Məhkəmə qərarları › İş №2(004)-3548/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3548/2020

04.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3548/2020 04.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə və Cavabdeh2-yə (indiki “xxxxxxxxx” MMC) qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məvburi iş buraxmaya görə əmək haqqının və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə və Cavabdeh2-yə (indiki “xxxxxxxxx” MMC) qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məvburi iş buraxmaya görə əmək haqqının və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin İddiaçı işdən kənar edilməsi barədə xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi; İddiaçı işlədiyi “Cavabdeh2 MMC”-nin (indiki “xxxxxxxxx” MMC) direktoru vəzifəsinə bərpa edilməsi; Cavabdeh2 (indiki “xxxxxxxxx” MMC) tərəfindən İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək ödənilməmiş əmək haqqının ödənilməsi; cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi; cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən və Cavabdeh2-dən (indiki “xxxxxxxxx” MMC) mənəvi zərərin əvəzi olaraq 10.000 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1665 nömrəli Fərmanı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X4 yaradılmış, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2018-ci il tarixli qərarı ilə Cavabdeh2 təsis olunmuşdur. Həmin Qərarın 3-cü bəndinə əsasən Cavabdeh2-nin cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün İddiaçı Cavabdeh2-yə direktor təyin edilmişdir. Cavabdeh2 xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyində qeydiyyata alınmışdır. İddiaçı ilə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh2-yə direktor vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 1.500 manat müəyyən edilmişdir. xx.xx.2018-ci ildə əmək müqaviləsinə edilmiş dəyişikliklə İddiaçı əmək haqqının məbləği 1.500 manatdan aşağı salınaraq 375 manat müəyyən edilmişdir. Əmək haqqının məbləği azaldılarkən iddia İddiaçı razılığı olmamışdır. Cavabdeh hər hansı bir sənədi və ya sübutu təqdim edə bilməz. Çünki, iddiaçı bu hala qarşı etiraz etmiş və razı olmadığını cavabdehə bildirmişdir. Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Cavabdeh2-nin təsisçisi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh2-nin direktoru İddiaçı Əmək Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq işdən kənar edilmişdir. Qərarda qeyd edilmişdir ki, Cavabdeh2-nin direktoru İddiaçı işçilərin əmək haqqlarının ödənilməsində qanun pozuntularına yol verdiyi və bununla da Cəmiyyətə ziyan vurduğu üçün işdən kənar edilir. Həmçinin xx.xx.2018-ci il tarixdən İddiaçı əmək haqqını ala bilməmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 20 nömrəli qərarı ilə Cavabdeh2-nin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla ləğv edilmiş və iddiaçı tutduğu vəzifədən azad edilmişdir. İddiaçı əmək hüquqları pozulmuşdur. Onun razılığı olmadan əmək haqqının məbləğinin aşağı salınması, həmçinin işdən kənar edilməsi, əmək haqqının uzun müddət ərzində ala bilməməsi və ən sonunda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsassız və qanunsuz olmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli qərarında iddiaçının işdən kənar edilməsinə səbəb kimi onun işçilərin əməkhaqqlarının ödənilməsində qanun pozuntularına yol verdiyi və bununla da Cəmiyyətəziyan vurması göstərilmişdir. Bu halla bağlı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC İddiaçı barəsində tədbir görülməsi üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edilmişdir. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu tarixli MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1300 manat inzibati cərimə edilmişdir. Bundan sonra “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC vurulmuş ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(007)-2776/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı vurulmuş zərərə görə 32.651,88 manat pulun iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, “cavabdeh İddiaçı Cavabdeh2-də direktor vəzifəsində çalışmışdır. İddiaçı cavabdeh tərəfindən ona 32.651,88 manat məbləğində ziyanın vurulmasını bildirsə də, bununla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məlum olduğu kimi, iddiaçının işdən kənar edilməsi üçün cavabdeh tərəfindən irəli sürülmüş hal məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmamış və cavabdehin irəli sürdüyü iddia məhkəmə tərəfindən əsaslandırılmaqla rədd edilmişdir. İddiaçı Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu tarixli MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bakı Şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(007)-322/2020 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1300 manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bu faktlar cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin qanunsuz və əsassız olmasını təsdiq edir. İddiaçı tərəfindən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya iddiaçı tərəfindən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətaya yol verməsi faktı heç bir halda təsdiqlənmir və bu faktların inkarı ilə bağlı həm mülki iş üzrə, həm də inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Əmək Məcəlləsinin 62.2, 62.5-ci maddəsinə əsasən iddiaçının işdən kənar edilməsi ilə bağlı cavabdehin qəbul etdiyi qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İddiaçı əmək müqaviləsi üzrə müəyyənləşdirilmiş əmək funksiyasını yerinə yetirməsinə görə almalı olduğu əmək haqqını xx.xx.2018-ci il tarixdən əmək müqaviləsi qanunsuz ləğv edildiyi tarixə qədər ala bilməmişdir. Eyni zamanda cavabdehlərin hərəkətləri nəticəsində, yəni onların qanunsuz və əsassız olaraq iddiaçının əmək haqqının məbləğini aşağı salması, iddiaçını işdən kənarlaşdırması, iddiaçıya uzun müddət əmək haqqını ödəməməsi və ən əsası iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini nəzərə alaraq, mənəvi zərərin ödənilməsini də tələb etməkdə iddiaçı haqlıdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin işdən kənar edilmə barədə xx.xx.2019-cu il tarixli qərarı və həmçinin əmək müqaviləsinin ləğv edilməsi barədə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2019-cu il tarixli qərarı, eyni zamanda iddiaçıya məxsus əmək kitabçası, iddiaçıya verilməli olan haqq-hesab sənədi bu vaxta qədər iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı iddia müddətini ötürməmişdir. Odur ki, iddia tələblərinin təmin olunmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, nümayəndəsi və vəkili Vəkil izahatı ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı ilə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh2-yə direktor vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh2nin direktoru İddiaçı işçilərin əmək haqqlarının ödənilməsində qanun pozuntularına yol verdiyi və bununla da Cəmiyyətə ziyan vurduğu üçün Cavabdeh2-nin təsisçisi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh2-nin direktoru İddiaçı Əmək Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq işdən kənar edilmişdir. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu tarixli MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1300 manat inzibati cərimə edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 20 nömrəli qərarı ilə Cavabdeh2-nin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla ləğv edilmiş və tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC vurulmuş ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(007)-2776/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı vurulmuş zərərə görə 32.651,88 manat pulun iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iş materiallarında İddiaçı işdən azad edilməsi barədə “xxx” ASC-nin xx.xx.2019-cu il tarixli 20 nömrəli qərarı mövcuddur. Bu isə iddiaçının həmin qərarla tanış olduğunu sübüt edir. Bakı şəhəri Nizami rayon Məhkəməsində 2(007)-2776/2019 nömrəli mülki iş üzrə “xxx” ASC-nin nümayəndəsi kimi o, məhkəmə prosesi zamanı “xxx” ASC-nin xx.xx.2019-cu il tarixli 20 nömrəli qərarını məhkəməyə şəxsən təqdim etmiş və məhkəmə tərəfindən həmin qərarın surəti rəsmi qaydada İddiaçı təqdim edilmişdir. Odur ki, İddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Həmçinin qeyd etdi ki, hazırda xx.xx.2019-cu il tarixdən Cavabdeh2-nin adı dəyişdirilmiş və “xxxxxxxxx” MMC kimi qeydiyyata alınmışdır. Hesab edir ki, iddia əsassızdır, həmçinin iddia müddəti ötürülmüşdür. Odur ki, iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2-yə (indiki “xxxxxxxxx” MMC) məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh “xxxxxxxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib,iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, müddət ötürüldüyünə görə iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, iş materiallarında olan rəsmi sənədlərlə və işin həqiqi halları ilə müəyyən edildi ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1665 nömrəli Fərmanı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X4 yaradılmış, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2018-ci il tarixli qərarı ilə Cavabdeh2 təsis olunmuşdur. Həmin Qərarın 3-cü bəndinə əsasən Cavabdeh2-nin cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün İddiaçı Cavabdeh2-yə direktor təyin edilmişdir. Cavabdeh2 xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliy ində qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adı dəyişdirilmiş, “xxxxxxxxx” MMC adlandırılmışdır. İddiaçı ilə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh2-yə direktor vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 1.500 manat müəyyən edilmişdir. xx.xx.2018-ci ildə İddiaçı əmək haqqının məbləği 1.500 manatdan aşağı salınaraq 375 manat müəyyən edilmişdir. Cavabdeh2-nin təsisçisi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh2-nin direktoru İddiaçı Əmək Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq işdən kənar edilmişdir. Qərarda qeyd edilmişdir ki, Cavabdeh2-nin direktoru İddiaçı işçilərin əmək haqqlarının ödənilməsində qanun pozuntularına yol verdiyi və bununla da Cəmiyyətə ziyan vurduğu üçün işdən kənar edilir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 20 nömrəli qərarı ilə Cavabdeh2-nin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla ləğv edilmiş və tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu tarixli MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1300 manat inzibati cərimə edilmişdir. Bundan sonra “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC vurulmuş ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(007)-2776/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı vurulmuş zərərə görə 32.651,88 manat pulun iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu tarixli MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(007)-322/2020 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1300 manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin işdən kənar edilmə barədə xx.xx.2019-cu il tarixli qərarı və həmçinin əmək müqaviləsinin ləğv edilməsi barədə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2019-cu il tarixli qərarı, eyni zamanda iddiaçıya məxsus əmək kitabçası, iddiaçıya verilməli olan haqq-hesab sənədi bu vaxta qədər iddiaçıya rəsmi qaydada təqdim edilmədiyini qeyd etsə də, məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmiş, müddəti ötürmüş, xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair məhkəməyə ərizə vermişdir. İddiaçı xx.xx.2019-cu il tarixdən işdən kənarlaşdırıldığı vaxtdan onun barəsində araşdırma aparılmasından məlumatlı idi. Belə ki, iddiaçı direktor kimi həmin vaxt Cavabdeh2-yə məxsus möhür, ştampı təhvil vermişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli qərarının və xx.xx.2019-cu il tarixli 20 nömrəli qərarının mövcud olmasından İddiaçı vaxtında məlumatı olmuşdur. Bu hal, iddiaçının özünün məhkəməyə təqdim etdiyi hazırkı iş üzrə iddia ərizəsinə surətlərini əlavə etdiyi sənədlərlə, yəni - “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019cu il tarixli qərarı və xx.xx.2019-cu il tarixli 20 nömrəli qərarı, həmçinin Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(007)-2776/2019 nömrəli qətnaməsi və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(007)-322/2020 nömrəli qərarı ilə sübuta yetirilir. İddiaçı ən geci Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan 2(007)-2776/2019 nömrəli mülki işə baxılarkən məhkəmə iclasında və həmin iş üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli qətnaməsini əldə etdiyi vaxtdan, onun işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli qərarın mövcud olmasından məlumatlı olmuşdur. Çünki, həmin qətnamədə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 20 nömrəli qərarı ilə Cavabdeh2-nin direktoru İddiaçı tutduğu vəzifədən azad edilməsi göstərilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş bir aylıq müddət ərzində məhkəməyə müraciət etmədiyinə görə iddia təmin edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılara məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, müddət ötürüldüyünə görə iddia rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə və Cavabdeh2-yə (indiki “xxxxxxxxx” MMC) qarşı ““xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İddiaçı işdən kənar edilməsi barədə xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi; İddiaçı işlədiyi “Cavabdeh2 MMC”-nin (indiki “xxxxxxxxx” MMC) direktoru vəzifəsinə bərpa edilməsi; Cavabdeh2 (indiki “xxxxxxxxx” MMC) tərəfindən İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək ödənilməmiş əmək haqqının ödənilməsi; cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi; cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən və Cavabdeh2-dən (indiki “xxxxxxxxx” MMC) mənəvi zərərin əvəzi olaraq 10.000 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar