Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3627/2020 19.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı1, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdehin nümayəndəsi və vəkili X9, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh, İddiaçı2 və X2 qarşı “mənzildən çıxarılma” və İddiaçı2 Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər İddiaçı1, Cavabdeh və “xxxx” mənzil tikinti koperativinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı1 cavabdehlər Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbi ilə müraciət edərək, ünvan 4, 257 saylı mənzildən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 xx.xx.2020-ci il tarixdə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4, 257 saylı mənzildən istifadə etməsinə cavabdehlər Cavabdeh Keykavuz qızı, İddiaçı2 və X1 yaratdığı maneənin aradan qaldırılması və onlar çıxarılmaqla mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci iş üzrə İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər İddiaçı1, Əmirova Dilşad Kəkəvuz qızı və “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ş. Bünyadzadə küçəsi, ev 12, mənzil 257-ə dair cavabdehlər İddiaçı1 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 177 saylı "Kooperativ mənzil tikinti “haqqında" müqavilə və həmin müqavilə əxxxxında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı1 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-4103/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdehlər İddiaçı1, Cavabdeh, “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi cəlb olunmaqla “kooperativ mənzil tikinti haqqında müqavilənin və mənzilə dair dövlət reystrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair 2(004)-4103/2020 saylı mülki iş, Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 Cavabdeh qarşı “mənzildən çıxarma” tələbinə dair 2(004)-3627/2020 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdehin nümayəndəsi və vəkili X9 izahat edərək bildirir ki, Cavabdeh Kəkavuz qızının İddiaçı1 51000 manat borcu olmuşdur. Sonradan borclu Cavabdeh iddiaçıya olan 51000 manat borcunu öz adına olan Şərqi Bünyadzadə küçəsi ev 12, mənzil 257-də olan bir otaqlı sahəsi 51 kv.m olan yaşayış evini iddiaçının adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Həmin evin bazar qiyməti 65000 manat olduğu üçün İddiaçı1 borclu Cavabdeh 14000 manat pul ödəmişdir. Sonradan həmin mənzil "xxxx" MTK tərəfindən 177 nömrəli müqavilə ilə xx.xx.2019-ci il tarixdə iddiaçının adına rəsmiləşdirilib. Yasamal rayonu, Şərqi Bünyadzadə küçəsi ev 12, mənzil 257 ünvanında yerləşən yaşayış ev Dövlət Əmlak Komitəsi, Bakı şəhəri Yasamal rayon icra və propasıya şöbəsinin xx.xx.2020-ci il tarixdə göndərdiyi xx/xx-15046/18 nömrəli məktubun əxxxxında iddiaçının adına rəsmiləşdirilib və çıxarış iddiaçıya təqdim edildi. Lakin cavabdehlər iddiaçının qanuni mülkiyyətindən istifadəyə maneə yaradaraq, mənzili boşaltmır. Mənzilin açarlarını iddiaçıya təhvil vermir. Mənzildə anası və qardaşının yaşamasına icazə verərək, iddiaçının konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bununla əlaqədar həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi zərurəti yaranıb. Kəkavuz evi 2005-ci ildə müqavilə ilə qızının adına keçirtmişdir. Sonra evə dair order verilib. Məmmədağa o evi almayıb, orada bir gün belə yaşamayıb. Ev Dilşadın atasının adına olub. 2019-cu ildə Dilşad öz əmlakından tam imtina etməsi ilə əlaqədar ev Rafiqin adına keçib. Bu ev birgə nikah dövründə alınmayıb. Birinci iş üzrə iddianın təmin, ikinci iş üzrə iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı1 izahat verərək bildirir ki, nümayəndə və vəkilinin verdiyi izahatı təsdiq edir, həmçinin bildirir ki, Dilşadın 51 min manat borcu var idi. O ,14 min manatı depotizə qoydu ki, evi ona tam təhvil verəndən sonra verəcək. Onlar evin onun adına keçməsinə razılıq verilməsi barədə ərizə yazdılar ancaq icra şöbəsinə təqdim etmədilər. Sonra icraçı ona zəng elədi ki, onlar deyir ki, 14 min manatı aldıqdan sonra ərizəni verəcəklər. O da 14 min manatı verdi, onlar ərizəni verdi. O da ərizəni “xxxx” MTK-ya təqdim etdi, sonra da çıxarış aldı. Bundan sonra onlar evdən çıxmadılar. Onu hədələdilər ki, orada anası yaşayacaq. İcraçılarda heç nə edə bilmədilər. Ona dedilər ki, məhkəməyə müraciət etsin. Dilşadın atası 2004-cü ildə “xxxx” MTK ilə müqavilə bağlayıb. Evə order veriləndən sonra evi qızının adına keçirib. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə İddiaçı2 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, Cavabdeh tərəfindən mənzilin cavabdeh İddiaçı1 adına keçirilməsi barədə ərizə yazılmasına səbəb Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əxxxxında Dilşadın Rafiqə pul borcu olması və həmin qətnamə əxxxxında verilmiş icra sənədi olmuşdur. Bunun nəticəsi olaraq Dilşad iddiaçıya xəbər vermədən birgə nikah dövründə əldə etdiyi mənzili Rafiqin adına keçirməyə məcbur olmuşdur. Bütün bunlar barəsində isə o, 2020-ci il iyul ayında xəbər tutmuşdur. Belə ki, Yasamal rayon məhkəməsindən Cavabdeh məktub gəlmiş və həmin məktubun içərisindəki iddia ərizəsində cavabdeh İddiaçı1 mübahisəli mənzili boşaltmaq və ona təhvil vermək barədə Cavabdeh qarşı iddia qaldırdığı qeyd olunmuşdur. Lakin həmin mənzil onunla Cavabdeh birgə nikah dövründə alınığından cavabdeh “xxxx” MTK onun razılığı olmadan cavabdeh İddiaçı1la müqavilə bağlaya bilməzdi. İlkin iddianı qəbul etmir, iddianın rədd olunmasını xahiş edir və ikinci iddia tələbini müdafiə edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh, X4 və xxxx” mənzil tikinti koperativinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci iş üzrə iddia tələbi qismən təmin edilməli, ikinci iş üzrə iddia rədd edilməlidir. İş materiallarında olan “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış kooperativ mənzil-tikinti haqqında xx.xx.2005-ci il tarixli, 177 №-li müqaviləyə əxxxxən payçı ünvan 2 ünvanında olan yaşayış binasının 257 saylı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 021731 saylı orderdən müəyyən olunur ki, ünvan 4, 257, giriş 8, mərtəbə 3 ünvanında yerləşən 1 otaqlı mənzildə dörd nəfər ailə tərkibində Cavabdeh, X8, Hüseynov K.A. və X1 yaşamaq hüququ vardır . İş materialllarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli Yasamal rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Rəşad Abbasova ünvanlanmış ərizəsinə əxxxxən o, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi ev 12, 257 ünvanında yerləşən 1 otaqlı mənzili İddiaçı1 anası X1 ömrünün axrına qədər həmin ünvanda yaşamasına heç bir iddiası olmaması şərti ilə 14000 manat müqabilində vermiş və bundan sonra yaranan kommunal xərclər barəsində heç bir öhdəlik daşımayacağını bildirmişdir. İş materiallarında olan İddiaçı1 xx.xx.2019-cu il tarixli Yasamal rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Rəşad Abbasova ünvanlanmış ərizəsində qeyd olunur ki, İddiaçı1 Cavabdeh məxsus ünvan 4, 257 saylı mənzilin onun adına rəsmiləşdirildikdən sonra həmin evdə yaşayan X1 həmin evdən çıxarılması ilə bağlı heç bir tələbi olmayacaq və ömrünün axrına kimi həmin ünvanda yaşamasına yaşadığı müddətdə bütün kommunal xərcləri onlar tərəfindən ödənilməsi şərtilə etiraz etmir. İş materiallarında olan Cavabdeh tərəfindən “xxxx” MTK-ya ünvanlamış xx.xx.2019cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizəyə əxxxxən Cavabdeh adına olan ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 8-ci girişində 3-cü mərtəbəsində yerləşən ü/s 51 m2 olan 1 otaqlı 257 nömrəli mənzilin müqaviləsinin və bütün sənədlərinin İddiaçı1 adına rəsmiləşdirilməsinə etiraz etmir, gəlcəkdə bununla bağlı “xxxx” MTK-ya heç bir tələbi olayacaq. İş materiallarında olan “xxxx” MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 177 saylı kooperativ mənzil tikinti haqqında müqaviləyə əxxxxən Kooperativə ayrılmış ünvan 2 ünvanında payçıların hesabına inşa ediləcək yaşayış binasının 257 saylı mənzil İddiaçı1 təhvil verməyi, payçı isə mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Yasamal rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Rəşad Abbasov xx.xx.2020-ci il tarixli, xx/xx-48111/18 saylı məktubunda qeyd etmişdir ki, icraat zamanı Cavabdeh əri İddiaçı2 ilə birlikdə şöbəyə gedərək mənzilin İddiaçı1 mülkiyyətinə keçməsinə etiraz etməməsi barədə notarial qaydada təsdiq olunmuş ərizəsini təqdim etmişdir. Bundan sonra borclu Cavabdeh əri İddiaçı2 ilə birlikdə şöbəyə gələrək qeyd olunan mənzilin mülkiyyətinə keçməsinə etiraz etməməsi barədə notarial qaydada təsdiq edilmiş ərizəni ona təqdim etmiş və onun tərəfindən qardaşı Məmməadğa Əmirova 14000 manat ödənilmişdir. Sözügedən icra sənədinin icrası ilə bağlı borclu Cavabdeh əri İddiaçı2 dəfələrlə onun və icra məmuru Sahib Allahverdiyevin qəbulunda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirir ki, icra sənədi əvvəldən onda deyildi. İşin axırında ona veriblər. İş ona veriləndə tərəflər artıq razılığa gəlmişdilər. Razılığa əxxxxən Rafiq qarşı tərəfə 14 min manat ödəməli idi, digər tərəf də evi Rafiqin adına keçirtməli idi. Sonra razılıq olmuşdur ki, ev Rafiqin adına olsa da, anası ömrünün axırına kimi o evdə yaşasın. Cavabdehin yoldaşı Məmmədağa da onunla şöbəyə gəlirdi. Məmmədağanın bütün proseslərdən xəbəri olub. Evin pulunu oların rəisinə vermişdilər. Rəis də qarşı tərəfə vermişdi. Cavabdeh öz razılığı ilə evi təklif etmişdi. Burada məcburiyyətdən söz gedə bilməzdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əxxxxən Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi ev 12, 257 saylı mənzil İddiaçı1 adına tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Birinci iş üzrə işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, Cavabdeh İddiaçı1 olan 51 min manat borcu ödəmək məqsədilə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi ev 12, 257 ünvanında yerləşən 1 otaqlı mənzili İddiaçı1 anası X1 ömrünün axrına qədər həmin ünvanda yaşamasına heç bir iddiası olmaması şərti ilə 14000 manat müqabilində verilməsinə dair notariat qaydada təsdiq edilmiş ərizə vermiş və nəticədə mənzilə dair “xxxx” MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 177 saylı kooperativ mənzil tikinti haqqında müqavilə bağlanmış və mənzil İddiaçı1 adına tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçı1 cavabdehlər Cavabdeh Kəkavuz qızı, İddiaçı2 və X1 onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi ev 12, 257 ünvanında yerləşən 1 otaqlı mənzildən çıxarılmalarını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh Kəkavuz qızı və İddiaçı2 münasibətdə təmin edilməlidir. Çünki, iddiaçı mənzilin mülkiyyətçisidir və cavabdehlər Cavabdeh Kəkavuz qızı və İddiaçı2 həmin mənzilə heç bir hüququ yoxdur. Məhkəmə iddia tələbini qismən, cavabdehlər Cavabdeh Kəkavuz qızı və İddiaçı2 münasibətdə əxxxxlı hesab etsə də, iddia tələbini cavabdeh X2 münasibətdə əxxxxsız hesab edir. Belə ki, iş materiallarında olan sözügedən mənzilə dair orderdən müəyyən olunur ki, cavabdeh X1 həmin mənzildə yaşamaq hüququ olmuşdur. Müqavilə tərəfi olan Cavabdeh Keykavuz qızı tərəfindən mənzilin İddiaçı1 adına rəsmiləşdirilməsi üçün irəli sürdüyü şərt anası X1 ömrünün axrına qədər həmin ünvanda yaşamasından ibarət olmuşdur. Bu şərt İddiaçı1 tərəfindən qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 süzügedən mənzili yüklü şəkildə qəbul etmişdir. Belə ki, X1 həmin mənzildə yaşamaq hüququ vardır. İkinci iş üzrə işin halları ondan ibarətdir ki, İddiaçı2 cavabdehlər İddiaçı1 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 177 saylı "Kooperativ mənzil tikinti “haqqında" müqavilə və həmin müqavilə əxxxxında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı1 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsini tələb edir. İddia tələbini onunla əxxxxlandırır ki, onun birgə nikah dövründə əldə edilmiş mənzilin başqa şəxsin adına rəsmiləşdirilməsindən xəbəri olmamış, onun buna razılığı olmamışdır. Məhkəmə İddiaçı2 iddia tələbini əxxxxsız hesab edir. Çünki, iş materiallarında olan Yasamal rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Rəşad Abbasov tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli, xx/xx-48111/18 saylı məktubla və şahid ifadəsi ilə sübut olunur ki, sözügedən mənzilin İddiaçı1 adına rəsmiləşdirilməsi prosesindən İddiaçı2 məlumatlı olmuş və buna öz razılığını ifadə etmişdir. Məhkəmə İddiaçı2 əmlakın onun qardaşının adına rəsmiləşdirilməsindən xəbəri olduğu, habelə onun buna razılığı olduğu halda əqdin etibarsızlığını məhz onun buna razılığının alınmaması əxxxxı ilə tələb irəli sürməsini onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirir. Bundan əlavə, məhkəmə qeyd edir ki, sözügedən mənzilə dair müqavilə “xxxx” MTK ilə Cavabdeh arasında bağlandığından, Cavabdeh və həmin mənzilə dir verilmiş orderdə adları olan şəxslərin həmin mənzilin İddiaçı1 adına rəsmiləşdirilməsinə dair yazılı razılığı alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əxxxxən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.4-cü maddəsinə əxxxxən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 255.8-ci maddəsinə əxxxxən daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əxxxxən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məvcəllənin 560.3.4-cü maddəsinə əxxxxən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan xüsusən suiistifadə hesab olunur. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı1 cavabdehlər Cavabdeh, İddiaçı2 və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Şərqi Bünyadzadə küçəsi, ev 12, 257 saylı mənzildən İddiaçı1 istifadəsinə cavabdehlər Cavabdeh və İddiaçı2 yaratdıqları maneə aradan qaldırılmalı, cavabdehlər Cavabdeh və İddiaçı2 mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı1 təhvil verilməli, iddia tələbi cavabdeh X1 Yasamal rayonu, Şərqi Bünyadzadə küçəsi, ev 12, 257 saylı mənzildən çıxarılması hissəsində rədd edilməli; ikinci iş üzrə İddiaçı2 Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə cavabdehlər İddiaçı1, Cavabdeh və “xxxx” mənzil tikinti koperativinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Ş.Bünyadzadə küçəsi, ev 12, 257 saylı mənzilə dair cavabdehlər İddiaçı1 ilə “xxxx” mənzil tikinti koperativi arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 177 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilə və həmin müqavilə əxxxxında Daşınamz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı1 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıdakılara əxxxxən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Birinci iş üzrə İddiaçı1 cavabdehlər Cavabdeh, İddiaçı2 və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şərqi Bünyadzadə küçəsi, ev 12, 257 saylı mənzildən İddiaçı1 istifadəsinə cavabdehlər Cavabdeh və İddiaçı2 yaratdıqları maneə aradan qaldırılsın, cavabdehlər Cavabdeh və İddiaçı2 mənzildən çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı1 təhvil verilsin. İddia tələbi cavabdeh X1 Yasamal rayonu, Şərqi Bünyadzadə küçəsi, ev 12, 257 saylı mənzildən çıxarılması hissəsində rədd edilsin. İkinci iş üzrə İddiaçı2 Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə cavabdehlər İddiaçı1, Cavabdeh və “xxxx” mənzil tikinti koperativinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Ş.Bünyadzadə küçəsi, ev 12, 257 saylı mənzilə dair cavabdehlər İddiaçı1 ilə “xxxx” mənzil tikinti koperativi arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 177 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilə və həmin müqavilə əxxxxında Daşınamz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı1 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3627/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3627/2020
19.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver