Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3522/2021 09.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı3, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 Qulu qızı, İddiaçı3 vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 Qulu qızı, İddiaçı3 Cavabdehnə “evin sökülməsinə görə kompensasiyanın ödəniılməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 Qulu qızı, İddiaçı3 Cavabdehnə “evin sökülməsinə görə kompensasiyanın ödəniılməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, 9 saylı evin sökülməsinə görə cavabdeh Bakı şəhəri Cavabdehndən iddiaçıların xeyrinə, hər bir iddiaçıya ayrılıqda 39666 (otuz doqquz min altı yüz altmış altı) manat, ümumilikdə 198330 (yüz doxsan səkkiz min üç yüz otuz) manat vəsaitin tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar X2, X4, İddiaçı2, İddiaçı4 Qulu qızı və İddiaçı3 ünvan 1 ünvanda bu gün də qeydiyyatdadılar. Cavabdeh qeyd edilən ünvanda yerləşən evi sökməklə onların hər birinin mənzil hüququnu, istifadə və sahiblik hüquqlarını pozmuşdur. Belə ki, Vidadi küçəsi, 9 saylı evin sökülməsinə görə Bakı şəhəri Cavabdeh tərəfindən evin qonşuluğunda yaşayan və bu evdə sadəcə formal qeydiyyatı olan şəxsə X1 39.666 manat məbləğində kompensasiya ödəmişdir. Bundan sonra tərəflərindən müvafiq olaraq Yasamal Rayon Məhkəməsində iddia qaldırılmış və Məhkəmənin 2(004)- 3858/2019 saylı 24.07.2019-cu il tarixli qətnaməsi ilə onların hər birinə ayrı-ayırılıqda kompensasiya verilməsi ilə bağlı Cavabdehnə qarşı iddia qaldırmaq hüququnu izah edilmişdir. Qeyd edilən qətnamə hər 2 yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır və hazırki mübahisə üzrə preyudisial xarakter daşıyır. Belə ki, qətnamədə qeyd edilir ki, “mübahisənin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ünvan 3 ünvanında yerləşən evin Bakı səhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olması, Bakı səhəri 53 saytı notariat ofisində təsdiq edilərək reyestrdə 3M-07-1815 nömrə ilə qeydiyyata alınmış 04.08,2018-ci il tarixli kompensasiya müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən evin X1 məxsus hissəsindən 39666 manat kompensasiya müqabilində Bakı səhəri Cavabdeh xeyrinə imtina edilməsindən ibarətdir”. Göründüyü kimi məhkəmənin gəlmiş olduğu nəticəyə əsasən, Cavabdeh tərəfindən X1 ödənilmiş kompensasiya yalnız ona məxsus paya aid olmuşdur. Belə olduqda evdən istifadə hüquqları olan şəxslərin bərabər hüquq və vəzifələrə malik olmasına əsaslanaraq hər bir istifadəçinin eyni kompensasiya almaq hüququ vardır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə şifahi vəsatətlə müraciət edərək, sözügedən iddia tələbinə İnzibati Məhkəmədə baxılmalı olmasını bildirərək, mülki işin baxılması üçün Bakı İnzibati Məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı3, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 Qulu qızı, İddiaçı3 vəkili Vəkil vəsatətin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdilər. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli və iddiaçılara Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci maddəsinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Göründüyü kimi, hazırkı mülki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 Qulu qızı, İddiaçı3 Cavabdeh qismində qoyaraq cavabdehdən evin sökülməsinə görə kompensasiyanın ödənilməsini xahiş etmişdir. Bu səbəbdən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 Qulu qızı, İddiaçı3 ilə inzibati orqan olan Cavabdeh arasında olan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisə inzibati məhkəmə icraatı qaydasında Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 Qulu qızı, İddiaçı3 Cavabdehnə “evin sökülməsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilməli və iddiaçılara inzibati orqanın hərəkət və hərəkətsizliyindən aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 Qulu qızı, İddiaçı3 Cavabdehnə “evin sökülməsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçılara aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3522/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3522/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver