Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-363/2025 17.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: mənzilin təhvil verilməsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhəri Yasamal rayonu Yei Yasamal massivi Talıblı 4 ünvanında yerləşən tikilidə payı olduğunu nəzərə alaraq 12ci giriş 6-cı mərtəbə ümumi sahəsi 124 kv.m olan 3 otaqlı 1327 saylı mənzil alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə verərək, Cavabdeh MTK tərəfindən Bakı şəhəri (Yasamal rayon ərazisində) tikilən binaların birində ümumi sahəsi 124 kv.m olan 3 otaqlı mənzilin alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1404/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2008-ci iltarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilə üzrə ödənilmiş 84.320 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir.ünvan 2 ünvanında yerləşən yaşayış binasının 12-ci giriş, 6-cı mərtəbə, ümumi sahəsi 124.0 kv.m olan, 3 otaqlı 1327 saylı mənzili başa gəlmə dəyərini tam ödəyərək-84 320 (səksən dörd min üç yüz iyirmi) manat pul ödəyərək almışdır. Mənzil təhvil verilmədiyi və yarımçıq saxlanıldığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq pul tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin olunmuşdur. Bu günə kimi də pulu geri qaytarılmamışdır. Yaxud əmlakı verilməmişdir. Halbuki cavabdeh olan şəxs bu günə kimi özünü müdafiə etməyi bacarır.Onun iddia tələbi təmin olunduqdan sonra iş Yasamal rayon icra şəbəsinə icra olunması üçün göndərildikdən sonra "xxxx" MMC işi ilə bağlı çoxsaylı icra işinin olduğunu bilmişdir. Bundan sonra bir neçə zərərçəkmiş şəxslərlə Baş Prokurorluğa, Prezident Administrasiyasına müraciətlər ünvanlamışlar və qəbullara getmişlər. Eyni zamanda məhkəmələrdə işin icrası məqsədilə çoxsaylı tələblərlə müraciət etmişlər. “Olimpuz Az”-ın icraçı direktoru dünyasını dəyişsə də (2009-cu ildə) "xxxx" MTK ilə bağladığı birgə fəaliyyət müqaviləsini əsas tutan məhkəmə orqanı digər Olimpus payçılarına pulu məhz "xxxx" MTK-nın pulun geri qaytarılmasına dair ədalətli bir qərar qəbul etmişdir. Lakin o və bəzi iddiaçılar buna nail ola bilməmişlər. Hal-hazırda "xxxx"MMC həmin binanı tikib başa çatdırmış, satışını təşkil etmiş və etməkdədir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 237 saylı sərəncamı ilə Yasamal rayonu, Talıblı küçəsində 3.00 ha torpaq sahəsi kooperativ yaşayış binasının tikilməsi məqsədilə "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. "xxxx" MMC - nin direktoru X1 və "xxxx" MMC-nin direktoru X2 arasında bağlanmış 17 aprel 2007-ci il tarixli "xxxx"dən görünür ki, hər iki MMC 50% olmaqla şərik işə başlamışlar.12 mart 2015-ci il tarixdə Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Pərviz Quliyev təqdimatla məhkəməyə müraciət edərək, məcburi icra tədbiri qismində borclu "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsus əmlakın üzərinə həbsin qoyulmasını xahiş etmiş, icra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2014-cü il tarixli, 2- 1 inz (81)-1440 saylı qərarına əsasən, məcburi icra tədbiri kimi "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Talıblı 4 ünvanında yerləşən tikiliyə tələbin yönəldilməsi məqsədilə sonrakı hərəkətlərin yerinə yetirilməsi Bakı çəhər Yasamal rayon İcra şöbəsinin üzərinə qoyulmuşdur. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 31 mart 2015-ci il tarixli, 8(004)- 955/2015 saylı qərardadı ilə icra məmurunun təqdimatı təmin edilmiş və Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 20 sentyabr 2012-ci il tarixli, 2(004)- 306/12 saylı icra sənədi üzrə ünvan 4 ünvanda yerləşən tikilinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhər, Yasamal rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli qərardadı ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsinin verdiyi şikayət əsasında 31 mart 2015-ci il tarixli, 8(004)-955/2015 saylı qərardadı ləğv edilmiş və tikili üzərindən həbs götürülmüşdür. Hətta Hərrac təşkilatı tərəfindən tikili qiymətləndirilmiş, satışı üçün tədbirlər görülmüşdür. Belə ki, "xxxx" MMC-nin 388 nömrəli qiymətləndirmə rəyinə görə qiymətləndirilməyə təqdim edilən əmlak "xxxx" MMC-yə məxsus ünvan 6 ünvanında yerləşən tikili qiymətləndirilmə keçirilən vaxtı "xxxx" MMC-nə məxsus ünvan 6 ünvanında yerləşən tikili 5 blokludur. Bir blokdan 1 blok 3 mərtəbəli, 2- blok 10 mərtəbəli, digər blok isə 12 mərtəbəlidir. Yarımçıq qalmış yaşayış binasının 4 blokunun daxili və xarici divarları və arakəsmələri tikilmişdir. Digər 1 blokunun isə daxili və xarici divarları, həmçinin arakəsmələri tikilməmişdir. Qiymətləndirmə aparılan vaxt xx.xx.2015-ci il tarixdə bazar qiymətilə tikilinin dəyəri 2 800 000 (iki milyon səkkiz yüz min) təşkil etmişdir, Odur ki, istər fiziki, istər hüquqi şəxsin üzərinə hər hansı bir öhdəliyin qoyulması iddiaçıların tələbi ilə məhkəmə səlahiyyətindədir və bunu digər məhkəmələrin praktikasında rast gəlinən kifayət qədər fakt vardır. O, payçıdır və belə bir iddia tələbini də öz birgə fəaliyyət müqaviləsinə zidd gedən və payçılar qarşısında məsuliyyətdən yayınmağı qarşısına məqsəd qoyan əsl MMC-dən tələb etmək hüququ var və bu hüququnu həyata keçirməkdə məhkəmə qanunun tələbi ilə iddia tələbini, şikayətini azad məhkəmə istintaqının ədalətli araşdırması nəticəsində təmin etməlidir. Hal-hazırda "xxxx" MMC-nin təsisçisi yoxdur və birgə fəaliyyət müqaviləsinin digər-əsl cavabdeh sahibi mübahisəli tikilini başa çatdıraraq mənzilləri satmaqla məşğuldur. "xxxx" və "xxxx" MMC-nin binanın tikintisi və satışını şərtləndirən müqavilə mövcuddur. Hətta o,mənzil alarkən və pulunu ödəyərkən bilmişdir ki, binanın tikildiyi böyük bir ərazi Cavabdeh MTK-ya məxsusdur və "xxxx" MMC Cavabdeh MTK-nın törəmə şirkəti kimi tanınınr və 17 aprel 2007-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən "xxxx" la birgə məsuliyyət sahibidir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə qətnaməsi ilə xeyrinə ödənilməli olan pul hələ də icra olunmamışdır. O, dəfələrlə bununla bağlı aidiyyatı orqanlara müraciət etsə də, heç bir nəticə əldə olunmamışdır. "xxxx" MTK "xxxx" MMC-ilə birgə təsərrüfat haqqında müqaviləyə əsasən digər şəxslər arasında olan işlərdə məsuliyyət daşımışdır. "xxxx" MTK-nın hüquq varisi kimi "xxxx" MTK varisi olduğu təşkilatın səlahiyyətlərin həyata keçirdiyi kimi, öhdəlikləri üçün də məsuliyyət daşımalıdır. "xxxx" binanın tikintisi başa çatdırılmış və onda olan məlumata görə artıq qeyd edilən binada bütün mənzillər Cavabdeh MTK tərəfindən satılmışdır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir.
6. Əvvəlki məhkəmə iclasına cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, "xxxx" MMC-nin heç bir əmlakı olmamışdır. "xxxx" MTK və yaxud onun hüquqi varisi "xxxx" MMC-nin bağladığı müqavilələr üzrə öhdəlik daşıması ilə bağlı heç bir müddəa olmamışdır. Birgə təsərrüfat haqqında müqavilənin 2.1-ci bəndində də açıq-aydın görünür ki, satış etmək hüququ "xxxx" MTK-ya məxsus olmuşdur və "xxxx" MMC-nin satış həyata keçirmək səlahiyyəti olmamışdır. Həmçinin, Ali Məhkəmənin 8 fevral 2018-ci il tarixli qərarına görə "xxxx" MMC mülkiyyətçi deyil və binaya məxsus olan əmlakın satışını apara bilməz. Bundan əlavə iddiaçının artıq pul tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Yenidən iddiaçının həmin mənzilin təhvil verilməsi ilə bağlı iddiası əsassızdır. İddiaçı əvvəl pul formasında onu dəymiş ziyanı tələb etmiş və iddiası təmin olunmuşdur.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd olunmalıdır.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-2-1/2-33941/2024 saylı məktubuna əsasən "xxxx" MMC xx.xx.2020-ci il Tarixdə Cavabdeh MTK-ya qoşularaq ləğv edilmişdir. "xxxx" MMCCavabdeh MTK-nın hüquqi varisidir.
10. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Talıblı 4 ünvanında inşa ediləcək yaşayış binasının 1327 saylı mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə "xxxx" MMC-yə 84.320 manat ödəməyi öhdəsinə götürür.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1404/2014 saylı xx.xx.2014cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2008-ci iltarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilə üzrə ödənilmiş 84.320 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir.
12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 inz(81)-1440/2014 saylı xx.xx.2014-cü il tarixli qərarına əsasən məcburi icra tədbiri kimi "xxxx" MMC-yə məxsus ünvan 6 ünvanda yerləşən tikiliyə tələbin yönəldilməsi məqsədilə sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi öhdəliyi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin üzərinə qoyulmuşdur.
13. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Talıblı küçəsində ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılmasını "xxxx" MMC-yə həvalə etmişdir. "xxxx" MMC isə ona təqdim edilmş sahədə 5 bloklu yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinı yetirilməsini öz öhdəsinə götürmüşdür.
14. Həmin müqavilənin 2.1.5-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alqı-satqı müqavilələri və digər sənədlər əsasında İ tərəfin (Qlobal-Azəri” MMC) adından rəsmiləşdiriləcəkdir, əgər satışı İİ tərəf ("xxxx" MMC) öz adından rəsmiləşdirsə, payçılar və rəsmi dövlət orqanları qarşısında özü məsuliyət daşıyacaq.
15. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
16. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; başqa şəxsə zərər vurulması; əsassız varlanma; fiziki və hüquqi şəxslərin digər hərəkətləri və qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə əmələ gəlmə əsaslarıdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1404/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2008-ci il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilə üzrə ödənilmiş 84.320 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. Mübahisəli mənzilin dəyərinin alınıb iddiaçıya verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. İddiaçının yenidən həmin mənzil təhvil verilməsi barədə iddia tələbi əsassızdır.
21. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilədən sonra bağlanmışdır. Lakin iddiaçı ilə bağlanmış mənzil tikintisi haqqında müqavilədə qeyd edilən birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə istinad edilməmişdir. "xxxx" MMC iddiaçı ilə bağlanmış mənzil tikintisi haqqında müqavilə üzrə tərəf olmamış, həmin müqavilə üzrə nə iddiaçı, nə də ki, "xxxx" qarşısında üzərinə öhdəlik götürməmişdir. Həmçinin, müqavilənin 2.1.5-ci maddəsinə əsasən alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi səlahiyyəti "xxxx" MMC-yə həvalə olunmuş, "xxxx" MMC-nin belə müqavilələr bağladığı halda cavabdehin məsuliyyət daşımayacağı qeyd edilmişdir. Belə olan halda hazırda cavabdeh "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh MTK-nın iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur.
22. Həmçinin iddiaçı və cavabdeh arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsi üçün Mülki Məcəllənin 14.2-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyildir. Belə olan halda iddiaçı cavabdehdən mənzilin təhvil verilməsini tələb etməsi qanuna ziddir.
23. Bu baxımdan iddia ərizəsində qeyd edilən öhdəliyin Cavabdeh MTK ( "xxxx" MMC-nin hüquqi varisi) üzərinə qoyulması mümkün deyildir.
24. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
25. Həmçinin iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil