Məhkəmə qərarları › İş №2(004)-3543/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3543/2020

28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3543/2020 28.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətçisi olduğu ünvan 1/199, mənzil 38 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitamverilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, ünvan 1/199, mənzil 38 ünvanında yerləşən yaşayış sahəsini mülkiyyətinə keçirmiş və həmin yaşayış sahəsinə mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə ********** nömrəsilə dövlət qeydiyyatına alınaraq ona ƏMDK yanında DƏDRX-dən daşınmaz əmlakın dövlət reyestrindən (elektron) çıxarış verilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi Cavabdeh1 və digər şəxslər: Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildə qeydiyyatdadırlar və məzilin alqı-satqısından sonra həmin şəxslər mənzildən qeydiyyatdan çıxmamışlar. Bu fakt MAPS arayışları ilə öz təsdiqini tapır. Halbuki, mənzilin əvvəlki mülkiyyətçisi mənzili satarkən ******* saylı, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin 13-cü bəndində o, xx.xx.2019-cu il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür, mənzildə qeydiyyatda olan digər şəxslər: Cavabdeh2, Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 mənzil satılarkən mənzilin satılmasına etiraz etməmələri barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişlər və cavabdehlər mənzilin satdıldığı tarixdən, yəni xx.xx.2019-cu il tarixdən etibarən orada yaşamırlar. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 bu günədək mənzildən qeydiyyatdan çıxmamışlar. Göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzilin satdıldığı tarixdən, yəni xx.xx.2019-cu il tarixdən orada yaşamırlar və onların mənzildə qeydiyyatı tam formal xarakter daşıyır. Cavabdehlərin mülkiyyətində olan mənzildə yaşamadığı halda qeydiyyatda olmaları iddiaçı üçün əlavə problemlərə səbəb olur və mülkiyyətçi hüquqlarımın həyata keçirilməsinə maneəçilik törədir. Belə ki, cavabdehlərin mülkiyyətçisi olduğu evdə qeydiyyatda olması səbəbilə iddiaçı onların yerinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalıra. Bu isə onsuz da ağır olan maddi durumumu daha da ağırlaşdıraraq əlavə məsrəflərə səbəb olur. Bununla yanaşı cavabdehlərin adına gələn məktublar, bildirişlər və s. göndərişlər həmin mənzilə gətirilir ki, bu da artıq vaxt itkisinə, həmin göndərişlərin cavabdehlərə çatmamasına və s. səbəb olur. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, alıcı İddiaçı və satıcı Cavabdeh1 arasında xx xxxxxxxx 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən 38 saylı mənzilədair alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil X1 3 nömrəli, xx.xx.2020-ci il tarixli Arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 38 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli çıxarışına əsasən, ünvan 2 ünvanında yerləşən 38 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalması onun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1/199 ünvanında yerləşən 38 saylı mənzil üzərində istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1/199 ünvanında yerləşən 38 saylı mənzil üzərində istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar