Məhkəmə qərarları › İş №2(004)-36/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-36/2020

14.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-36/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇yyətinin cavabdeh Ağayev Müşvı̇q Sultan oğluna qarşı mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən Etdi: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇yyəti cavabdeh Ağayev Müşvı̇q Sultan oğluna qarşı mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiklərindən və nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən habelə, işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇yyətinin cavabdeh Ağayev Müşvı̇q Sultan oğluna qarşı mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) günmüddətində Yasamal rayon məhkəməsinə şikayət verə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar