Məhkəmə qərarları › İş №2(004)-3607/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3607/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3607/2021 23.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Yasamal Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(004)-3607/2021 saylı qərardadından iş üzrə İddiaçı və vəkili, X3 tərəfindən verilmiş şikayətə Yasamal Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı zaminlik müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 şifahi vəsatət verərək, bildirmişdir ki, onunla "xxxx" QSC arasında bağlanılmış 05 iyun 2014-cü il tarixli, ZM-1 60\06-201 4 nömrəli, 281 saylı Zaminlik Müqaviləsinin və həmin Zaminlik Müqaviləsinə bağlanılmış 17.12. 2014-cü il tarixli, ZM-1 60\06-2014-01 saylı, 21. 01. 2015-ci il tarixli, ZM-1 60\06- 2014-02 saylı, 30. 03. 201 5-ci il tarixli, ZM-160\06-2014-03 saylı, 30.07.2015-ci il tarixli, ZM-160\06-2014-04 saylı, 29. 04. 2016-cı il tarixili, ZM-1 60\06-2014-05\01 saylı X1 etibarsız hesab edilməsi, həmin Zaminlik Müqavilələri ilə onun üçün əsassız olaraq yaranmış bütün öhdəliklərə xitam verilməsi, tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil şifahi vəsatətlə müraciət edərək, işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil, eyni zamanda, vəsatətlə müraciət edərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı zaminlik müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair 2(004)- 3607/2021 saylı mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(004)-3607/2021 saylı qərardadından İddiaçı şikayət təqdim edərək, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(004)-3607/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı zaminlik müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə İddiaçı şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(004)-3607/2021 saylı qərardadından İddiaçı və vəkili, X3 ərizə təqdim edərək, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 18 –ci bəndində qeyd edilir ki,MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. Həmin Plenum qərarının 6-cı bəndində qeyd edilir ki, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə dair birinci instansiya məhkəmələrinin qərardadlarının 2020-ci ilin 1 yanvar tarixindən əvvəlki dövrdə qəbul edilməsindən asılı olmayaraq, onlardan verilmiş şikayətlərə MPM–in 3.1-ci maddəsinin tələblərindən irəli gələrək apelyasiya instansiyası məhkəmələrinin hazırda baxma səlahiyyəti olmadığından şikayətlər aidiyyəti üzrə baxılması üçün Ali Məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı zaminlik müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə İddiaçı və vəkili, X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət 2(004)-3607/2021 saylı mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar