Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3563/2020 10.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “xxx”tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “xxx” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Aztelecom MMC tərəfindən qanunsuz olaraq yazılmış 35,35 manat borcun silinməsi və ümumilikdə ona dəymiş 400 manat məbləğində xxxun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC ərizə təqdim edərək İddiaçı Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “xxx” tələbinə dair işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Yasamal rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-3563/2020 saylı qərardadı ilə iş üzrə idda icraatına keçirilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaya etiraz ərizəsi göndərərək iddianın tamamilə əsassız olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Cavabdeh MMC tərəfindən istifadəsində olan 012- ***-**-** nömrəli telefondan xx.xx.2020-ci il tarixində ***- ***-**-** mobil nömrəsinə zəng olunduğu və 35.35 manat məbləğində danışıq aparıldığı bildirilmiş və bunun nəticəsi olaraq istifadəsində olan ***-***-**-** nömrə bağlanmışdır. Qeyd edir ki, həmin gün yəni xx.xx.2020-ci il tarixi anasının ildönümü idi və həmin gün ümumiyyətlə qeyd olunan ***-***-**-** mobil nömrəsi ilə heç bir danışıq aparılmamışdır. Bundan əlavə Cavabdeh MMC -nin qeyd etdiyi kimi bir gün ərzində qeyd olunan məbləğdə yəni 35,35 manat məbləğində borcun yaranması absurddur. O, Cavabdeh MMC-yə müraciət edərək, həmin borcun yaranmasını təsdiq edəcək sənəd təqdim etmələrini xahiş etsə də, ona həmin danışıqların aparıİdığı dəqiq zaman barəsində heç bir bildiriş verilməmişdir. Cavabdeh MMC tələfindən ona sadəcə xx.xx.2020-ci il tarixində 050- 351- 91-31 mobil nömrəsinə zəng olunduğu və 35.35 manat məbləğində danışıq aparıldığı bildirilməsi barədə xx xxxx 2020-ci il tarixli 102-xx/xx/2423-20 saylı cavab məktubu verilmişdir. Artıq 2 aydır ki, istifadəsində olan ***-***-**-** nömrəli telefon bağlıdır.Həmçinin onu da qeyd etmək istəyir ki, həyat yoldaşı təzyiq xəstəliyindən əziyyət çəkir və bir neçə dələ təcili tibbi yardıma müraciət etməli olmaq məcburiyyətində qalmış, lakin telefonun bağlı olması səbəbindən o, şəxsən yoldaşını özü maşınla xəstəxanaya aparmalı olmuşdur. Telefonun 2 ay bağlı qalması səbəbindən ona 300 manat maddi və mənəvi ziyan dəymişdir. Məhkəməyə təqdim edilməsi üçün hazırlanmasına və dövlət rüsumun ödənilməsinə 100 manat məbləğində əlavə xərci çıxmışdır. Bu səbəbdən də, Cavabdeh MMC tərəfindən qanunsuz olaraq yazılmış 35,35 manat məbləğində borcun silinməsi və ümumilikdə ona dəymiş 400 manat məbləğində xxxun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materialllarında olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə ********** nömrəsinə zəng olunmuş, nəticədə 35.35 manat danışıq borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı borcun əsassız olaraq yazıldığını qeyd etsə də buna dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş çıxarışdan isə müəyyən olunur ki, ***-***-**-** nömrəsindən xx.xx.2020-ci il tarixdə ********** nömrəsinə zəng olunmuş, nəticədə 35.35 manat danışıq borcu yaranmışdır. Cavabdeh eyni zamanda maddi və mənəvi ziyanla bağlı xxx tələb etsə də bu tələbini də əsaslandıran heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı eyni zamanda qeyd edir ki, hazırki iş üzrə dövlət rüsumu ödəyib. Lakin məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad olmuşdur və hazırki iş üzrə dövlət rüsumu ödəməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı 35,35 manat məbləğində borcun silinməsi və ümumilikdə ona dəymiş 400 manat zərərin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3563/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3563/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver