şəxs tərəfindən AZ-İ seriyalı, 341099 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X10 08.06.1968-ci il tarixdə Ermənistan SSR-in Allahverdi rayonunda anadan olmuşdur. İ-ЗЖ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, X10 08.06.1968-ci il tarixdə Ermənistan SSR, Allahverdi rayonunun Böyük-Ayrım kəndində anadan olmuşdur. Atası qrafasında X12, anası qrafasında X7 qeyd olunmuşdur. AZ-İ seriyalı, 338256 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 08.02.2009-cu il tarixdə xroniki ürək çatmamazlığı səbəbindən Gürcüstan Respublikası, Marneuli rayonunun Kvemo Saralı kəndində dünyasını dəyişmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış imtina məktubdan görünür ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilmədiyi üçün xahişin təmin olunması Maraqlı şəxs imkan xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər”. Həmin qərarın 4.1-ci bəndinə qeyd edilmişdir ki, “Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər”. Beləliklə, məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib əldə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxxxxxx 1962-ci il tarixdə Ermənistan Respublikasının Tumanyan rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilməli, doğum haqqında akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamədə Ərizəçi atasının adı qrafasında – “X12”, anasının adı qrafasında – “Əmirova (Qəribova) Bəsti Qərib qızı” göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1962-ci il tarixdə Ermənistan Respublikasının Tumanyan rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamədə Ərizəçi atasının adı qrafasında – “X11”, anasının adı qrafasında – “Əmirova (Qəribova) Bəsti Qərib qızı” göstərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar