Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-359/2022 15.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə İddiaçı Aqraqkredit QSC BOKT-un Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və əmlakın ipotekaya yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Aqraqkredit QSC BOKT Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və əmlakın ipotekaya yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 20.401(iyirmi min dörd yüz bir) ABŞ dolları, faiz borcu üzrə 9626,92 (doqquz min altı yüz iyirmi altı ABŞ dolları, doxsan iki sent) ABŞ dolları olmaqla cəmi 30027,92 (otuz min iyirmi yeddi ABŞ dolları, doxsan iki sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin 243,14 (iki yüz qırx üç manat, on dörd qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-NB-*** dövlət qeydiyyat nömrəli “Hyundai İ 40” minik markalı (buraxılış ili 2011, ban –KMHLC81CBCU021056, rəngi –ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh oğluna qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında 3 illik iddia müddəti ötürüldüyündən iddia müddətini tətbiq edərək iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etmişdir. 12.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə verdiyi izahatında bildirmişdir ki, "xxxx" QSC-nin ona qarşı kredit müqaviləsi üzrə mübahisəyə dair iddiası üzrə iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 373.1 -ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin məcəllənin 373.2-ci maddəsində qeyd olunur ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Müqavilənin müddəti 05.01.2017-ci il tarixində bitmişdir. Belə ki, istinad olunan qanunun 377.1 -ci maddəsindən də göründüyü kimi, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə ki, iddiaçı ən geci 2020-ci ilin yanvar ayının 5-də ona qarşı iddia qaldırmalı idi. Lakin həmin müddət onun tərəfindən ötürülmüşdür. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2012-ci il tarixli 0318 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana nəqiliyyat vasitəsinin alınması məqsədi ilə ilə, 28335(iyirmi səkkiz min üç yüz otuz beş) ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri Banka qaytamağı üzərinə götürmüşdür. Bu müqavilə ilə müəyyən edilən öhdəliklərin icrasının təminat üsulu ipotekadır. İş materiallarında olan 05 yanvar 2012-ci il tarixli 0318 saylı kredit müqaviləsinə əlavəyə əsasən müəyyən olunur ki, cavabdeh 05.02.2012-ci il tarixdən 05.01.2017-ci il tarixinə qədər, 60 ay müddətində sonuncu ay 719,50 ABŞ dolları olmaqla hər ay 719,52 ABŞ doları, cəmi 43171,36 ABŞ dolları məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2012-ci il tarixli 318 №-li ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, həmin müqavilənin predmetini ipoteka qoyanla ipoteka saxlayan arasında bağlanmış 05 yanvar 2012-ci il tarixli, 318№-li Kredit müqaviləsinə əsasən 28335 (iyirmi səkkiz min üç yüz otuz beş) ABŞ dolları məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı təşkil edir. İpoteka il yüklü edilmiş “Hyundai İ 40” mühərrik G4NABU928317, buraxılış ili 2011, rəngi Ağ, tip sedan, ban KNHLC81CBCU021056, minik avtomobilidir. İpoteka ilə yüklü edilmiş əmlak 33335 (otuz üç min üç yüz otuz beş) ABŞ dolları məbləğində qiymətləndirilir. İş materaillarında olan 01.01.2017-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh 20,401 ABŞ dolları əsas, 9626,92 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan AB№647280 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən müəyyən olunur ki, Hyundai İ 40 markalı, 90NB280 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdehdur. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 04 yanvar 2012-ci il tarixli, AA№030931 seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, ipoteka qoyan şəxs Cavabdeh “Hyundai İ 40” minik markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" ASC-yə ipotekaya qoymuşdur. İpoteka haqqında müqavilənin qüvvədə olma müddəti 05 yanvar 2012-ci ildən 05 yanvar 2017-ci ilədəkdir. İş materiallarında olan 20.09.2018-ci il tarixli bildiirşin qeydə alınmasına dair ərizəyə əsasən müəyyən olunur ki, “X1 edilməsi Agentliyi” MMC ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə ərizə ünvanlamışdır. İş materiallarında olan 11.08.2015-ci il tarixli "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqaviləyə əsasən müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı ASC təhvil-təslim aktları əsasında özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı, akkreditivlər,(əsas borc və faizlər), qarantiyalar (əsas borc və faizlər), borcların təminatı olan girov və ipoteka, zaminlik və sair müqavilələr üzrə borclu şəxslərlə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən İddiaçı QSC-yə güzəşt edir. İş materiallarında olan 22.01.2018-ci il tarixli SAVK-1981 nömrəli aktdan görünür ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən Cavabdeh 20401, ABŞ dolları əsas, 9626,32 ABŞ dolları faiz, cəmi 30027,92 ABŞ dolları məbləğində borcu ilə bağlı sənədlər Aqrarkredit QSC-yə təhvil verilmişdir. İş materiallarında olan 02 noyabr 2020-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, ididiaçı tərəfindən borcun ödənilməsi barədə cavabehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2012-ci il tarixli 0318№li kredit müqaviləsi 05.01.2017-ci il tarixdə bitsə də, iddiaçı 22.10.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Yəni iş üzrə pozulmuş hüququn müdafiəsi üçün iddia müddət ötürülmüş və müddətin üzürlü səbəblərdən ötürülməsi iş materialları ilə müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia verilməsi üçün müddət ötürüldüyünə görə iddia tələbi təmin edilməməli və iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının MM-nin 373.1, 373.2 və 373.3–cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir; müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Aqraqkredit QSC BOKT-un Cavabdeh əsas borc üzrə 20.401(iyirmi min dörd yüz bir) ABŞ dolları, faiz borcu üzrə 9626,92 (doqquz min altı yüz iyirmi altı ABŞ dolları, doxsan iki sent) ABŞ dolları olmaqla cəmi 30027,92 (otuz min iyirmi yeddi ABŞ dolları, doxsan iki sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin 243,14 (iki yüz qırx üç manat, on dörd qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-NB-*** dövlət qeydiyyat nömrəli “Hyundai İ 40” minik markalı (buraxılış ili 2011, ban –KMHLC81CBCU021056, rəngi –ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh oğluna qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı SC-nin hesabına ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-359/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-359/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver