Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3605/2020 30.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və onun azyaşlı övladı X2 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 134 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdri. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal küçəsi, ev 2, mənzil 134 tam payda onun xüsusi mülkiyyətindədir. O, bu evi AN-İ № ******* nömrəli, xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Həmin evi aldığı zaman Ağayev Ağakişinin qohumu olan Cavabdeh və onun azyaşlı övladı X3 da həmin evdə qeydiyyatda olduğu üçün Cavabdeh Notariusa gələrək, satılmasına razı olduğu barədə rəsmi ərizə yazmış və 1 ay müddətində həmin evdən özünün və azyaşlı övladının qeydiyyatdan çıxacaqları barədə Notariusda öz üzərinə öhdəlik götürmüşdür. Lakin, 2 aya yaxın müddətin keçməsinə baxmayaraq, Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, özü və azyaşlı övladı həmin evdən qeydiyyatdan çıxmamışdırlar. Cavabdeh dediyinə, yaxın qonşuların bildirdiyinə və həmçinin 19 saylı Mənzil Kommunal İstismar Sahəsinin məlumatına görə Cavabdeh və onun azyaşlı övladı X3 ümumiyyətlə, heç vaxt bu evdə yaşamamışdırlar. Bu evə qeydiyyata düşməsinin səbəbi isə Bakı şəhərində işə düzəlmək üçün Cavabdeh Bakı şəhərində qeydiyyatının olması tələbi olmuşdur. Cavabdeh özünün dediyinə görə onun ailəsi (həyat yoldaşı, iki övladı və özü - cəmi 4(dörd) nəfər) Sabirabad rayonunda qeydiyyatda olublar. Cavabdeh həyat yoldaşı və o biri övladı hal-hazırda da Sabirabad rayonunda qeydiyyatdadırlar. Cavabdeh sadəcə işə düzəlməyə görə Bakı şəhərinə müvəqqəti qeydiyyata düşmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan alıcı İddiaçı və satıcı X4 oğlu arasında AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, xx xxx 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 134 saylı mənzilədair alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışından görünür ki, Cavabdeh və onun azyaşlı oğlu X3ünvan 2 ünvanında yerləşən 134 saylı mənzidəqeydiyyatdadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 134 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalması onun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh (yetkinlik yaşına çatmayan ailə üzvü X3 ilə birlikdə) ünvan 3 ünvanında yerləşən 134 saylı mənzil üzərində istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh (yetkinlik yaşına çatmayan ailə üzvü X3 ilə birlikdə) ünvan 3 ünvanında yerləşən 134 saylı mənzil üzərində istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3605/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3605/2020
30.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver