Məhkəmə qərarları › İş №2(004)-3589/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3589/2025

26.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3589/2025 26.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X1, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı şəhər Mədəniyyət Baş İdarəsinə və Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbinə qarşı “attestasiyanın nəticələrinin ləğv edilməsi, əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı şəhər Mədəniyyət Baş İdarəsinə və Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbinə qarşı “attestasiyanın nəticələrinin ləğv edilməsi, əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı şəhər Mədəniyyət Baş İdarəsinə və Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbinə qarşı “attestasiyanın nəticələrinin ləğv edilməsi, əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Azərbaycan Respublikası MPM-in 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası-X2 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Bakı şəhər Mədəniyyət Baş İdarəsinə və Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbinə qarşı “attestasiyanın nəticələrinin ləğv edilməsi, əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası-X2 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı İddiaçı qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən on (10) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar