Məhkəmə qərarları › İş №2(004)-364/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-364/2025

16.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-364/2025 16.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3069138Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi,ev 15/17,47 saylı mənzildən istifadə hüququ olmayan şəxslər hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 929/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəsini almış qərarı ilə cavabdehlər xx.xx.1978-ci il təvəllüdlü Qanuni nümayəndə xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 ona (iddiaçıya) məxsus Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 15/17,47 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyin Bakı şəhəri Yasamal rayonu Polis İdarəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İnzibati Məhkəməsi qeyd edilmiş nəticəyə gələrkən iş üzrə üçünçü şəxs Qanuni nümayəndə iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan mənzilin hazırki mülkiyyətçisi onun qeydiyyatdan çıxarılması tələb etməkdə haqlı olduğunu, digər üçürçü şəxslər Cavabdeh1 övladları olduğunu, digər üçünçü şəxslər Cavabdeh2 və Cavabdeh1 övladları olduğundan onlara münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması,yarandığı halda,itirilib-itirilmədiyini və ya xitam verilməli olmasına dair məsələlər mülki mühakimə icraatının predmeti olduğunu əsas olaraq göstərmişdir.Bu əsasla da hesab edir ki, bu məsələyə mülki icraatı qaydasında baxılmalıdır. Belə ki, ki,iddia ərizəsinə əlavə edilmiş 3 saylı Bakı Asan Xidmət tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi,ev 15/17,mənzil 48-də keçmiş həyat yoldaşı xx.xx.1978-ci il təvəllüdlü Qanuni nümayəndə,qızları xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2005ci il təvəllüdlü Cavabdeh1 qeydiyyatdadırlar. 2015-ci ildə vəfat etmiş iddiaçının anası Leyla Əliyevaya məxslıs olmuş həmin mənzilə Qanuni nümayəndə qeydiyyata düşməsinə əsas axırıncı ilə ailə həyatı qurduqdan sonra həmin mənzilə köçüb yaşaması və iki qız övladıları da həmin evdə doğulduqdan sonra yaşaması olmuşdur. 2018-ci ildə isə birgə nikah dövrində Qanuni nümayəndə adına Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, 539- 540-cı məhəllə,ev 4A, 47saylı (yeni qaydalarla- Bakı şəhəri Yasamal rayonu, M.Rahim küçəsi, 16,M8,3 saylı mənzili) aldıqdan sonra onlar ailə üzvüləri ilə birlikdə köçüb həmin mənzildə yaşamağa başladılar. 2023-cü ilin may ayında da Qanuni nümayəndə ilə ailə münasibətləri pozulmuş, onu həmin mənzildən qoymuş və o (iddiaçı), o vaxtdan da mərhum anasına məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Miişviq küçəsi, ev 15/17, 48 saylı mənzilə qayıtmaq məcburiyyətində qaldı, Qanuni nümayəndə iki qız övladı Cavabdeh2 və Cavabdeh1 ilə bu günədək həmin mənzildə yaşamağa davam edirlər. İddia ərizəsinə əlavə edilmiş Baxı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(004)-98/2024-ci il farixli qətnaməsindən görünür ki, iş üzrə üçüncü şəxs Qanuni nümayəndə bağlanmış nikah pozulmuş,tərəflərin bi hə nikahdan doğulmuş övladları – xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 anası Qanuni nümayəndə yanında saxlanılmış və xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 yetkinlik yaşına çatanadək, yəni xx.xx.2023-cü il tarixədək, saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Qanuni nümayəndə ödənilməsi, xx.xx.2023cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan (iddiaçıdan) 235 manat sabit pul məbləğində aliment tutularaq Qanuni nümayəndə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, tərəflər uzun müddətdir ki, ayrı yaşayırlar və hər iki uşaq anaları Qanuni nümayəndə himayəsində olmaqla Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, 539-540-cı məhəllə, ev 4, 47 saylı (yeni qaydalarla- Bakı şəhəri Yasamal rayonu, M.Rahim küçəsi, 16,M8,3 saylı mənzildə yaşayırlar. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli,2(Ç04)-3940/2023-ci il tarixli qanuni qüvvəsini alımış digər qətnaməsi ilə isə Qanuni nümayəndə ona (iddiaçıya) qarşı qaldırdığı dövlət reyestrində adıma qeydə alınmış, anasından ona (iddiaçıya) miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 15/17,47 saylı mənzildən pay hüququnun tanınması və mənzilə köçürülməsi haqda iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki,mübahisə edilən mənzil xx.xx.2005-ci il tarixdə vəfat etmiş anası X2 mülkiyyətində olmuş, axırıncı qeyd edilmiş mənzilə gəlin köçməsinə və qeydiyyata düşməsinə baxmayaraq aralarında mənzildən istifadə hüququna dair notariat qaydasında verilmiş razılıq ərizəsi olmamış, onun vəfatından sonra da miras ev vərəsəlik qaydasında xx.xx.2015-ci il tarixdə adına rəsmiləşdirilmiş, həmçini xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə çıxarış əsasında Qanuni nümayəndə adına ümümi sahəsi 135,90 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, 539-540-cı məhəllə,ev 4A,.47saylı, (yeni qaydalarla-Bakı şəhəri Yasamal rayonu,M.Rahim küçəsi,lb,M8,3 saylı mənzil) qeydə alınmış və o himayəsində yaşayan iki uşağı ilə həmin mənzildə yaşayır,qeyd edilmiş mənzilə olan qeydiyyat formal xarakter daşıyır,qeydiyyat isə mənzildən istifadə və pay hüquq verilməsi və mənzilə köçürülməsi üçün əsas olmadığı göstərilmişdir. Hazırda Qanuni nümayəndə ilə ailə münasibətləri 2023-cü ilin əvəllərindən pozulması, aralarındakı nikah ləğv edildikdən sonra axırıncının hazırda yetkinlik yaşına çatmış qızı Cavabdeh1 və yetkinlik yaşına çatmamış qızı Cavabdeh2 ilə Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, 539-540-cı məhəllə,ev 4A,.47saylı, (yeni qaydalarla- Bakı şəhəri, Yasamal rayonu,M.Rahim küçəsi,16,M8,3 saylı mənzildə) yaşamaları qanuni qüvvəsini almış yuxarıda istinad edilmiş məhkəmə qətnamələri ilə təstiq olunur. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, cavabdeklərin daimi yaşayış yeri analarının mülkiyyətində olan Bakı şəhəri, Yasamali rayonu,M.Rahim küçəsi,539-540cı məhəllə, ev 4A,.47saylı (yeni qaydalarla- Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, 16,M8 ,3 saylı mənzildir). Belə olduğu halda hesab edir ki, artıq ailənin üzvu olmayan Qanuni nümayəndə Əlisefa qızı ilə aralarındakı nikah qeydi ləğv olunduğundan və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə digər cavabdehlər analarının himayəsində saxlamaqla analarına məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi,539- 540-cı məhəllə,ev 4A,.47saylı (yeni qaydalarla-Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, 16,M8, 3 saylı mənzildə) yaşadıqlarından, onların ona (iddiaçıya) məxsus Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Miişviq küçəsi, ev 15/17,47 saylı mənzildə formal olaraq qeydiyyatda qalmaları ona (iddiaçıya) mülkiyyətində olan əmlakına maneəsiz sərəncam verməyə məhdudiyyətlər yaradırlar. Bu əsasla da hesab edir ki, Qanuni nümayəndə Əlisefa qızı himayəsində yaşayan yetkinlik yaşına çatmış və çatmamış Cavabdeh1 yə yetkinlik yaşına çatmamış Cavabdeh2 ona (iddiaçıya) məxsus Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Miişviq küçəsi, ev 15/17,47 saylı mənzildən istifadə hüququ olmayan şəxslər hesab edilməsi mümkün həsab edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı tərəfindən bu iş üzrə verilmiş iddia ərizəsi əsassız olaraq rədd edilməlidir. Belə ki, İddiaçı tərəfindən yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsinə dair iddia ərizəsi irəli sürülübdür. Lakin iddia ərizəsində buna dair heç bir dəlil sübut təqdim edilmir. Qeyd etmək istəyir ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçı ilə cavabdehin birgə nikahdan olan övladlarıdır. Beləliklə, həmin övladlar həm anaları Qanuni nümayəndə ilə həm də ataları İddiaçıla birlikdə yaşayırlar. Belə ki, İddiaçı övladlarından imtina etməyib və övladları qəbul edir. Bunuda bildirmək istəyir ki, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə doğulublar. Əlavə olaraq bildirir ki, cavabdehlər və onların nümayəndəsi Qanuni nümayəndə həmin mənzilə gəlin gələrək, 2005-ci il tarixdən yaşayıbdır və hal-hazıradək həmin mənzildə övladların əşyaları, Qanuni nümayəndə məxsus cehizləri vardır. Bu kimi fakt olaraq, cavabdehlə iddiaçının birgə nikahdan olan övladları Cavabdeh1 və Cavabdeh2 , Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 15/17,47 saylı mənzildən yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi qeyri-mümkündür. Odur ki, icraatda olan 2(004)-5129/2024 saylı mülki iş üzrə iddia ərizəsinin rədd edilməsi barədə qətnamənin çıxarılmasını barədə məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Məmmədova Nəminə məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə edərək, bildirdi ki, məhkəmə qətnaməsi ilə İddiaçı ilə Qanuni nümayəndə arasında bağlanmış nikah pozulmuş, uşaqların anaları ilə qalması müəyyən edilmiş və aliment kəsilmişdir. Qanuni nümayəndə hazırda uşaqları və bəzi qohumları ilə birlikdə birgə nikah dövründə əldə olunmuş və onun adına qeydiyyatda olan Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, 539-540-cı məhəllə, ev 4A, 47 saylı mənzildə yaşayır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə olan etiraza uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 691929 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Qanuni nümayəndə Əlisəfa qızıdır. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 038054 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı X3 xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Qanuni nümayəndə Əlisəfa qızıdır. AR ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2015-ci il tarixli qeydiyyatla İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Qanuni nümayəndə arasında bağlanmış nikaha Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cu il tarixdə 219 nömrə ilə qeyd edilmişdir. AR ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 539-540-cı məhəllə, 4A, mənzil 67, giriş-2 (yeni qaydalarla: AZ1073 ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixli qeydiyyatla Qanuni nümayəndə xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3940/2023, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Qanuni nümayəndə cavabdeh İddiaçı qarşı “pay hüququnun tanınması və mənzilə köçürülməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2024, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməklə, İddiaçı və Qanuni nümayəndə arasında Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.2004-cü il tarixdə 3372 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması; Tərəflərin birgə nikahdan doğulmuş övladı - xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 anası Qanuni nümayəndə yanında qalması; xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 yetkinlik yaşına çatanadək, yəni xx.xx.2023-cü il tarixədək saxlanması üçün İddiaçı hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Qanuni nümayəndə ödənilməsi; xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq Qanuni nümayəndə ödənilməsi qət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9295/2024, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Qanuni nümayəndə qarşı “mənzildən qeydiyyatdan çıxarma öhdəliyinin cavabehin üzərinə qoyulması”na dair iddia tələbi qismən təmin edilərək, Qanuni nümayəndə ünvan 3 ünvanında qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilməsi, X4 və Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatdan çıxarılmaları öhdəliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilməsi hissədə iddia tələbi rədd edilməsi qərara alınmışdır. “Güvən Əmlak” Daşınmaz Əmlak Agentliyində tərtib olunmuş 17 iyun 2021-ci il tarixli İcarə (Kirayə) müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 15/17, 47 saylı mənzil 550 manat məbləğində icarəyə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və Qanuni nümayəndə xx.xx.2004-cü il tarixdə nikaha daxil olaraq, iddiaçının anasına məxsus Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi,ev 15/17,47 saylı mənzildə yaşamışdırlar. Tərəflərin birgə nikahdan xx xxxxxx 2005-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. İddiaçının ansı vəfat etdikdən sonra həmin mənzil İddiaçı xüsusi mülkiyyətinə keçmiş və xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2024, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı və Qanuni nümayəndə arasında bağlanmış nikah pozulmaqla, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 anası Qanuni nümayəndə yanında qalması qət edilmişdir. Hazırda İddiaçı övladları - Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzilə dair istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının övladları onun ailə üzvləridirlər. Nikah pozulduqdan sonra uşaqlar analarının yanında qalmışdırlar. Mülki qanunvericilik yaşayış sahəsi mülkiyyətçisinin uşaqlarının onunla bərabər istifadə etmək hüququnu tanıyır. İddiaçının övladları iddiaçının ailə üzvü olaraq, atasının mülkiyyətində olan mənzilə köçürülmə tələbi ilə bağlı subyektiv hüququna malikdirlər. Onlar ümumiyyətlə, faktiki olaraq, həm anaları, həm də atalarının yanında qalırlar. Məhkəmə onu da qeyd edir ki, qanunvericilik yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilmə qaydasını mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə tənzimləyir. Göründüyü kimi, iddiaçı övladlarına kompensasiya təklif etməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, odur ki, İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar