Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3524/2021 22.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkilyeviçin, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə, maneələrin aradan qaldırılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə, maneələrin aradan qaldırılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan AZ1012, ünvan 1 ünvanında yerləşən mənzilə dair açarların iddiaçıya verilməsinin cavabdehlərə həvalə edilməsi, 1000 manat məbləğində dəymiş mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 aprel 2021-ci il tarixdə Cavabdeh1 ilə Bakı Nikah evində bağlanması haqqında akt qeydləri kitabında 280 №-li qeyd edilmiş nikahın pozulmasına dair Bakı şəhəri Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə qəzəblənən Cavabdeh1 atası Cavabdeh2 iddiaçının mülkiyyətində olan AZ1012, ünvan 1 ünvanında olan mənzilə daxil olmuş və iddiaçının qızı 11 aprel 2020-ci il təvəllüdlü X3 yanında iddiaçıya bədən xəsarəti yetirərək, barəsində qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bu barədə iddiaçı həmin hadisədən dərhal sonra 102-ə zəng vuraraq şikayətini bildirmiş və Bakı şəhəri Yasamal RPİ-nin 29-cü PB-də izahatı alınmışdır. Toplanılmış material halhazırda Bakı şəhər Yasamal rayon prokurorluğunun icraatındadır. İddiaçı qeyd etmişdir ki, həmin gündən sonra Cavabdeh1 ilə faktiki ailə münasibətlərinə xitam verilmişdir. İddiaçı mülkiyyətində olan mənzilindən hadisə baş verdiyi gündən bu günə kimi istifadə edə bilmədiyindən çöldə qalmışdır. Belə ki, cavabdehlər mənzilin qapı qıfılını dəyişdirmişlər. İddiaçının istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Cavabdeh1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə çoxsaylı zənglərə baxmayaraq cavabdeh iddiaçının zənglərinə cavab verməmişdir. Bu barədə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PB-ə məlumata əsasən 29 aprel 2021-ci il tarixdə akt tərtib olunmuşdur. Akt tərtib edildiyi gün polis əməkdaşı tərəfindən cavabdehlərə zəng vurulmuş və müəyyən olunmuşdur ki, mənzilin qapı qıfılı Cavabdeh2 tərəfindən dəyişdirilmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, iddiaçı uzun müddətdir ki, mənəvi iztirablar, əsəb və gərginlik içərisində yaşayır, öz mülkünə sahiblik edə bilmir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, məhkəmədən iddia tələbinin dəyişdirilmiş hesab edilməsini, İddiaçı ünvan 4 (yeni qaydalarla: AZ1012, ünvan 1) ünvanında yerləşən mənzilə köçürülməsi, iddiaçıya məxsus ünvan 4 (yeni qaydalarla: AZ1012, ünvan 1) ünvanında olan əmlakdan istifadəyə dair hər hansı maneələrin yaradılmasının cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qadağan edilməsi, cavabdehlər X1 və Cavabdeh3 AZ1012, ünvan 1 ünvanında olan mənzildən çıxarılması, dəymiş mənəvi ziyanın hər cavabdehdən 1000 manat məbləğində tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkilyeviç izahatında iddia tələbini müdafiə etmiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında iddia tələbini qəbul etməmiş, məhkəmədən iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1 və X4 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 133, 133A, 133B, 135, 135A, mənzil 1 (yeni qaydalarla: AZ1012, ünvan 1) ünvanında yerləşən mənzilə köçürülməli, X4 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 133, 133A, 133B, 135, 135A, mənzil 1 (yeni qaydalarla: AZ1012, ünvan 1) ünvanında yerləşən mənzildən çıxarılmalı, Cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 133, 133A, 133B, 135, 135A, mənzil 1 (yeni qaydalarla: AZ1012, ünvan 1) ünvanında yerləşən mənzilin istifadə edilməsində İddiaçı yaratdıqları maneələr aradan qaldırılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına və 09.04.2018-ci il tarixli, İPK№118-05 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən görünür ki, daşınmaz əmlak İddiaçı məxsusdur. Cavabdehlərin daşınmaz əmlaka mülkiyyət və istifadə hüququnu təsdiq edən sübutlar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən tərtib olunmuş aktlara əsasən cavabdehlərin iddiaçının mənzilə daxil olmasına və yaşamasına maneələr yaratdıqları sübutunu tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. İddiaçı ona mənəvi zərərin dəydiyini iddia etsə də, bunu təsdiq edəcək mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı isə məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehlərin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı iddia tələbində ödənilmiş rüsumu tələb etmədiyi üçün rüsum iddiaçının özünə aid edilməlidir. İş materiallarında olan 09.04.2018-ci il tarixli, İPK№118-05 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, İddiaçı müqavilənin tərəfi olmuş, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak “xxxx” ASC tərəfindən İddiaçı mülkiyyətinə verilmişdir. Müqavilədə qeyd edilmişdir ki, daşınmaz əmlakın satış qiyməti 92000 manatdır, mənzilin dəyərinin 19000 manat məbləğində olan hissəsi Alıcı-İpoteka qoyanın özü tərəfindən, 73000 manat məbləğində olan hissəsi isə Kreditor-İpoteka saxlayan tərəfindən həmin müqavilə əsasında Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsi müəyyənləşdirilmişdir. Müqavilə 25 il müddətinə, 06 aprel 2043-cü il tarixinədək bağlanmışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 133, 133A, 133B, 135, 135A, mənzil 1 (yeni qaydalarla: AZ1012, ünvan 1) ünvanında hüquq sahibidir. 20.01.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlak üzərində tam payı vardır. Əmlakın ümumi sahəsi 91,56 kv. metrdir. Daşınmaz əmlakın reyestr nömrəsi **********53-05301-093048 kimi qeyd edilmişdir. İş materiallarında olan 19 aprel 2019-cu il tarixli nikah haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, İddiaçı və Cavabdeh1 arasında 19 aprel 2019-cu il tarixdə, Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən 280 nömrəli akt qeydi ilə qeydə alınmış nikaha daxil olmuşlar. İş materiallarında olan 29.04.2021-ci il tarixli aktın surətinə əsasən görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis mayoru, Məmmədov Elnur oğlu, zərərçəkmiş şəxs İddiaçı və ünvan 4 ünvanında yerləşən “xxxx” MTK-ya məxsus 16 mərtəbəli yaşayış binasının komendantı Məmmədyarov Vüsal təhqiqat materialı üzrə baxış protokolunun tərtib olunması və mənzilin daxilində fotoşəkillərin çəkilməsi zərurəti ilə mənzilə daxil olmaq istəmiş, mənzilin giriş qapısını döydüklərində mənzilin giriş qapısını açan olmamışdır. Buna görə zərərçəkmiş üzərində olan açarı mənzilin giriş qapısına daxil etdiyində, qapının üzərində aşağı hissədə olan kilidə açarın daxil olması və açmasınabaxmayaraq, yuxarı hissədə olan digər kilid yerinə açar daxil olmadığı üçün zərərçəkmiş Cavabdeh1 zəng etmiş, mənzilin qapısını açan olmadığını bildirmişdir. Cavabdeh1 hazırda mənzildə olmadığını və 2-3 saata gələcəyini demişdir. Zərərçəkmiş Cavabdeh1 qapının yuxarı kilidinin dəyişib-dəyişmədiyini soruşmuş, Cavabdeh1 ondan qorxduğu üçün kildin dəyişdiyini bildirmişdir. İş materiallarında olan “Sağlamlığa zərər vurmanın təyini” haqqında 331 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, 1991-ci il təvəllüdlü İddiaçı alın nahiyyəsinin, alt çənənin, sağ qulaq seyvanının qançırları, sağ almacıq sümüyünün qövsünün sınığı ilə müşaiyət olunmuş, sağ yanağın qançırı, alt dodağın selikli qişasının səthi cırılması və sol dirsəj oynağı nahiyyəsinin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş xəsarətlər almışdır. 26.04.2021-ci il tarixdə törənməsi mümkündür və dərərcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir. Şəxsin özü tərəfindən, eləcə də yıxılmas nəticəsində törənməsi inkar olunmuşdur. İş materiallarında olan 12.05.2021-ci il tarixli aktın surətinə əsasən müəyyən edilir ki, 12 may 2021-ci il tarixdə İddiaçı və ünvan 4 ünvanında yerləşən “xxxx” MTK-ya məxsus 16 mərtəbəli yaşayış binasının komendantı Məmmədyarov Vüsal mənzilə girmək üçün mənzilin qapısına yaxınlaşmış, kilidin qırılıb dəyişdirilməsini görmüşlər. Bir az sonra Cavabdeh3 ilə qarşılaşmışlar. O bildirmişdir ki, kilidi dəyişdirmişlər. İş materiallarında olan 10.05.2021-ci il tarixli aktın surətinə əsasən müəyyən edilir ki, İddiaçı, ünvan 4 ünvanında yerləşən “xxxx” MTK-ya məxsus 16 mərtəbəli yaşayış binasının komendantı Məmmədyarov Vüsal, fəhlə İsmayılov Zaur və Kərimov Hafiz 10 may 2021-ci il tarixdə mənzilin çöl qapısını və otağın birinin qapısını sındıraraq mənzilə daxil olmuş, mənzilə videogörüntülü baxış keçirmişlər. Mənzildə zinət əşyalarına və qiymətli kağızlara rast gəlməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkələrə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və X5 haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin mənzili cavabdehlərin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdehlər mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 133, 133A, 133B, 135, 135A, mənzil 1 (yeni qaydalarla: AZ1012, ünvan 1) ünvanında yerləşən mənzilə köçürülməli, X4 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 133, 133A, 133B, 135, 135A, mənzil 1 (yeni qaydalarla: AZ1012, ünvan 1) ünvanında yerləşən mənzildən çıxarılmalı, Cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 133, 133A, 133B, 135, 135A, mənzil 1 (yeni qaydalarla: AZ1012, ünvan 1) ünvanında yerləşən mənzilin istifadə edilməsində İddiaçı yaratdıqları maneələr aradan qaldırılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 133, 133A, 133B, 135, 135A, mənzil 1 (yeni qaydalarla: AZ 1012, ünvan 1) ünvanında yerləşən mənzilə köçürülsün. X4 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 133, 133A, 133B, 135, 135A, mənzil 1 (yeni qaydalarla: AZ 1012, ünvan 1) ünvanında yerləşən mənzildən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 133, 133A, 133B, 135, 135A, mənzil 1 (yeni qaydalarla: AZ 1012, ünvan 1) ünvanında yerləşən mənzilin istifadə edilməsində İddiaçı yaratdıqları maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3524/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3524/2021
22.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver