Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-356/2025 03.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X35 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil Seyid oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxslər qismində Bakı şəhəri 12 saylı Notariat Ofisi və Bakı şəhəri 5 saylı Notariat ofisi cəlb etməklə “qohumluq faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər qismində Bakı şəhəri 12 saylı Notariat Ofisi və Bakı şəhəri 5 saylı Notariat ofisi cəlb etməklə “qohumluq faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1954-cü ildə anadan olmuş və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X24 ilə qohumluq (xala qızı və xala oğlu) münasibətlərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası X38 sağlığında vəsiyyətnamə əsasında ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın ½ hissəsini ona, ½ hissəsini isə mərhum bacısı və onun xalası X1 Yelena Andreyevnaya Bakı şəhəri 5 saylı Notariat ofisində qeydə alınmış vəsiyyətnamə əsasında miras qoymuşdur. xx.xx.2009-cu il tarixdə baş vermiş anasının ölümündən sonra, o və xalası qızı X24 Bakı şəhəri 12 saylı Notariat ofisinə ərizələrlə müraciət edərək, göstərilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etdilər. 05 iyul 2011-ci il tarixdə ona Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən 2V-01-212 reyestr nömrəsi ilə qeyd edilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildi. Bundan sonra o öz payına düşən əmlaka dair, yəni, o dövrə mövcud olan qayda ilə Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, 26 saylı evə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ı aldı. Xalası qızı X24 isə ona məlum olmayan səbəblərə görə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və öz payına düşən əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ı almadı. Cari ildə ona məlum oldu ki, xx.xx.2023-cü il tarixdə xalası qızı X24 vəfat edib. Bu səbəbdən onun əmlakda olan payı açıq qalmaqdadır və həmin paya qanun üzrə vərəsəlik hüququ təqdim edən digər şəxlər yoxdur. Anasından miras qalmış əmlaka vəsiyyət üzrə vərəsə sayılan, ölmüş şəxs X13 isə qanun üzrə yeganə vərəsəsi odur. O, Bakı şəhəri 12 saylı Notariat Ofisinə anası xalası qızı X24 vəsiyyət etdiyi miras payının qəbul edilməsi barədə ərizə ilə müraciət etdi. Lakin notariat ofisindən verilmiş xx.xx.2024-cü il tarixli qərarda Şevsovanın digər vərəsələrinin olmaması qeyd edilsə də, Şevsova və Yaqubovun qohumluq əlaqələrinin təsbit edən sənədlərin notariat ofisinə təqdim edilməməsi səbəb kimi göstərməklə, notariat hərəkətlərinin aparılmasından imtina edilmiş və beləliklə qalan ½ paya ona şəhadətnamə verilməmişdir. Eyni zamanda ölmüş şəxs X7 xalası qızının olmasını və bununla da onun qanun üzrə beşinci növ vərəsə olmağını müəyyən etmək üçün, o müxtəlif dövlət orqanlarına sorğularla müraciət etdi. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə sorğu ilə müraciət edərək, mərhum anasının vəsiyyətnamə əsasında miras qoyduğu ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka dair vərəsəlik işinin surətini təqdim edilməsini xahiş etdi. Dövlət Notariat Arxivinin 06 iyun 2024-cü il tarixli məktubu ilə Bakı şəhəri 12 saylı notariat ofisində 05 iyul 2011-ci il tarixdə 2V-01-212 reyestr nömrəsi ilə verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin kserosurəti ona təqdim olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat, Notariat və Reyestr Baş İdarəsinə müraciət edərək, xx.xx.1954-cü ildə Bakı şəhərində anadan olmuş mərhum X13 doğum haqqında məlumatlarını (doğulduğu gün, ay, il, yer, valideynləri haqqında məlumat) təqdim edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda ona bildirildi ki, sorğulanan məlumatın alınması üçün ölən şəxsin qanuni vərəsəsi şəxsiyətini və qohumluq faktını təsdiq edən sənədi təqdim etməklə müraciət etməlidir. Həmçinin qeyd edilmişdir ki, müvafiq məlumatları məhkəmə sorğusu vasitəsi ilə əldə edə bilər. Yasamal Rayon Polis İdarəsinə sorğu ilə müraciət edərək, xx.xx.1926-cı il tarixdə Rusiya Federasiyasının (keçmiş SSRİ-nin) Saratov vilayəti, Verxozim rayonu, Jedrinka kəndində anadan olmuş və xx.xx.2009-cu il tarixdə vəfat etmiş anası X25 xx.xx.2008-ci il tarixdə AZE seriyalı 06578370 nömrəli və xalası qızı xx.xx.1954cü ildə anadan olmuş və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X18 xx.xx.2009-cu il tarixdə AZE seriyalı 05135675 nömrəli şəxsiyyət vəsiqələrinin Yasamal RPİ-si tərəfindən verilməsi barədə fərdi uçot kartoçkasının və əgər saxlanılırsa şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərini təqdim edilməsini xahiş etdi. Sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla ona bildirildi ki, vəsiqələrin verilməsinə əsas olmuş sənədlər məhv olunmuş, fərdi uçot kartoçkaları isə arxivdə saxlanıldığı üçün ona təqdim olunmamışdır. Mərhum anası X38 və mərhum xalası X12 bacı olmalarını müəyyən etmək məqsədi ilə Rusiya Federasiyasının Saratov və Penza vilayətlərinin dövlət arxivlərinə müraciət edərək, onların doğumu haqqında məlumatların verilməsini xahiş etdi. Penza vilayətinin dövlət arxivindən verilmiş xx.xx.2024-cü il tarixli 1922M və 1923M nömrəli cavab məktublarından, habelə Saratov vilayətinin dövlət arxivindən verilmiş xx.xx.2024-cü il tarixli 2055 nömrəli cavab məktublarından göründüyü kimi, onların doğumu haqqında məlumatlar arxivlərdə aşkar edilməmişdir. Bununla da, yuxarıda göstərdiklərindən müəyyən olunur ki, bütün müraciətlərinə baxmayaraq, X13 xalası qızının olması faktını təsdiq edən sənədləri ala bilmədi və onların alınması yalnız məhkəmə qaydasında mümkündür. Hesab edir ki, X24 ilə qohumluq münasibətlərində olmağı faktı qanun üzrə vərəsəlik hüququnu almaq üçün hüquqi əhəmiyyət daşıyır. Bu hüquqi əhəmiyyətli faktı məhkəmə sorğuları əsasında və məhkəməyə təqdim etdiyi sənədlərin araşdırılması zamanı müəyyən etmək mümkündür. Buna görə hesab edir ki, göstərilənlərdən ötrü məhkəməyə müraciət etmək üçün kifayət qədər əsaslar vardır. Daha sonra Ərizəçi xx.xx.2025-ci il tarixdə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şevsova (Baskova) Mariya Stepanovna xalası X13 xalası qızı olması barədə qohumluq faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil Seyid oğlu ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Bakı şəhəri 12 saylı Notariat Kontoruna və Bakı şəhəri 5 saylı Notariat Kontoruna məlumat verilmiş, maraqlı şəxslərin nümayəndələrinin iştirakı təmin edilməmişdir. Lakin, Bakı şəhəri 5 saylı Notariat Kontoru xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasına onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxslərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə təqdim olunmuş, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri 12 saylı Notariat ofisinin notariusu Hünər Hacıyevin xx.xx.2024-cü il tarixli notariat hərəkətini aparmaqdan imtina haqqında qərarına əsasən X21 miras qalmış daşınmaz əmlaka dair Ərizəçi adına, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-6080/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1954-cü il tarixdə doğulmuş xx.xx.2023-cü il tarixdə vəfat etmiş X13 ailə üzvləri və valideynləri haqqında məlumat: nikahı - 0032 4 690 xx.xx.1990-cı il yoldaşı X26, doğum - 0032 4 0049 xx.xx.1952 - X36, anası vəfat edib xx.xx.2009-cu il tarixdə ölüm Xətai rayon qeydiyyat şöbəsində qeydə alınıb, bacı və qardaşı yoxdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin 24 fevral 2009-cu il tarxli, 218 saylı ölüm haqqında akt qeydinə əsasən X27 16 fevral 2009-cu il tarixində ürəyin dayanması səbəbindən Bakı şəhərində vəfat etmişdir. Xəbər verənin soyadı kimi X24 qeyd edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli, 3-16-5xx-xx-11930/2024 saylı məktubuna əsasən Y.Şevsovanın xx.xx.1954-cü ildə Xətai rayon qeydiyyat şöbəsində tərtib olunmuş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən onun doğum yeri barədə hər hansı məlumatın yazılmadığı, atasının X39, anasının isə X9 məlum olmuşdur. Qeyd olunmuşdur ki, həmin illərin doğumu haqqında akt qeydlərində uşağın doğulduğu yerə dair qrafa əks olunmurdu. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-55/2-1108/25 saylı məktubuna əsasən vətəndaş Şevsova (Baskova) Mariya Stepanovnanın adına sənədləşən fərdi uçot kartoçkası Xətai RPİ-nin arxivində aşkarlanmadığı qeyd edilmişdir. - Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli AZ-T 268482 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1960-cı il tarixində anadan olmuşdur. Atası X10, anası X22. - Bakı şəhəri 12 saylı Dövlət Notariat kontorunun 15 iyul 2009-cu il tarixli arayışına əsasən 27 aprel 2009-cu il tarixində ünvan 3 ünvanında fərdi yaşayış evində yaşayan X38 vəfat etmişdir. - AR Bakı şəhəri Yasamal rayon İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin 55 saylı arayışına əsasən o həqiqətən B.Bağırov küçəsi, ev 26 nömrəli mənzildə yaşayır. X38 1926-xx.xx.2009-cü ildə vəfat edən günə kimi həmin ünvanda qeydiyyatda olub və yaşayıb. - AR Bakı şəhər Yasamal rayon İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin 56 saylı arayışına əsasən X24 həqiqətən B.Bağırov küçəsi, ev 26, 2 otaqlı, 45.3 kv.m sahəli, 1-ci mərtəbə, 2 mərtəbəli binada yaşayır. Sahibi X22. Vətəndaş X13 ailəsi iki nəfərdən ibarətdir. - Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 343205 nömrəli, 30 aprel 2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 27 aprel 2009-cu il tarixində Bakı şəhərində beyin insultu səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 592 nömrə ilə qeyd edilmişdir. - Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İV-ЖГ 477259 nömrəli, 15 oktyabr 1997-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 02 noyabr 1978-ci il tarixində Bakı şəhərində xərçəng xəstəliyi səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1239 nömrə ilə qeyd edilmişdir. - Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyul 1976-ci il tarixli Г-ЖГ 402115 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X38 26 avqust 1926-cı il tarixdə nikaha daxil olmuş və bu barədə 709 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Yaqubov”, arvada “Baskova” soyadı verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 5 ünvanlanmış xx.xx.2011-ci il tarixli, 03/23336 saylı məktubuna əsasən ünvan 1 evin – saylı mənzili ilkin olaraq xx.xx.1992-ci il tarixdə X23 adına qeydiyyatdan keçmişdir. Əlavə olaraq bildirilmişdir ki, Yasamal Rayon Xalq Məhkəməsinin k-7 saylı xx.xx.1998-ci il tarixli məktubuna əsasən sözügedən mənzil üzərinə nəzarət qoyulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 5 ünvanlanmış xx.xx.2011-ci il tarixli, 03/26052 saylı məktubuna əsasən ünvan 1 evin – saylı mənzili ilkin olaraq xx.xx.1992-ci il tarixdə X23 adına qeydiyyatdan keçmişdir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2011-ci il tarixinə olan məlumata əsasən ünvan 1 evin – saylı mənzili üzərində yüklülük qeydə alınmayıb. Lakin Yasamal Rayon Xalq Məhkəməsinin k-7 saylı xx.xx.1998-ci il tarixli məktubuna əsasən sözügedən mənzil üzərinə nəzarət qoyulmuşdur. - AR Ədliyyə Nazirliyi Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunun Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Yutqaşılı küçəsi, 15 saylı evdə yaşayan X2 ünvanlanmış xx.xx.2010-cu il tarixli məktubuna əsasən Yasamal Rayon Məhkəməsinin 13 dekabr 2010cu il tarixli 2(004)-5473/10 saylı qətnaməsi ilə mərhum anası X3 Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti 31/33 saylı evin, 49 № li mənzilinin 1/6 hissəsinə, Bakı şəhəri 1-ci Yeni Yasamal, 9 saylı evin, 2 № li mənzilinin 1/6 hissəsinə vərəsəlik hüququ üzrə düşən paylara və qətnamə üzrə X4 alınıb ona verilməli olan 5733 ABŞ dolları məbləğində pula qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsinə dair xx.xx.2011-cu il tarixli əzizənizə baxılmışdır. Yasamal Rayon Məhkəməsinin təqdim etdiyi 13 dekabr 2010-cu il tarixli qətnaməsindən görünür ki, anası X3 Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti 31/33 saylı evin, 49 № li mənzilinin 1/6 hissəsinə, Bala şəhəri 1-ci Yeni Yasamal, 9 saylı evin, 2 № li mənzilinin 1/6 hissəsinə vərəsəlik hüququ üzrə düşən paylara və həmçinin X4 alınıb ona verilməli olan 5733 ABŞ dolları məbləğində pula həm onun, həm də Z.Əliyevanın nəvəsi X17 qanun üzrə vərəsəlik hüquqları vardır. Bundan əlavə, ərizə təqdim edərkən göstərilən miras əmlaklara vərəsəlik hüququnun olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinin tələblərinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilpaflar olduqda mübahisəyə məhkəmələr baxır. Odur ki, hüqüqmüəyyənedici sənədlərlə əlaqədar DƏDRX-nin Bakı Ərazi İdarəsinə və miras əmlaklara dair mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin AR Vəkillər Kollegiyası 1 saylı hüquq və məsləhətxanasının müdir əvəzi xanım Sümbülə Əliyevaya ünvanlanmış xx.xx.2009-cu il tarixli, 18/111-5566 saylı məktubuna əsasən xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi Kəmal oğluna xx.xx.2003-cü il tarixdə P-1170796 nömrəli ümumvətəndaş pasportu verilmişdir və həmin pasportun fəaliyyət müddəti xx.xx.2008-ci il tarixdə bitmişdir. - X13 Bakı şəhəri 12 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu X20 ünvanladığı xx.xx.2009-cu il tarixli ərizəsindən görünür ki, o, Ərizəçi qardaş kimi, X29 isə xalası kimi qeyd etmişdir. - Bakı şəhəri 12 saylı Notariat Kontorunun xx.xx.2009-cu il tarixli notariat əməliyyatların aparılmasından imtina edilməsinə dair qərarına əsasən mərhum X21 miras qalmış Bakı şəhəri, B.Bağırova küçəsi, 26 nömrəli evə dair 113/09 saylı vərəsəlik işi üzrə vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilməsi qərara alınmışdır. - 05 iyul 2011-ci il tarixli Vəsiyyət üzrə Vərəsəlik Hüququ haqqqında şəhadətnaməyə əsasən Bakı şəhəri 12 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu X31 təsdiq etmişdir ki, Bakı şəhəri 05 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.1993-cü ildə təsdiq edilən və reyestrdə 20-3506 reyestr nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 27 aprel 2009-cü ildə vəfat etmiş X23 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova kuçəsi, 26 N-li evdə yaşayan oğlu: Ərizəçidur. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci ildə verilmiş 03/23336 saylı arayışda göstərilən Bakı ş., Yasamal rnu, B.Bağırova kuç., 26 N-li evdən ibarətdir. Miras qalmış mənzilin ½ hissəsi Ərizəçi verilmiş, qalan ½ hissəsi açıq saxlanmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən X37 ilə Şevtsova (Baskova) Mariya Stepanovnanın nikahının xx.xx.1952-ci il tarixdə Xətai rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin məhkəməyə ünvanladığı 3-13-55/2-340 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən Şevsova (Baskova) Mariya Stepanovnanın adına sənədləşən fərdi uçot kartoçkası Xətai RPİ-nin arxivində aşkarlanmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X32 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısının həyat yoldaşıdır. X13 anası X11b. İş materiallarında olan fotoşəkildə o, onun bacısı, yeznəsi, yeznənin dostu və ərizəçinin xalası qızı X24 var. X15 nikahdan əvvəl soyadı Baskova olub. Onun yeznəsinin anası X22. X23 doğma bacısı X16. Ərizəçinin xalasını onun bacısı ərə gedəndə sağ olarkən görmüşdü. X24 2023-cü ilin noyabr ayında rəhmətə getmişdi. Ərizəçinin xalası qızı bir uşaq idi və uşaqları yox idi. 1991-ci il tarixdə ərizəçinin anası X38 notariusda vəsiyyətnamə tərtib etmiş və əmlakının yarısını oğluna ərizəçiyə və digər yarısını X18 vəsiyyət etmişdir. Həmin əmlakda həm ərizəçi, həm də onun xalası qızı X24 qeydiyyatda olmuşlar. X13 ərizəçidən başqa heç bir qohumu yoxdur. O, 16 fevral 2009-cu ildə vəfat etmiş Şevsova (Baskova) Mariya Stepanovnanın Ərizəçi xalası, 24 noyabr 2023-cü ildə vəfat etmiş X13 Ərizəçi xalası qızı olması faktını təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X33 ifadəsində bildirmişdir ki, ərizəçi onun dostudur, qrup yoldaşı olublar. Ərizəçinin anası X29 tanıyırdı, məktəbdə müəllim işləyirdi. O, ərizəçinin nikahında iştirak etmiş, onun şahidi olmuşdur, həmin nikahda ərizəçinin xalası qızı X24 da iştirak etmişdir. Onlar bir yerdə Tbilisi şəhərinə də gediblər. X24 ailəli olmuş, lakin uşağı yox idi. O, ailəsində bir uşaq olub, bacı və qardaşı yox idi. , 16 fevral 2009-cu ildə vəfat etmiş Şevsova (Baskova) Mariya Stepanovnanın Ərizəçi xalası, 24 noyabr 2023cü ildə vəfat etmiş X13 Ərizəçi xalası qızı olması faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.2-ci maddəsində əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələrdir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 08 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Plenum Qərarına əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Qərarın 10.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iclasında təqdim edilmiş sənədlərdən də müəyyən olundu ki, Ərizəçi miras qoyan X8r. Eləcə də mülki işin sənədləri ilə müəyyən olundu ki, miras qoyan X38 Şevsova (Baskova) Mariya Stepanovnanın bacısıdır, X24 isə Şevsova (Baskova) Mariya Stepanovnanın qızıdır. Ərizəçinin anası X38 sağlığında vəsiyyətnamə əsasında ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın ½ hissəsini oğlu - Ərizəçi, ½ hissəsini isə mərhum bacısı və ərizəçinin xalası X1 Yelena Andreyevnaya Bakı şəhəri 5 saylı Notariat ofisində qeydə alınmış vəsiyyətnamə əsasında miras qoymuşdur. Ərizəçinin anası X30 16 fevral 2009-cu ildə vəfat etmiş, ərizəçi və onun xalası qızı X24 miras əmlakı qəbul edərək, onu idarə etmişlər. X24 24 noyabr 2023-cü ildə vəfat etmiş və onun heç bir övladı yoxdur. Bu hal iş materialları ilə və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Ərizəçi X24 ilə qohumluq münasibətlərində olmağı faktını qanun üzrə vərəsəlik hüququnu almaq üçün və miras qalmış ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini istəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizədə qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapdığı üçün ərizə təmin edilməli, 16 fevral 2009-cu ildə vəfat etmiş Şevsova (Baskova) Mariya Stepanovnanın Ərizəçi xalası, 24 noyabr 2023-cü ildə vəfat etmiş X13 Ərizəçi xalası qızı olması barədə qohumluq faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. 16 fevral 2009-cu ildə vəfat etmiş Şevsova (Baskova) Mariya Stepanovnanın Ərizəçi xalası, 24 noyabr 2023-cü ildə vəfat etmiş X13 Ərizəçi xalası qızı olması barədə qohumluq faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-356/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-356/2025
03.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver