Məhkəmə qərarları › İş №2(004)-3551/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3551/2022

14.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3551/2022 14.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı «əmək müqaviləsinə xitam verilməsi və məlumatların elektron sistemə daxil edilməsi» tələbinə dair mülki iş üzrə iddiaçının ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı «əmək müqaviləsinə xitam verilməsi və məlumatların elektron sistemə daxil edilməsi» tələbinə dair iddia ərizəsi ilə 10.06.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı 14.06.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ərizəni nəzərə alaraq qeyd edirəm ki, iddia ərizəsi MPM-in 152.1.9-cu maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı «əmək müqaviləsinə xitam verilməsi və məlumatların elektron sistemə daxil edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar