Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3563/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-yə qarşı əmrin ləğv edilməsi barədə ilkin iddia tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı hüquqi yardıma görə ödənilmiş xərcin tutulması barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-yə qarşı əmrin ləğv edilməsi barədə ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin direktoru Hikmət Paşayevin 27.06.2020-ci ıl tarixli 02- 06/20E saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, 10.02.2020-ci il tarixində «xxxx» MMC nin 10.02.2020-cı il tarixli, 1002/Q saylı əmri ilə «xxxx» MMC-də mühasib köməkçisi vəzifəsinə qəbul edilmişdir. «xxxx» MMC-də hazırda təmsilçi olan və o zaman məsələhtçi vəzifəsində çalışan X6 tərəfindən mütəmadi olaraq təhqirlərə məruz qalmışdır. 29.05.2020-ci il tarixdə «xxxx» MMC-nin direktor müavini Qədim Hacıyevə 16 iyun 2020-ci il tarixdən tutduğu vəzifədən öz xahişi ilə azad olunmağı barədə ərizə ilə müraciət etmişdir. 16.06.2020-ci ildən ərizəsi mühasibatlıq tərəfindən qəbul edilmiş və dərkənar qoyulmuşdur. Lakin, işdən azad olunmağı barədə ərizəsinə əhəmiyyət verilmədən, işəgötürən «xxxx» MMC qanunsuz olaraq onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə və həmin Məcəllənin 72-ci maddəsinin a bəndinə əsasən xitam vermişdir. Bildirir ki, əmək müqaviləsi üzrə bütün əmək funksiyalarını və müqavilə üzrə öhdəliklərini vicdanla və dəqiq yerinə yetirmişdir. «xxxx» MMC-də işlədiyi dövrdə bir dəfə də olsun barəsində hansısa bir intizam tədbiri görülməmişdir. «xxxx» MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin 29.12.2020-ci ıl tarixli, **********1 nömrəli cavab məktubuna əsasən bildirmişdir ki, müraciətlə əlaqədar «xxxx» MMC-nin ünvan 1 ünvana ona aid olan sənədlərin təqdim edilməsi məqsədilə **********7 nömrəli 20.08.2020-ci il tarixli məktub göndərilmiş, lakin bu günə qədər heç bir cavab verilməmişdir. Nəzərə çatdırır ki, «xxxx» MMC tərəfindən 27.06.2020-ci il tarixdə çıxarılmış 02-06/20E saylı əmrin surəti ona göndərilməmişdir. Qeyd olunanlara əsasən, «xxxx» MMC-nin qanuni təmsilçisi X3, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq 27.06.2020-ci il tarixdə çıxarılmış 02-06/20E nömrəli əmrin onun ünvanına göndərilməsi və çıxarılmış əmrin niyə ona hazırki dövrə kimi göndərilməməsi və rəsmən təqdim edilməsi barədə 22.02.2021-ci il tarixdə müraciət etmişdir. Lakin müraciəti nəticəsiz qalmışdır və «xxxx» MMC-yə nə müraciətinə cavab yazmışdır, nə də ki, 27.06.2020-ci il tarixdə çıxarılmış 02-06/20L nömrəli əmri ona göndərməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı hüquqi yardıma görə ödənilmiş xərcin tutulması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən öz hüquqlarının müdafiəsi üçün çəkilmiş 700 manat xərc, həmçinin ödənilmiş 30 manat rüsumun İddiaçı tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onun əsaslandırılmışdır ki, İddiaçı əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC tərəfindən onun barəsində qəbul olunmuş əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan əsassız iddianın baxılması ilə bağlı “xxxx” MMC tərəfindən hüquqi yardının göstərilməsi üçün “Mirzəyev və Partnyorları” vəkil bürosu ilə müqavilə bağlanmış və vəkil xidmətlərindən isitfadə edilməsi üçün 700 manat ödəniş edilmişdir. Qeyd olunan fakt öz əksini ərizəyə əlavə edilmiş ödəniş tapşırığında tapır. Bununla bağlı hesab edir ki, “xxxx” MMC tərəfindən öz hüquqlarının müdafiəsi üçün çəkilmiş xərclər İddiaçı tutularaq cavabdehə ödənilməlidir. Belə ki, əsassız iddia ərizəsi ilə bağlı çəkilən xərclər bilavasitə iddiaçının hərəkətləri nəticəsində yaranmışdır. Həmçinin qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə isə etiraz edərək, ilkin iddia ərizəsinin məznuna uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 10.02.2020-ci il tarixli əmrlə “xxxx” MMC-də baş mühasibin köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Həmin MMC-də bir müddət işlədikdən sonra 29.05.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək 16.06.2020-ci il tarixdə tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Həmin dövrdən sonra başqa bir MMC-də mühasib vəzifəsində işə düzəlmişdir. Cavabdeh tərəfindən ona əmək kitapçasının gəlib götürülməsi bildirilmiş və o, əmək kitapçasını əldə edərkən 02-06/20E saylı, 27.06.2020-ci il tarixli əmrə əsasən AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə və 72-ci maddəsinin a bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyindən məlumatlı olmuşdur. O, bu barədə müxtəlif orqanlara müraciətlər etmişdir və qanunvericliklə məhkəməyə müraciət etmək üçün 1 ay müddətinin olmasından da, xəbəri olmamışdır. Hazırda sonuncu işlədiyi yerdən də, işdən ayrılmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X2 qarşılıqlı iddia ərizəsinin müdafiə edərək, məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı 29.05.2020-ci il tarixdə ərizə ilə müraciət edərək 16.06.2020-ci il tarixdə tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Lakin, iddiaçının tutduğu vəzifəyə digər işçinni cəlb edilməsinə zərurət olduğundan şirkət tərəfindən onun ərizədə göstərdiyi müddətdə işdən çıxmasına razılıq verilməmişdir. Buna baxmayaraq iddiaçı 16.06.2020-ci il tarixdən başlayaraq heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir və bu barədə tərəflərindən akt tərtib edilmişdir. İşçinin 10 gün ardarda heç bir səbəb olmadan işə gəlmədiyi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə Azərbyacna Respublikasının Əmək Məcəlləsinin 72 “a” maddəsini rəhbər tutaraq 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Xatırlatmaq istəyir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsində qeyd edilmişdir ki, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Eyni maddənin 3-cü hissəsində isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. iddaçı qanunvericilikdə nəzərdə tutulmuş 1 təqvim ayını gözləməyərək, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən heç bir halın mövcud olmamasına baxmayarq, heç bi üzürlü səbəb gətirmədən iş yerinə gəlməmişdir. Bundan əlavə onu da qeyd etmək istəyir ki, iddiaçı qeyd olunan mübahisə ilə bağlı iddia müddətini ötürmüşdür və bu səbəbdən də onun iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində qeyd edilmişdir ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd etmək istəyir ki, işçi barəsində mübahisə predemeti olan əmr 26.05.2020-ci il tarixdən verilmiş və həmin müddətdən bu yana 11 ay keçmişdir bu səbəbdən də qeyd olunan mübahisə ilə bağlı iddiaçı tərəfin tələbi təmin olunmamalıdır. Xatırlatmaq istəyir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Eyni zamanda bildirir ki, məhkəmə prossesində iddiaçının o dövrdən artıq əmək müqaviləsi əsasında başqa yerdə işləməsi müəyyən ediləsə də, iddiaçı ərizə yazarkən bu barədə işə götürənə məlumat verməmiş və əmək müqaviləsinində surətini ərizəsinə əlavə etməmişdir. Müvafiq əmr və əmək kitabçası da elə həmin tarixdə işçiyə təqdim edilmişdir. Bundan başqa əmr verilməsə belə əmək kitapçasının təqdim edilməsi bəss edir. Belə ki, müvafiq əmr, onu nomrəsi, verilmə tarixi və əsası əmək kitabçasında qeyd edilir. Həm də, iddiaçı o əmri elektron qaydada da, əldə edə bilərdi. İddiaçının işdən nə vaxt və hansı əsaslarla azad olunması barədə məlumatı olmuş və hətta bununla bağlı bir sıra qurumlara şikayətdə etmişdir. Bundan başqa hüquqlarını müdafiə etdiyi şəxs məhkəmə müdafiəsi üçün 700 manat məbləğində xərc çəkmişdir ki, həmin məbləğdə pul vəsaiti də, qarşılıqlı iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən ilkin iddia tələbinin müddət ötürüldüyü üçün rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddialar rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı “xxxx” MMC-nin direktor müavininə ünvanladığı 29.05.2020-ci il tarixli ərizədən görünür ki, sonuncu öz istəyi ilə 15.06.2020-ci il tarixdən etibarən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. - ******* nömrəli Əmək Kitapçasının surətindən görünür ki, İddiaçı 1002/Q saylı, 10.02.2020-ci il tarixli əmrlə “xxxx” MMC-də baş mühasibin köməkçisi vəzifəsinə işə qəbul edilmiş və 02-06/20E saylı, 27.06.2020-ci il tarixli əmrə əsasən AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə və 72-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra 16.06.2020-ci il tarixdə “xxxx” MMC-də mühasib vəzifəsində işə qəbul edilmişdir. - İddiaçı “xxxx” MMC-yə ünvanladığı 22.02.2021-ci il tarixli müraciət ərizəsindən görünür ki, sonuncu 27.06.2020-ci il tarixdə çıxarılmış 02-06/20E nömrəli əmrin onun ünvanında göndərilməsini və çıxarılmış əmrin niyə ona hazırki dövrə kimi göndərilməməsi və rəsmən təqdim edilməməsi barədə yazılı məlumat verilməsini xahiş etmişdir. - 24.05.2021-ci i tarixli çıxarışdan görünür ki, “xxxxd” MMC Mirzəyev və Partnyorları Vəkil Bürosunun hesabına 700 manat məbləğində ödəniş etmişdir. Məhkəmə hər iki iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı “xxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən, ilkin iddia üzrə iddiaçı 1002/Q saylı, 10.02.2020-ci il tarixli əmrlə “xxxx” MMC-də baş mühasibin köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra İddiaçı “xxxx” MMC-nin direktor müavininə 29.05.2020-ci il tarixində ərizə ünvanlayaraq öz istəyi ilə 15.06.2020-ci il tarixdən etibarən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. “xxxx” MMC-nin 02-06/20E saylı, 27.06.2020-ci il tarixli əmrə əsasən AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə və 72-ci maddəsinin a bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia müddətinin buraxılmasını səbəbini müxtəlif qurumlara müraciət etməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin ç-ci bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilir. Həmin Məcəllənin 72-ci maddəsinin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə baxışı zamanı cavabdeh tərəf yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı 11 aydan artıq müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci bındində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, ilkin iddia tələbinin əsassız olması səbəbindən rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə eyni zamanda hüquqi yardıma görə ödənilmiş xərcin tutulması barədə qarşılıqlı iddia tələbinə də qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilə və yalnız vəkilin iştirakı ilə baxıla bilər. Göründüyü kimi mülki qanunvericilklə yalnız kassasiya və əlavə kassasiya şikayətlərinə, yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizələrə vəkilin iştirakı ilə baxılması müəyyən olunduğundan, birinci instansiya məhkəmələrində işə baxılması ilə əlaqədar tərəfin mütləq şəkildə vəkillə təmin olunması yalnız onun istəyi və seçimi üzrə müstəqil şəkildə həyata keçirilməklə, tərəflərə hüquq kimi verilmişdir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh tərəf məhkəmədə vəkillə təmsil edilməklə müdafiə hüququnun həyata keçirilməsində müstəqil şəkildə seçim etmişdir. Bundan başqa məhkəmə qarşılıqlı iddia tələbini təmin etməyərkən, iş üzrə keçirilmiş məhkəmə iclaslarının sayını, eləcə də mülki işin mürəkkəbliyini, həcmini və s. halları da, nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk və qarşılıqlı iddialar rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edildiyindən qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-yə qarşı əmrin ləğv edilməsi tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı hüquqi yardıma görə ödənilmiş xərcin tutulması tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3563/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3563/2021
04.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver