Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3636/2021 29.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və X11 nümayəndəsi və vəkili X31 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X11 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X32 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmədən Cavabdeh İddiaçı1 xeyrinə 248000 ABŞ dolları, X11 xeyrinə 97000 manatın və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar cavabdehlə ev almaq məqsədilə 2015 və 2016-ci illərdə makler vasitəsilə tanış olmuş, onun Bakı MTK-nın sədri vəzifəsində işlədiyinə əmin olduqdan sonra iddiaçılara göstərdiyi İ.Qutqaşınlı küçəsindəki 2, 3 və 4 otaqlı evləri görüb bəyəndikdən sonra həmin evlərə görə cavabdehə 4 otağa görə 144 min ABŞ dolları, 3 otağa görə 104 min ABŞ dolları və 2 otağa görə 97 min manat verdikdən sonra DNK vasitəsilə müqavilə yolu ilə iddiaçılar öz adlarına keçirmişlər. Cavabdeh iddiaçılara təklif etmişdir ki, evlər kirayə verilib 4 otağa görə 1000 manat, 3 otağa görə 700 manat, 2 otağa görə 600 manat kirayə pulu ödəməklə kirayə verilə bilər.Cavabdehin təklifi iddiaçılara sərf etdiyi üçün onun təklifi ilə razılaşaraq evləri cavabdehin vasitəçiliyi ilə kirayə vermişlər. 2017-ci ilin noyabr ayına qədər hər dəfə kirayə pulunu vaxtlı vaxtında cavabdehdən almışlar. 2017-ci ilin sonunda onlara məlum olmuşdur ki, cavabdeh bu yolla xeyli adamı aldadaraq külli miqdarda pulunu mənimsəmişdir. Cavabdeh barədə cinayət işi başlanmış, Bakı şəhər Ağır Cinayət məhkəməsinin 17 .01.2028-ci il tarixli hökmü ilə caavabdeh 14 il müddətinə azadlıqdan mərhum edilmə cəzasına məhkum olunmuşdur. Hazırda 10 saylı CÇM-də cəza cəkir. Cavabdehin təqsiri üzündən iddiaçılara həm maddi, həmdə mənəvi zərər dəymişdir .Bu günə kimi cavabdeh onların pulunu könüllü qaydada qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Daha sonra iddiaçılar İddiaçı1 və X11 nümayəndəsi və vəkili X64 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət etmiş, məhkəmədən iddianın dəqiqləşdirilərək Cavabdeh İddiaçı1 xeyrinə 248000 ABŞ dolları, X11 xeyrinə 99500 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçılar İddiaçı1 və X11 nümayəndəsi və vəkili X64 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə məhkəmə tərəflərin izahatlarını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 248000 ABŞ dolları məbləğində pul alınaraq İddiaçı1 verilməli, Cavabdeh 99500 manat məbləğində pul alınaraq iddiaçı X16 verilməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Belə ki, iş materiallarında olan 17 yanvar 2019-cu il tarixli, 1(101)-77/2019 saylı, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə hökmünə əsasən görünür ki, Cavabdeh təkrarən qulluq mövqeyindən istifadə etməklə qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girib qeyd edilən mənzilin sonuncuya məxsus olduğunu alıcıya bildirib aldadaraq Kooperativin iclasının 07.11.2015-ci il tarixli 02 nömrəli protokol əsasında 104000 ABŞ dollarına (həmin dövrün məzənnəsinə uyğun olaraq 109200 manat) X33 qanunsuz satıb, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ofisində sonuncunun əri İddiaçı1 cinayət əlaqəsində olduğu qeyrisinin vasitəsi ilə alaraq, ümumi cinayətkar niyyətə uyğun otaraq təkrarən vəzifəli şəxs kimi mənzilin Zəminə Rəhimovaya satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - Koorperativin iclasının 07.11.2015-ci il tarixli 02 nömrəli protokolunu, həmin tarixli protokoldan çıxarışı tam ödəniş haqqında eyni tarixli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq qeyrisinin vasitəsi ilə İddiaçı1 verib, aldığı 104000 ABŞ dollar pulu qeyrisi ilə arasında bölməklə, bundan başqa o, təkrarən qulluq mövqeyindən istifadə etməklə qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək qeyd edilən mənzilin sonuncuya məxsus olduğunu bildirib aldadaraq Kooperativin iclasının 27.08.2015-ci il tarixli 02 nömrəli protokol əsasında 144000 ABŞ dollarına (həmin dövrün məzənnəsi ilə 151200 manat) X34 qanunsuz satıb, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ofisində sonuncunun atası İddiaçı1 cinayət əlaqəsində olduğu qeyrisinin vasitəsi ilə alaraq, ümumi cinayətkar niyyətə uyğun olaraq təkrarən vəzifəli şəxs kimi mənzilin Rəşad Əliyevə satılması barədə məzmununa niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri- Kooperativin iclasının 27.08.2015-ci il tarixli 02 nömrəli protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək qeyrisinin vasitəsi ilə İddiaçı1 verib, aldığı 144000 ABŞ dollar pulu qeyrisi ilə aralarında bölməklə, bundan başqa o, təkrarən qulluq mövqeyindən istifadə etməklə qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 8 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 4) 4-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 39,5 4 kv.m olan 53 №-li mənzilin Bakı şəhər icra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 22.02.2016-cı il tarixli 02 nömrəli sərəncamı əsasında X7 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək göstərilən mənzilin Eynur Xuduyevə məxsus olduğunu deməklə Kooperativin iclasının 10.11.2016-cı il tarixli 04 nömrəli protokol əsasında 99500 manata X16 qanunsuz satıb, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ofisində sonuncudan cinayət əlaqəsində olduğu qeyrisinin vasitəsi ilə alaraq, ümumi cinayətkar niyyətə uyğun olaraq təkrarən vəzifəli şəxs kimi mənzilin Dilşad Novruzovaya satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri- Kooperativin iclasının 10.11.2016-cı il tarixli 04 nömrəli protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək qeyrisinin vasitəsi ilə İddiaçı2ya verib, aldığı 99500 manat pulu qeyrisi ilə aralarında bölməklə cinayət törətmişdir. Məhkəmə, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmiş və ona CM-nin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi- məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin ona 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin ona 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66,4-cü maddələrinə əsasən əsas və cəzaların ayrı-ayrılıqda qismən toplanılması və əlavə cəza əsas cəzaya birləşdirilməklə Cavabdeh qəti olaraq 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, Cavabdeh cəzaçəkmə müddətinin əvvəlinin 25 noyabr 2017-ci il tarixdən hesablanmasını, Cavabdeh ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməsini, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını; X53 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsində tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsini və ona 08 il 06 ay müddətinə məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 308.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsini, ona 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 313 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsini, ona 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Cavabdeh və X23 cinayət əməlləri zərərçəkmiş şəxslər X35, X36, Vətanət Salah qızına, X43, X24, X5, X44, X37, X25, Xantəmirov Böyükağa Sarı oğluna, X20, X26, X27, İddiaçı1, X38, X15, X28, X12, X13, Məmiyev Vidadi oğluna, Axundov Taleh allahqulu oğluna, X45, X65, X21, X54, Rüstəmov Eldar X1, X69, X71, X3, X14, X55, X46 və X47 dəymiş maddi ziyanla bağlı onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqlarının izah edilməsi, iş üzrə maddi sübutlar - iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş X56 verilmiş 01.02.2016, X35 verilmiş 13.05.2016, X18 verilmiş 14.02.2014, X29 verilmiş 09.01.2017, X6 verilmiş 10.03.2017, 18.03.2017, X24 verilmiş 22.05.2017, 24.04.2016, 07.04.2015, X39 verilmiş 10.12.2014, X44 verilmiş 30.12.2014, Hüseynov Səyyad Ənvər oğluna verilmiş 13.06.2016, 24.05.2016, X25 liş 01.01,2015, Xantəmirov Böyükağa Sarı oğluna verilmiş 04.04.2016, X20 verilmiş 19.04.2016, X26 verilmiş 01.05.2017, X57 verilmiş 21.07.2014, X58 verilmiş 14.07.2015, İddiaçı1 verilmiş 07.11.2015, 27.08.2015, X40 verilmiş 11.08.2016, X41 verilmiş 26.07.2016, X30 verilmiş 03.08.2017, X8 verilmiş 05.09.2017, 10.04.2017, X28 verilmiş 06.06.2017, X9 verilmiş 21.10.2016, X13 verilmiş 25.02.2014, X48 verilmiş 15 12.2015, X49 verilmiş 05.11.2015, X45 verilmiş 31.03.2016, X65 verilmiş 02.08.2016, X22 verilmiş 14.07.2015, X59 verilmiş 04.08.2015, X54 verilmiş 24.06.2016, X50 verilmiş 02.10.2017, X16 verilmiş 10.11.2016, X19 verilmiş 29.04.2017, X2 verilmiş 05.10.2016, X4 verilmiş 06.10.2016, Bayramlı Surxay ibrahim oğluna verilmiş 13.12.2016, X14 verilmiş 08.06.2017, X55 verilmiş 17.02.2015, X46 verilmiş 25.01.2017 və X10 verilmiş 15.12.2016-cı il tarixli Kooperativin iclas protokolları, iclas protokollarından çıxarışlar, maliyyə çıxarışları, mənzildən imtina etmə haqqında ərizələr, pulların alınmasını təsdiq edən qəbzlər cinayət işi materiallarında saxlanılmasını hökm etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. İddia olunan vəsaitlərinin məbləgi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi olan 248000 (iki yüz qırx səkkiz min) ABŞ dolları və 99500 (doxsan doqquz min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçılardan alınması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübut olunur və həmin məbləğlər qeyd edilən məhkəmə hökmündə də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 248000 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) alınaraq İddiaçı1, 99500 manat məbləğində pul alınaraq iddiaçı X16 verilməlidir .Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 248000 (iki yüz qırx səkkiz min) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) alınaraq İddiaçı1 verilsin. Cavabdeh 99500 (doxsan doqquz min beş yüz) manat məbləğində pul alınaraq iddiaçı X16 verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3636/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3636/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver