Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-691/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Cavanşir küçəsi, ** saylı fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı adına dövlət qeydiyyatına alınmasına baxmayaraq, həmin evin yerləşdiyi torpaq sahəsi birgə mülkiyyət hüququ ilə 5 nəfərə, o cümlədən, cavabdeh2, Gülgəz Ələsgərova, Rəşad Ələsgərova, Aytac Ələsgərli və İddiaçıya məxsusdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 Natiq oğlunun Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Cavanşir küçəsi, ** saylı evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hazırda cavabdehlər iddiaçıya məxsus olan mülkdə yaşamasalar da, formal olaraq qeydiyyatdadırlar. Belə ki, bacısı cavabdeh2 ailə qurmuş və cavabdehlərin özlərinə məxsus yaşayış yerləri var. Belə olan halda cavabdehlərin iddiaçının mülkiyyətində olan evdən istifadə hüququ yoxdur. Dəfələrlə cavabdehlərdən ona məxsus olan evdən qeydiyyatdan çıxıb öz yaşadıqları evə qeydiyyata düşmələrini xahiş etməsinə baxmayaraq, cavabdehlər hər dəfə bir bəhanə gətirərək bundan imtina etmişlər.
4. Cavabdeh cavabdeh2 iddia tələbini qəbul etməyərək təmin olunmamasını, kompensasiya ödənilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, bacı-qardaşın hər birinə 5 sot olmaqla torpaq ayrılmışdır. Bacısı Pərvanəyə məxsus 5 sot torpaqda iddiaçı və bacısı işləyərək birlikdə ev tikmişlər. Ev tikilən vaxtdan – 1992-ci ildən orada yaşamağa başlamışlar. 1997-ci ilin dekabr ayında o, ailə həyatı qurmuşdur. Ev iddiaçının adına olsa da, həmin ev rəhmətlik bacısı ilə birlikdə alınmışdır. Hazırkı mübahisəli evdə iddiaçı cəmi 3-4 il yaşamış, 2000-ci ildən isə başqa yerdə yaşamışdır. Torpağı olan bacısı dünyasını dəyişmişdir. Hazırda həmin evdə bacıları yaşayır. Təxminən 5-10 ildir ki, o həmin evdə yaşamır, Rəsulzadə qəsəbəsində özünə məxsus mənzili var. Oğlu cavabdeh1 2003-cü ildən 2014-cü ilə qədər həmin evdə yaşamışdır.
5. Cavabdeh cavabdeh1 iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, uşaq olanda həmin evdə yaşamışdır.
6. Abşeron Rayon Məhkəməsinin # ######## 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli evə dair iddiaçının adına 1988-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlərin mübahisə predmeti olan evi uzun müddət əvvəl tərk edərək başqa yaşayış ünvana köçmələri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə olan halda cavabdehlərin iddiaçıya məxsus evdə istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
8. Cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan yaşayış evində qeydiyyatda qalmaları mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırdığından, bu isə öz növbəsində iddiaçının mülkiyyət hüquqlarını pozduğundan həmin cavabdehlərin qeyd olunan evə dair istifadə hüquqlarına xitam verilməlidir.
9. Məhkəmə cavabdeh cavabdeh2 kompensasiya tələb etməsi ilə bağlı qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarından görünür ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Beləliklə, cavabdehlərin mübahisəli evə olan istifadə hüququ itirilmiş hesab olunmaqla həmin hüquqa xitam verilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” ##.##.2001-ci il tarixli qərarına, ##.##.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87 və 123-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında ##.##.1999-cu il tarixli qərarına, Mülki Məcəllənin 140, 152.1 və 157.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarına və MPM-nin 14.2, 77.1, 88, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə hərtərəfli araşdırma aparmadan iddianı təmin etmiş və məhkəmə prosesində onun dediklərinə diqqət verməmiş, onların göstərdikləri və işin həlli üçün əhəmiyyət kəsb edən halların heç birisini araşdırmamışdır. Belə ki, sahəsi 0,065 ha olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə cavabdeh2, İddiaçı Ələskər oğlunun, X4, X1, X2 adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2014-cü il tarixdə 1614013901 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin sənəddən göründüyü kimi onun sözügedən mübahisəli evin üzərində tikilmiş torpaq sahəsinə paylı mülkiyyət hüququ vardır. Həmçinin, həmin torpaq sahəsinə dair İddiaçı Ələskər oğlunun adına texniki pasport əsasında torpaq sahəsinin planı və ölçüsü tərtib olunmasından xəbəri olmamışdır, prosesdə iştirak etməmiş və razılıq verməmişdir. Onun hansı yolla 2014-cü il tarixdə həmin torpağa sənəd alması yoxlanılsın. Həmçinin adıgedən torpaq sahəsi və onun üzərində tikilmiş ev atasının, onun və digər bacılarının birgə qazancı əsasında alınıb və tikilib. Xüsusən onun və mərhum atasının qazancı əsasında həmin ev tikilib və sonradan iddiaçının adına sənədləşdirilib. Hal-hazırda o və oğlu cavabdeh1 həmin mübahisəli evdə qeydiyyatdadırlar. Mübahisəli ev tikilən vaxtdan 1992-ci il tarixdən orada yaşamağa başlamışlar. 1997-ci il tarixdə ailə qursa da, yenə də həmin evdə yaşamını davam etdirmişdir. Iddiaçı isə mübahisəli evdə cəmi 3-4 il yaşamışdır. O, isə 2014-cü ilə kimi həmin evdə yaşamışdır. Oğlu cavabdeh1 həmin mübahisəli evdə doğulmuşdur. 1992-ci ildən özü, oğlu isə doğulduğu vaxtdan həmin evdə qeydiyyatdadırlar. Mübahisəli evə onun istifadə hüququ yaranarkən qüvvədə olmuş Mülki Məcəllənin 228.2-ci maddəsinin müddəaları tətbiq edilməli idi. Məhkəmə isə maddənin bu tələbini nəzərə almamışdır. Onun evdən çıxıb getməsi isə könüllü olmamışdır. Belə ki, iddiaçının verdiyi işgəncələrdən bezib getmişdir. Iddiaçı həmin evdə onlarla birlikdə yaşamasa da, tez-tez həmin evə gəlir onu, ata və anasını və bacılarını döyür, söyür və təhqir edirdi. Onun işgəncələrinə dözməyib sonda oradan köçüb getmişdir. Yəni həmin evdən könüllü yox, zor gücünə çıxarılmışdır. Bu barədə həmin illərdə və son illərədək polis orqanlarına ərizələri vardır. Məhkəmə bu halların heç birini araşdırmamışdır. Həmçinin evin tikildiyi beş sot torpaq sahəsi mərhum bacısı X3 məxsus olmuşdur. Həmin torpaq sahəsi mərhum bacısına Abşeron rayonu, Mehdiabad qəsəbəsində üzümçülük sovxozunda işləməsi ilə əlaqədar pay verilmişdir. Bacısı həmin torpağı ona vermişdir. Bütün bunlar onun mübahisəli evdən istifadə hüququnu sübut edir. Iddiaçının vəkili altı iclasın əvvəlki iki iclasında və sonuncu iclasda iştirak etməmişdir. Yerdə qalan üçüncü, dördüncü və beşinci iclaslarda iştirak etdi. O, iştirak etdiyi 3 və 4-cü iclaslarda sənədsiz iştirak etdi. Yalnız beşinci iclasda ona telefonla göndərilən etibarnaməni hakimə təqdim etdi. Onun heç bir hüququ olmadan iştirak edən vaxtı onu polislə hədələdi. Hansı ki həmin vaxtı onun zala vəkil kimi girmək hüququ yox idi. Həmin vaxt hakim də ona dedi ki, bu gündən başla ver polisə. Birinci instansiya məhkəməsi isə prosessual normaların bu tələblərinə riayət etməmiş və işin hallarını tam araşdırmadan nəticədə qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Lalə Rəhimli) cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni “cavabdeh cavabdeh2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi Cavanşir küçəsi ev 15”dən istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilərək həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin cavabdeh cavabdeh2 münasibətdə rədd olunması
14. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
15. Belə ki, mübahisəsi gedən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınsa da, cavabdeh cavabdeh2 həmin evin yerləşdiyi torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir. Başqa sözlə, hazırkı cavabdeh cavabdeh2 mübahisəli evin yerləşdiyi torpaq sahəsinin həmmülkiyyətçisidir.
16. Məhkəmənin mövqeyinə görə cavabdeh cavabdeh2 torpaq mülkiyyətçilərindən biri olmasına görə iddia istisna olunursa, onda iddiaçının hazırkı tələbinin araşdırılmasına və qiymətləndirilməsinə gərək qalmır.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh cavabdeh2 torpaq sahəsinə dair dövlət reyestrində qeydə alınmış ümumi paylı mülkiyyət hüququ mübahisəli evin (tikilinin) altında yerləşən torpaq sahəsinə də aiddir. Yəni cavabdeh bu evin bitişik olduğu torpaq sahəsinin paylı mülkiyyətçisidir. Cavabdehin evdən çıxarılması onun mübahisəli evin yerləşdiyi (mülkiyyətçisi olduğu) torpaq sahəsindən də məhrum olması ilə nəticələnəcək. Cavabdeh cavabdeh2 mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsində digər şəxslər, o cümlədən iddiaçı ilə birgə mülkiyyət hüququnun olması, onun həmin torpaqla möhkəm bağlılığı olan (ondan ayrıla bilməyən) əşyaya, vahid daşınmaz əşya və vahid mülkiyyət obyektinə də hüququnun olması anlamına gəlir.
18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 135.4, 135.10 və 139.1-ci, MPM-nin 14.2, 77.1, 88, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Iddiaçı (vəkil Vəkil Kəmaladdin oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərini pozaraq, cavabdehin iddia etdiyi torpaq sahəsində həqiqətən də onun payının olub-olmamasını, eyni zamanda mülkiyyət hüququnun olub-olmamasını araşdırmadan, həmin torpaq sahəsinin həqiqətən də mənim mülkiyyətimdə olmasını müəyyən edən hüquq müəyyənedici sənəd olduğu halda o, cümlədən cavabdeh tərəfindən məhkəməyə onun mülkiyyət hüququnu təsdiq edən heç bir sübut təqdim etmədiyi halda məhkəmə cavabdehin qanunsuz və əsassız iddia tələbini qəbul edərək həmin maddənin normasını kobudcasına pozmuşdur. Halhazıradək cavabdehin evin xərclərində heç bir iştirakı olmamışdır. Cavabdeh cavabdeh2 mənim mülkiyyətimdə olan yaşayış evinə köçməmişdən əvvəl, həmin mübahisəli yaşayış evi mövcud olmuş və mənim adıma rəsmləşdirilmiş, cavabdeh isə həmin evə sonradan qeydiyyata alınmışdır. (qeyd etdiklərimlə bağlı sübutlarım iş materiallarında mövcuddur) Bu da cavabdeh və onun ailə üzvlərinin mübahisəli evdə heç bir mülkiyyət hüququnun olmaması açıq şəkildə sübut edir. Məhkəmə isə qeyd edilən halların heç birini nəzərə almadan mənim qanunla qorunan mülkiyyət hüququmu pozmaqla qətnamə çıxarmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
25. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
26. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. Iddiaçı İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində etirazda, apellyasiya şikayətinə etirazda və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, apellyasiya məhkəməsinin mübahisəsi gedən fərdi yaşayış evi ilə evin yerləşdiyi torpaq sahəsinin vahid əmlak olması, cavabdeh cavabdeh2 mübahisəli evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçilərindən biri olması, bu baxımdan hazırkı vəziyyətdə iddianın təmin olunmasının mümkünsüzlüyü barədə qənaəti düzgün olmuşdur. Ümumi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin fiziki bölgüsü aparıldıqdan sonra, nəticə olaraq cavabdehə məxsus torpaq sahəsinin iddiaçının mülkiyyətində olan yaşayış evi ilə vahid əmlak olması vəziyyətinə son qoyularsa iddiaçının hazırkı iddia tələblərini irəli sürmək hüququ yarana bilər.
40. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.