Məhkəmə qərarları › İş №2(3-8)-12/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-12/2026

22.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-12/2026 22.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ilk, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddialarına qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpa edilməsi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair ilkin iddiası, Cavabdeh1 İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, e-2(012)-1868/2025 nömrəli qərardadından İddiaçı tərəfindən tərəfindən verilmiş şikayətə şifahi icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1868/2025 saylı qətnaməsi ilə ilkin iddia təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 10, 47 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı onun cavabdeh İddiaçı Qennadieyviçə məxsus ünvan 1 ünvanındakı mənzilə köçürülməsi barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

2. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 və ilkin iddia üzrə digər Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixində məhkəməyə apellyasiya şikayətləri daxil olmuş və onlar Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)- 1868/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və onların istifadə hüququna kompensasiya ödənilməsi ilə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.

3. Mülki iş 23 sentyabr 2025-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)- 1407/2025 saylı qərardadı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətlərinin Azərbaycan Respublikası MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1868/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair ilkin iddiası, Cavabdeh1 İddiaçı qarşı «mənzilə köçürmə» tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1868/2025 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 və ilkin iddia üzrə digər Cavabdeh2 xx.xx.2025-ci il tarixində vermiş olduqları apellyasiya şikayətlərinin geri qaytarılması qərara alınmışdır.

6. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixində məhkəməyə apellyasiya şikayətləri daxil olmuş, həmçinin müddətin bərpası barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 1868/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin onlar tərəfindən buraxılmasının səbəbinin üzürlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdirlər.

7. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 və ilkin iddia üzrə digər Cavabdeh2 ərizələrini onunla əsaslandırmışdırlar ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1868/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verildiyi zaman tərəflərindən prosessual müddət buraxılmışdır. Bunun səbəbi ondan ibarət olmuşdur ki, maddi sıxıntılarından şikayətin verilməsi üçün vəkil tutmaq imkanları olmamışdır. Şikayətin elektron məhkəmə portalı üzərindən göndərilməli olduğunu bilməmiş və məhkəmə portalında kabinetləri olmadığından qətnaməni vaxtında əldə edə bilməmişdirlər. Şikayətin elektron məhkəmə portalı üzərindən göndərilməli olduğunu öyrəndiklərinə, ASAN imzanın rəsmiləşdirilməsinə sərf etdikləri vaxt ərzində şikayətin verilməsi üçün müddət buraxılmışdır. Bu səbəbdən də tərəflərindən sözügedən qətnamədən apellyasiya şikayətləri vaxtında verilməmişdir. Ümid edirlər ki, məhkəmə prosessual müddətin buraxılmasının səbəbini üzrlü sayıb onu Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edəcəkdir. Göstərilənləri nəzərə alaraq onlar Mülki Prosessual Məcəllənin 133-cü maddəsini rəhbər tutularaq Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 1868/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin tərəflərindən buraxılmasının səbəbinin üzürlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdirlər.

8. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkilinümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iş üzrə cavabdehlər Abşeron Rayon Məhkəməsinin 2(012)-1868/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermiş, verdikləri apellyasiya şikayətin prosessual müddəti buraxmış və xx.xx.2025-ci il tarixli ərizələri ilə buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdirlər. Hər iki ərizə eyni məzmundadır. Hər iki ərizənin məzmunundan görünür ki, tərəflər müddətin buraxıldığını açıq şəkildə etiraf edirlər və bu müddətin buraxılmasını özlərinin şikayətin hansı formada verməli olduğunu bilmədiklərini bildirmişdirlər. Nəzərə çatdırır ki, birinci instansiya məhkəməsinin 25 iyun 2025-ci il tarixli qətnaməsi cavabdehlərin nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə 25 iyul 2025-ci il tarixdə yerləşdirilmiş, bununla onların şikayət vermə müddəti 25 iyul 2025-ci il tarixdən başlayaraq 24 avqust 2025-ci il tarixədək davam etmiş, lakin cavabdehlər tərəfindən apellyasiya şikayətləri 27 avqust 2025-ci il tarixdə imzalansa da “Elektron məhkəmə” informasiya sistemində xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Göründüyü kimi cavabdehlərin apellyasiya şikayəti vermə müddəti 25 iyul 2025-ci il tarixdən başlayaraq 24 avqust 2025ci il tarixdə bitməsinə baxmayaraq, məhkəmə aktından 27 avqust 2025-ci il tarixdə apellyasiya şikayətləri verərkən prosessual müddəti ötürsələr də birinci instansiya məhkəməsi prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Abşeron Rayon Məhkəməsinin 2(012)-1868/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. Şəxslərin hər ikisinin nümayəndəsi və vəkili (bu gün də nümayəndəliyinə xitam verilməyib) qətnaməni xx.xx.2025-ci il tarixdə almışdır. Qətnamədən şikayət isə xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. Dövlət rüsumunun ödənilməsi də həmin tarixə təsadüf edir, yəni apellyasiya şikayəti vermək üçün üzrlü bir səbəb mövcud deyildir. Ona görə də ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili-nümayəndəsi Nümayəndə ilkin iddia üzrə cavabdəhlər Cavabdeh2 və Cavabdeh1 “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizələrinin təmin edilməməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, e-2(012)- 1868/2025 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair ilkin iddiası, Cavabdeh1 İddiaçı qarşı «mənzilə köçürmə» tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 və ilkin iddia üzrə digər Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1868/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizələrinin təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 və ilkin iddia üzrə digər Cavabdeh2 tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1868/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi, apellyasiya şikayətlərinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkilinümayəndəsi Nümayəndə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1868/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)-1868/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilib müddətin bərpa edilməsinə dair ərizəçilərin ərizələrinin təmin edilməməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir.

11. Abşeron Rayon Məhkəməsinin 2(012)-1868/2025 saylı, 04 dekabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair ilkin iddiası, Cavabdeh1 İddiaçı qarşı «mənzilə köçürmə» tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Nümayəndə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1868/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixdə vermiş olduğu şikayətin geri qaytarılması qərara alınmışdır.

12. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkilinümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1868/2025 saylı qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1868/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilib müddətin bərpa edilməsinə dair ərizəçilərin ərizələrinin təmin edilməməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir.

13. Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, e-2(012)- 1868/2025 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1868/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Nümayəndə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1868/2025 saylı qərardadından vermiş olduğu şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2026-cı il tarixli, 2(3-8)-12/2026 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2025ci il tarixli, e-2(012)-1868/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır.

15. Şikayətin dəlilləri İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin adı çəkilən qərardadı qanunsuz və əsassızdır. Nəzərə çatdırır ki, birinci instansiya məhkəməsinin 25 iyun 2025-ci il tarixli qətnaməsi cavabdehlərin nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə 25 iyul 2025-ci il tarixdə yerləşdirilmiş, bununla onların şikayət vermə müddəti 25 iyul 2025-ci il tarixdən başlayaraq 24 avqust 2025-ci il tarixədək davam etmiş, lakin cavabdehlər tərəfindən apellyasiya şikayətləri 27 avqust 2025-ci il tarixdə imzalansa da “Elektron məhkəmə” informasiya sistemində xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Göründüyü kimi cavabdehlərin apellyasiya şikayəti vermə müddəti 25 iyul 2025-ci il tarixdən başlayaraq, 24 avqust 2025-ci il tarixdə bitməsinə baxmayaraq, məhkəmə aktından 27 avqust 2025-ci il tarixdə apellyasiya şikayətləri verərkən prosessual müddəti ötürsələr də birinci instansiya məhkəməsi prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Abşeron Rayon Məhkəməsinin e- 2(012)-1868/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. Şəxslərin hər ikisinin nümayəndəsi və vəkili (bu gün də nümayəndəliyinə xitam verilməyib) qətnaməni xx.xx.2025-ci il tarixdə almış, qətnamədən şikayət isə xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. Dövlət rüsumunun ödənilməsi də həmin tarixə təsadüf edir, yəni apellyasiya şikayəti vermək üçün üzrlü bir səbəb mövcud deyildir. Abşeron Rayon Məhkəməsi heç bir əsaslı səbəb olmadan, qəradadda da əsaslı səbəb göstərmədən apellyasiya şikayətinin verilməsi müddətini bərpa etmişdir. Ərizəçilər özləri də yuxarıda qeyd etdiyi kimi müddəti ötürdüklərini etiraf etmiş və bunun üçün əsaslı sübut təqdim etməmişlər. Məhkəmə nəzərə almamışdır ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə iş geri qaytarılır. Hesab edir ki, məhkəmə heç bir üzrlü səbəb olmadan qanunsuz olaraq müddəti bərpa etmişdir. Ərizəçilər ərizələrində müddətin bərpası üçün üzrlü səbəbin nədən ibarət olduğunu göstərməmişdirlər. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə iş geri qaytarılır. Hesab edir ki, məhkəmə heç bir üzrlü səbəb olmadan qanunsuz olaraq müddəti bərpa etmişdir. Qeyd edilənlərə əsasən o, şikayətin təmin edilməsini xahiş etmişdir.

16. Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

18. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 şikayətə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya baxışının hədləri

20. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, e-2(012)-1868/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, e-2(012)- 1868/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, e-2(012)-1868/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Göründüyü kimi birinci instansiya məhkəməsi apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair mövqeyni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 1868/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş və eyni tarixli müşayiət məktubu ilə tərəflərə, o cümlədən Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvana göndərilmişdir. Cavabdeh1 və Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcud olduğundan həmin qətnamə xx.xx.2025-ci il tarixdə onun elektron kabinetinə yerləşdirilsə də iş materiallarında olan xəbərnamələrdən göründüyü kimi Elmira Əskərova adlı şəxs Cavabdeh1 və Cavabdeh2 adından sözügedən qətnaməni xx.xx.2025-ci il tarixdə imza etməklə rəsmi qaydada almışdır. Bu səbəbdən cavabdehlər qətnamədən şikayət vermə müddətinin axımı xx.xx.2025-ci il tarixdən başlamış, xx.xx.2025-ci il tarixində apellyasiya şikayətləri verməklə şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürməmiş, bu səbəbdən mülki iş xx.xx.2025-ci il tarixində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-1407/2025 saylı qərardadı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilmiş və apellyasiya şikayətlərinin Azərbaycan Respublikası MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Mülki iş xx.xx.2025-ci il tarixində Abşeron Rayon Məhkəməsinə qaytarılmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 2(012)-1868/2025 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1868/2025 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 və ilkin iddia üzrə digər Cavabdeh2 xx.xx.2025-ci il tarixində vermiş olduqları apellyasiya şikayətləri geri qaytarılmışdır. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 və ilkin iddia üzrə digər Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixində məhkəməyə apellyasiya şikayətləri daxil olmuş, həmçinin müddətin bərpası barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1868/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin onlar tərəfindən buraxılmasının səbəbinin üzürlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdirlər. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 və ilkin iddia üzrə digər Cavabdeh2 sözügedən qətnamədən ilk olaraq xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti verməklə şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi isə şkayəti qeyrimümkün saydıqdan sonra isə müddətin buraxılması şikayətçilərin iradəsindən asılı olmayan səbəbdən baş verdiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 və ilkin iddia üzrə digər Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1868/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilməklə bərpa edilməli və apellyasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.

23. Məhkəmə qərardadı ilə razılaşmayan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Nümayəndə qərardadın ləğv edilib müddətin bərpa edilməsinə dair ərizəçilərin ərizələrinin təmin edilməməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıda şərh olunanları qeyd edir:

25. Qüvvədə olan mülki prosessual qanunvericiliyin göstərişinə əsasən şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini araşdırır.

26. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.

27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur.

28. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

29. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

30. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.

31. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Kollegiyanın qənatincə məhkəmə qərarının çıxdığı vaxtdan keçən müddət nəzərə alınmalı və bu müddətin buraxılması prosesual normaların ciddi tətbiqi üçün və şəxsin məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması üçün formal əsas kimi çıxış etməməlidir. Odur ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, e-2(012)-1868/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, e-2(012)-1868/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti baxılması və qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar