Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3542/2020 20.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx xxxx 2004-cü il tarixdə Səbail rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X5 analarının yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 250 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X7 cavabdehin iddia tələbini etiraf etməsi barədə ərizəsini məhkəməyə təqdim edərək nikahın pozulmasına, birgə nikahdan anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2006cı il təvəllüdlü X5 analarının yanında saxlanılmasına, hər ay sabit pul məbləğində hər uşağa görə 250 manat alimentin ödənilməsinə razı olduğunu bildirmiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və iddia tələbinin etiraf edilməsi barədə ərizəni araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2004-cü il tarixdə Səbail rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulmalı, tərəflərin birgə nikahından olan xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X9 analarının yanında saxlanılmalı, uşaqların saxlanması üçün hər ay hər uşağa görə 250 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi barədə ərizədə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, iddia tələbinin etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.3, 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2004-cü il tarixdə Səbail rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulsun. Yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X9 anaları İddiaçı yanında saxlanılsın. Yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Hüseynli Fidan E|lşən qızının və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün hər ay hər biri üçün 250 (iki yüz əlli) manat, ümumilikdə hər ay 500 (beş yüz) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti xx.xx.2020-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsi dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3542/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3542/2020
20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver