Məhkəmə qərarları › İş №2(004)-3549/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3549/2025

23.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3549/2025 23.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: istifadə hüququna xitam) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 7kı ona məxsus mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Cavabdeh ünvan 1 ünvanındakı ona məxsus mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 ilə rəsmi nikahda olmaqla həmin nikahdan 1997-ci ildə Cavabdeh anadan olmuşdur. Birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 205, mənzil 23 ünvanda sabiq həyat yoldaşı X5 adına mənzil almışlar və həmin mənzildə uzun müddət yaşamışlar. Qeyd edilən mənzil onun və sabiq həyat yoldaşının razılığı ilə Cavabdeh 2021-ci il tarixdə notarial qaydada bağışlandı. Sabiq həyat yoldaşı və kiçik oğlu Almaniyaya işləməyə getdilər. O və cavabdeh böyük oğlu Cavabdeh Bakı şəhərində qeyd edilən mənzildə 2023cü ilə qədər bir yerdə yaşadılar. Lakin Cavabdeh ona qarşı getdikcə hörmətsizlik etməyə, hətta ona fiziki zor göstərməyə başlamış və ondan tələb etmişdir ki, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə köçdü və pasport qeydiyyatından da çıxsın. Bunu etmədikdə isə ona qarşı mənzilə yaşayış hüququna xitam verilməsinə dair Bakı İnzibati Məhkəməsində, daha sonra Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Hətta cavabdeh onun psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməyi ilə bağlı Yasamal Rayon Məhkəməsi qarşısında iddia da qaldırmışdır. Onun məqsədi qeyd edilən mənzili sataraq tanımadığı bir qızla ölkədən getmək olmuşdur. Buna görə də o, məhkəmədə iddia qaldıraraq qeyd edilən bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-406/2024 saylı qətnaməsi ilə onun tələbi qismən təmin edilmiş, qeyd edilən bağışlama müqaviləsi onun payına münasibətdə ləğv edilmiş, ünvan 2 ünvanda olan mənzilə onun ½ hissədə mülkiyyət hüququ bərpa edilmişdir. Həmin qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 3583/2004 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən mənzildə hal-hazırda cavabdeh tək yaşayır. O isə qəyyumu olduğu İ qrup əlil bacısı ilə birgə ünvan 3 ünvanında olan mənzilində qalmaq məcburiyyətindədir. Bacısı İ qrup əlil olduğuna görə valideynləri yuxaıda qeyd olunan evi onun alına almışlar. Bu mənzil ona tam mülkiyyət hüququ ilə məxsus oolmasına baxmayaraq, cavabdeh həmin mənzildə formal olaraq pasport qeydiyyatındadır ki, bu da ona mülkiyyətçi kimi hüquqlarını həyata keçirməkdə maneələr törədir. Dəfələrlə ondan mənzildən pasport qeydiyyatından çıxaraq ona bağışlanmış mənzilə qeydiyyata düşməyini tələb etsə də, buna əməl etməmişdir. Odur ki, qeyd edilən iddia ilə məhkəməyə müraciət edir.

4. Daha sonra cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq iddianın təmin edilməməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, onun mübahisəli mənzildən istifadə hüququna heç bir halda xitam verilə bilməz. Belə ki, mübahisəli mənzildən istifadə hüququna heç bir halda xitam verilə bilməz. Belə ki, mübahisəli N.Nərimanov prospekti, ev 205, mənzil 23 saylı mənzilin ½ hissəsi ona xüsusi mülkiyyət hüququ ilə məxsusdur və onun həmin mənzildən istifadə hüququ Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunur. Bundan başqa iddia tələbində göstərilənlər həqiqətə uyğun deyil. Mübahisəli ünvan 1 mənzildə anadan olmuş həmin mənzildə daimi yaşamışdır. Lakin 2022-ci ildə anası ilə münasibətləri korlanmış və anası onu mübahisəli mənzilə buraxmamış və mənzilin açarını dəyişmişdir. O, mənzilə daxil ola bilməmiş və məcbur qalıb N.Nərimanov prospekti, ev 205, mənzil 23 saylı mənzildə yaşamalı olmuşdur. Bunu nəzərə alaraq, mənzilə daxil ola bilmədiyinə görə o, polisə şikayət ərizəsi ilə müraciət etməli olmuşdur. İddiaçı istinad etdiyi qərar və digər sənədlər onun göstərdiklərini təsdiq edir. Odur ki, İddiaçı guya onun həmin mənzildə ümumiyyətlə yaşamadığına dair gətirdiyi dəlillər əsassızdır. II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini bildirmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı Talib qızının xüsusi mülkiyyətindədir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2614/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının əsaslandırıcı hissəsindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Cavabdeh fərdi uçot kartoçkasının surətindən görünür ki, o, ünvan 1 ünvanına atası X5 ərizəsi əsasında şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə əsasında qeydiyyata alınmışdır.

11. 19.06.2025-ci il tarixli akta əsasən müəyyən olunur ki, Nəriman Nərimanov prospekt 207, mənzil 60 İddiaçı məxsusdur. Valideynlərindən miras qalıb. Həmin mənzildə X2 bacısı İ qrup əlil – ruhi xəstə, X1 gündüzlər gəlib qulluq edir. Cavabdeh orada formal olaraq qeydiyyatdadır, lakin həmin mənzilə gedib-gəlmir, heç bir əşyası yoxdur və olmayıb. O, yaxınlıqda valideynləri tərəfindən bağışlanan evdə (Nəriman Nərimanov prospekti 205, mənzil 23-də) yaşayır.

12. Azərbaycan Respublikası Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 47 nömrəli məktubuna əsasən müəyyyən olunur ki, Yasamal rayonu, N.Nərimanov prospekti 205 saylı binanın 23-cü mənzili çıxarışa əsasən Cavabdeh adınadır və N.Nərimanov 207 saylı binanın 60-cı mənzilində qeydiyyatdadır, amma 205 saylı binanın 23-cü mənzilində yaşayır. Anası İddiaçı 2003-cü ildən 205 saylı binanın 23-cü mənzildə qeydiyyatdadər və yaşayır. Tərəflərindən mənzildə kimin yaşaması ilə əlaqədar baxış keçirildi və İddiaçı mənzili açaraq həmin mənzildə yaşamasını göstərdi. Qonşular da aktla İddiaçı həmin mənzildə yaşadığını təsdiq etdilər.

13. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd olunmalıdır.

14. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

15. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

16. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

17. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

18. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

19. İşin mübahisəsiz halıdır ki, xx.xx.1994-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 207 ünvanında yerləşən 60 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqları qeydə alınmış, xx.xx.2022-ci il tarixdə isə həmin mənzillə bağlı iddiaçıya çıxarış verilmişdir. Cavabdeh iddiaçının oğlu olmaqla doğulduğu 1997-ci il tarixdən həmin ünvana qeydiyyata düşmüş və anası ilə birlikdə yaşamışdır. Bu baxımdan, mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir

20. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

21. Hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən müddəaları əsasında cavabdehin Mənzildən istifadə hüququ yaranmışdır.

22. Lakin məhkəmə hesab edir ki, cavabdehin Mənzildən istifadə hüququ saxlanıla bilməz. Belə ki, cavabdeh uzun müddətdir ki, Mənzildə yaşamır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh uzun müddətdir ki, mənzildə yaşamır. İşin bu halı həm iş materiallarında olan sənədlər, həm də cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş etirazda qeyd edilənlərlə öz təsdiqini tapır.

23. Belə ki, iş materiallarında olan 40 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 47 nömrəli arayışda qeyd olunur ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 207 saylı binanın 60 nömrəli mənzilində qeydiyyatdadır, ancaq binanın 23 saylı mənzilində yaşayır. Mənzildə kimin yaşaması ilə bağlı baxış keçirilmiş və İddiaçı mənzili açaraq həmin mənzildə yaşamasını göstərmiş, qonşular da aktla İddiaçı həmin mənzildə yaşadığını təsdiq etmişlər.

24. Həmçinin, X3 İddiaçı qarşı qaldırdığı ünvan 5 ünvanında mənzildə istifadə hüququnun xitam verilməsinə dair iddia ərizəsindən görünür ki, iddiaçı həmin iddia ərizəsində doğulduğu tarixdən 2015-ci ilədək anasına məxsus ünvan 6 ünvanında yaşadığını, atasının 2015-ci ildən qardaşı ilə birlikdə Almaniyaya getdiyini və 2019-cu ildə Bakıya qayıtdığını, həmin müddətdə anası ilə birlikdə atasına məxsus mənzildə yaşadığını, lakin atası Almaniyadan qayıtdıqdan sonra anasının öz mənzilinə geri qayıtdığını, onunla cavabdehin 2019-cu ildən mənzildə yaşamadığını, anasının mübahisəli mənzildə dörd ildir ki, ümumiyyətlə yaşamadığnl, öz mülkiyyətində olan mənzildə yaşadığı üçün anasının onun mənzilində yaşayış sahəsinə ehtiyacının olmadığını qeyd etmişdir.

25. Cavabdeh iddia ərizəsinə etirazında 2022-ci ildən anası ilə münasibətlərinin korlandığını və anasının onu həmin mənzilə buraxmadığını, mənzilin açarını dəyişdiyini və məcbur qalıb N.Nərimanov prospekti ev 205, mənzil 23 saylı mənzildə yaşamalı olduğunu, mənzilə daxil ola bilmədiyinə görə polisə şikayət ərizəsi ilə müraciət etdiyini qeyd etsə də, qeyd olunan halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

26. Əksinə iddiaçının ərizəsinə əsasən cavabdeh barəsində edilmiş xx.xx.2022-ci il tarixli müraciətdən görünür ki, iddiaçı oğlu Muradın onun sağ qol nahiyyəsindən əli ilə tutub sıxması ilə bağlı polisə müraciət edərək, qanuni tədbirlərin görülməsini xahiş etmişdir.

27. 04.04.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, izahatı alınmış Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 205, mənzil 23-də yaşayır.

28. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda istifadə hüquqularının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir.

29. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

30. Şərh edilənlər əsasında məhkəmə cavabdehin mənzildə yaşamama səbəblərini araşdıraraq belə nəticəyə gəlir ki, uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması cavbadehin istəyi ilə bağlıdır. İş materialları ilə təsdiq olunur ki, cavabdeh mənzildə qeydiyyatda olsa da, uzun müddətdir orada yaşamamaqla və özünə başqa yaşayış yeri seçməklə, mübahisəli mənzildən istifadə hüququ ilə bağlı əlaqələrini kəsmişdir. Odur ki, onun uzun bir müddət ərzind mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar deyil. Cavabdehin uzun müddət ərzində Mənzildə yaşamaması və Mənzillə bağlı bütün əlaqələrinin kəsilməsi isə onun qanunla müəyyən edilmiş müddətdən (6 aydan) sonra istifadə hüquqlarının itməsinə səbəb olmuşdur. Odur ki, mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də təmin edilə bilməz.

31. İşin hallarından da göründüyü kimi, cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olsa da, həmin ünvanda deyil, ünvan 7 yaşayır. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus olan mənzilə dair istifadə hüququ mövcud deyil. Odur ki, mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi təmin oluna bilməz.

32. Lakin məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir.

33. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

34. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə Cavabdeh ünvan 8 ünvanında yerləşən mənzildə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar