Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3635/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3-Məmmədova Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Ərizəçi İddiaçı, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxsna qarşı "hüquqi faktın müəyyən edilməsi" tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxsna qarşı "hüquqi faktın müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-xx.xx.1993-cü il illər (15 il 11 ay) Ağdam rayon, Xıdırlı kənd ərazi nümayəndəliyinin tərkibində fəaliyyət göstərən “İNQİLAB“' üzümçülük savxozunda fəhlə işləməyi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəsini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizəyə etiraz edərək, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o da üzümçülük briqadasında 1977-ci il tarixdən 1979-cu il tarixdə, həmçinin 1984-cü il tarixdən 1985-ci il tarixədək ərizəçiylə birlikdə işləyibdir. Məhkəmədə şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, o üzümçülük sovxozunda 1979-1996-cı il tarixlərdə işləyib, İddiaçı iş yerində tanıdı. Məhkəmədə şahid qismində ifadə verən Şahid5 bildirmişdir ki, o üzümçülük briqadasında 1988-1992-cı il tarixlərdə Aybənizlə işləyibdir. Məhkəmədə şahid qismində ifadə verən X1 bildirmişdir ki, o da üzümçülük sovxozunda 1979-1985-cı il tarixlərdə işləyib, İddiaçı ordan tanıyır. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş məhkəmədə baxılmalı olmadığına görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı adına olan ИТ-İ seriyalı, ******* saylı Əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayon Xıdırlı kəndində "İnqilab” sovxozunda 01 nömrəli üzümçülük briqadasında fəhlə işləməsi əmək kitabçasında öz əksini tapmışdır. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.2-ci maddəsinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.3-cü maddəsinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası almaq məqsədilə Maraqlı şəxsna müraciət etmiş, nəticə etibarilə, üzümçülük briqadasında fəhlə vəzifəsində işlədiyi xx.xx.1977- xx.xx.1993-cü illəri təsdiq edən sənədlərin işğal altında qaldığından əmək haqqı alıb-almadığının müəyyənləşdirilməsinin mümkün olmaması əsası ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundan sonra ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı adına olan Əmək kitabçasının təsdiq olunmuş surətində onun xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayon Xıdırlı kəndində "İnqilab” sovxozunda 01 nömrəli üzümçülük briqadasında fəhlə işləməsi qeyd olunduğundan, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edilmiş sayılır. Odur ki, əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə görə “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə“ əsası ilə işin icraata xitam verildikdə məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, ərizəçinin əmək kitabçasında qeyd edilən əmək fəaliyyətinin sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası olduğundan, ərizəçi Aybəniz Baxşəliyevaya həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah olunmalıdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 04 saylı qərarın 15.4-cü bəndinə əsasən, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, ərizəçi İddiaçı Maraqlı şəxsna qarşı "hüquqi faktın müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi İddiaçı Maraqlı şəxsna qarşı "hüquqi faktın müəyyən edilməsi" tələbinə dair mülki işin icraatına xitam verilsin. Ərizəçiyə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3635/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3635/2024
17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver