Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3619/2023 14.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya (pul əvəzi) ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti) “istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya (pul əvəzi) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-247/2023 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr ərzində istifadə etmədiyi məzuniyyət günlərinəgörə kompensasiyanın (pul əvəzinin) hesablanaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-247/2023 saylı qiyabi qətnaməsinin ləğv edilərək işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-247/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-247/2023 saylı qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması xx.xx.2023-cü il tarixə saat 10:10a təyin edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-247/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti) istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdeh əsl cavabdehlə, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. 2(060)-247/2023 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, nümayəndəsi olduğu İddiaçı hazırkı adı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində uzun müddət müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının işdən çıxması ilə bağlı qeyd olunan əmrin verilməsi zamanı iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək olan dövrü əhatə edən illər zamanı istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya hesablanaraq ona verilməmişdir. Bu barədə cavabdehə ünvanladığı müraciətə cavab olaraq 19 iyul 2022-ci il tarixli məktubla bildirilmişdir ki, müraciətə baxılmış, lakin qeyd edilən illər üzrə bu məsələ ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. İddiaçı xx.xx.1980-ci il tarixdən cavabdehin hüquqi varisi olduğu müəssisədə əmək fəaliyyətinə başlamışdır. Qanunvericiliyə əsasən, xx.xx.1993-cü ildən istifadə edilməmiş əmək məzuniyyətinə görə iddiaçının kompensasiya almaq hüququ yaranmışdır. xx.xx.2006-cı ildən xx.xx.2022-ci ilədək olan dövrə görə cavabdehin iddiaçıya istifadə edilməmiş əmək məzuniyyətinə görə hər hansı borcu yoxdur. Qeyd olunan tələb ancaq xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək olan dövrü əhatə edir. Məhkəməyə müraciət edilməmişdən əvvəl və sonradan mediasiya qurumu tərəfindən ilkin mediasiya sessiyasında cavabdehi iştiraka dəvət etsələr də, cavabdeh mediasiya mərhələsində iştirak üçün dəvətə cavab verməmişdir. Hesab edir ki, cavabdehin iddiaçının müraciətinə edilən cavabı müraciətdən imtina kimi qiymətləndirilməlidir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə struktur dəyişikliyi ilə bağlı xx.xx.2010-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildikdən sonra, o, yeni idarəyə işə qəbul ediləcəyini gözləmişdir və xx.xx.2011-ci il tarixdə yeni idarədə texniki inventarlaşdırma şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. Həmin vaxt yenidən işə qəbul ediləcəyini bildiyi üçün xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək olan dövrü əhatə edən illər zamanı istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya hesablanaraq ödənilməsini tələb etməmişdir. xx.xx.2011-ci il tarixdə xx.xx.2022-ci il tarixə kimi müxtəlif vəzifələrdə işləmişdir və xx.xx.2022-ci ildə öz xahiş ilə işdən azad ediləndən sonra, iddiaçı qərara gəlmişdir ki, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək olan dövrü əhatə edən illər zamanı istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilməsini tələb etsin. Hesab edir ki, iddiaçı eyni müəssisədə işləməyə davam etdiyinə görə iddia müddətini ötürməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, izahatında bildirdi ki, İddiaçı 1993-2006-cı illər ərzində məzuniyyət hüququndan istifada etmədiyini iddia edir. İddiaçı ilə müxtəlif illərdə ayrı-ayrılıqda bağlanmış əmək müqavilələri 2006, 2010 və 2022-ci illərdə ləğv edilmişdir və işçi ilə hər dəfə son haqq-hesab edilmişdir. Eləcə də, xx.xx.1993-xx.xx.2006-cı illərə aid son haqq hesab edilmişdir. İşçi bütün illər ərzində məzuniyyətindən istifadə etmiş və istifadə etmədiyi hallarda isə onunla son haqq-hesab aparılarkən kompensasiyası ödənilmişdir. Arxiv sənədləri 3 ildən bir məhv edildiyinə görə xx.xx.1993-xx.xx.2006-cı illərə aid sənədlər idarənin arxivində saxlanılmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə struktur dəyişikliyi ilə bağlı xx.xx.2010-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Bundan xeyli müddət keçəndən sonra iddiaçı ilə yenidən əmək müqaviləsi bağlanmaqla xx.xx.2011-ci il tarixdə texniki inventarlaşdırma şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2010-ci il tarixdə xitam verilərkən onun son haqq-hesabı ödənilmişdir. Əgər ödənilməmiş olsaydı iddiaçı xx.xx.2010-ci il tarixdə xx.xx.1993-xx.xx.2006-cı illər ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilməsini tələb edərdi. Hesab edir ki, iddiaçıya xx.xx.1993-xx.xx.2006-cı illər ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilmədiyi halda, iddiaçının həmin kompensasiyanı tələb etmək hüququ xx.xx.2010-cu il tarixdə yaranmışdır və Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə uyğun olaraq bu hüquqdan xx.xx.2011-ci il tarixdək istifadə edə bilərdi. İddiaçı bir illik iddia müddətini buraxaraq 12 ildən sonra xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Hesab edir ki, iddia müddətinin keçməsi iddia tələbinin rədd edilməsi üçün əsasdır. Odur ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə, Mülki Məcəllənin 373.2, 375-ci maddələrinə əsasən iddianın əsassız olmasına və iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan və iddia müddəti keçdiyinə görə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, iş materiallarında olan rəsmi sənədlərlə və işin həqiqi halları ilə müəyyən edildi ki, İddiaçı xx.xx.1980-ci ildə köçürmə yolu ilə Sumqayıt Tİ və MHQİ-yə işə qəbul edilmiş, xx.xx.2010-cu il tarixli 208/K nömrəli əmrlə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi xx.xx.2010-cu il tarixdən ləğv edilmişdir. Bundan 5 ay 16 gün sonra keçdikdən sonra xx.xx.2011-ci il tarixli 165/K nömrəli əmrlə İddiaçı xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin daşınmaz əmlakın texniki inventarlaşdırma şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. (xx.xx.1974-ci ildə verilmiş əmək kitabçası) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Nigar Alimovanın xx.xx.2021-ci il tarixli 30/K nömrəli əmri ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinin daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma və ünvan şöbəsinin müdiri İddiaçı xx.xx.2021-ci il tarixdən 17-ci dərəcə vəzifə maaşı ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinin baş mühəndisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin rəisi Nigar Alimovanın xx.xx.2022-ci il tarixli K-020 nömrəli əmri ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinin baş mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-3/31/2-137/2023 nömrəli məktubunda göstərilir ki, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək məzuniyyətə çıxması ilə əlaqədar əmrlərdən çıxarışlar, həmçinin həmin dövr üçün ona istifadə edilməmiş məzuniyyət günləri üçün kompensasiyanın ödənilib-ödənilməməsi barədə məlumat “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində aşkar edilməmişdir. Göründlüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə struktur dəyişikliyi ilə bağlı xx.xx.2010-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2010-cu il tarixdə xitam verilərkən onunla son haqq-hesab aparılmışdır. Bundan 5 ay 16 gün keçəndən sonra İddiaçı xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin daşınmaz əmlakın texniki inventarlaşdırma şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdən 17-ci dərəcə vəzifə maaşı ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinin baş mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İşdən azad edilərkən ona son haqq-hesabı ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı rəhbər vəzifələrdə işləməklə özünün hüquqlarını kifayət qədər yaxşı bilmişdir, əgər iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2010-ci il tarixdə xitam verilərkən onun son haqq-hesabı ödənilərkən, xx.xx.1993-xx.xx.2006-cı illər ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilməsəydi, iddiaçı xx.xx.2010-ci il tarixdə ona kompensasiyanın ödənilməsi tələb edərdi. İddiaçıya xx.xx.1993-xx.xx.2006-cı illər ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilmədiyi halda, iddiaçının həmin kompensasiyanı tələb etmək hüququ xx.xx.2010-cu il tarixdə yaranmışdır və Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq bu hüquqdan bir il ərzində xx.xx.2011-ci il tarixədək istifadə edə bilərdi. İddiaçı bir illik iddia müddəti bitdikdən sonra, yəni xx.xx.2011-ci ildən 11 il keçəndən sonra xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh iddia müddətinin tətbiqinə dair elektron kabinet vasitəsilə məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə təqdim etmişdir. İddia müddətinin keçməsi iddia tələbinin rədd edilməsi üçün əsasdır. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya (pul əvəzi) ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3619/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3619/2023
14.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver