Məhkəmə qərarları › İş №2(004)-3556/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3556/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3556/2020 22.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 107.000 manat pul vəsaitinin, eləcə də məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə Bakı şəhəri, Yasamal rayonunda yerləşən evini satıb oğlu Orxan üçün ev almaq istəmiş və Yasamal rayonunda ev alqı-satqısı ilə məşğul olan Rəşid adlı şəxsə evin satılmasını həvalə etmişdir. Ev 110.000 manata satılmışdır. Həmin evi satdıqdan sonra Rəşid tanışları olan İbrahim və Əli adlı şəxslərin Rusiyada pendir zavodları olduğunu, Abşeron rayonunun Novxanı kəndində pendir istehsalı sexi almaq üçün pul lazım olduğunu, verdiyi pulun hamısını ona qaytaracaqlarını və onun da şərik olmaqla həmin sexin gəlirlərinin 50 faizinin ona verəcəkləri şərti ilə onlara ümümilikdə 161.000 manat pul vermişdir. Həmin pulun 55.000 manatını xx.xx.2013-cü il tarixli 3M-01/1481 nömrəli reyestrlə Notariat ofisində notarius Əli Hüseynovun təsdiqi iləonunlaCavabdeh1 arasında bağlanmlş kredit müqaviləsinə ona təqdim etmişdir. Bundan sonra İbrahim və Əli onlara yenə pul lazım olduğu üçün Cavabdeh2 adlı şəxsi yeni şərik kimi pendir sexinə şərik etmişlər və Süleyman da öz növbəsində İbrahim və Əlidən deyil, onların borclarını Süleymandan almalı olduğunu ona bildirmiş və həmin borcdan 49.000 manatı ona qaytarmışdır. Beləliklə, İbrahim və Əli ona cəmi 5.000 manat ödəmiş və ümumilikdə 107.000 manat ödənilməmiş pul vəsaiti qalmışdır. Son nəticə olaraq aldadıldığını basa düşmüşdür. Bu müddət ərzində hüquqmühafizə orqanlarına müraciətləri nəticəsiz galmışdır. Borcun qaytarılması ilə bağlı cavabdehlərə müraciət etsə də, həmin pul vəsaitinin ödəniləcəyi barədə ona hər ay vədlər verməklə müxtəlif bəhanələr gətirərək bu günə kimi ödənişdən imtina etmişlər və ödənişdən açıq-aşkar boyun qaçırırlar. Cavabdehlər Cavabdeh1 və X2 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2020-ci il tarixli məhkəmə iclasında ərizə ünvanlayaraq, iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsi bağlanmış və 55000 manat borc məbləğinin xx.xx.2014-cü il tarixinədək qaytarılması barədə öhdəlik götürülmüşdür. İddiaçı ilə cavabdeh X5 arasında hər hansı bir borc münasibətləri olmamışdır. Məhkəmə iclasında iddiaçı tərəf məhkəməyə dəftər təqdim edərək 2013 və 2014-cü il tarixlərdə iddaçının Cavabdeh1 müxtəlif məqsədlərlə 105500 manat borc verdiyini, həmin məbləğdən 54000 manat pulun ona geri ödənildiyini bildirmişdir. Cavabdehlər Cavabdeh1 və X3 iddaçıya heç bir borcu yoxdur. Borc məbləği tam olaraq ödənilmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin 19.05.ZD19-cu il tarixli qərarından görünür ki, İddiaçı Ağarza oğlu borc məbləğinin 181000 manat olduğunu (halbuki iddia ərizəsində bu məbləğ 161000 manatdır) göstərmiş və qaytarılmamış borc məbləğini 114000 manat olduğunu bildirmişdir. Lakin hazırki iddia ərizsəsində cavabdehlərdən tələb etdiyi borcun məbləği 107000 manat təşkil edir. Bundan başqa, polisdə araşdırma zamanı izahatı alınmış İddiaçı öz izahatında göstəmişdir ki, Əli və İbrahim ona cəmi 18000 manat pul qaytarmışlar. Süleyman isə ona 49000 manat pul ödəmişdir. Halbuki idda ərizəsində İbrahimin və Əlinin iddiaçıya qaytardığı borc məbləği 5000 manat kimi göstərilmişdir. Belə bir ziddiyyətin nə ilə bağlı olduğunu iddaçı tərəf məhkəmə iclasında izah edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1iddia tələbinə uyğun izahat verərək iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdehlər Cavabdeh1 və X2 nümayəndəsi və vəkili Vəkil2 izahatında iddianın tam əsassız olduğunu qeyd edərək iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilir ki,İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh1 55000 manat məbləğində borc vermişdir. Həmin müqavilə üzrə kreditin qaytarılmasının son müddəti tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2014-cü il tarixi müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü tarixli kredit müqaviləsinin müddəti xx.xx.2014-cü tarixdə bitsə də, iddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni iş üzrə pozulmuş hüququn müdafiəsi üçün iddia müddət ötürülmüşdür. Məhkəmə qeyd edir ki, iddia müddətinin axımının kəsilməsinə dair iddaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəf cavabdehlərdən, İbrahim və Əliyə borc pulun verilməsi ilə bağlı yazılı sübut təqdim etmiş, lakin məhkəmə həmin sənədi borc münasibətlərini təsdiq edən mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, sənddən pulun verilməsi görsənsə də, borc olaraq verilməsi müəyyən edilmir. İddia müddəti ötürüldüyündən və Cavabdeh1 və X2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən, həmçinin Cavabdeh2 münasibətdə iddia təsdiq olunmadığından İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “pul” tələbinə dair iddiası rədd edilməli və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının MM-nin 373.1, 373.2 və 373.3–cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir; müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2dan və X1 107.000 manat pulun tutulması barədə İddiaçı iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar